www.vivo-book.com
62
– Südəmər uşağın nitqidi. Hər cür vəziyyətdə özünü
ləyaqətlə aparmaq olar. Əgər burda mübarizə varsa, onda bu
mübarizə ucaldır, əksinə, alçaltmır.
– Tamam şablondu! Siz fərz eləyirsiniz ki, mən bəlkə
də özümü ləyaqətlə aparmağı bacarmıram. Daha doğrusu,
belə çıxır. Həm də ləyaqətli adamam, amma özümü
ləyaqətlə aparmağı bacarmıram. Siz başa düşürsünüzmü ki,
bu cür ola bilər? Bəli, ruslar belədilər, həm də bilirsinizmi
niyə: ona görə ki, ruslar özlərinə yaxşı forma axtarmaq üçün
həddən artıq zəngin, hərtərəfli istedada malikdilər. Burada
məsələ formadadı. Bizim rusların böyük bir qismi elə zəngin
istedada malikdilər ki! Amma yaxşı forma üçün dahilik
lazımdı. Hə, dahiliksə, ümumiyyətlə, nadir hallarda olur.
Yalnız fransızlarda və eyni zamanda bəzi başqa
avropalılarda bu forma elə yaxşı müəyyənləşib ki, fövqəladə
ləyaqətli adam kimi görünmək, ən ləyaqətli adam olmaq
mümkündü. Onlarda formanın bu qədər əhəmiyyət kəsb
eləməsi bu səbəbdəndi. Fransız əsl, ürəkdən gələn təhqirə
dözə bilir, üz-gözünü turşutmur, amma burnuna vurulan
çırtmaya heç cür dözmür, ona görə ki, bu, qəbul olunmuş,
www.vivo-book.com
63
əbədiləşdirilmiş ədəb formalarının pozulmasıdı. Bizim
xanımlar fransızlara bu qədər alçalırlar, çünki onların
forması yaxşıdır. Məncə, bununla belə, heç bir forma da
yoxdu, yalnız xoruz var, le coq qaulois
24
. Amma bunu başa
düşə bilmərəm, mən qadın deyiləm. Ola bilər, xoruzlar da
yaxşıdılar. Hə, ümumiyyətlə, ağ yalan danışdım, sizsə məni
saxlamırsınız. Mənim sözümü tez-tez kəsin; sizinlə
danışanda hər şeyi, hər şeyi, hər şeyi demək istəyirəm. Mən
hər cür formaları itirirəm, amma heç bir ləyaqətə də malik
deyiləm. Bunu sizə bəyan edirəm. Hətta hansısa ləyaqətin
dərdini də çəkmirəm. İndi mənim içimdə hər şey dayanıb.
Siz özünüz bilirsiniz ki, nəyə görə. Mənim beynimdə bircə
insani fikir də yoxdu. Axı, artıq çoxdan nə dünyada, nə
Rusiyada, nə burda nələr baş verdiyini bilmirəm. Bax,
Drezdenə getdim. Drezdenin necə olduğunu xatırlamıram.
Siz özünüz bilirsiniz ki, uduzmuşam. Belə ki, mənim heç bir
ümidim yoxdu, sizin gözünüzdə də heçəm, ona görə də
birbaşa deyirəm: yerdə yalnız sizi görürəm, qalanlarının da
24
qall xoruzu – frans.
|