Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə28/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   24   25   26   27   28   29   30   31   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
56 
soruşmaq daha gülməli və iyrəncdi. Hə? Bu necədi, 
xoşunuza gəlirmi, Polina Aleksandrovna? 
– Bunların hamısı cəfəngiyatdı, – o, sözümü kəsib 
iyrənə-iyrənə dedi. – Mən bunun əksinə, bu cür çox şən 
əhvali-ruhiyyədə olmağınıza təəccüblənirəm. Siz nəyə 
sevinirsiniz? Mənim pullarımı uduzduğunuza? 
– Niyə pulları mənə uduzmağa verdiniz? Mən sizə 
dedim ki, başqaları, illah da, sizin üçün oynaya bilmərəm. 
Mənə nə əmr eləsəniz, qulaq asaram; amma nəticəsi məndən 
asılı deyil. Mən axı, xəbərdarlıq elədim ki, heç nə 
çıxmayacaq. Deyin, siz bu qədər pul itirdiyinizdən çoxmu 
fikir çəkirsiniz? Bu qədər pul nəyinizə lazımdı? 
– Bu suallar nəyə gərəkdi? 
– Axı, siz özünüz mənə aydınlaşdırmağa söz verdiniz… 
Qulaq asın: mən tamamilə əminəm ki, nə vaxt özüm 
üçün oynamağa başlasam (mənimsə, on iki fridrixsdörüm 
var), onda udacağam. O zaman sizə nə qədər lazımdı, 
məndən götürün. – O, üz-gözünü nifrətlə əydi. 
– Mənə acığınız tutmasın, – davam elədim, – belə 
təklifə görə. Sizin qarşınızda, daha doğrusu, sizin gözünüzdə 


www.vivo-book.com 
57 
çox dəyərsiz olduğum, məndən hətta pul da qəbul eləyə 
bilməniz fikrinə o qədər inanıram ki… Siz mənim 
hədiyyələrimdən inciməməlisiniz. Axı, həm də sizin 
pullarınızı uduzmuşam. 
O mənə cəld nəzər saldı, əsəbi və kinayəli danışdığımı 
sezib təzədən söhbəti kəsdi: 
– Mənim vəziyyətimdə sizdən ötrü maraqlı bir şey 
yoxdu. Əgər bilmək istəyirsinizsə, mən, sadəcə, borcluyam. 
Pulu borc götürmüşəm, onları qaytarmaq istəyirəm. Məndə 
burda oyun masasında mütləq udacağım barədə qəribə fikir 
varıydı. Bu fikir məndə niyə yaranmışdı – anlamıram, amma 
o fikrə inanırdım. Kim bilir, bəlkə ona görə inanırdım ki, 
götür-qoy eləyəndə mənim başqa heç bir şansım qalmırdı. 
– Yaxud da ona görə ki, udmaq belə həddən artıq 
lazımıydı. Bu, boğulan adamın saman çöpündən yapışması 
kimidi. Özünüz razılaşın ki, saman çöpünü ağac budağına da 
oxşatmazdı. 
Polina təəccübləndi. 
– Necə yəni, – soruşdu, – siz özünüz elə bir şeyə ümid 
eləyirsiniz? İki həftə qabaq özünüz mənə bir dəfə burda



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin