www.vivo-book.com
84
çatdırdı ki, mən indicə onu az qala duelə çağırmışam.
Fransız ucadan qəhqəhə çəkdi.
– Amma barona əyilmək fikrində deyiləm, – tam
soyuqqanlılıqla, m-r De-Qriyenin gülüşündən qətiyyən pərt
olmadan davam elədim. – Beləliklə də, general, bu gün
baronun şikayətlərini dinləməyə razı olub, öz-özünüzü bütün
bu hadisənin iştirakçısı yerinə qoyduğunuza görə, sizə elan
eləməyi özümə şərəf bilirəm ki, sabah səhərdən gec
olmayaraq, barondan mənimlə haqq-hesabı olduğu halda,
başımın üstündən başqa bir şəxsə müraciət eləməyinin
səbəblərinin formal şəkildə izahını öz adımdan tələb
eləyərəm.
Əvvəlcədən hiss elədiyim şey baş verdi. General bu
yeni axmaqlığı eşidib həddən artıq qorxdu.
– Necə, doğrudanmı, siz hələ bu lənətə gəlmiş işi
davam etdirmək istəyirsiniz? – O səsləndi. – Siz mənim
başıma nə oyun açırsınız! Cəsarət eləməyin, cəsarət
eləməyin, hörmətli cənab, yoxsa sizə and içirəm!.. Burda da
müdiriyyət var… mən də… mən… bir sözlə, mənim
rütbəmlə… elə baron da. … sizi tutarlar, burdan polislə
www.vivo-book.com
85
çıxararlar ki, dəlilik eləməyəsiniz! Bunu başa düşürsünüz? –
hiddətdən doğan cəsarət onu çulğasa da, hər halda, həddən
artıq qorxmuşdu.
– General, – ondan ötrü dözülməz sakitliklə cavab
verdim, – dəlilikdən əvvəl dəliliyə görə həbsə almaq olmaz.
Mən hələ baronla öz haqq-hesabımı çəkməmişəm, sizə də
hələ qəti məlum deyil ki, bu işə hansı formada, hansı
əsaslarla başlamaq istəyirəm. Yalnız ağlıma gələn, guya,
azad iradəm üzərində hökmü olan bir şəxsin himayəsi
altında olmağım ehtimalını aydınlaşdırmaq istəyirəm. Əbəs
yerə belə həyəcanlanıb, narahat olursunuz.
– Allah xatirinə, Allah xatirinə, Aleksey İvanoviç, bu
mənasız niyyətinizi bir kənara qoyun! – General qəfildən
özünün hiddətli danışıq tərzini dəyişib, hətta əllərimdən
yapışıb mızıldandı. – Hə, təsəvvür eləyin ki, bundan nə
çıxacaq? Yenə xoşagəlməz şeylər! Razılaşın ki, mən burda
özümü xüsusi tərzdə saxlamalıyam, xüsusilə indi! Xüsusilə
indi!.. Oh, siz bilmirsiniz, mənim vəziyyətimi bilmirsiniz!..
Burdan gedəndə, yenidən sizi öz evimə qəbul eləməyə
hazıram. Mən indi ancaq belə, hə, bir sözlə, – axı səbəblərini
|