Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə45/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   41   42   43   44   45   46   47   48   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
90 
adi olmağa lüzum görürsə, onda onun fantaziyası çox 
axmaq, qeyri-təbii olur, əvvəlcədən hazırlanmış, artıq 
çoxdan bayağılaşmış formalardan tərtib olunur. Təbii 
fransızsa ən meşşan, xırda, adi müsbət keyfiyyətlidən 
ibarətdi, bir sözlə, dünyada ən cansıxıcı məxluqdu. Məncə, 
yalnız xam adamlar, xüsusilə, rus xanımları fransızlara
məftun olurlar. Hər cür abırlı məxluqa o dəqiqə salon 
lütfkarlığının, ədəbsizliyinin, şənliyinin bir dəfə müəyyən 
olunmuş bu rəsmiyyətçiliyi aydın və dözülməz olur. 
– Mən sizin yanınıza iş üçün gəlmişəm, – o, həddən 
artıq sərbəst, buna baxmayaraq, yenə də nəzakətlə sözə 
başladı. – Həm də gizlətmirəm ki, generalın elçisi, yaxud 
vasitəçi kimi. Rus dilini çox pis bildiyimdən mən dünən heç 
nə başa düşə bilmədim: amma general məni ətraflı başa 
saldı, boynuma alıram… 
– Qulaq asın, monsieur De-Qurye, – onun sözünü 
kəsdim, – siz bax, bu işdə də vasitəçi olmağa girişdiniz. Mən 
əlbəttə, “un outchitel” və heç zaman bu evin yaxın dostu, 
yaxud hansısa xüsusi intim münasibətlərdə olmaq şərəfinə 
iddia eləməmişəm, elə ona görə də vəziyyəti bilirəm; ancaq 


www.vivo-book.com 
91 
mənə izah eləyin: bəyəm siz indi tamamilə bu ailənin 
üzvüsünüz? Nədən siz hər şeydə belə mütləq iştirak 
eləyirsiniz, indi də hər işdə vasitəçisiniz…
Sualım xoşuna gəlmədi. Ondan ötrü çox şəffafıydı, 
danışmaq isə istəmirdi. 
– Məni generalla müəyyən qədər iş, müəyyən qədər 
bəzi xüsusi vəziyyətlər bağlayır, – o, quru tərzdə dilləndi. – 
General məni sizdən axşamkı niyyətlərinizi bir qırağa 
qoymağı xahiş eləməyə göndərdi. Sizin bütün fikirlərinizin 
hamısı əlbəttə, çox ağıllıdı; amma məhz məndən xahiş elədi, 
sizə çatdırım ki, bu, qətiyyən baş tutmayacaq. Ən azı baron 
sizi qəbul eləməyəcək, nəhayət, o axı bütün hallarda sizin 
tərəfininzdən yol veriləcək növbəti xoşagəlməzliklərdən 
canını qurtarmaq üçün hər cür vasitəyə malikdi. Özünüz 
razılaşın, davam etdirməyin nə əhəmiyyəti var axı? General 
ki, sizə söz verdi, yəqin sizi ilk əlverişli şərait yarananda 
yenidən evinə qəbul edəcək, ona qədərsə, məvacibinizi 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin