www.vivo-book.com
139
– Sən də vecsiz, öz müəlliminə belə hərəkət eləməyə
imkan verdin, – o, qəfildən generala sarı döndü, – üstəlik də,
onu işdən qovdun? Səfehsiniz, görürəm, hamınız səfehsiniz.
– Narahat olmayın xalacan, – general bir qədər
yekəxana – təklifsiz tərzdə cavab verdi, – mən öz işlərimi
özüm apara bilirəm. Bundan başqa, Aleksey İvanoviç sizə
hər şeyi düz çatdırmadı.
– Sən də elə dözdün? – qarı mənə müraciət elədi.
– Mən baronu duelə çağırmaq istəyirdim, – mümkün
qədər ciddi, sakit tərzdə cavab verdim, – amma general
mane oldu.
– Sən niyə mane oldun? – nənə yenidən üzünü generala
tutdu (Sənsə, atacan, çıx get, çağıranda gələrsən, – o, ober-
kelnerə də müraciət elədi, – ağzını ayırıb durmaq olmaz axı.
Bu Nümberq bədheybətlərinə dözə bilmirəm!). – O, əlbəttə,
nənənin iltifatını başa düşmədən vidalaşıb çıxdı.
– Bağışlayın, xalacan, bəyəm, duel mümkündü? –
general istehzayla cavab verdi.
– Niyə mümkün deyil? Kişilərin hamısı xoruzdular; qoy
dalaşsınlar da. Görürəm, siz hamınız səfehsiniz, öz
www.vivo-book.com
140
vətəninizi qorumağı bacarmırsınız. Hə, qaldırın! Potapıç,
göstəriş ver ki, həmişə iki yükçü hazır olsun, danış, razılaş,
muzdla tut. İkisindən çox lazım deyil. Yalnız pilləkənlərdə
qaldırmaq lazımdı, düz yerdə itələyəcəklər, belə də de; həm
də haqqını əvvəldən ver ki, hörmətkar olsunlar. Özünsə
həmişə yanımda ol, sənsə, Aleksey İvanoviç, gəzintidə o
baronu göstər: nə təhər fonbarondu, qoy bir görüm. Hə, bu
ruletka hardadı axı?
Mən izah elədim ki, ruletkalar vağzalda, zallarda
yerləşir. Sonra suallar yağmağa başladı: Çoxdularmı?
Çoxmu oynayırlar? Bütün günümü oynayırlar? Necə
qurulublar?
Axır cavab verdim ki, hər şeyi öz gözlərinlə görmək
daha yaxşıdı, çünki belə təsvir eləmək kifayət qədər çətindi.
– Hə, onda birbaşa ora aparın! Qabağa düş, Aleksey
İvanoviç!
– Necə, doğrudanmı, xalacan, siz hətta yolun
yorğunluğunu da canınızdan çıxarmayacaqsınız? – general
qayğıkeşliklə soruşdu. O elə bil bir az əl-ayağa düşdü. Hə,
hamısı nəsə əl-ayağa düşüb baxışdılar. Yəqin ki, nənəni
|