www.vivo-book.com
137
Ober-kelner dedi ki, yəqin hansısa qrafinyanın
portretidi.
– Necə bilmirsən axı?! Burda yaşayırsan, özün də
bilmirsən. Niyə burda asılıb? Niyə gözləri çaşdı?
Bütün bu suallara ober-kelner yetərli cavab verə
bilmədi, hətta özünü itirdi.
– Bir qanmaza bax! – nənə rusca dilləndi. Onu irəli
apardılar. Elə həmin hadisə də bir sakson heykəlciyilə baş
verdi.Nənə onu uzun-uzadı nəzərdən keçirdi, sonra Allah
bilir, nəyə görə, çıxarıb aparmağı tapşırdı. Nəhayət, ober-
kelnerdən əl çəkmədi: yataq otağındakı xalçalar neçəyədi,
onları harda toxuyurlar?
Ober-kelner öyrənməyə söz verdi.
– Eşşəklərə bax bir, – nənə donquldandı, bütün
diqqətini çarpayıya doğru çevirdi:
– Bu nə yekə təxti-rəvandı! Çevirin onu.
Yatağı çevirdilər.
– Yenə, yenə, hamısını çevirin. Yastıqları, yastıq
üzlərini çıxarın, döşəyi qaldırın. Hamısını çevirdilər.
Nənə diqqətlə nəzərdən keçirdi.
www.vivo-book.com
138
– Yaxşı ki, bunlarda birə yoxdu. Bütün mələfələri rədd
eləyin! Mənim mələfələrimi salın, mənim yastığımı qoyun.
Amma bütün bunların hamısı həddən artıq çoxdu, mən
qarıya belə mənzil nəyə lazımdı: tək darıxdırıcıdı. Aleksey
İvanoviç, uşaqlarla dərsini qurtarandan sonra mənə tez-tez
baş çək.
– Mən dünəndən etibarən daha generala xidmət
eləmirəm, – cavab verdim, – oteldə də öz hesabıma
yaşayıram.
– Niyə belə?
– Bu günlərdə bura Berlindən baronessayla, arvadıyla
bir əsilzadə alman baronu gəldi. Mən dünən gəzintidə
onunla Berlin ləhcəsinə əməl eləmədən almanca danışdım.
– Hə, nə olsun ki?
– O, bunu ədəbsizlik saydı, generala şikayət elədi,
generalsa elə dünəncə məni istefaya göndərdi.
– Sən o baronu söydünmü, nədi, axı? (Təki söyəydin,
bunun zərəri yoxdu!)
– Yox e, əksinə, baron özü mənə əl ağacını qaldırdı.
|