www.vivo-book.com
136
nənə heç vaxt knyaginya olmamışdı.
Xüsusi xidmətçisi,
vaqonda xüsusi yer, özüylə gətirdiyi lazımsız bağlama,
çamadan, hətta sandıqlar yığını güman ki, nüfuzun
başlanğıcına
səbəb olmuşdu; nənənin kreslosu, kəskin
danışıq tərzi və səsi,
onun ən utanmaz, heç bir etiraza
dözməyən görkəmlə verdiyi suallar, bir sözlə, nənənin bütün
görkəmi – düz, sərt, hökmlü – hamının ona ehtiramını
tamamlayırdı. Baxış zamanı nənə aradabir qəfildən kreslonu
dayandırmağı əmr eləyirdi, mebellərin arasındakı hansısa
əşyanı göstərirdi,
hörmətlə gülümsəyən, amma artıq
qorxmağa başlamış ober-kelnerə gözlənilməz suallarla
müraciət eləyirdi. Nənə sualları, yeri gəlmişkən, yetərincə
pis bildiyi fransız
dilində verirdi, beləliklə, adətən mən
tərcümə eləyirdim. Ober-kelnerin cavablarının böyük bir
qismi onun xoşuna gəlmirdi, narazı görünürdü. Qarının özü
də
hər şey barədə elə bil, iş haqqında yox, Allah bilir nə
barədə soruşurdu. Qəfildən məsələn, tablonun – mifoloji
süjeti olan hansısa məşhur orijinalın kifayət qədər zəif surəti
qarşısında dayandı.
– Kimin portretidi?