www.vivo-book.com
148
masaya yaxın durub nənənin yanında özümə yer elədim.
General, Polina, De-Qriye və m-lle Blanche də bir
tərəfdə,tamaşaçıların arasında yerləşdilər.
Nənə əvvəlcə oyunçuları gözdən keçirməyə başladı. O
mənə yarımpıçıltıyla kəskin, qırıq-qırıq suallar verirdi: bu
kişi kimdi? Bu qadın kimdi? Masanın axırındakı çox böyük
oyun oynayan, min franklarla pul atan, ətrafdakıların
pıçıldadıqlarına görə qarşısında qızılla
və bank biletləriylə
qalaqlanmış qırx min frank pul udmuş çox cavan oğlan onun
daha çox xoşuna gəldi. Oğlanın rəngi qaçmışdı; gözləri
alışıb-yanır, əlləri titrəyirdi; sayıb eləmədən, ovcunun
tutduğu
qədər pul qoyurdu, bununla yanaşı, hey udur,
udurdu. Xidmətçilər onun ətrafında vurnuxurdular, arxa
tərəfdə kreslo qoyurdular ki oğlanın
yeri rahat olsun,
sıxışdırmasınlar deyə yan-yörəsini təmizləyirdilər – bütün
bunları əməlli-başlı nəsə ummaq üçün eləyirdilər. Başqa
oyunçular
uduşdan onlara bəzən saymadan, elə-belə,
sevincdən əlləri tutduğu qədər pul verirlər. Cavan oğlanın
yanında artıq bir polyakcığaz özünə yer eləmişdi, var
gücüylə vurnuxurdu
və hörmətanə şəkildə, lakin ara