www.vivo-book.com
151
– Hə, bu uduzmur! Bax, bu uduzmur! Hansılardandı?
Bilmirsən? Kimdi belə?
– Fransız olmalıdı, – mən pıçıldadım.
– Hə, quş uçuşundan bilinir. Görünür ki, kiçik şeydi.
İndi mənə izah elə görüm, hər dönüş nə deməkdir və pulu
necə qoymaq lazımdır?
Mən imkan daxilində qoyulmuşların bu çoxsaylı
kombinasiyasının, rouge et noir, Pair et imrair manque et
Passe-nin
58
və nəhayət, sular sistemində müxtəlif çalarların
nə demək olduğunu izah elədim. Hər qoyuluş sisteminə
dərhal nümunə də gətirmək olurdu, beləliklə, çox şey lap
asan və tez öyrənilir, yadda qalırdı. Nənə tamamilə razı
qaldı.
– Bəs zero
59
nədir? Bax, bu nəzarətçi, qıvrımsaç, indi
zero qışqıran, başçı oldu, o, niyə masanın üstündə nə
vardısa, hamısını süpürüb apardı? Bu boyda pulun hamısını
özünə götürdü? Bu nədi?
58
Qara və ağ, cüt və tək, yarımçıq və artığın – frans.
59
Sıfır – frans.
www.vivo-book.com
152
– Zero isə, nənə, bankın gəliridi. Əgər kürəcik zero-nun
üzərinə düşərsə, onda masanın üstünə qoyulanın hamısı
haqq-hesabsız banka məxsus olur. Düzdü, uduş üçün daha
bir zərbəyə icazə verilir, amma bank buna görə heç nə
ödəmir.
– Bəs belə! Bəs mən bir şey almıram?
– Yox, nənə, əgər siz bundan əvvəl zero-ya
qoymusunuzsa, onda zero çıxanda, sizə otuz beş dəfə artıq
ödəyirlər.
– Necə, otuz beş dəfə, tez-tezmi çıxır? Nədi, onlar
axmaqdılar, niyə qoymurlar?
– Otuz altı şans əleyhinədi, nənə.
– Bu cəfəngiyatdı! Potapıç! Potapıç! Dayan, yanımda
pulum da var, budu! – O, cibindən ağzınacan dolu pul kisəsi
çıxarıb ordan fridrixsdör götürdü, – al, bu saat zero-ya qoy.
– Nənə, zero indicə çıxdı, – dedim, – ola bilsin ki, uzun
müddət çıxmayacaq. Siz çox qorxursunuz; heç olmasa, bir
az gözləyin.
– Hə, gop eləyirsən, qoy.
|