www.vivo-book.com
155
– Farites le jeu messiecurs! Farites le jeu messiecurs!
Rien ne va plus!
61
– nəzarətçi pul qoymağa dəvət eləyə-
eləyə və ruletkanı fırlatmağa hazırlaşa-hazırlaşa səslənirdi.
– İlahi! Gecikdik! İndicə fırladacaqlar! Qoy, qoy! –
nənə əl-ayağa düşdü, uzatma, tez ol, – o, var gücüylə məni
itələyə-itələyə özündən çıxırdı.
– Axı, hara qoyum, nənə?
– Zero-ya, zero-ya, yenə zero-ya! Mümkün qədər çox
qoy! Cəmi nə qədər pulumuz var? Yetmiş fridrixsdör?
Onlara heyfin gəlməsin, bir dəfəyə iyirmi fridrixsdör qoy.
– Özünüzə gəlin, nənə! O bəzən iki yüz dəfə dalbadal
çıxmır. İnandırıram sizi, bütün var-yoxunuzu uduzacaqsınız.
– Hə, gop eləyirsən, gop eləyirsən! Qoy! Bax, dilin
cingildəyir, axı! Bilirəm nə eləyirəm, – nənə hətta özündən
çıxıb əsəbi halda coşdu.
61
Pulunuzu qoyun, cənablar! Pulunuzu qoyun! Daha heç kəs
qoymur? – frans.
www.vivo-book.com
156
– Nizamnaməyə görə zero-ya birdəfəlik on iki
fridrixsdördən artıq qoymağa icazə verilmir, nənə, – bax,
qoydum.
– Necə yəni icazə verilmir, sən yalan demirsən ki?
Müsyö, müsyö, – sol tərəfində, lap yanında oturmuş, çarxı
fırlatmağa hazırlaşan nəzarətçini itələməyə başladı, com
bien zero? Douze? Douze?
62
Mən tələsik sualı fransızca izah elədim.
– Qui madame
63
– nəzarətçi nəzakətlə təsdiqlədi, –
nizamnaməyə görə, hər cür birdəfəlik quyuluş bütövlükdə
dörd min florindən artıq ola bilməz, – izah üçün əlavə elədi.
– Yaxşı, eybi yoxdu, on iki qoy.
– Ne yeu est fait!
64
– nəzarətçi qışqırdı. Çarx fırlandı
və on üç çıxdı. Uduzduq.
– Yenə, yenə, yenə, yenə qoy! – nənə qışqırdı. Mən
artıq ziddinə getmirdim və çiynimi çəkib daha on iki
62
Sıfır nə qədərdir? On iki? On iki? – frans.
63
Bəli, xanım – frans.
64
Pul qoyub – frans.
|