1
N.M.Hacıyev S.H.Mahmudov
AQRAR SAHƏDƏ MÜLKĠ MÜDAFĠƏ
(Dərs vəsaiti)
(Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
20.10. 2011-ci il tarixdə (protokol №1691) qrif verilmişdir)
Gəncə - 2012
2
Elmi redaktor: t.e.d., professor H.O.Ocaqov
Rəy verənlər: - Azərbaycan Dövlət Aqrar Universitetinin
Həyat fəaliyyətinin təhlükəsizliyi
kafedrasının dosenti, t.f.d. S.ġ.Vəliyev;
-
Azərbaycan Texnologiya Universitetinin
Həyat fəaliyyətinin təhlükəsizliyi kafedra-
sının müdiri, t.f.d., dosent N.K.Davudov;
-
Gəncə Dövlət Universitetinin Mülki mü-
dafiə və tibbi biliklər kafedrasının müdiri,
dosent Ə.H.Məmmədov;
-
Azərbaycan Dövlət Aqrar Universitetinin
Maşınların istismarı və yerüstü nəqliyyat
vasitələri kafedrasının dosent əvəzi,
t.f.d. Q.R.Məmmədova
N.M.Hacıyev, S.H.Mahmudov
Aqrar sahədə mülki müdafiə (Dərs vəsaiti). Gəncə: ADAU
nəş., 2012, 148 s.
Bu gün dünyada baş verən təbii fəlakətlər çox böyük fəsadlar yaradır,
insanlara külli miqdarda ziyanlar vurur, onların hətta həyatlarının itirilməsi-
nə gətirib çıxarır. Belə bir hallarda yaranmış vəziyyətlərdən çıxış yollarının
tapılması böyük əhəmiyyət daşıyır. Bu sahədə cəmiyyətin üzvlərinin
maarifləndirilməsi çox vacib işdir.
Bu baxımdan təqdim olunan kitabda fövqaladə hallarda baş verən yan-
ğınlar, daşqınlar, torpaq sürüşmələri haqqında ətraflı məlumatlar verilmiş-
dir. Kitabda fövqaladə hallarda çıxış yolları, insanların təbii fəlakətlərdən
müdafiəsi, torpaq, bitki və heyvanların mühafizəsi üsulları geniş şərh edil-
mişdir. Kitabdan bu sahədə çalışan mütəxəssislər, tələbələr və s. istifadə edə
bilərlər.
3
GĠRĠġ
Yer kürəsində qlobal iqlim dəyişiklikləri nəticəsində təbii
fəlakətlər intensivləşmişdir. Baş vermiş hadisələr milyonlarla
insanı məhv edib yaşayış evlərini dağıdır, sağlamlığına ciddi
zərər verir. Hərbi sənaye kompleksinin daha müasir və yüksək
dağıdıcıllıq gücünə malik olan silah növlərini yaratması da
insan həyatı üçün təhlükə mənbəyidir.
Azərbaycanın yerləşdiyi coğrafi ərazi də bir sıra təbii fəla-
kətlərin başvermə ehtimalını yaradır. Təbii fəlakətlərin meyda-
na gəlməsi əhalinin yaşayışı üçün təhlükə yaratmaqla bərabər,
həm də hektarlarla əkinə yararlı torpaq sahələrini yararsız edir,
əkin altında olan sahələrdə məhsuldarlığı aşağı salır. Bu isə
ölkəmizdə ərzaq təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Tək-
cə 2010-cu ilin yaz fəslində baş verən daşqınlar zamanı 50 min
hektardan artıq ərazidə əkilən kənd təsərrüfatı bitkiləri məhv
olmuşdur. Payız və yaz mövsümlərində intensiv yağıntıların
yaranması mənbəyini dağlardan götürən yerli çaylarda su küt-
ləsinin həcmini artıraraq sel təhlükəsi ehtimalını artırır. Ölkə-
mizin seysmik baxımından aktiv zonada yerləşməsi zəlzələlərin
yaranması ilə böyük ərazilərdə dağıntılar yarada bilər.
Qeyd olunanlarla bərabər, ölkəmizin müharibə şəraitində
olması da əhalinin mühafizəsini tələb edir. Ermənistan Respub-
likasının ərazisindən mənbəyini başlayan çaylara düşmən tərəf-
dən insan həyatı üçün təhlükəli kimyəvi maddələrin, o cümlə-
dən AES tullantılarının axıdılması mümkündür. Həmçinin, ya-
xın sərhədlərimizdə müasir qırğın vasitələrinə malik olan (Ru-
siya Federasiyası) və buna cəhd göstərən (İran İslam Respubli-
kası) dövlətlərin olması, ən azı həmin istehsalat sahəsində baş
verə biləcək hər hansı qəzanın böyük təhlükə mənbəyi olacağı
labüdləşdirir.
Göstərilən təhlükələr bu sahədə ümumdövlət müdafiə təd-
birlərinin ardıcıl icrasına və əhalinin mülki müdafiə hazırlığı-
nın yüksəldilməsinə ehtiyac yaradır. Hər bir vətəndaş ekstremal
4
şəraitdə özünün, ailəsinin sağlamlığını və həyatını qorumağı
bacarmalıdır. Bu məqsədlə sülh dövründə əhali üçün nəzərdə
tutulan mülki müdafiə qurğularından istifadə qaydalarının öy-
rədilməsi müharibə şəraitində mühafizənin etibarlığına şərait
yaradır.
Dərs vəsaiti aqrar sahədə mülki müdafiə işlərinin təşkilinin
və yerinə yetirilməsinin əsas istiqamətlərini əhatə edir. Aqrar
sahədə fəaliyyəti nəzərdə tutulan mütəxəssislərin istər heyvan-
darlıq, istərsə də bitkiçilik sahəsində mülki müdafiə tələbatları-
nı bilməsi vacibdir. Dərs vəsaiti aqrar sahə üçün ilk dəfə yazıl-
dığından burada çatışmazlıqların olması mümkündür. Bunu nə-
zərə almaqla irad və təkliflərinizi müəlliflərə göndərməyiniz
xahiş olunur.
5
1. MÜLKĠ MÜDAFĠƏNĠN TƏġKĠLĠ VƏ ONA
RƏHBƏRLĠK
1.1. Müasir Ģəraitdə mülki müdafiənin rolu və vəzifələri
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1992-ci
ildə “Azərbaycan Respublikasının mülki müdafiəsi haqqında
Əsasnamə”, 1999-cu ildə “Mülki Müdafiə Haqqında Qanun”
təsdiq edilmişdir. Azərbaycan Respublikasının mülki müdafiəsi
– sülh və müharibə vaxtı əhalinin və xalq təsərrüfatının müasir
qırğın vasitələrinin tətbiqindən, qəza və təbii fəlakətlərin
nəticələrindən mühafizəsini həyata keçirən ümumdövlət sosial
və müdafiə tədbirləri kompleksidir.
Mülki müdafiənin qarşısında duran vəzifələr aşağıdakı
qruplara bölünür:
-Sülh və müharibə vaxtının fövqəladə hallarında xalq təsər-
rüfatının dayanıqlı fəaliyyətinin təmin edilməsi;
- Zəhərlənmə ocaqları və fəlakət zonalarında xilasetmə və
digər təxirəsalınmaz qəza-bərpa işlərinin, həmçinin düşmən hü-
cumunun, təbii fəlakət və qəza zonaları nəticələrinin aradan
qaldırılması üçün digər tədbirlərin təşkili və icrası.
- Göstərilən vəzifələr bir-biri ilə sıx əlaqədar olduğundan
onların hər birinin həlli ümumi məqsədli tədbirlərin yerinə yeti-
rilməsi ilə əldə olunur.
Təbii fəlakətlər, qəzalar və müasir qırğın vasitələrinin tət-
biqi zamanı əhalinin mühafizəsinin təşkili və təmin edilməsi
mülki müdafiənin əsas vəzifəsidir. Ölkəmizdə insanlar ən yük-
sək dəyərə malikdir və onların təhlükəsizliyinin təmin olunma-
sı ən vacib məsələdir. Müasir qırğın vasitələrindən əhalinin
mühafizəsi, kütləvi qırğın silahlarının (KQS) nəticələrinin
maksimum dərəcədə yüngülləşdirilməsi üçün əhalinin və ob-
yektlərin yaşayış və fəaliyyətinin təmin olunması tədbirləri əl-
də olunur. Bu tədbirlər aşağıdakılardır:
- bütün əhalinin mühafizə qurğuları və fərdi mühafizə vasi-
6
tələri ilə təmin olunması;
- əhaliyə mütləq qaydada kütləvi qırğın silahlarından mü-
hafizə, düşmən hücumu, qəzaların, təbii fəlakət nəticələrinin
aradan qaldırılmasının üsul və vasitələrindən istifadənin öyrə-
dilməsi;
- şəhərlərdən və təbii fəlakət zonalarından əhalinin, fəhlə
və qulluqçuların köçürülmə qaydalarının öyrədilməsi;
- köçürülən əhalinin həyat fəaliyyətinin təmin olunması;
- epidemiya əleyhinə, sanitar-gigiyenik, xüsusi profilaktik
və digər tibbi tədbirlərin icrası.
Əhalinin etibarlı mühafizəsi üçün düşmənin hava hücumu,
radiasiya, kimyəvi, bakterioloji zəhərləmənin kəşfiyyatı aparı-
lır.
Aqrar sahədə obyektlərin dayanıqlı fəaliyyətinin təmin
olunması əhalinin, silahlı qüvvələrin əsas ərzaq məhsulları ilə,
sənayenin isə xammalla təmin olunmasına şərait yaradır.
Obyektlərin dayanıqlı işinin yüksəldilməsi əvvəlcədən gö-
rülən təşkilati, mühəndis-texniki, aqrotexniki, zoobaytarlıq və
digər tədbirlərin nəticəsidir. Bu tədbirlər kütləvi qırğın silahla-
rının kənd təsərrüfatı heyvan və bitkilərinə təsirini zəiflədir,
həmçinin nəticələri tez bir zamanda aradan qaldıraraq keyfiy-
yətli kənd təsərrüfatı məhsullarının istehsalını təmin edir.
Aqrar sahədə obyektlərin dayanıqlı işinin yüksəldilməsində
insanların, heyvanların, heyvandarlıq məhsullarının, bitkilərin,
bitkiçilik məhsullarının müasir qırğın vasitələrindən qorunma-
sı, həmçinin obyektin mülki müdafiə qüvvələrinin etibarlı idarə
edilməsinin təşkili mühüm əhəmiyyət daşıyır.
Zəhərlənmə ocaqları və fəlakət zonalarında xilasetmə və
digər təxirəsalınmaz işlərinin (X və DTİ) təşkili və icrası əvvəl-
ki iki vəzifə ilə sıx bağlıdır. Xilasetmə və digər təxirəsalınmaz
işlər– insanların xilas edilməsi, zəhərlənənlərə yardım göstəril-
məsi, qəzanın lokallaşdırılması və aradan qaldırılması üçün,
mülki müdafiənin kompleks tədbiridir. X və DTİ-in aparılma-
sına obyektin bütün MM qüvvələri, həmçinin lazım gəldikdə
7
mülki müdafiə (MM) rəisinin qərarı ilə əlavə qüvvələr də cəlb
olunur. X və DTİ böyük fiziki qüvvə və mənəvi güc tələb edir
və cəld, dəqiq və əlaqəli hərəkətlərlə aparılmalıdır. Ona görə də
bu qüvvələr sülh şəraitində tam komplektləşdirilməli, xüsusi
texnika, cihazlar, vasitələrlə təchiz olunmalıdır.
Mülki müdafiə xidmətləri, qüvvələri, onların təyinatı və
yaradılması. Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun
hissələrindən, ştatlı qəza-xilasetmə dəstələrindən, hərbiləşmə-
miş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş
idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla
xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb
olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən
ibarətdir.
Mülki müdafiə qüvvələri fövqəladə hadisələrin (FH) nəti-
cələrini aradan qaldırarkən X və DTİ yerinə yetirmək, bu işləri
təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra
etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləş-
məmiş dəstələr təşkil edir. Bunlar sülh və müharibə vaxtı yeri-
nə yetiriləsi tədbirlərdə iştirak edən mülki müdafiə qüvvələri-
nin sayca ən böyük hissələridir.
Ərazi və sahə orqanları tərəfindən yaradılan hərbiləşməmiş
ümumi və xüsusi mülki müdafiə dəstələri bilavasitə həmin or-
qan rəhbərlərinin sərəncamı ilə fəaliyyət göstərir.
Xatırladaq ki, mülki müdafiə dəstələri ərazi-istehsalat prin-
sipi üzrə Naxçıvan Muxtar Respublikasında, rayonlarda, şəhər-
lərdə, obyektlərdə və yaşayış məntəqələrində yaradılır.
Mülki müdafiə dəstələri əmin-amanlıq dövründə ayrı-ayrı
təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əşyalarla,
texniki və nəqliyyat vasitələri ilə təşkilatın hesabına normalara
uyğun olaraq təchiz olunur.
Hərbiləşməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Res-
publikasının vətəndaşı olan 18 yaşından 60 yaşadək kişilər, 18
yaşından 55 yaşadək qadınlar cəlb edilirlər. Birinci və ikinci
qrup əlillər, hamilə və 3 yaşadək uşağı olan orta və ali tibb təh-
8
silli qadınlar, həmçinin uşağa digər şəxslərin himayəsi olmayan
8 yaşınadək uşağı olan qadınlar dəstələrə cəlb olunmurlar.
ġək. 1. Obyektin mülki müdafiəsinin təşkili sxemi
Mülki müdafiə dəstələri tabeliyinə görə - ərazi dəstələri və
obyekt mülki müdafiə dəstələrinə bölünür.
Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə ümumi
məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi
məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaş-
dırılmış dəstələr yaradılır.
Ümumi məqsədli dəstələr zədələmə ocağında xilasetmə iş-
ləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticə-
lərini aradan qaldırmaq üçün nəzərdə tutulur.
Xilasedici
dəstə
(komanda)
Heyvanları
mühafizə
komandası
(bölmə)
Kəşfiyyat
qrupu
(manqası)
Sanitar druji-
naların dəstəsi
(sandrujina)
Yangınsöndü-
rən komanda
(bölmə)
Zərərləşdirici
komanda
(qrup)
Bitkiləri
mühafizə
komandası
(bölmə)
Ətraf mühitin
radioaktiv
müşahidə
postları
Xüsusi məqsədli dəstələr
Obyektin rəhbəri
Obyektin MM
gərargahı 3-5,
nəfər
MM rəhbərinin muavinləri
Umumi məqsədli dəstələr
Maddi-
texniki
təchizat
üzrə
Köcürmə
üzrə
Köcürmə
komissiya
sı
Xidmətlər
Mühəndis-
texniki hissə
üzrə
9
Yığma komandalar (qruplar), xilasetmə dəstələri (koman-
daları, qrupları), yığma mexanikləşdirilmiş dəstələr (komanda-
lar)- ümumi məqsədli dəstələr sayılır.
Mülki müdafiə xidmət dəstələrinə - xüsusi təyinatlı dəstə-
lər kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik
və kimyəvi nəzarət və s. xidmət dəstələri aiddir.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən
istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazır-
lıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi yüksək
hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik ha-
zırlıqda olur (24 saat).
Rayonun mülki müdafiə qərargahı. Rayonun icra başçısı
MM dəstələrinin işinə qərargah və xidmət rəisləri vasitəsilə
gündəlik rəhbərlik edir. Qərargah rayon İcra başçısı və onun
şöbələrinin, idarələrinin və digər təşkilatların işçilərindən təşkil
olunur. Qərargaha, adətən, ştatda olan işçi (qərargah rəisi) rəh-
bərlik edir. Qərargahın digər şəxsi heyəti öz vəzifələrini əsas
işdən ayrılmadan yerinə yetirirlər. Rayonun icra başçısı həmin
şəxslərin bilavasitə qərargahda, xidmətlərdə və obyektlərdə iş-
ləyəcəyi günləri (saatları) müəyyən edir. Bu qayda tədbirlərin
plan üzrə və məqsədəuyğun yerinə yetirilməsinə imkan yaradır.
Qərargah heyətinin sayı konkret şəraitdən asılı olaraq
müəyyən edilir. Qərargah 12-16 nəfərdən ibarət ola bilər: qə-
rargah rəisi, onun müavini, operativ kəşfiyyat şöbəsi (rəis və 2-
3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mü-
həndis-texniki və radiasiyadan mühafizə qrupu (rəis və 1-2 kö-
məkçi); maddi və texniki təminat qrupu (rəis və 1-2 köməkçi).
Rayon İcra başçısı rayon tabeliyində olan şəhərdə yerləşirsə,
belə hallarda rayonun və şəhərin birləşmiş mülki müdafiə qə-
rargahı yaradılır, həmçinin rayonun başçısına tabe olan vahid
xidmətlər təşkil edilir.
Rayon qərargahının əsas vəzifələri: rayonun mülki müda-
fiə planını işləyib hazırlamaq və onun yerinə yetirilməsini təş-
kil etmək; əhalini, xalq təsərrüfatı istehsalını qorumaq və zərər
10
çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafiənin dö-
yüş hazırlığını daim təmin etmək; əhaliyə mülki müdafiə siq-
nalları vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arası-
kəsilmədən idarə olunmasını təmin etmək; kəşfiyyatı təşkil et-
mək və ona müntəzəm rəhbərlik etmək; əhalinin və xalq təsər-
rüfatı istehsalı obyektlərinin nüvə, kimyəvi, bakterioloji və adi
silahlardan, sülh mahiyyətli FH-dən mühafizəsinə dair tədbirlə-
ri işləyib hazırlamaq və həyata keçirmək; mülki müdafiə xid-
mətləri və dəstələri şəxsi heyətinin hazırlığını təşkil etmək və
onun keçirilməsinə nəzarət etmək; rayonun ərazisində yerləşən
obyektlərin mülki müdafiə hazırlığına nəzarət etməkdir.
Rayonun (Ģəhərin) mülki müdafiə xidmətləri. Mülki
müdafiə tədbirlərini, dəstələrin hazırlığını və zədələnmiş (zə-
hərlənmiş) yerlərdə iş görərkən onların düzgün idarə olunma-
sını təmin etmək üçün, yerli şəraiti və müvafiq bazanın olması-
nı nəzərə alaraq rayon (şəhər) İcra hakimiyyətinin qərarı ilə ra-
yon xidmətləri yaradılır.
Rabitə xidməti - rayon (şəhər) rabitə təşkilatının bazası
əsasında təşkil olunur. Rabitə xidmətinin işçiləri: İcra Hakimiy-
yətinin nümayəndəsinə, idarələrin, müəssisələrin vəzifəli şəxs-
lərinə və rayonun bütün əhalisinə fövqəladə hadisələr təhlükəsi
barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təş-
kil edir, rayonun bütün obyektləri ilə rabitə yaradır və onu
daim fəaliyyətə hazır saxlayır; rayonun ərazisində fəaliyyət
göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması-
nı təmin edir.
Tibb xidməti - tibb müəssisələrinin bazası əsasında yaradı-
lır (xidmətin rəisi rayonun baş həkimidir). Xidmət: müalicə-
profilaktika, epidemiya əleyhinə və sanitariya-gigiyena tədbir-
lərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını təmin
edir; zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların
qəbul edilməsi, yerləşdirilməsi və müalicəsi üçün binaları ha-
zırlayır.
İctimai asayişi mühafizə xidməti - rayon polis şöbəsinin
11
bazası əsasında təşkil olunur (xidmətin rəisi - rayon polis şöbə-
sinin rəisidir). Xidmətə: dövlət mülkiyyətini və ictimai mülkiy-
yəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; çaxnaşma-
nın qarşısını almaq; nəqliyyatın hərəkətini təmin etmək; əhali-
nin müəyyən edilmiş davranış qaydalarını yerinə yetirilməsinə
nəzarət etmək həvalə olunur. Xidmət köçürülmə işlərinə, mülki
müdafiə siqnalları üzrə əhalinin daldalanmasına yardım göstə-
rir, zədələnmə ocağına buraxılma rejiminin və bakterioloji yo-
luxma ocağında karantin tədbirlərinin yerinə yetirilməsini tə-
min edir.
Yanğından mühafizə xidməti – yanğından mühafizə təşki-
latlarının bazası əsasında yaradılır (xidmətin rəisi - rayonun
yanğından mühafizə şöbəsinin (idarəsinin) rəisi və ya yanğın-
dan mühafizə müfəttişidir). Bu xidmətin vəzifələri: yanğınsön-
dürən dəstələr hazırlamaqdan, yanğına qarşı profilaktika tədbir-
lərini həyata keçirməkdən, müəssisə, idarə, kənd və qəsəbələrin
ərazisində su hövzələri tikilməsini təşkil etməkdən ibarətdir.
Yanğınlar baş verdikdə onların məhdudlaşdırılması və sön-
dürülməsi üçün xidmət bütün növ tədbirləri görür.
Ərzaq və paltarla təchizat xidməti - rayon istehlak cəmiy-
yəti və ticarət bazası əsasında yaradılır (xidmətin rəisi- rayon
istehlak cəmiyyətinin sədridir). Bu xidmət: anbarlarda, ictimai
iaşə və ticarət müəssisələrində saxlanan malların zəhərləyici,
radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi
məsələləri ilə məşğul olur; köçürülən və zərər çəkmiş əhalinin
yeməklə təmin olunmasını sahmana salır, onları ən lazımi şey-
lərlə təchiz edir; həmçinin rayonun mülki müdafiə dəstələrinin
şəxsi heyətini yeməklə təmin edir.
1.2. Mülki müdafiə dəstələri və onların təyinatı
Aqrar sahədə adətən yığma komanda (qrup), kəşfiyyat qru-
pu (dəstəsi), radiasiya və kimyəvi müşahidə postu, sanitar dəs-
tə, yanğın əleyhinə komanda (dəstə), zərərsizləşdirmə koman-
12
dası (qrupu), ictimai asayişin mühafizə komandası (qrupu) ya-
radılır. Bunlardan əlavə kənd təsərrüfatı heyvanlarının mühafi-
zəsi və kənd təsərrüfatı bitkilərinin mühafizəsi komandalarının
da yaradılması vacibdir. Yığma və yanğın əleyhinə komanda-
lar, sanitar dəstə və kəşfiyyat qrupu həm aqrar sahə obyektlə-
rində, həm də lazım gəldikdə şəhərlərdə kömək məqsədi ilə is-
tifadə oluna bilər.
Yığma komanda – ümumi təyinatlı obyekt mülki müdafiə
komandası olaraq X və DTİ üçün nəzərdə tutulur. Onun tərki-
binə iki xilasetmə qrupu, sanitar mexanikləşdirilmiş işlər və zə-
rərsizləşdirmə dəstəsi daxildir. Komanda buldozerlər, ekskava-
torlar, yük avtomobilləri, qaynaq aparatları və digər vacib
texnikalarla təchiz olunur. İş növbəsi ərzində (adətən 10 saat)
komanda aşağıdakı işlərdən birini yerinə yetirməlidir: zəhərlən-
miş zonadan 200 nəfərə qədər zərərçəkmişi kənarlaşdırmalı
(250-350m məsafəyə), dağıntılar altından 40 nəfərə qədər zə-
rərçəkmişi çıxararaq həmin məsafəyə kənarlaşdırmalı, zirzəmi
tipli 6 mühafizə qurğusunu qazaraq hazırlamalı, 500-600 nəfər
zərərçəkənə ilk tibbi yardım göstərməlidir.
Zərərsizləşdirmə komandası – radioaktiv, kimyəvi və bak-
terioloji zəhərlənməyə məruz qalmış ərazidə, yollarda, kənd tə-
sərrüfatı texnikasında, bina və qurğularda işlərin aparılması
üçün yaradılır. Komandanın əsasını ərazi və qurğuları zərərsiz-
ləşdirən iki və üç qrup təşkil edir. Komanda yük və xüsusi
(çənli) avtomobillərlə, dekorasiya cihazlı yedəklə və digər tex-
nika ilə təchiz olunur. İş növbəsi ərzində komanda sərt örtüklü
(asfalt) 6 metr enlikli 24 km uzunluğunda yuma ilə dezaktivasi-
ya etməli, 40 km uzunluğunda yerli yollarda dekorasiya və xlor
qarışığı ilə dezinfeksiya işlərini aparmalı, su şırnağı ilə 200-dək
nəqliyyat vasitəsini dezaktivasiya etməli, 80-120 min m
2
bina
sahəsində dekorasiya aparmalıdır.
Kənd təsərrüfat bitkilərinin mühafizə komandası əkinçi-
lik işçilərindən təşkil olunaraq bitkilərin və bitki məhsullarının
mühafizəsi və kütləvi qırğın silahlarının (KQS) tətbiqi zamanı
13
bitkiçilikdə hadisə nəticələrinin aradan qaldırılması məqsədini
daşıyır. İş növbəsi ərində komanda aşağıdakı işlərdən birini ye-
rinə yetirməlidir: 140 ha əkin sahəsini, 56 ha-dək meyvə bağını
zəhərli kimyəvi maddələrdən təmizləməli; 1,5-2 min m
2
anbar
tikililərini təmizləməli, 40 min m
2
tikili sahəsində həşərat və
gənələrdən zərərsizləşdirməni həyata keçirməlidir.
Kənd təsərrüfat heyvanlarının mühafizə komandası kənd
təsərrüfatı heyvanlarının, heyvandarlıq məhsullarının, yemin və
su mənbələrinin KQS-dan mühafizəsinin təmin edilməsi və
heyvanlara ilk yardımın göstərilməsi məqsədini daşıyır. Ko-
manda heyvandarlıq mütəxəssis və işçilərindən təşkil olunaraq
yaşayış məskənindəki heyvanların sayından asılı olaraq bir ne-
çə bölmədən ibarət ola bilər. İş növbəsi ərzində komanda 200-
300 heyvana peyvənd etməli; 2-4 min m
3
heyvandarlıq tikilisi-
ni hazırlamalı; 10 min m
3
-dək tikilidə zərərsizləşdirmə işləri
aparmalı; 320-400 heyvanın baytarlıq emalını icra etməli; 150
heyvana müalicəvi yardım göstərməlidir.
Radiasiya və kimyəvi müşahidə postu obyektin ərazisində
radiasiya və kimyəvi vəziyyətin müşahidəsini apararaq zəhərlə-
mənin vaxtında aşkar edilərək MM qərargahına informasiyanı
ötürmək üçün yaradılır. Onlar radiasiya və kimyəvi kəşfiyyat
cihazları, müşahidə və fərdi mühafizə vasitələri ilə təchiz olu-
nur.
Bütün göstərilən dəstələrlə yanaşı, fövqəladə hallar zamanı
ərazidə yerləşən dövlət tabeçiliyindəki tibbi, baytarlıq, aqro-
kimyəvi laboratoriyalar, hamam, yuma məntəqələri və s. mülki
müdafiə sərəncamına verilir. Göstərilən obyektlər radioaktiv və
zəhərləyici və bioloji vasitələrin zərərsizləşdirilməsi, insanların
sanitar, heyvanların baytar emalı, paltarların, texnikanın təmiz-
lənməsi üçün mülki müdafiə (MM) xidmətləri tərəfindən istifa-
də olunur.
Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə
rayonda yuxarıda göstərilənlərdən əlavə başqa xidmətlər də
(kommunal-texniki xidməti- rayon kommunal təsərrüfatı kom-
14
binatı bazası əsasında; mühəndis xidməti - tikinti təşkilatlarının
bazası əsasında; avtomobil nəqliyyatı xidməti – avtomobil tə-
sərrüfatları, yol idarələri və digər təşkilatların bazası əsasında;
maddi-texniki təchizat, energetika və b. xidmətlər) yaradıla bi-
lər. Əgər xidmət bir neçə idarənin bazası əsasında yaradılırsa,
bu zaman həmin idarələrin rəhbərlərindən biri xidmətin rəisi,
qalanları isə onun müavinləri təyin edilir. Rayon xidmətlərinin
vəzifələri və fəaliyyəti əsasnamələrlə, təlimatlarla, habelə yu-
xarı xidmətlərin göstərişləri əsasında və rayonun xüsusiyyətləri
nəzərə alınmaqla yuxarı idarə rəhbərləri tərəfindən müəyyən
edilir.
Öz bazası əsasında rayon xidmətləri yaradılmış təşkilatla-
rın imkanlarından asılı olaraq burada komandalar, qruplar, bri-
qadalar, habelə xüsusi məqsədli manqalar; tibb, mühəndis, icti-
mai asayişi mühafizə, rabitə, kommunal-texniki, avtomobil
nəqliyyatı, heyvanları və bitkiləri mühafizə manqalları təşkil
edə bilər. Bundan başqa, mülki müdafiə məqsədləri üçün (ştat
üzrə mövcud strukturda) rayonun rabitə, səhiyyə idarələrindən,
habelə maddi və texniki təchizat, ticarət və ictimai iaşə idarə və
müəssisələrindən istifadə olunur. Rayonun və şəhərlərdən kö-
çürülən müalicə-profilaktika və tibb idarələrinin bazası əsasın-
da baza xəstəxanaları idarəsi, çeşidləmə-köçürmə hospitalları,
baş və profil xəstəxanaları, ilk yardım dəstələri və epidemiya
əleyhinə dəstələr yaradılır.
Mülki müdafiə rayon mərkəzindəki komanda məntəqəsin-
dən idarə edilir. Bu məntəqəni rabitə vasitələri ilə, məntəqənin
şəxsi heyətini isə nəqliyyat vasitələri və fərdi mühafizə vasitə-
ləri ilə təmin edirlər. Komanda məntəqəsində: rəhbər heyət, qə-
rargahın və xidmətlərin şəxsi heyəti, köçürmə komissiyası və
xidmət qrupu yerləşir.
Müəssisə direktorları, rəhbərləri mülki müdafiəyə cavab-
deh şəxs sayılırlar. Onlara aşağıdakı vəzifələr həvalə olunur:
obyekt dəstələri yaratmaq, onları lazımi əmlakla təchiz
etmək və bu dəstələrin döyüş hazırlığını təmin etmək;
15
əhaliyə fövqəladə halların (FH) nəticələrindən mühafizə
tədbirlərinin öyrədilməsini təşkil etmək;
mülki müdafiə dəstələri və əhali üçün xüsusi əmlak və
fərdi mühafizə vasitələri əldə etmək, bunları toplayıb saxla-
maq;
vəzifəli şəxslərə, dəstələrin şəxsi heyətinə və əhaliyə FH
təhlükəsi haqqında vaxtında xəbər vermək;
əhalinin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə
rəhbərlik etmək;
profilaktika tədbirlərini, epidemiya, epizootiya və yanğın
əleyhinə tədbirləri təşkil etmək;
şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edib
yerləşdirmək;
əhalinin köçürülməsini təşkil etmək;
xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş bi-
naları hazırlamaq;
dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşü-
nü təşkil etmək;
kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatla-
rının, yemin və su mənbələrinin radioaktiv, kimyəvi maddələr,
bakterioloji vasitələrlə yoluxmadan mühafizəsi üzrə tədbirləri
yerinə yetirmək;
əkinlərin, su anbarlarının, meşələrin, otlaqların və başqa
kənd təsərrüfatı sahələrinin zəhərlənməsini vaxtında aşkara çı-
xarmaq məqsədilə bu yerlərə nəzarəti təşkil etmək, habelə on-
ların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək.
Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi təmin
etmək və mülki müdafiə tədbirlərini planlaşdırmaq üçün ob-
yektlərdə 3-5 nəfərdən ibarət qərargah (qərargahın heyətinə da-
xil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərti ilə)
yaradılır.
Rayonun mülki müdafiə dəstələri. Rayonun müəssisələ-
rində, şəhər və qəsəbələrində bu dəstələr yaradılır: xilasedici
dəstələr (komandalar); kəşfiyyat qrupları (manqaları); ətraf mü-
16
hitin radioaktivliyini müşahidə postları; rabitə qrupları; sanitar
drujinası dəstələri və sanitar drujinaları; yanğınsöndürən ko-
mandalar (bölmələr); ictimai asayişi mühafizə dəstələri (ko-
mandaları); zərərsizləşdirici komandalar (qruplar); kənd təsər-
rüfatı heyvanlarını və bitkiləri mühafizə komandaları (qrupla-
rı).
Kənd yerlərindəki müalicə-profilaktika və şəhərlərdən kö-
çürülən tibb idarələrinin bazası əsasında ilk tibbi yardım dəstə-
ləri, epidemiya əleyhinə səyyar dəstələr, ixtisaslı tibbi yardım
dəstələri (briqadalar), həmçinin tibb xidmətinin idarələri (baza
xəstəxanaları idarəsi, çeşidləmə-köçürmə hospitalları, mərkəzi
və profil xəstəxanaları) təşkil edilir. Dəstələr istehsalat prinsipi
əsasında komplektləşdirilir və təlimə cəlb edilir. Dəstələrin
ştatları və əmlakla təchizat tabelləri, bu sahədə təsərrüfatların
imkanları, habelə qüvvə və vasitələrə olan tələbat nəzərə alın-
maqla dəstələrin nümunəvi təşkili sxemləri və təchizat norması
tabellərinə uyğun olaraq obyektin qərargahı tərəfindən işlənib
hazırlanır.
Xilasedici dəstə 2-4 komandadan ibarət olub, obyektin əsas
mülki müdafiə dəstəsi sayılır. Xilasedici dəstə zədələnmiş
adamları axtarmaq, uçqunlar altından, dağıdılmış sığınacaq və
binalardan çıxarmaq, həkimə qədər yardım göstərmək, habelə
onları zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur.
Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı
işlərdən birini görə bilər: zədələnmiş 600-1200 nəfər adamı zə-
dələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq; zə-
dələnmiş 120-240 nəfəri uçqun altından, qismən uçulmuş bina-
lardan çıxarıb 250-350 m məsafəyə aparmaq; qismən dağılmış
xəndək və ya qazma tipli 60-120 daldalanacağın üstünü açıb
sökmək; 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək.
Həmin işləri yerinə yetirmək üçün dəstə, adətən, mühəndis tex-
nikası və kənd təsərrüfatı texnikası ilə təmin olunur, habelə xü-
susi məqsədli dəstələr ilə gücləndirilir.
Kəşfiyyat qrupu 3-5 manqandan ibarət olur. Bu qrupun
17
əsas vəzifələri - zədələnmə ocağının hüdudlarını, dağıntıların
xarakterini və miqdarını, radiasiyanın səviyyələrini, zəhərləyici
maddələrin və bakterioloji vasitələrin növünü müəyyən etmək-
dir. Kəşfiyyat bölmələri yanğınların yerini və ölçülərini, dağıl-
mış və zədələnmiş binaların, sığınacaqların və daldalanacaqla-
rın vəziyyətini müəyyənləşdirir, texnika və nəqliyyatın hərəkəti
üçün yararlı olan marşrutlar tapır, harada yaralılar olduğu barə-
də məlumat toplayır və başqa işləri icra edir. Kəşfiyyat qrupu
adamların, texnikanın, əmlakın, ərzağın, yemin və suyun zəhər-
lənməsinə nəzarət etmək işinə də cəlb oluna bilər.
Sanitar drujinaları dəstəsi- 4-5 sanitar drujinasından iba-
rətdir və kütləvi zədələnmə ocağında zərər çəkmiş adamlara ilk
tibbi yardım göstərmək üçün nəzərdə tutulur. Dəstənin şəxsi
heyəti bir iş növbəsində 2200-2700 şəxsə ilk yardım göstərə bi-
lər. Dəstə zədələnmə ocağında mülki müdafiənin xilasedici
bölmələri ilə birgə işləyir.
Sanitar drujinaları - beş manqandan ibarətdir; kənd təsər-
rüfatı və orta təhsil müəssisələrinin bazası əsasında yaradılır.
Drujinalar zərər çəkmiş şəxslərə zədələnmə ocağında ilk tibbi
yardım göstərmək üçündür.
Ətraf mühitdəki obyektlərin radioaktivliyini müşahidə
postları müəssisə və obyektlərdə radioaktiv, kimyəvi və bakte-
rioloji vəziyyəti müşahidə etmək, sahələrdə zəhərlənmə başla-
dığını vaxtında aşkara çıxarmaq və bu barədə obyektin mülki
müdafiə qərargahına məlumat vermək üçündür.
18
Dostları ilə paylaş: |