S I y a s I s I s t e m


AZƏRBAYCAN RESPUBLİKASININ siyasi sistemi



Yüklə 31,56 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü31,56 Kb.
#43697
növüDərs
1   2   3   4   5
polit 5 movzu

4.AZƏRBAYCAN RESPUBLİKASININ siyasi sistemi. Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif, hətta bəzən bir-birinə zidd olan amillər mühüm rol oynamış və oynamaqdadır.

Bütün postsovet dövlətləri kimi Azərbaycan Respublikasının da siyasi sistemi sovet siyasi sisteminin müəyyən təsirini öz üzərində hiss edir. Ümumilikdə isə Azərbaycanın siyasi sistemi demokratiyaya keçid mərhələsindədir.

Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması 1995-di il noyabr ayının 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatdı. Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşdirilmişdir. Dövlət hakimiyyətinin həyata keirilməsi formasına görə Azərbaycan prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur.

Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycanda müstəqil şəkildə fəaliyyət göstərən 3 hakimiyyət qolu qərarlaşmışdır: qanunverici hakimimyyət səlahiyyətlərini yerinə yetirən milli məclis, icra hakimiyyətini yerinə yetirən prezident və məhkəmə hakimiyyəti. Azərbaycan Respublikasının Milli məclisi 125 deputatdan ibarətdir. Milli Məclisin hər çağırışının müddəti 5 ildən aşağı olmayan, hər bir vətəndaş qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlət qarşısında öhdəliyi olan, icra və məhkəmə hakimiyyətində qulluq edən, cinayətlərə görə məhkum olunmuş şəxslər Milli Məclisə deputat seçilə bilməz. Azərbaycan Respublikasının MM-i səlahiyyətlərinə aid Məsələlər üzrə qanunlar və qərarlar qəbul edir.

Azərbaycan Respublikasının Prezidenti ümumi və birbaşa seçki əsasında 5 il müddətinə seçilir. Konstitusiya ilə prezidentə geniş səlahiyyətlər verilir. Milli məclisin razılığı ilə baş naziri təyin və azad edir, nazirlər kabinetini istefaya göndərir, nazirləri təyin edir, mərkəzi və yerili icra başçılarını təyin və azad edir, dövlət büdcəsini təsdiq üçün milli məclisə təqdim edir. Prezident milli məclisdə qanunvericilik təşəbbüsü hüququna malikdir.

Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarçılığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.



Azərbaycanın siyasi sisteminə çoxpartiyalılıq xasdır. Azərbaycanın seçki sistemi əvvəl qarışıq seçki sisteminə aid edilirdi, indi isə referendum yolu ilə dəyişdirilmiş mojaritar sistemlə həyata keçiriləcək.
Yüklə 31,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin