S I y a s I s I s t e m


Siyasi sistemlərin təsnifatı və funksiyaları



Yüklə 31,56 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü31,56 Kb.
#43697
növüDərs
1   2   3   4   5
polit 5 movzu

3. Siyasi sistemlərin təsnifatı və funksiyaları. Elmi ədəbiyyatda siyasi sistemlərin çoxlu və mürəkkəb təsnifatına rast gəlmək olar. Siyasi sistemin təsnifatına aşağıdakılar daxildir:

1.siyasi hakimiyyətin mənşəyinə görə – avtoritar və demokratik. 2.tarixiliyinə görə – imperiya, milli dövlət, konfederasiya.

3.iqtisadi-ictimai formasiyaya görə – ibtidai, quldarlıq, feodalizm, kapitalizm, sosializm.

4.cöğrafi duruma görə – avropa, asiya, şimali amerika və s.

5.milli və dini meyarlara görə – müsəlman, xristian, islam və s.

6.gerçəkliyə münasibətinə görə – mühafizəkar, islahatçı, tərəqqipərvər, irticaçı.

7.siyasi mədəniyyətin səviyyəsinə görə – ingilis-amerikan, kontitental-avropa, sənaye dövrü və sənayeyə qədərki, totalitar.

8.siyasi proseslərin xarakterinə görə – amirlik, bəhsləşmə, sosial barışdırıcı və s., və s. sadalamaq olar.

Keçmiş SSRİ-də siyasi sistemlərin tipologiyasından bəhs edərkən onun sosialist, kapitalist və inkişaf etməkdə olan siyasi sistemlər formalarını ayırırdılar. Bu gün isə onu demək olar ki, bəzi politoloqlar siyasi sistemlərin daha geniş təsnifatını verirlər.

Siyasi hakimiyyətin mənşəyinə görə –demokratik və avtoritar.

İctimai inkişaf tarixində siyasi sistemin daha çox yayılmış tiplərindən biri avtoritarizmdir. Bu sistem totalitar və demokratik sistemlər arasında sanki aralıq mövqe tutur. Avtoritarizmin totalitarizmlə yaxınlığı hakimiyyətin məhdud qrupa mənsub olması, demokratiya ilə yaxınlığı isə iqtisadiyyatın və xüsusi həyatın muxtar olmasıdır. Avtoritarizm kütlələri siyasətdən uzaqlaşdırır, onları siyasi cəhətdən zəif məlumutlandırır. XX əsrdə demokratik sistemin əhəmiyyətli dərəcədə genişlənməsi ilə müşahidə olunur. Bu inkişafın birinci mərhələsi birinci dünya müharibəsinin qurtarmasından sonrakı dövrə təsadüf edir ki, o zaman Almaniya, Avstriya-Macarıstan monarxiyalarının məhvi və Şərqi Avropada bir neçə gənc dövlətin yaranması baş vermişdi. (XX əsrin 20-30 illərində İtaliya, Arqentina, Yaponiya, Portuqaliya və İspaniyada parlament sistemləri iflasa uğradı). Sonra ikinci dünya müharibəsindən sonrakı mərhələdir ki, AFR, Avstriya, İtaliya və Yaponiya kimi hüquqi dövlətlərin yaranması ilə müşahidə olundu. 80-cı illərin sonunda isə SSRİ-nin süqutu ilə demokratik yüksəlişin yeni mərhələsi başladı.

Tarixən mövcud olmuş siyasi sistemlər – imperiya, milli dövlət.(unitar, federativ), konfederasiya formasında meydana gəlmişdir.

İmperiya latın dilində hökumət, dövlət deməkdir. İmperiya siyasi sistemində sülalə monarxiyası geniş əraziləri idarə edir. İlk imperiya e.ə. 1 əsrdə Avqust Sezar özünü imperator elan etdikdən sonra Roma İmperiyasında təşəkkül tapmışdır. Sonralar Bizans imperiyası, Çar Rusiyası birinci Pyotr zamanında imperiyalar olmuşdur. Orta əsrlərdə Osmanlı imperiyası yaranmışdı. İmperiya sistemlərinin bir sıra ümumi əlamətləri vardır ki, bunlar aşağıdakılardır:

Geniş ərazinin olması;

Güclü mərkəzləşdirilmiş hakimiyyət;

Daim yeni torpaqlar işğal etməyə can atma;

Mərkəzlə əyalət arasında ağalıq və tabeçilik münasibətləri;

Yuxarı təbəqənin mənafeyinə xidmət edən ideya;

Etnik, mədəni və milli tərkibin müxtəlifliyi;

Sabitliyin olmaması.

İmperiyaların dağılması nəticəsində yeni müstəqil dövlətlər yaranır.Tarix də öz növbəsində sübut etmişdir ki, bütün imperiyaların məhvi labüddür.

XYI əsrdən etibarən avropada burjua inqilabları baş verməsi nəticəsindəmilli dövlətlərin yaranması dövrü başladı və bu əsasən 2 mərhələdən keçmişdir: 1. mütləq monarxiya 2. Konstmitusiyalı monarxiya və burjua respublikaları.

Müasir milli dövlətlərin əlamətlərini belə xarakterizə etmək olar:

Birlik və ərazi sabitliyi;

Elitanın əlində siyasi hakimiyyətin mərkəzləşməsi;

Elitadan asılı silahlı qüvvələrin formalaşması;

Vahid bürokratiyanın yaranması;

Mərkəzləşdirilmiş məhkəmə sistemi.

Müasir dövrdə milli dövlətlərin unitar və federativ formaları mövcuddur.

Cəmiyyətin tarixən yaranmış siyasi sistemlərindən olan konfederasiya müvəqqəti xarakter daşıyır və uzun ömürlü olmur. O adətən xarici təhlükə və ya hərbi böhran zamanı yaranır və sonra ya federativ, ya da unitar dövlətlərə çevrilir.

Siyasi strukturun vəziyyəti və siyasi mədəniyyətin səviyyəsinə görə – (siyasi sistemin ən geniş yayılmış təsnifatını 1956-cı ildə Q.Almond irəli sürmüşdür:) ingilis-amerikan, kontitental-avropa, sənayeyə qədərki və sənaye dövrü, totalitar.

İngilis – amerikan siyasi sistemini rasionallığa, vətəndaşların və siyasi elitanın qarşılıqlı dözüm və loyal münasibətlərinə əsaslanan siyasi mədəniyyət səciyyələndirir. Bu sistem sabitdir, səmərəlidir və özünütənzimləmək qabiliyyətinə malikdir. Hakimiyyətin aydın müşahidə edilən bölgüsü ingilis-amerikan siyasi sistemini xarakterizə edən əsas cəhətlərdən biridir.

Kontinental Avropa siyasi sistemində köhnə və yeni siyasi mədəniyyət qarşılıqlı təsir şəraitində fəaliyyət göstərir. Bu sistem əsasən Fransa, Almaniya və İtaliyada mövcuddur.

Totalitar siyasi sistemdə hakimiyyət ciddi surətdə bürokratiyanın əlində cəmlənir, cəza orqanları yüksək fəallıq nümayiş etdirir. Vətəndaşların siyasi fəallığı isə dövlət tərəfindən məqsədyönlü şəkildə təşkil edilir və hətta bəzən məcburi xarakter daşıyır.

Sənaye dövrü və sənayeyəqədərki siyasi sistemlər. Sənayeyə qədər sistemlər qeyri-ənənəvi (Afrika),populis (Asiya və latın Amerikası), və avtoritar (Tayvan, Cənubi Koreya,Braziliya), sənaye dövrü isə demokratik (konservativ, sosial-liberal), və avtoritar (radikal, konservativ) sistemlərə bölünür.

Siyasi proseslərin xarakteri və istiqamətinə görə siyasi sistemlərin 3 modelini ayırmaq olar – amirlik, bəhsləşmə, sosial-barışdırıcı. (təbii ki, bu bölgü şərtidir)

Amirlik sistemi qədimdən məlumdur. O. İnteqral xarakterə malik olub, ictimai orqanizmin özünütənzimləmə üsullarını rədd edir. Məcburetmə üsullarına ustünlük verir. Keçmiş SSRİ-də formalaşan inzibati-amirlik sistemi bunun bariz nümunəsidir.

Bəhsləşmə sistemi də qədimdən məlumdur. Ancaq bu elə sistemdir ki, burada plüralizm var, şəxsiyyətin hüquq bərabərliyi hüquqla tənzimlənir, fövqəladə hallarda məcburetmə üsullarından istifadə olunur. Bu sistem özünütənzimləmə üsullarının olması ilə seçilir.

Sosial-barışdırıcı sistem uyğunlaşma və kompromis sistemdir. O qarşılıqlı məhdudiyyətləri nəzərdə tutur və sosial aspekt ön plana çıxır. Belə sistemlər adətən yüksək iqtisadi inkişaf şəraitində özünü doğruldur. Müasir dövrdə Skandinaviya ölkələrində (xüsusilə İsveçdə) bu sistem təşəkkül tapmışdır.

Siyasi sistemin funksiyaları əlbətdə ki, cəmiyyətin digər sistemlərinə yönəldilir və onlar aşağıdakılardır:

1.Cəmiyyətin idarə olunması və dövlətin siyasi təşkili funksiyası. Siyasi sistem idarəetmənin forma və metodlarını hazırlayır və həyata keçirir.

2.Siyasi hakimiyyətin seçilmiş sosial qrup ilə təmin edilməsi funksiyası. Hər bir şəxs hakimiyyətdə ola bilməz, bunun üçün xüsusi hazırlıq, təşkilatçılıq lazımdır.

3.Siyasi sistem inteqrativ funksiya yerinə yetirir. Bu funksiyanın məqsədi siyasi qurluşun birliyini təmin etməkdən ibarətdir. O bütövlükdə cəmiyyətin sabitliyinə nail olmağa çalışır.

4.İqtisadiyyatın işləməsinə və inkişafına siyasi sistemin şərait yaratması funksiyası. (iqtisadi sistemi təşkil etmək, verci siyasətini hazırlamaq və s.)

5.Dövlətdə siyasi davranışın və siyasi münasibətlərin qaydaya salınmasına istiqamətlənən tənzimləmə fnksiyası.

6.Cəmiyyətin və onun üzvlərinin müxtəlif dağıdıcılardan müdafiəsi funksiyası. (kriminal qruplar, iqtisadi partlayış, ideoloji, informasiya yayımı və s.)




Yüklə 31,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin