S I y a s I s I s t e m


Siyasi sistemin strukturu



Yüklə 31,56 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü31,56 Kb.
#43697
növüDərs
1   2   3   4   5
polit 5 movzu

2. Siyasi sistemin strukturu. Politoloqlar arasında daha geniş yayılmış nöqteyi-nəzərlərdən biri isə siyasi sistemin tərkibinin, strukturunun təsisatlanmış, normativ, funksional, kommunikativ və mədəni yarımsistemlərdən ibarət olmasıdır:

Təsisatlanmış yarımsistem – (dövlət, siyasi partiyalar, siyasi hərəkatlar). Təsisatlı yarımsistem cəmiyyətin siyasi sisteminin aparıcı qurluşu hesab olunur. O, özündə siyasi idarəetmə formalarını (respublika, monarxiya), siyasi rejimləri (demokratik, totalitar, avtoritar), hakimiyyət orqanlarını (qanunverici, icraedici, məhkəmə), siyasi partiyalar və hərəkatları, seçki sistemini və s. birləşdirir.Təsistatlı yarımsistem siyasi sistemdə hakim mövqe tutaraq onun sabitliyinin təmin olunmasına təsir göstərir. O, həmçinin siyasi sistemin məqsəd və istiqamətini müəyyənləşdirir.

Normativ yarmısistem – (siyasi normalar, ənənələr, əxlaq, siyasi davranış etikası və s.) Bu yarımsistem milli, tarixən təşəkkül tapan adət və ənənələri, hakim siyasi görüşləri, prinsip və inamları özündə birləşdirərək siyasi sistemə təsir göstərir. Konstitusiyada və digər qanunverici sənədlərdə əks olunan normalar cəmiyyətin siyasi sisteminin fəaliyyətini bir növ tənzimləyir. ( bu üzdən bəzi ədəbiyyatlarda normativ, bəzilərində isə tənzimləyici yarımsistem adlandırılır).

İdeoloji yarımsistem – (siyasi konsepsiyaları, nəzəriyyələri, təlim və görüşləri, siyasi hakimiyyətin həyata keçirilməsi üsul və metodlarını); İdeoloji yarımsistem siyasi təsisatların, siyasi-hüquqi normaların yaradılması və inkişafının, bütünlikdə isə siyasi sistemin təkmilləşdirilməsinin əsasını təşkil edir. Bu yarımsistem cəmiyyətdə meydana çıxan siyasi problemlərin həllində mühüm rol oynayır.

Kommunikativ yarımsistem – (siyasi sistemə daxil olan yarımsistemlərin qarşılıqlı əlaqə və fəaliyyətin forma və prinsipləri) Bu sistem cəmiyyətin siyasi sisteminin fəaliyyəti prosesində yaranan münasibətlərin məcmusu olub, əsasən cəmiyyətin idarə olunmasına, hakimiyyət uğrunda mübarizəyə, onu əldə edib saxlamağa aid edilir. Belə mübarizələr hər bir siyasi sistemdə qapalı və açıq formada baş verir. Siyasi təsisatlar və təşkilatlar, siyasi liderlər, elita həmin münasibətlərin subyektləridir.;

Mədəni yarımsistem – (siyasi şüur, müvafiq siyasi mədəniyyət) Cəmiyyətin tarixən aid olduğu, yaratdığı, sonralar isə inkişaf etdirdiyi mədəniyyət və bu mədəniyyətin insan şüuruna təsiri nəticəsində əhalinin siyasi idarəetmə qərarlarının qəbuluna reaksiyasını özündə birləşdirir, habelə siyasi sistemin sabitliyini, idarə edən elitanın sosial bazasının möhkəmliyini təmin edir.

Bu yarımsistemləri təcrid olunmuş halda təsəvvür etmək olmaz. Çünki onlar bir-birilə qarşılıqlı əlaqədə və asılılıqda olaraq siyasi sistemi yaradırlar. Cəmiyyətin siyasi sisteminin sadaladığımız yarımsistemləri hər bir konkret şəaritdə müxtəlif cür bölünə və adlandırıla bilər. Nəticə etibarilə desək elə bir nəzərə çarpabaq fərq yoxdur. Sadəcə olaraq bir qrup müəlliflər siyasi sistemin strukturunu izah edərkən bəzi digər ünsürləri də onlara əlavə edirlər (məs: əmək kollektivləri, sinif, ailə, kütləvi informasiy vasitələri, siyasi görüş və təsəvvürlər və s.)

Göründüyü kimi siyasi sistem həm hakim qüvvələr, həm də müxalif qüvvələr tərəfindən yaradılan dövlət və qeyri-dövlət təşkilatları və müəssisələrinin məcmusudur. Onun daxili elementləri dedikdə dövlət, siyasi partiyalar, KİV, ictimai təşkilatlar və s. başa düşülür. Ən mühüm təsisat olan dövlət hüquq normalarının köməyi ilə vətəndaşların davranışlarını formalaşdırır. Siyasi partiyalar, ictimai təşkilatlar isə öz növbəsində müdafiə etdiyi qruplarla dövlət arasında vasitəçilik edir. Digər mühüm təsisat olan kütləvi informasiya vasitələri isə həm dövlət müəssisələri, həm də partiya və təşkilat orqanları kimi çıxış edirlər. Cəmiyyətin siyasi sisteminin dinamikliyi isə sosial iqtisadi və coğrafi amillərin təsiri nəticəsində baş verir. Həmin amillərin təsiri ilə cəmiyyətdə dəyişikliklər yaranır və buna siyasi sistem reaksiya verir. Sosial-iqtisadi amillərin siyasi sistemə təsiri siyasi hakimiyyətin rolunun müəyyən edilməsində və paylanmasında, həmçinin ölkədə siyasi sabitliyin qərarlaşmasında ifadə olunur: Coğrafi amillərin siyasi sistemə təsiri çoxşaxəlidir. Bura ölkənin ərazi miqyasları, dövlətin coğrafi-siyasi vəziyyəti kimi amillər daxildir.




Yüklə 31,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin