Sabit cəRƏyan maşinlarinin quruluşu və Əsas elementləRİ



Yüklə 276,53 Kb.
səhifə2/2
tarix22.10.2023
ölçüsü276,53 Kb.
#159784
1   2
referat 5981

İLGƏKVARİ DOLAQ
İlgəkvari dolaqda ikinci addım lövbər çevrəsi üzrə birincinin əks tərəfinə atılır.
Addımlar arasındakı münasibət belə ifadə olunur :
Y=Y1 -Y2
Birici xüsusi addım
Y±ε 1= Ze / 2p
İlgəkvari dolaqda paralel qollar sayı
2a = 2pY
Əgər ümumi addım Y=1 olarsa, alının dolağa sadə ilgəkvari dolaq deyilir. Y>1 olarsa, dolaqmürəkkəb ilgəkvari dolaqdır. Ümumi halda Y=m.
MÜRƏKKƏB İLGƏKVARİ DOLAQ
Çox böyük cərəyanlı maşınlar almaq üçün Y >1 olan ilgəkvari dolaqlar tətbiq edirlər. Çünki bu cür maşınlar üçün qütblər sayının artırılması hər yerdə əlverişli olmur. Belə ki, maşınların ölçüləri artır, baha başa gəlir.
Mürəkkəb ilgəkvari dolağı eyni bir lövbər üzərində yerləşdirilmiş və bir-birinə nəzərən sürüşdürülmüş Y qədər sadə ilgəkvari dolaq kimi təsəvvür etmək olar.
Mürəkkəb ilgək dolağın paralel qollar sayı sadə dolağa nisbətən Y dəfə çox, hər paralel qola daxil olan seksiyalar sayı isə Y dəfə azalmış olur.
Mürəkkəb ilgəkvari dolaqlarda fırçalar sayı yenə də əvvəlki kimi qütblər sayına bərabər götürülür. Lakin hər bir fırçanın eni əvvəlkindən Y dəfə böyük olmalıdır.
DALĞAVARİ DOLAQ
Dalğavari dolaqlarda ikinci addım Y2 -də birinci tərəfə atılır.
Dolaq addımları aşağıdakı münasibətdə olur:
Y=Y1 +Y2
Ümumi addım Y ikiqat qütb addımından bir qədər böyük yaxud kiçik götürülür ki, seksiyaların hamısı dolağa daxil edilmişh olsun. Onda lövbər çevrəsi üzrə bir tam gedişdən sonra əvvəlki yuvadan m qədər sola yaxud sada sürüşmüş yuvaya çatmaq olar.
Lövbər çevrəsi üzrə bir tam gedişdə olan ümumi addımların sayı cüt qütblər sayına bərabər olduğundan yaza bilərik
pY=Z±m e
və buradan ümumi addım Y=( Z± m)/p, burada p-cüt qütblər sayıdır. e
Dalğavari dolaqda paralel qollar sayı 2a=2m. Ümumi addım üçün belə ifadə də yazmaq olar:
Y=( K ± a)/p.
Əgər a=1 olarsa, dolaq sadə dalğavari, a>1 olarsa, mürəkkəb dalğavari dolaq olur.
S=K=Ze =17 və 2p=4 olan sadə dalğavari dolağın açılış sxemini (şəkil 1.) qurub onu təhlil edək.
Sxemdən görünür ki, eyni adlı fırçalar həndəsi neytralda yerləşmiş seksiya tərəfləri idə öz aralarında birləşir.
Əgər bu müsbət və bir mənfi fırça çıxarılıb atılarsa, bu da fırçalardan axan cərəyanlar göstərilən birləşdirici seksiyalar vasitəsilə yerdə qalan fırçalardan axır. Belə olduqda yerdə qalan fırçalar dolağın ümumi cərəyanına hesablanmalıdır.
Sadə dalğavari dolağın bu xüsusiyyəti onlarda p-dən asılı olmayaraq yalnız bir cüt fırça tətbiq etməyə imkan verir. Lakin bu halda kommutasiya şəraiti pisləşir və böyük güclü maşınlarda kollektoru uzatmaq lazım gəlir. Bu olmasın deyə adətən fırçalar sayı qütblər sayına bərabər götürülür. Dolağın digər xüsusiyyətlərini təhlil etmək üçün e.h.q.-lər ulduzunu qursaq, görmək olar ki, dolağın bərabər potensiallə naqilləri yoxdur, e.h.q.-lər çoxbucaqlısını qursaq, görə bilərik ki çoxbucaqlı yalnız bir dəfə qapanır.

Şəkil 1.
Yüklə 276,53 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin