Mövzu: 3. Sol,sağ, yuxarı. Böyük, kiçik, ən kiçik. Məqsəd: -uşaqlara 3 ədədini öyrətməyi davam etdirmək;
-əşyaları sayına görə müqayisə edərək onların nəticəsini sözdə işlətməyi öyrətmək: bərabərdir, o qədər, nə qədər;
- müşahidələri nəticəsində aldıqları məlumata əsasən tapmacanı tapmağı öyrətmək;
-tanış əşyaları ölçüsünə görə müqayisə etməyi öyrətməkdə davam etmək (böyük, kiçik, ən kiçik );
-özündən fəza istiqamətlərini fərqləndirmək və adlandırmaq (sol, sağ, yuxarı, aşağı, ortada).
1. Oyun “Düzgün birləşdir” Tərbiyəçi “üç ayı” nağılından bir hissəni uşaqlar üçün danışır. Sonra onlara suallar verir:
*Şəkildə neçə ayı görürsünüz? (üç.)
*Bəs, neçə çarpayı? (üç.)
*Çarpayıların və ayıların sayı haqqında nə demək olar? (onlar bərabərdirlər, ayılar çarpayılar qədərdir.)
*Ayıların ölçüləri necədir? (böyük, kiçik, ən kiçik.)
*Bəs, çarpayıların ölçüsü? (böyük, kiçik, ən kiçik.)
Uşaqlara ayılardan çarpayılara doğru xətt çəkməyi təklif etmək . (Aydınlaşdırın ki, böyük-ata ayı böyük çarpayıda, kiçik-ana ayı kiçik çarpayıda, ən balaca-bala ayı isə ən kiçik çarpayıda yatacaqlar.)
2. İdman dəqiqəsi “Üç ayı”. Üç ayı evə gedir... Uşaqlar yerlərində yırğalana-yırğalana addımlayırlar
Ata cox böyük idi. Əllərini başlarının üstünə qaldırıb yuxarı dartılırlar.
Ana ondan balaca, Əllərini sinə səviyyəsinə qoyurlar.
Mişutka isə lap balaca, Otururlar.
Lap balaca idi, Oturan yerdə ayı kimi yellənirlər.
Şax-şaxlarla gəzirdi. Qalxıb, sinələrinin qarşısındayumruqlarını sıxırlar.
3. “Əşyalar hansı fiqurlara oxşayırlar?” Çalışmaya aid suallar:
*Şəkildəki əşyaların adını de. (şam ağacı, qayıq, bayraq)
*Əşyalar hansı həndəsi fiqura oxşayırlar? (Üçbucağa)
*Uşaqlara bütün üçbucaqları rəngləməyi təklif edin.
Əlavə material: Uşaqlara üç rəqəminə aid şeir demək.