Tədris fəaliyyəti vərdişlərinin tərbiyə edilməsi. Böyük qrup uşaqlarına məşğələdə özünü aparmaq qaydasını izah erərkən onların şüuruna istinad edirlər. 4-5 yaşlı uşaqlarda öz diqqətini idarəetmə qabiliyyəti hələ indi formalaşmağa başlayır. Buna görə onlarda mütləq diqqətli olmağa həvəs oyatmaq lazımdır. Məşğələnin nəticələrinə yekun vurarkən ancaq materialın necə mənimsənildiyini deyil. Həm də uşaqların məşğələdə davranışını qiymətləndirirlər.
Böyük yaşlılar qrupunda tez-tez təlim tapşırıqları ilə yanaşı, iradi diqqət və hafizəni məşq etdirən tapşırıqlar verirlər: “nə dəyişildi?” “Kimin yadındadır?” və s.
İş prosesində öz hərəkətlərinə nəzarət 5 yaşlı uşaqlar üçün çətin olur, buna görə onlara əvvəlcə bir-birinin işlərinə nəzarət etməyi öyrədirlər. Məs. Uşaqlar lövhədə tərbiyəçinin tapşırığını yerinə yetirən yoldaşının işini izləyir, onun cavabını diqqətlə sonadək dinləyir və ancaq tərbiyəçinin sualından sonra uşaq öz fikrini söyləyir (Hamısını dedimi? Aydındırmı? və s )
Riyaziyyat məşğələlərində çoxlu vəsaitlərdən istifadə edirlər, buna görə onların yerləşdirilməsi qaydasını əvvəlcədən düşünmək lazımdır. Məşğələyə hazırlaşarkən birinci işlədilən vəsaitləri üstdə, axırda istifadə olunanları isə altda düzmək məqsədəuyğundur. Məşğələnin əvvəlində onlar stolun üstündə uşaqdan solda yerləşdirilir, sonra isə işin gedişində o, istifadə olunanları özündən sağa tərəf ötürür. Xırda say materiallarını indi uşaq ümumi padnosdan götürür.
Beləliklə, böyük qrupda uşaqların nəinki riyazi təsəvvürləri əhəmiyyətli dərəcədə genişlənir və dərinləşdirilir, həm də məşğələlərdə aparılan iş çox dəyişir. əsaən məntiqi təfəkkürün inkişafına daha çoxyer verilir.
2. Böyük qrupda miqdar və say anlayışı. 5 dairəsində sayın öyrədilməsi. Böyük qrupda saymaq vərdişlərinin möhkəmləndirilməsinə böyük diqqət verilir: uşaqlara əşyaları soldan sağa saymağı, sayın nəticəsini adlandırmağı öyrədirlər.
İndi uşaqlara əşyaları məsafədən, danışmadan, ürəyində saymaq təklif edilir. Böyük yaşlılar qrupunda ədədləri yadda saxlamağı inkişaf etdirməyə başlayırlar. Bundan ötrü əşyaları saymağa aid çalışmalar tədriclə mürəkkəbləşir. Məs. uşaqlara eyni vaxtda iki ədəd deyirlər, dərhal təklif edirlər ki, iki növ əşyaları, ya da eyni növdən, lakin rəngi, yaxud ölçüləri müxtəlif olan əşyaları sayıb ayırsınlar.Əşyaların adlarını onların qoyulduğu yerlə əlaqələndirirlər.
Əşyaları saymaq və sayıb ayırmaq vərdişlərinin möhkəmləndirilməsinə yönəldilmiş işlə paralel halda uşaqları həndəsi fiqurları ayırmaqda, əşyaların ölçülərini müqayisə etməkdə çalışdırırlar. Bəzi fəza təsəvvürlərini möhkəmləndirirlər: əşyanın özünə nəzərən yerini-qabaqda, arxada, solda, sağda; kağız vərəqində təsvir olunan əşyaların vəziyyətini yuxarıda, aşağıda, solda, sağda, ortada.
Bu qrupda əsasən kombinəedilmiş çalışmalardan istifadə edirlər, yəni eyni vaxtda iki-üç proqram məsələsi üzərində işlənilir. Məs. Uşaqları eyni vaxtda səsləri saymaqda və iki əşyalar toplusunu tutuşdurmaqda və bərabərləşdirməkdə, ədədlərin əmələ gəlməsində çalışdırırlar.