Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Əşyaların sayının onun fəza əlamətlərindən asılı olmamasının göstərilməsi



Yüklə 2,56 Mb.
səhifə22/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   18   19   20   21   22   23   24   25   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

Əşyaların sayının onun fəza əlamətlərindən asılı olmamasının göstərilməsi.
Uşaqlar əşyaları saymağı və sayıb ayırmağı öyrənirlər. Lakin bu heç də o demək deyidir ki, onlarda ədəd haqqında təsəvvür yaranmışdır. Tərbiyəçilər tez-tez belə bir faktla rastlaşırlar ki, uşaq əşyaları sayarkən əşyası az lakin böyük ölçüdə olan qrupu böyük qrup kimi qiymətləndirir və ya uşaqlar böyük sahə tutan, lakin az əşyası ola bilən qrupu əşyalarının sayı ondan çox, lakin az sahə tutan qrupdan böyük qrup kimi qiymətləndirir.
Uşağı rəngarəng əlamət və xassələri olan əşya qrupundan ayırmaq çox çətindir. O, əşyaları sayan kimi nəticəni elə oradaca yadından çıxarır, daha aydın nəzərə çarpan fəza əlamətlərinə görə müqdarı qiymətləndirir.
Uşaqların diqqətini belə bir cəhətə cəlb edirlər ki. əşyaların sayı fəza əlamətlərindən-əşyaların ölçülərindən, onların yerləşmə formasından, tutduğu sahədən asılı deyildir.
Uşaqları paralel olaraq ölçüləri müxtəlif olan əşyaları müqayisə etməkdə məşq etdirirlər, bəzi fəza təsəvvürlərini dəqiqləşdirirlər, sağdan və soldan, yuxarıdan və aşağıdan, yuxarıdakı və aşağıdakı, yaxın və uzaq sözlərini başa düşməyi və işlətməyi, əşyaları bir cərgə ilə soldan və sağdan, çevrə boyunca, cüt-cüt və s. düzməyi öyrədirlər.
Saymanın uşaq fəaliyyətinin müxtəlif növlərində tətbiqi.
Sayma vərdişlərinin möhkəmləndirilməsi çoxlu miqdarda çalışmaların yerinə yetirilməsini tələb edir. Saymaya aid çalışmalar ilin sonuna kimi hər məşğələdə aparılmalıdır.lakin saymanı öyrədərkən məşğələlərdə formal çalışmalarla kifayətlənmək olmaz.Tərbiyəçi həmişə uşaqlarda sayma vərdişlərini tətbiq etməyi tələb edən müxtəlif həyati və oyun situasiyalarından istifadə edir. Məs. Gəlinciklərlə oyun zamanı uşaqlar aydınlaşdırırlar ki, qonaqları qəbul etmək üçün qablar çatarmı, gəlincikləri gəzməyə aparmaq üçün paltar çatarmı. və s. “mağaza” oyununda üzərində müəyyən miqdarda əşya və yaxud dairələr çəkilmiş çek-kartoçkalardan istifadə edilir.
Məişətdə tez-tez saymaq tələb olunan situasiyalar yaranır. Tərbiyəçinin tapşırığı ilə uşaqlar aydınlaşdırırlar ki, stol arxasında oturan uşaqlara karandaş, vərəq və ya boşqab çatarmı. və s.Uşaqlar gəzintiyə çıxarkən götürdükləri oyuncaqları sayırlar. Uşaqlar yolda rast gəldikləri əşyaları da saymağı xoşlayırlar.

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin