Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Əşyaların formalarını həndəsi nümunələrlə tutuşdurulması



Yüklə 2,56 Mb.
səhifə25/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   21   22   23   24   25   26   27   28   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

Əşyaların formalarını həndəsi nümunələrlə tutuşdurulması.
Orta yaşlı qrupda uşaqlara əşyaların formalarını həndəsi nümunələrlə müqayisə üsullarının öyrədilməsinə mühüm əhəmiyyət verirlər. Uşaqda bu və ya başqa əşyanın formasının hansı həndəsi fiqura, yaxud onların hansı birləşməsinə uyğun olmasını görmək bacarığını inkişaf etdirirlər.
I rübdə uşaqların dairəni, kvadratı, üçbucağı fərqləndirmək və onların adlarını düzgün demək bacarığını möhkəmləndirirlər. Həmin fiqurların modellərindən uşaqları əşyalar topluları arasında miqdar münasibətlərini müəyyənləşdirməkdə çalışdırmaq üçün və saymaqda paylama materialı kimi geniş istifadə edirlər. Tərbiyəçi saymanı öyrədərkən işin gedişində uşaqların həmin həndəsi fiqurlar haqqında təsvvürlərini möhkəmləndirir. O, uşaqlara təklif edir ki, modelin konturu boyunca əl gəzdirsinlər, ona əlləri ilə toxunsunlar, göstərilən formalı modeli sevsinlər. Uşaqlar müxtəlif növdən , yaxud eyni növdən , lakin müxtəlif rəngdə, yaxud müxtəlif ölçüdə olan fiqurların miqdarını müqayisə edirlər.
Uşaqlar əvvəlcə həndəsi fiqurları oxşar formalı əşyalarla tutuşdurmaqda çalışırlar.Onlar fiqurların modellərinə uyğun əşyaları seçirlər. Beləliklə, həndəsi fiqurların modellərini başqa əşyalardan ayırmaq, onlara nümunə əhəmiyyəti vermək mümkün olur.
Uşaqlar əşyaların formasını həndəsi nümunələrlə bilavasitə müqayisə etməkdən əçyaların formalarının sözlə təyin ediılməsinə keçirlər.
Uşaqlar göstərilən formalı əşyaları seçirlər, uyğun formalı əşya təsvirləri olan kartoçkaları ayırırlar; cədvəldə hansı formalı əşya çəkildiyini deyirlər. Sonra tərbiyəçi təklif edir ki,otağın müəyyən yerlərindən göstərilən formada əşyaları tapsınlar. (“Baxın, rəfdə silindrə oxşayan əşyalar varmı?”)
Əşyaları toxunma-hərəkət hissi ilə tədqiq etmə priyomlarından istifadə edirlər. Uşaqlar əllərini əşyaların konturu boyunca gəzdirirlər, onları əl ilə yoxlayırlar. Məs. Belə suallar vermək olar: “Siz necə bildiniz ki, yaylıq üçbucaq, boşqab isə dairəvidir?”
İlin axırında 2-3 hissədən ibarət əşyaların (qar adamı, hacıyatmaz, maşın və s.) formalarını təsvir etməyi təklif edirlər.
Təsviri sənət, tikinti materialları ilə quraşdırma məşğələlərində, məşğələdən kənar vaxtlarda mozaikadan, kəsmə şəkillərdən istifadə edərək uşaqlarda forma haqqında aldıqları bilik və bacarıqlar möhkəmləndirilir. Bundan əlavə uşaqlar gəzintiyə çıxarkən payız fəslində mixtəlif ağacların yarpaqlarını toplayırlar, yarpaqların bəziləri dairə formasında, bəziləri isə oval formasında olur. Qrup otağındaki əşyaları da tərbiyəçi uşaqlara müşahidə etdirir. Onlar görürlər ki, stollar düzbucaqlı formasında, stulların oturacağı isə bəziləri dairəvi, bəziləri kvadrat formasındadır.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin