5 dairəsində əşyaları sayıb ayırmaq. Əşyaları sayıb ayırmağa aid çalışmaları mürəkkəbləşdirməyi davam etdirirlər. Uşaqlar müxtəlif əşyaların eyni vaxtda iki qrupunu, yaxud eyni növdən, lakin bir-birindən ya rənginə, ya formasına , ya da ölçüsünə görə fərqlənən 2 qrupunu yaradır və əşyalarını sayıb ayırırlar. Sonra onları müəyyən yerdə düzmək tapşırıqlarını verirlər, məs.kağız vərəqinin göstərilən yerində: yuxarıda, aşağıda, solda, sağda, ortada.Tədriclə tərbiyəçinin göstərişilə, uşaqlr əşyalrı vərəqin yuxarı, yaxud aşağı,sağ, yaxud sol kənarında, yaxud sağ küncündə, yaxud sol küncündə düzürlər.
Uşaqları tapşırığı diqqətlə dinləməyə, onu yadda saxlamağa, dəqiq yerinə yetirməyə və nə necə etdikləri haqda danışmağa alışdırılır.
Uşaq tapşırığı yerinə yetirməkdə çətinlək çəkərsə. Tərbiyəçi ona kömək edir, Uşaqların nitqlərində əşyaların miqdarı, onların keyfiyyət əlamətləri və fəza mövqeləri arasındakı əlaqələr mütləq öz əksini tapmalıdır.
Müxtəlif analizatorların iştirakı ilə saymaq.Sayma fəaliyyətinin inkişafı üçün müxtəlif analizatorların iştirakı ilə saymağa aid çalışmaların böyük əhəmiyyəti vardır: səsləri, hərəkətləri saymaq, əşyaları əl ilə toxunmaqla saymaq.
Bu qrupda əşyaları əl ilə toxunmaqla saymağa aid çalışmalar bir qədər çətinləşdirilir. Məs. uşaqlar orta qrupda olduğu kimi kartoşkaya bəndlənmiş düymələri sayırlar, lakin kartoçkanı arxalarında gizlədirlər. Onlara gözlərini yumub əli ilə toxunmaqla düymələri və ya daşları bir-bir bir əldən o birinə qoymaqla saymaq tapşırıqları verilir.
Böyükyaşlılar qrupunda uşaqlara əvvəlcə səsləri saymağı, sonra isə o qədər əşya sayıb ayırmağı, daha sonra eyni vaxtda səsləri saymaq və o qədər oyuncaq sayıb ayırmağı qurtardıqdan sonra isə neçə səs eşitdiklərini və neçə oyuncaq ayırdıqlarını danışması təklif edilir.
Çox vaxt səsləri saymağı hərəkətlərin yerinə yetirilməsi ilə əlaqələndirirlər. (“Eşitdiyin səslər qədər tullan”.) Bu yaşda uşaqlara səsləri gözü yumulmuş halda saymağı təklif etmək olar.
Orta qrupda olduğu kimi səsləri müxtəlif musiqi alətlərində çıxarırlar: baraban, metallofon, musiqi çəkici və s.
III rübdə uşaqları ədədlərin vahidlərdən ibarət tərkibi ilə tanış edirlər. Belə bir çalışma aparmaq faydalıdır. Tərbiyəçi müxtəlif alətlərin hər birində 3, 4, 5 səs çıxarır və soruşur: “Tapın görək, mən hansı alətdə və neçə səs çıxartdım?” Uşaq sayır: “Siz bir dəfə barabanda, bir dəfə metallofonda, bir dəfə isə musiqi çəkicindən səs çıxartdiniz. “”Sən cəmi neçə səs eşitdin?” Uşaq cavab verir: “Mən cəmi üç səs eşitdim”
Uşaqlar saymağı öyrənmək məqsədilə hərəkətləri də sayırlar. Onlar hərəkətləri nümunəyə görə və deyilən saya görə təkrar göstərirlər.(“kartoçkadakı dairələr qədər oturub-qalxın”,” 3 dəfə qabağa əyilin”)
Çox vaxt tapşırıqlar oyun formasında aparılır. Məs. Sayın görək, Lalə topu neçə dəfə atdı. Tərbiyəçi elə çalışmalar verir ki. Bir dəfəyə çox sayda uşaqlar iştirak etsinlər. Məs. uşaqlar iki sıraya düzülürlər. Bir sıranın uşaqları deyilmiş say dəfə hərəkətlər edir, onlarla üz-üzə dayanmış uşaqlar hərəkətləri sayırlar.
Böyük qrupda tapşırıqlara ddaha mürəkkəb hərəkətlər daxil edilir: top atmaq, ipattıda hoppanmaq və s.Yaxud göstərilən istiqamətdə müəyyən sayda addım atmaq. Bütün bunlar öz əksini uşaqların nitqlərində tapmalıdır. Məs. Mən 5 dəfə hoppandım, çünki kartoçkada 5 dairə var.
Müxtəlif analizatorların iştirakı ilə saymağa aid çalışmalar bir-birilə əlaqələndirilir və kombinəedilmiş tapşırıqların tərkibinə daxil edilir.