Sadə riyazi təsəvvürlərin formalaşması metodikası



Yüklə 2,56 Mb.
səhifə42/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   38   39   40   41   42   43   44   45   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

Müstəvidə səmtləşmə. Böyük qrupda uşaqlar müstəvi üzərində səmtləşməyi öyrənməlidirlər.
Təlim ilinin əvvəlində riyaziyyat məşğələlərində uşaqlara əşyaları göstərilən qayda ilə düzməyi öyrədirlər: yuxarıdan aşağıya, yaxud aşağıdan yuxarıya, soldan sağa, yaxud sağdan sola və s.Müstəvi üzərində səmtləşməni daha da inkişaf etdirilməsinə uşaqlara kağız vərəqinin və ya cədvəlin ortasını, vərəqin yuxarı və aşağı, sol və sağ kənarlarını, vərəqin yuxarı sol və sağ künclərini, aşağı sol və sağ künclərini tapmaq bacarığını öyrətməyə xidmət edir.
Bu işə 3-4 məşğələnin əsas hissəsini həsr edirlər. Tərbiyəçi birinci məşğələdə cədvəli nümayiş etdirir və əşyaların vərəqə nəzərən düzülüşünü təsvir etmək nümunəsini verirlər. Uşaqlar nümunəni təsvir edirlər, yenidən düzəldirlər.
Daha sonralar onlara göstərişə görə hərəkət etməyi öyrədirlər, nümunəni isə tapşırıq yerinə yetirildukdən sonra göstərirlər. Nümunə indi özünənəzarət vasitəsi olur. Sonrakı məşğələdə tərbiyəçi uşaqlara əvvəlcə tapşırığı təkrar etməyi, sonra isə yerinə yetirməyi təklif edir.
Uşaqlar əşyaların kağız vərəqinə nəzərən vəziyyətini işarə etmək üçün dəqiq sözlər işlətməlidirlər. Ümumiyyətlə, müstəvidə səmtləşmə təsviri sənət məşğələlərində daha da möhkəmlənir.


9. Böyük qrupda zamana bələdlik anlayışının öyrədilməsi.
İlin əvvəli böyük qrup uşaqlarında səhər, gündüz , axşam və gecə kimi zaman müddətləri haqqında təsəvvürləri möhkəmləndirilir. Sutkanın hissələrinin adlarını təkcə uşaqların və onları əhatə edən böyüklərin fəaliyyətinin konkret məzmunu ilə deyil, həm də təbiət hadisələrilə əlaqələndirirlər. (səhər günəş çıxır, get-gedə hava işıqlanır)
Tərbiyəçi uşaqlarla onları əhatə edən böyüklərin gün ərzində nə vaxt və hansı ardıcıllıqla gördükləri işi haqqında, səhər tezdən, günorta, axşam təəsüratları haqqında söhbət edir. O, uşaqlara uyğun mövzuda şeirlər və hekayələr oxuyur.Məs.
“Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz,
Sən nə tezdən durursan,
Qışqırıb, banlayırsan,
Qoumayırsan yatmağa
Ay canı məstan, xoruz.”

Əyani vəsait olaraq uşaqların gün ərzində müxtəlif fəaliyyət proseslərində təsvir olunduqları şəkillərdən istifadə edirlər.Sutkanın hissələri haqqında təsəvvürün dəqiqləşdirilməsinə didaktik oyunlar, “Bizim gün” oyunu kömək edir.
“Axşam”, “bu gün ”,”sabah” kimi vaxt işarələrinin dəyişkənliyi və nisbiliyi onları uşaqların mənimsəmələrini çətinləşdirir. Uşaqlar həmin sözləri dolaşıq salırlar. Ona görə də tərbiyəçi uşaqlara belə suallar verir: “Biz sizinlə birlikdə dünən harada idik? Biz parka nə vaxt getdik? Bu gün bizim hansı məşğələmiz var? Bizim rəsmməşğələmiz nə baxt olacaq?”
Vaxt anlayışını uşaqlara öyrətmək məqsədilə şifahi didaktik oyunlardan da istifadə edilir. Məs. “Davam et! ” oyunu. Bu çalışmanı toplaoyun formasında aparmaq olar. Uşaqlar dairə vururlar. Tərbiyəçi qısa söz deyir və topu atır.Top kimin üstünə düşsə, o uyğun vaxtı deyir. Məs. “Biz parka ..... getmişdik” “... dünən” deyə topu tutan uşaq cavab verir.
Uşaqlar “Tərsinə” oyununu da çox xoşlayırlar. Tərbiyəçi vaxt haqqında təsəvvürlərlə bağlı bir söz deyir, uşaqlar isə əks məna verən sözü deyirlər. Məs. “Səhər-axşam”
Uşaqlar öyrənirlər ki, gün sutka deməkdir, bir sutkadan sonra o biri sutka gəlir. Yeddi belə gün həftəni əmələ gətirir. Həftənin hər bir gününün öz adı var. Həftənin günlərinin ardıcıllığı həmişə eynidir.
Həftənin günlərinin adlarını uşaqların fəaliyyətinin konkret məzmunu ilə əlaqələndirirlər. Indi uşaqlar hər gün səhər həftənin cari gününün adını deyirlər, həmçinin dünən həftənin hansı günü olduğunu, sabah isə hansı günü olacağını deyirlər.
Riyaziyyat məşğələlərində dövri olaraq uşaqlara təklif edirlər ki, həftənin günlərini ardıcıl desinlər. Həftənin günlərinə aid bilikləri möhkəmləndirmək üçün “Həftənin günləri” şifahi didaktik oyunundan istifadə oluna bilər.

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin