Sadə riyazi təsəvvürlərin formalaşması metodikası



Yüklə 2,56 Mb.
səhifə44/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   40   41   42   43   44   45   46   47   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

6. Oyun “Tap, kim cəlddir”
Görəsən, şir yoxsa tısbağa ağaca tez çatacaq?
Uşaqlara, ağaca hansı heyvan tez çatacaqsa. Onu rəngləməyi tapşırmaq. (şir)
Kimi rənglədiniz? (şiri). Niyə? (ona görə ki. tısbağa yavaş gedir, şir isə cəld qaçır).
7. özünənəzarət və görülən işin qiymətləndirilməsi:
Uşaqlara əvvəlcədən hazırlanmış tapşırıqların düzgün cavabları nümayiş etdirilir və onları öz işləri ilə müqayisə etmək təklif edilir. əgər uşağın işi nümunə ilə düz gəlirsə, onda vərəqinin sağ açağı küncünə yaşıl dairə çəkmək təklif edilir, bir səhv varsa-sarı. Səhv çoxdursa-qırmızı dairə.
Tərbiyəçi uşaqlara izah edir ki. bu rənglər işıqforun işarələridir: yaşıl-hər şey qaydasındadır, növbəti səhifəyə keçmək olar, sarı-diqqətli olmaq lazımdır, qırmızı-mütləq bəzi tapşırıqları yenidən işləmək lazımdır.


VI. MƏKTƏBƏHAZIRLIQ QRUPUNDA RİYAZİ TƏSƏVVÜRLƏRİN FORMALAŞDIRILMASI.
1. Məktəbəhazırlıq qrupunda işin təşkili.
Məktəbə getmək ərəfəsində uşaqlar çoxluq və ədəd,forma və ölçü haqqında, fəzada və zamana görə səmtləşməyə aid müəyyən biliklər əldə etmiş olurlar.
Məktəbəhazırlıq qrupunun elementar riyazi təsəvvürlərin inkişafı proqramı uşaqların əvvəlki qruplarda qazandıqları bilikləri ümumiləşdirməyi, sistemləşdirməyi və dərinləşdirməyi nəzərdə tutur.
Riyazi təsəvvürlərin inkişaf etdirilməsi işi əsasən məşğələlərdə aparılır. Uşaqların bilikləri möhkəm mənimsəmələrini təmin etmək üçün məşğələləri aşağıdakı kimi qurmaq lazımdır.
Məktəbəhazırlıq qrupunda riyaziyyatdan həftədə 1məşğələ, il ərzində 36 məşğələ aparılır. Məşğələnin müddəti 25-30 dəq. olur. Hər bir məşğələnin strukturu onun məzmunundan asılıdır: yeni materialın öyrədilməsi, təkrar və keçirilənlərin möhkəmləndirilməsi, uşaqların biliklərinin yoxlanılması.
Yeni mövzuya aid birinci məşğələni demək olar ki, tamamilə yeni material üzrə işə həsr edirlər. Yeni materialla tanışlıq məşğələnin başlanmasından 3-5 dəq. keçdikdən sonra başlanıb. 15-18-ci dəqiqədə qurtarır. Keçirilənlərin təkrarına bir məşğələnin əvvəlində, bir də axırında yer verilir.
İşi nə üçün məhz belə təşkil etmək məqsədəuyğundur? Yeni materialın öyrədilməsi uşaqları yorur, təkrar materialın verilməsi isə onlarda gərginliyi müəyyən qədər azaldır. Buna görə yeni materialın öyrədilməsi gedişində mümkün olan yerdə keçmiş materialı təkrar etmək faydalıdır, çünki yeni bilikləri əvvəllər mənimsənilmiş biliklər sisteminə daxil etmək çox vacibdir. Ümumiyyətlə, uşaqların məşğələdə qoyulan məsələni dərk etməsi və müstəqil tapşırıqları yerinə yetirməsi üçün oyun metodundan istifadənin böyük rolu var.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin