Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Məktəbəhazırlıq qrupunda miqdar və say anlayışının öyrədilməsi



Yüklə 2,56 Mb.
səhifə45/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   41   42   43   44   45   46   47   48   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

2. Məktəbəhazırlıq qrupunda miqdar və say anlayışının öyrədilməsi.
Ilin əvvəlində aşağıdakıları yoxlamaq məqsədəuyğundur: bütün uşaqlar, əsasən bağçaya yeni gələn uşaqlar əşyaları saymağı, müxtəlif əşyaların miqdarını tutuşdurmağı və onların hansılarının çox (az) və ya bərabər olduğunu təyin etməyi, bu halda hansı üsuldan istifadə etdiklərini yoxlamaq.
Uşaqlara nümunəvi tapşırıqlar və suallar verilir, Məs. “Burada neçə böyük matryoşka var, o qədər də kiçik matryoşka sayıb ayır.” “Stolun üstündə 2 sıra kub vardır, 6 kub bir-birindən böyük intervallarla aralı, 7 kub isə bir-birinə yaxın qoyulmuşdur. Hansı çoxdur?”
Yoxlama uşaqların sayma fəaliyyətinə nə dərəcədə yiyələndiklərini və hansı suallara xüsusi fikir vermək lazım olduğunu göstərəcəkdir.
Ədədlərin əmələ gəlməsi. Ilk məşğələdə iki ədədin əmələ gəlməsini ardıcıl nəzərdən keçirirlər və onları bir-biri ilə müqayisə edirlər. Məs. 7 ədədi 6 və 1-dən ibarətdir. 7 ədədi 1 olmadıqda 6-ya bərabərdir. və s. Bu sonra gələn ədədin əvvəl gələn ədədə 1 əlavə etməklə əmələ gəlməsinin. Həmçinin sonra gələn ədəddən 1-i atmaqla əvvəl gələn ədədin alınmasının ümumi prinsipinin uşaqların mənimsəmələrinə kömək edir.
Məktəbəhazırlıq qrupunda böyük qrupda olduğu kimi, ancaq müxtəlif əşyaların toplusunu tutuşdurmurlar. Eyni növdən olan əşyalar qrupunu yarımqruplara bölür və bir-biri ilə tutuşdururlar. Məs. Hündür yolkalar çoxdur, yoxsa alçaq yolkalar?, əşyalar qrupunu onun hissəsi ilə tutuşdururlar. “hansılar çoxdur: qırmızı kvadratlar,yoxsa qırmızı və sarı kvadratlar birlikdə?” uşaqlar həmin sayda əşyaların necə alındığını,nə sayda əşyalara və nə qədər əlavə etdiklərini, yaxud hansı ədədi və nə qədər azaltdıqlarını söyləyirlər.
Sonra gələn ədədin əmələ gəlməsinə həsr edilən hər bir məşğələni əvvəl gələn ədədlərin necə alınmasını təkrar etməkdən başlamaq faydalıdır. Bu məqsədlə “ədədi pilləkən”dən istifadə etmək olar. İki üzlü göy və qırmızı rəngli dairələri 10 sırada düzürlər: soldan saydıqda hər sonrakı sırada dairələrin miqdarı bir artır, belə ki, artıq dairə o biri üzünə çevrilir. Sonra gələn ədədlər alındıqca ədəd pilləkəni get-gedə qalxır.
Məktəbəhazırlıq qrupunda uşaqları 10 dairəsində əşyaları saymaqda və sayıb ayırmaqda bütün təlim ilində çalışdırırlar.Onlar sayların bir-birindən sonra gəlmə qaydasını möhkəm yadda saxlamalıdırlar. Sayarkən axırıncı deyilən ədədin toplunun əşyalarının ümumi miqdarını göstərdiyini başa düşməlidirlər. Sayarkən uşaqlar səhvə yol verirlərsə, onda onların səhvini mütləq göstərmək və izah etmək lazımdır.

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin