Sayın əşyaların ölçüsündən və onların düzülüş formasından asılı olmaması. Məktəbəhazırlıq qrupunda müxtəlif ölçülü, müxtəlif cür düzülmüş və müxtəlif böyüklükdə sahə tutan əşyalar çoxluqlarının elementlərinin tutuşdurulmasına xüsusi fikir verirlər.
Uşaqlar müxtəlif üsullarla yerləşdirilmiş əşyaların məs. dairələrin miqdarını tutuşdururlar: nümunəyə uyğun olaraq. Müəyyən miqdarda, lakin başqa cür düzülmüş və başqa fiqur əmələ gətirən dairələr olan kartoçkanı tapırlar. Kartoçkadakı dairələr qədər, yaxud onlardan 1 çox (az) əşyalar sayıb ayırırlar, kartoçkadakı dairələr qədər, yaxud 1 çix (az) əşya çəkilmiş kartoçkanı tapırlar, kartoçkadakı qədər əşya, yaxud həndəsi fiqur çəkilmiş kartoçkanı tapırlar.
Hər dəfə hansı əşyalardan nə qədər olduğunu və onların necə düzüldüyü haqda danışaraq, uşaqlar əmin olurlar ki, əşyaların miqdarı onların tutduğu yerdən, ölçülərindən və digər keyfiyyət əlamətlərindən asılı deyidir.
Müxtəlif əlamətlərinə görə əşyaların qruplaşdırılması. Hər hansı bir əlamətlə, məs, ölçü ilə bir-birindən fərqlənən iki əşyalar çoxluğunun elementləri sayının müqayisəsindən 2,3 əlamətlə , məs, ölçü, forma və düzülüşlə bir-birindən fərqlənən əşyalar çoxluqlarının elementləri saylarının müqayisəsinə keçirlər.
Məktəbəhazırlıq qrupunda uşaqlar qrupun bütün əşyaları üçün və qrupun əşyalarının ancaq bir hissəsi üçün ümumi olan əlamətləri ayırmağı, yəni bu və ya başqa əlamətə görə əşyalar yarımqrupunu ayırmağı, onlar arasında miqdar münasibətlərini müəyyənləşdirməyi öyrənirlər. Məs. flaneleqrafda müxtəlif formada, müxtəlif rəngdə və ölçüdə həndəsi fiqurlar qarışıq halda düzülmüşdür. Tərbiyəçi suallar verir: “Bu nədir? Cəmisi neçə fiqur var? Onlar bir-birindən nə ilə fərqlənir? Hansı əlamətlərinə görə onları qruplaşdırnaq olar? Neçə qrup alınar?”
Hər dəfə uşağın qarşısında sual qoyurlar: nə üçün o belə düşünür? Bu miqdar münasibətlərinin daha yaxşı dərk edilməsinə kömək edir.
3. Əşya çoxluqlarını tutuşdurma priyomları.Məktəbəhazırlıq qrupunda uşaqlar əşya toplularını müqayisə edərək onların elementlərini tutuşdurmaqla mənimsəyirlər. Məs. Tərbiyəçi düzüm kassasında 6 dairə. Sağ tərəfdə isə 5 oval şəkilli fiqur qoyur və soruşur: “hansı fiqurlar çoxdur və nə üçün? Bunu necə yoxlamaq olar? Bəs, saymaq necə?” uşaqlar sayırlar və aydın olur ki, oval şəkilli fiqurlardan 1dənə çatmır, deməli, onlar dairələrdən azdır. “Nə etmək lazımdır ki, fiqurlar bərabər olsun? ”
Uşaqlara göstərilən sayda 2 növ fiqurları çəkmələrini və onların miqdarını müqayisə etməyi təklif etmək olar.
Çoxluqların elementlərini müqayisə edərkən bərabərləşdirməni həmişə 2 üsulla aparırlar, ya böyük qrupdan əşya götürürlər, ya da kiçik qrupa əşya əlavə edirlər.
Miqdar münasıbətlərini müəyyən etmək üçün topluların elementlərini tutuşdurma üsullarının əhəmiyyətinin uşaqlar bir daha şahidi olurlar. Məs. tərbiyəçi 8 göbələk qoyur. Uşaqlar onları sayırlar. Sonra tərbiyəçi onlara gözlərini yummağı təklif edir, hər bir göbələyin altına bir matryoşka qoyur və uşaqlardan gözlərini açmağı və matryoşkaları saymadan onların neçə dənə olmasını deməyi xahiş edir. Uşaqlar 8 matryoşka olduğunu necə tapdıqlarını izah edirlər.
Analoji tapşırıqlar vermək olar, amma ikinci qrupa 1 çox, ya da 1 az əşya qoymaq lazımdır. Nəhayət ikinci qrupun əşyalarını heç göstərməmək olar. Məs tərbiyəçi söyləyir: “Axşam sirkdə təlimçi pələnglərlə çıxış edəcəkdir, işçilər hər pələngdən ötrü bir kətil hazırlamışlar (kubları qoyur). Tamaşada neçə pələng iştirak edəcəkdir? ”