Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


III. KİÇİK QRUPDA RİYAZİ TƏSƏVVÜRLƏRİN FORMALAŞMASI



Yüklə 2,56 Mb.
səhifə9/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   5   6   7   8   9   10   11   12   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

III. KİÇİK QRUPDA RİYAZİ TƏSƏVVÜRLƏRİN FORMALAŞMASI
1. Körpə yaşlılar qrupunda işin təşkili. (1-2yaş)
Artıq körpə yaşlı uşaqlarda eynicinsli və müxtəlifcinsli əyalardan təşkil olunmuş çoxluq haqqında təsəvvür formalaşır. Təlim prosesində uşaqlar çoxluğun bərabər və qeyri-bərabər olduğunu mənimsəyirlər. Uşaqlara erkən yaşlardan sadə riyazi təsəvvürlərin verilməsi mühüm əhəmiyyət kəsb edir. Artıq bu dövrdən əşyaların böyüklüyünə görə (böyükdür, kiçikdir), formasına görə (kvadrat, dairə) nisbətini , rəngini müəyyən etmək üçün tapşırığı yerinə yetirməyi öyrətmək lazımdır. Bu dövrdə uşaqlar pillə-pillə irəli gedirlər.
Uşağın iki yaşına yaxın nitqi daha aydın olub, onda yüksək dəyişikliklər özünü göstərir. Körpənin bu yaşa qədər söz ehtiyatı o qədər də zəngin olmur, 1 yaş 10 aylığından onun lüğət ehtiyatı sürətlə təkmilləşir.
Erkən yaşdan uşaqlarda eynitipli əşyalardan əmələ gəlmiş həcm haqqında anlayış tədricən toplanır. “Çoxlu gəlincik”, “Əldə beş barmaq” və s. Bu ilk anlayışlar uşaqların passiv nitqində öz əksini tapır. 1 yaş 3 ayında uşaqlar “kiçik ev qurur ”, “kiçik evlər”, yaxud “böyük evlər” qurur. 1 yaş 6 aylıq uşaq fəal nitqə yiyələnir, hər bir əşyanın adını deyir. Nitqində tək və cəm isimlərdən istifadə edir. “Bu kubikdir”, “ev-evlər”, “əmi-əmilər” və s.
Məlumdur ki, hələ erkən yaşdan uşaqlar həyatda çoxluqlarla, hərəkətlər çoxluğu ilə tanış olurlar. Bu tanışlıqda analizatorlar (görmə, eşitmə, toxunma, hərəkət) mühüm rol oynayır. Tədricən uşaqlar müxtəlif əşyaları müqayisə edir, onların miqdarını fərqləndirirlər. Körpə yaşlarda əşya və hadisələrin miqdarını bildirən əlamətlər sensor prosesin əsasıdır. Uşaqlar həqiqətən saymadan əşya qrupunu, əgər bir bədəndə yerləşirsə və standartdırsa (2 göz, 2 əl, 5 barmaq və s.) onu qavraya bilər. Lakin başqa yerdə qoyulmuş həmin miqdarda olan əşyanın miqdarını, məs. Stolun üstündə qoyulmuş 5 gəlincik, 2 fincan və s. saymadan deyə bilməz.
Buradan belə bir nəticə çıxır ki, uşaqlar əvvəlcə sözdə ədəd sırasını ardıcıl saymağı öyrənir, sonra miqdarı mənimsəyir.
Uşaqlar çox erkən yaşda çoxluğu müqayisə etməyə, onların azlığını, çoxluğunu dərk etməyə başlayırlar. Məs. ana böyük uşağa 3 konfet verir, 1 yaş 6 aylıq uşağa isə 2 konfet verir. Uşaq qardaşının əlindəki konfetə baxır və öz etirazını bildirir. Bəs uşaq qardaşının əlindəki konfetin çox olduğunu haradan bilir? Bunu müqayisə etməklə bilir. Çünki 3 konfet çox, 2 konfet isə az sahə tutur. Bunlar eyni ölçüdə usə bu bir əlamət, uşaq konfetlərin miqdarını müqayisə edirsə bu da ikinci əlamətdir. İki konfeti bir-birindən aralı, üç konfeti yaxın qoyub yoxlamaq olar. Uşaq onda öz mövqeyindən əl çəkib, fikirləşir ki, onun etirazı nahaqdır. Deməli, çoxluğun qavranılmasında məkan münasibəti də mühüm rol oynayır. Hələ müəyyən qədər bacarığa yiyələnməmiş uşaqlar çoxluğun elementlərini dəqiq adlandıra bilmir, çox zaman çoxluğu əmələ gətirən elementləri məkan əlamətinə, sahəyə görə ayırırlar.
Erkən yaşda uşaqlar elementlərin hansı rəngdə olmaları ilə maraqlanırlar. O istədiyi düyməni götürüb vərəqin üzərinə istədiyi istiqamətdə düzür. Elə ki, uşaq çoxluğun sərhədini müəyyən etməyə başladı, onda eyni rəngli düyməni seçməyə başlayır. Bu da onun qavrayışında müəyyən dəyişiklik əmələ gəldiyini təsdiq edir. O, öz düzəltdiyi çoxluğa baxır, əgər onun içərisində başqa rəngli düymə varsa onu seçib götürür, öz səhvini düzəldir. Bu onu göstərir ki, uşaqlarda rəngi seçmək xətti seçməkdən tez əmələ gəlir.
Erkən yaşdan uşaqlar sağ və sol tərəfi müəyyənləşdirə bilmirlər. Ona görə də çoxlu əşyanı kartın üzərinə düzərkən hər iki əl fəal iştirak edir. Sağ əl ilə sol tərəfə, sol əl ilə sağ tərəfə düzür. Nəticədə uşaq səhv edir. Ona görə də akademik İ.M.Seçenov yazırdı ki, işləyən əl hara gedirsə göz, göz bəbəyi də o istiqamətə gedir. Buradan belə bir nəticə çıxır ki, sağ əli vaxtında işə öyrətmək zəruridir.
Beləliklə, aparılan müşahidə və tədqiqatlardan aydın olur ki, uşaq nitqində say sözləri lap erkən yaşdan başlayır. Atası onu yuxarı atıb tutduqca bu uşağın xoşuna gəlir.”Bir də-bir də” deyərək təkrar edir, yaxud miqdarını bilməsə də ona verilən konfetin az və çox olduğunu dərk edir. Bunlar hələlik say olmayıb say mərhələsinə hazırlıqdır.
Ümumiyyətlə, körpə yaşlılar qrupunda uşaqlara riyazi anlayışlar oyunlarla öyrədilir,yəni məşğələ oyun formasında keçirilir.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin