Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Əyani vəsaitlərin növləri və onlara verilən tələblər



Yüklə 2,56 Mb.
səhifə7/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   2   3   4   5   6   7   8   9   10   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

2. Əyani vəsaitlərin növləri və onlara verilən tələblər.
Sadə ruyazi təsəvvürlərin formalaşması tərbiyəçinin rəhbərliyi altında sistematik keçirilən məşğələlərdə və məşğələdən kənar vaxtlarda didaktik materialların köməkliyi ilə uşaqlara miqdar, məkana və zamana bələdlik , ölçü anlayışları aşılanır. Uşaqlarla səmərəli iş aparmaqda didaktik materiallar tərbiyəçinin əlində böyük silaha çevrilir.
Müasir uşaq bağçalarında sadə riyazi təsəvvürlərin formalaşmasında aşağıdakı vasitələrdən geniş istifadə edilir:
-Məşğələ üçün əyani didaktik material dəsti;
-Uşaqların müstəqil oyunları və məşğələləri üçün ləvazimat;
-Uşaq bağçası tərbiyəçiləri üçün müxtəlif yaş qruplarında sadə riyazi təsəvvürlərin inkişafı üzrə məşğələlərin təşkili və keçirilməsi, nümunəvi məşğələ icmallarını əks etdirən metodiki vəsait;
-Uşaqların ailədə riyaziyyat üzrə məktəbə hazırlanması üçün tədris vəsaiti;
Sadə riyazi təsəvvürlərin formalaşmasında bu vəsaitlər təlim zamanı müxtəlif funksiyaları yerinə yetirir:
-Əyanilik prinsipini həyata keçirir;
-Kiçik uşaqları mücərrəd riyazi anlayışlara uyğunlaşdırır;
-Məktəbəqədər yaşlı uşaqların sadə riyazi təsəvvürlərin mənimsənilməsinə kömək edir;
-Uşaqlarda hissi qavrayış genişlənir, zənginləşir, təcrübə toplanır, uşaqlar əşyaların bir-biri ilə əlaqəsini, asılılığını öyrənir, tədricən onları konkretdən mücərrədə doğru aparır;
-Tərbiyəçiyə uşaqların şüurlu təlim fəaliyyətini təşkil etməyə imkan verir, bu işi icra etməyə , onlarda yeni bilik almağa həvəs oyadır, saymaq, ölçmək, sadə riyazi toplama vərdişinə yiyələnir;
-Riyaziyyat üzrə uşaqların məşğələdə və məşğələdən kənar vaxtlarda müstəqil fəaliyyətini artırır;
-Pedaqoqun öyrədici, tərbiyəedici və inkişafetdiricilik imkanlarını genişləndirir;
-Təlim prosesini intensivləşdirir, reallaşdırır.
Beləliklə, təlim vasitələri uşaqlarda riyazi təsəvvürlərin formalaşmasında vacib funksiya daşıyır. Onlar daim dəyişir.
Məşğələ üçün əsas təlim vəsaiti əyani didaktik material dəstidir. Bunlara aşağıdakılar aiddir:
-Təbii halda götürülmüş ətrafda olan obyektlər: müxtəlif məişət əşyaları, oyuncaqlar, qablar, düymələr, qozlar, daşlar, balıq qulaqları, palıd qozaları və s.
- Əşyaların təsvirləri: kartlar üzərində çəkilmiş müstəvi və altliqla olan rəngli və kontur şəkillər;
-Qrafiq və sxematik vəsaitlər: məntiqi dəstlər, fiqurlar, kartlar, cədvəllər, modellər.
Sadə riyazi təsəvvürlərin formalaşması məşğələsində real əşyalardan və onların təsvirindən istifadə olunur. Uşaqlar qrupdan qrupa keçərkən qanunauyğun şəkildə vəsaitlər də dəyişilir. Böyük qrupda riyazi anlayışları vermək üçün modelləşdirilmiş vəsaitlərdən də istifadə olunur. Didaktik vəsaitər yalnız yaş xüsusiyyətlərinə görə dəyişdirilməməli, həmçinin proqram materialının uşaqlar tərəfindən mənimsənilməsinin müxtəlif mərhələlərdə konkret və mücərrəd münasibətlərdən asılı olaraq dəyişilməlidir. Məs. Məşğələ zamanı konkret əşyalar ədəd fiqurları ilə, onlar isə öz növbəsində rəqəmlərlə əvəz olunur və s.
Hər yaş qrupunun özünəməxsus əyani vəsait dəsti olur. Belə didaktik material dəsti sadə riyazi təsəvvürlərin inkişafı məşğələlərində məqsədyönlü təlimi təmin edir. Yalnız onların köməyi ilə proqram tələb yerinə yetirilir. Əyani didaktik materiallar təlimi frontal formada təchiz etmək üçün nəzərdə tutulur. Bu uşaqların sayına və məşğələlərin məzmununa aid olub, uşaqların yaş xüsusiyyətlərini nəzərə alır. Ondan məşğələdə yeni materialın izahında, mənimsənilməsində, onun möhkəmləndirilməsində, keçmiş mövzunun təkrarında, biliyin yoxlanılmasında və təlimin bütün mərhələlərində istifadə olunur.
Adətən, əyani vəsaitlərin iki növündən istifadə olunur: nümayişetdirici-uşaqlara göstərmək üçün və paylayıcı. Bu vəsaitlərin hər birinin öz vəzifəsi var. Nümayişetdirici tərbiyəçi tərəfindən istifadə olunur, öyrəniləcək materialı onun köməyi ilə uşaqlara çatdırılır. Paylayıcı vəsaitlərlə uşaqlar müstəqil olaraq tərbiyəçinin verdiyi tapşırıqları yerinə yetirirlər. Nümayişetdirici vəsaitlərə aiddir:
-Müxtəlif tapşırıqları yerinə yetirmək üçün iki və daha artıq hissədən ibarət düzüm kassası, meyvə, tərəvəz, çiçəklər, heyvan təsvirləri;
-Həndəsi fiqurlar, rəqəmlər və işarələrlə +,-,=, <,>əks olunmuş kartlar;
-Flaneleqraf və üzərində işləmək üçün rəngli şəkillər dəsti;
-Nümüyişetdirici, həcmli əyani vəsaitlər;
- Həndəsi fiqurlar, rəqəmlər, işarələr, əşya şəkilləri dəsti ilə maqnit lövhə;
- Eyni və müxtəlif rəngdə, ölçüdə, həcmli və altlıqlı əşyalar dəsti (10 ədəd) ;
-Kartlar və sxemlər;
-Modellər “say nərdivanı”, təqvim və s.
- hesab məsələlərini həll etmək üçün şəkillər və panno;
-Didaktik oyunlar keçirmək üçün vəsaitlər;
Paylayıcı vəsaitlərə aşağıdakılar aiddir: müxtəlif və eyni ölçüdə, rəngdə, formada həcmli və müstəvi xırda əşyalar; 1,2,3 və daha çox zolaqlı kartlar, üzərində həndəsi fiqurlar, rəqəmlər və işarələr təsvir olunmuş kartlar, üzərinə düymə tikilmiş kartlar,lotolar və s.; eyni və müxtəlif rəngdə və ölçüdə həndəsi fiqurlar dəsti; say çöpləri və s.
Vəsaitlərin nümayişetdiri və paylayıcı olması şərtidir, onların hər ikisindən həm nümayiş üçün, həm də tapşırıq üçün istifadə etmək olar. Paylayıcı vəsaitlərin ölçüləri elə olmalıdır ki, stol arxasında oturan uşaqlar tapşırığı yerinə yetirərkən bir-birinə mane olmasınlar. Paylayıcı material çox olmalıdır ki, uşaqlara çatsın. Nümayişetdirici vəsaitləri eyni vaxtda bütün qrupa göstərmək lazım olduğu üçün o iri olmalıdır. Hər iki vəsait bədii tərtib olunmalı, uşaqların diqqətini cəlb etməlidir. Lakin həddən artıq bəzəkli olmamalıdır, onda uşaqların diqqəti əsas məqsəddən yayınar. Əyani vəsait təlimin asanlaşmasına kömək edir.
Əyani vəsaitlər gigiyenik cəhətdən də nəzərə alınmalıdır. Bu vəsaitlər metodkabinetdə, qrup otağında, rəflərdə xüsusi qutularda saxlanılmalı, təmiz olmalıdır. Silmək, təmizləmək asan olan materiallardan hazırlanmalı, tərbiyəçinin hər hansı vaxtda götürə bilməsi və vaxta qənaət etməsi üçün bunlar xüsusi yerdə qoyulmalıdır.
Stolüstü oyunlarda, didaktik oyunlarda,əyləncəli məsələlərdə əyləncəli riyazi materiallardan, həndəsi fiqurlar, mozaikalar, quraşdırma labirintləri, rəqəmlər, işarələr yazılmış kubiklər, kompyuterlərdən, içərisində illüstrativ şəkillər olan kitablardan və s. istifadə olunur. Belə vəsaitlərlə aparılan oyunlar , əyləncələr uşaqlarda məşğələdə öyrəndiyi biliyi möhkəmlətməklə yanaşı, həm də onlarda yeni biliyə həvəs yaradır.

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin