Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Məktəbəqədər müəssisələrdə riyazi anlayışlar təliminin əhəmiyyəti



Yüklə 2,56 Mb.
səhifə4/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   2   3   4   5   6   7   8   9   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

3. Məktəbəqədər müəssisələrdə riyazi anlayışlar təliminin əhəmiyyəti.
Elmi-texniki tərəqqinin sürətləndiyi, informasiyaların kəskin surətdə artdığı və Azərbaycan RespublikasınınTəhsil sahəsində İslahat proqramının həyata keçirildiyi hazırki şəraitdə məktəb təliminə verilən yeni tələblər uşaq bağçasında təlim prosesində köklü dəyişikliklər edilməsini tələb edir. Uşaqlara müstəqil düşünməyi, öyrənməyi öyrətmək xüsusi əhəmiyyət kəsb edir. Əgər əvvəlki illərdə daha çox məlumat vermək əsas məsələ idisə, bu gün uşaqların onlara necə yiyələnməsi, bunun üçün hansı yollardan istifadə etməsi və bu zaman hansı çətinliklərlə qarşılaşmasına və onların necə aradan qaldırılmasına diqqət yetirilir.
K.D.Uşinski uşağa müstəqil işləməyi öyrətməyi ilkin mərhələdə bilik mənimsətməkdən vacib hesab etmişdir. Tərbiyəçinin rəhbərliyi altında biliklərin şüurlu və müstəqil mənimsənilməsi, uşaq fəaliyyətinin fəallaşdırılması, onun idrak fəallığı ilə sıx əlaqədardır. Uşaqları yalnız bilik və bacarıqları mənimsəməyə istiqamətləndirən təlim onların inkişafına kömək edə bilmir. Təlimdə yüksək inkişaf səviyyəsinə nail olmaq üçün uşaqlara fikirləşməyi öyrətmək, onlara düşünmə bacarıqları aşılamaq vacibdir.
“Öyrənməyi öyrətmək” baxımından son illərdə hazırlanmış Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulum) və bir sıra metodiki vəsaitlər bu baxımdan geniş imkanlar açır. Proqramda təlimin inkişafetdirici xarakteri daha qabarıq nəzərə çarpır.
Tərbiyəçilər bu imkanlardan səmərəli istifadə etməklə uşaqlarda riyazi, xüsusilə məntiqi təfəkkürün inkişafına ciddi diqqət yetirməlidirlər. Məhz yeni pedaqoji təfəkkür də əsas diqqətin uşağın intellektual və yaradıcı inkişafına, məntiqi və mücərrəd təfəkkürünün formalaşmasına, təhliletmə, ümumiləşdirmə, əqli nəticə çıxarma, bacarıqları və vərdişlərinin təşəkkülünə yönəldilməsini tələb edir.
Riyaziyyatdan bir çox mövzuları uşaqların müşahidələrini məqsədəmüvafiq təşkil etməklə onlara mənimsətmək olar. Bu zaman uşaqların əvvəl öyrənilmiş materiallara dair bilik və bacarıqlarının səviyyəsi, onların müstəqil işləyə bilmələri və s. nəzərə alınmalıdır. “>”, “<”, “=” işarələri ilə tanışlıq və onlardan düzgün istifadə edilməsi üçün tərbiyəçi müxtəlif dairə, üçbucaq, kvadrat və s. fiqurlar və onların şəkilləri üzrə işi təşkil edib, uşaqlara nəticə çıxartdıra bilər. O, uşaqlara belə tapşırıqlar verir:
-Sağdakı zolağa 1 dairə qoyun, sol zolağa da sağdakı qədər üçbucaq qoyun. Onların sayı haqqında nə demək olar? Hansı çoxdur? Bəs hansı azdır? Nə üçün bərabərdir?
Sonra tərbiyəçi sağ zolağa 1 dairə də qoymağı təklif edir və soruşur:
-Sağ zolaqda neçə dairə oldu? (2)
-Bəs sol zolaqda neçə üçbucaq var? (1)
- Hansı çoxdur? (2)
- 2 nə üçün 1-dən çoxdur?
Uşaqların təxmini cavabları: Çünki “2” “ 1”-dən sonra gəlir. 2>1
Yeni materialın mənimsənilməsini asanlaşdıran şəkillər, sxemlər və s.uşaqların müstəqil işləmələrinə imkan verir.
Beləliklə, tədriciliyi gözləməklə məqsədəmüvafiq tərtib olunmuş tapşırıqlar vasitəsilə uşaqların idrak müstəqilliyini inkişaf etdirmək və onlara müstəqil düşünmə bacarıqları aşılamaq olar.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin