ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1.
Hakan Seyit, Cevher Ahmet Akarsu, Hamit Ahmet Kabuli ve b. Endoskopik olarak migre gastric bant çıkarılması // Bariatrik ve
Metabolik Cerrahi Kongresi, 2015, 41.
2.
Hacı Murat Çaycı, Umut Eren Erdoğlu, Mehmet Akif Türkoğlu ve b. Bariatrik cerrahi öncesi kilo değişimi: Postoperatif klinik
önemi var mı? // Bariatrik ve Metabolik Cerrahi Kongresi, 2015, 83-84.
3.
M.Mahir Özmen, T.Tolga Şahin, Serkan Özen ve b. Laparoskopik sleeve gastrektomi // Bariatrik ve Metabolik Cerrahi Kongresi,
2015, 34-35.
4.
Mehmet Kadir Bartın, Muzaffer Önder Öner, Müge Kara Bartın ve b. Vertikal Sleeve Gastrektomi: Erken dönem sonuçlarımız //
Bariatrik ve Metabolik Cerrahi Kongresi, 2015, 47.
5.
Nasirova S., Ersin Öztürk, Serhat Parlak ve b. Obezite cerrahisi sonrası gelişen komplikasyonlar ve yönetimi // Bariatrik ve
Metabolik Cerrahi Kongresi, 2015, 15.
6.
Özgür Fırat, Batuhan Halit Demir, Taylan Özgür Sezer ve b. Sleeve Gastrektomilerde kaçak yönetimi // Bariatrik ve Metabolik
Cerrahi Kongresi, 2015, 10.
7.
T.Tolga Şahin, C.Emir Güldoğan, Serkan Özen ve b. Bariatrik cerrahi sonrası multivitamin ve mineral desteğinin yeri //Bariatrik
ve Metabolik Cerrahi Kongresi, 2015, 5-6.
8.
Flegal K.M., Kit B.K., Orpana H., Graubard B.I. Association of all-cause mortality with overweight and obesity using standard
body mass index categories: a systematic review and meta-analysis. JAMA 2013;309:71-82.
9.
Flegal K.M., Carroll M.D., Kit B.K., Ogden C.L. Prevalence of obesity and trends in the distribution of body mass index among
US adults. JAMA 2012;307:491-7.
10.Frühbeck G. Obesity: Screening for the evident in obesity. Nat Rev Endocrinol 2012;8:570-572.
11.Garb J., Welch G., Zagarins S., et al. Bariatric surgery for the treatment of morbid obesity: a meta-analysis of weight loss
outcomes for laparoscopic adjustable gastric banding and laparoscopic gastric bypass. Obes Surg 2009; 19: 1447-1455.
12.
Ikramuddin S., Korner J., Lee W.J. et al.: Roux-en-Y Gastric Bypass vs Intensive Medical Management for theControl of Type
2Diabetes, Hypertension, and Hyperlipidemia. JAMA 2013; 309, 21:2240-2249.
13.
Kalarchian M., Turk M., Elliott J., Gourash W.
Lifestyle management for enhancing outcomes after bariatric surgery./Curr.
Diab.Rep.2014,14(10),540
14.Laferrere B. Effect of gastric bypass surgery on the incretins. Diabetes Metab. 2009;35:513-7.
15.
Lee W.J., Chong K., Ser K.H., et al. Gastric bypass vs. sleeve gastrectomy for type 2 diabetes mellitus. Arch Surg 2011; 146: 143-
148.
16.
Lukasz K., Jarek K., Anna A.Ch. et al. Nutrition and Pregnancy after Bariatric Surgery /ISRN Obesity, 2013.
17.Melissas J. Nutrition recommendations and interventions for Diabetes. A position statement of the American Diabetes
Assotiation. Diabetes care vol. 31, Supplement 1,January2008,p.561-578.
18.Melissas J. IFSO guidelines for safety, quality and excellence in bariatric surgery. ObesitySurgery2008;18(5):497-500.
19.Reoch J., Mottillo S., Shimony A., et al. Safety of laparoscopic and open bariatric surgery: a systematic review and meta-analysis.
Arch. Surg 2011;146:1314-22.
Дахил олуб: 3.03.2016.
KOMORBĠD KARDĠO-VASKULYAR XƏSTƏLĠKLƏRĠ VƏ
AĞCĠYƏRLƏRĠN XRONĠKĠ OBSTRUKTĠV XƏSTƏLĠYĠ OLAN
ġƏXSLƏRDƏ QAZ MÜBADĠLƏSĠNĠN BƏZĠ XÜSUSĠYYƏTLƏRĠ
Məmmədov C.T., Abbasəliyeva K.T., Ġsmayılzadə C.S.,
Bağırzadə A.Ə., Babayeva F.R., Quliyev R.Ə., Yusifov V.Q.
ATU-nun Terapevtik və pediatrik propedevtikası kafedrası
Tədris Terapevtik Klinikası
САЬЛАМЛЫГ – 2016. № 3.
204
Ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX) dedikdə bronx-ağciyər
aparatında baĢ vermiĢ müxtəlif xarakterli üzvi dəyiĢikliklərlə xarakterizə olunan
və əsasən obstruktiv əlamətlərlə özünü biruzə verən xəstəlik baĢa düĢülür.
Bronxial astmadan (BA) fərqli olaraq, AXOX zamanı obstruktiv sindrom
geridönməzdir. AXOX-la xəstələnmə halları bütün dünyada ilbəil artır. Məsələn,
əgər 1990- cı ildə AXOX-dan ölüm təsadüfləri bütün səbəblər içərisində 6-cı idisə,
2000-ci ildə artıq 4-cü yerdədir və proqnozlara görə 2020-ci ildə o, artıq 3-cü yerə
keçəcəkdir.Xəstəliyi törədən səbəblər içərisində tütünçəkmə I yeri tutur.
Sübut olunmuĢdur ki, əksərən xəstələrin ölümünə səbəb AXOX zamanı
ürək-damar sistemində və digər üzvlərdə baĢ verən patoloji, geridönməz
proseslərdir.
Ümumiyyətlə, AXOX arterial hipertoniya (AH), ürəyin iĢemik xəstəliyi (ÜĠX)
və Ģəkərli diabet (ġD) kimi geniĢ yayılmıĢ və insan həyatına qəsd edən, aparıcı,
qeyri – infeksion xəstəlklərdəndir.Bütün ölüm səbəblərinin 40%-dən çoxu sayılan
xəstəliklərin payına düĢür (15).
AXOX-un ağır gediĢi və proqnozu onun ağciyərdənkənar zədələnmələri ilə
Ģərtlənir.Bu zədələnmələrə ilk növbədə ürək-damar xəstəliklərini ( ÜDX) və
osteoparozu (OP) aid edirlər.
Klinikada daha çox halda AXOX-la yanaĢı gedən kaxeksiya, skelet
əzələlərinin hipo- və atrofiyası, AH, ÜĠX, ürək çatıĢmazlığı (ÜÇ), kiçik qan dövranı
(KQD) vaskulopatiyası, tənəffüs sisteminin onkoloji və infeksion xəstəlikləri rast
gəlinir.AXOX zamanı çox müĢahidə edilən qəfləti ölümlərin səbəbi kimi ürəyin
ritm pozğunluqları və tromboemboliyaları qeyd olunur (15).
A.B.Strutınskiy və b. (13) tədqiqat iĢlərinin nəticələrinə əsasən AXOX-lu
xəstələrdə sonradan inkiĢaf etmiĢ xroniki ağciyər ürəyi (XAÜ) fonunda ürəkdə
remodelləĢmə baĢ verir.Bu isə öz növbəsində ürəyin sol Ģöbələrində dəyiĢikliklər
törədir və nəticə etibarilə sol mədəciyin əsasən, restriktiv tipli, diastolik
disfunksiyasını törədir, həmçinin miokardın sistolik gərginliyini, sol mədəcik
miokard kütləsi indeksini və sol qulaqcıq ölçülərini artırır.ĠĢin nəticələri göstərir
ki, sol mədəciyin diastolik disfunksiyası sağ mədəciyin dilatasiyası və
hipertrofiyası ilə korrelyasiya edir.
Ġ.N.Trofimenkonun fikrincə (14) bronxların hiperreaktivliyi AXOX-lu
xəstələrin 55-87% - də təsadüf olunur. AparılmıĢ epidemioloji tədqiqatların
nəticələrinə əsasən bronx hiperreaktivliyi AXOX-un əmələ gəlməsində
tütünçəkmədən sonra II sərbəst prediktor faktor hesab olunmalıdır.
Digər müəlliflərin fikrincə isə (17) BA-dan fərqli olaraq, AXOX-da fiziki
gərginlik, bradikinin yeridilməsi və ağciyərlərin eukapnik hiperventilyasiyası
bronxokonstriksiya törətmir.O.M.Polikutina və baĢqaları ST seqmentinin
qalxması ilə müĢayət olunan miokard infarktı keçirmiĢ xəstələrin 12,3%-də AXOX
aĢkar etmiĢlər (11).
M. Hiqqins, et al. (20) hesab edirlər ki, AXOX-da yaĢ, tütünçəkmə,
xolesterinin səviyyəsi və AH kimi dəyiĢikliklər ÜĠX əmələ gəlməsində sərbəst və
əhəmiyyətli faktor kimi qiymətləndirilməlidir. H.K.Kazanbiyev, və b., (6) qeyd
edirlər ki, AXOX-un proqnozu komorbid xəstəliklərlə ağırlaĢır.Bu xəstəliklərə isə
AH, ÜĠX, o cümlədən miokard infarktı, SD, ağciyər xərçəngi və OP aid edilir.
Ümumdünya səhiyyə təĢkilatının məlumatına əsasən hər il AXOX-dan 3
milyon nəfər tələf olur.Xəstəliyin pessimistik proqnozunun səbəbi kimi onun
diaqnozunun gec qoyulması da göstərilir (12).
Digər tərəflər AXOX-un diaqnostikasında ən mühümü obyektiv müayimə,
xüsusən də, spirometriyadır.Yalnız spirometriya bronx ağacının müxtəlif
bölmələrinin keçiriciliyi haqqında tam informasiya almağa imkan verən sadə
müayinə üsuludur.
Ġ.Ġ.Baranova, Ġ.V.LeĢenko (2) göstərirlər ki, spirometriya obyektiv müayinə
üsulu olsa da ani nəfəsvermənin I saniyə göstəricisi (ANT
1
) (rus dilində -ОФВ
1
)
əsas klinik əlamətlərlə ( məs: təngnəfəslik, həyat keyfiyyəti göstəriciləri), Ģüa
diaqnostikası nəticələri (emfizemanın ağırlıq dərəcəsi, kiçik ölçülü bronxlardakı
dəyiĢikliklər ) və müalicənin xərci kimi məlumatlarla korrelyasiya etmir.
Bəs görəsən AXOX-lu xəstələrin ürək-damar sistemində baĢ verən
dəyiĢikliklərin kökündə hansı mexanizmlər durur? Q.V.Neklyudova və baĢqaları
(10) qeyd edirlər ki, AXOX-lu xəstələrdə ağciyər arteriyasında ikincili
hipertoniyanın səbəbi damar divarında baĢ verən struktur dəyiĢikliklərlə bağlıdır.
Ġntimanın proliferasiyası və ağciyər arteriyasının xırda Ģaxələrində əzələ
qatının hipertrofiyası ilə xarakterizə olunur.Digər mühüm səbəb kiçik qan dövranı
damarlarında baĢ verən endotelial disfunksiya nəticəsində NO-nun endogen
defisiti və I- prostasiklin azlığıdır.
A.G.Aqusti, et al (16) qeyd edirlər ki, AXOX-un sistem xüsusiyyətli
dəyiĢikliklərində ən çox rast gəlinən ürək-damar effektli dəyiĢikliklərə, xüsusən,
AH, ÜĠX ilə nəticələnən ateroskleroz aiddir.Ürək-damar xəstəlikləri, nəinki AXOX-
la birgə rast gəlinir, bu xəstəliklər ölümün ikinci, bəzənsə, birinci səbəbi kimi
ortaya çıxırlar.
Məlumdur ki, arteriyaların və aortanın elastikliyini qiymətləndirmək üçün
istifadə olunan əsas göstərici nəbz dalğasının yayılma sürəti və auqmentasiya
indeksi hesab olunur. N.A.Karoli və A.R.Rebrov (7) tədqiqatlarının nəticələrinə
əsasən AXOX-lu xəstələrin bütün yaĢ qruplarında arteriya divarının elastikliyi
pozulmuĢ olsa da bu daha çox özünü ahıl yaĢlılarda biruzə verir.Arteriyaların
rigidliyinin artması, nəbz dalğasının yayılma surəti və auqmentasiya indeksinin
(nəbz dalğasının əks olunması) artması mərkəzi arterial təzyiqin yüksəlməsinə
güclü təsir göstərir.
N.A.Karoli, et al., (8) digər məqalədə göstərirlər ki, ümumiyyətlə AXOX-la
kardiovaskulyar patologiya arasındakı əlaqələr ətraflı öyrənilməyib.Qeyd olunur
ki, mümkün ola bilən patogenetik mexanizmlərə endotelial disfunksiya, aĢağı
qradasiyalı sistem mənĢəli iltihab, oksidativ stres, siqaret tüstüsü, hipoksemiya
nəticəsində formalaĢan damar divarı zədələnməsi aid edilə bilər.Bu faktorlar
təsirindən həmçinin arteriya divarlarının sərtləĢməsi (rigidliyin artması) də damar
disfunksiyası və damar pozğunluqlarının artmasına səbəb ola bilər.Artan damar
sərtləĢməsi bir tərəfdən arteriyaların geridönməz qeometrik dəyiĢiklərini və onların
funksional pozğunluqlarını əks etdirir, digər tərəfdən isə hemodinamikaya əsaslı
təsir edir: miokardda arxa yükü (post-) artırır, koronar perfuziyanı pisləĢdirir.Son
nəticədə qalxan aortada təzyiqin artması sol mədəciyin yükünü artıraraq, onun
hipertrofiyasına səbəb olur, diastolik boĢalmanı pisləĢdirir və nəhayət, ürəyin
nasos funksiyasını xeyli zəiflədir.
E.V.Koçetova, N.N.Vezikova (9) AXOX-lu xəstələrin sümük toxumalarının
mineral dolğunluğunu öyrənərək, belə nəticəyə gəliblər ki, bu xəstələrdə
onurğanın bel nahiyəsinin OP –u 37% təsadüfdə aĢkar edilir, bud sümüyü
boynunun OP-u isə 19,7% xəstədə tapılmıĢdır.AXOX ağırlaĢdıqca sümüklərin
mineral dolğunluğu bütün bədəndə azalmağa baĢlayır.
H.P.Dimai, et al., (19) aĢkar ediblər ki, AXOX-lu xəstələrdə sümüklərin
mineral dolğunluğu və arterial qanın PH-ı arasında düz, CO
2
parsial təzyiqi ilə isə
tərs korrelyasiya əlaqəsi mövcuddur.
O.V.Velikaya, et al., (3) göstərirlər ki, AXOX-da sistem iltihabın marker-
lərini periferik qandakı neytrofillər, S- reaktiv zülal, fibrinogen, proiltihabi
sitokinlər olan interleykin-1 β, interleykin -6, α-ĢiĢ nekrozu faktoru və hemokin
interleykin-8 təĢkil edirlər.Ġltihabi sistem markerlərinin yüksək miqdarı isə
САЬЛАМЛЫГ – 2016. № 3.
206
iltihabı artırmaqla bərabər, həm də vazokonstriksiya və trombəmələgəlməni də
aktivləĢdirirlər.
S.A. Bust (18) göstərir ki, müxtəlif müəlliflərin məlumatına görə AXOX
yaĢlı əhalinin 4-6 % dən 10-25%-nə qədərini əhatə edir, inkiĢaf etmiĢ və ya
inkiĢafda olan ölkələrdə artmaqdadır.Burada göstərilir ki, Milli ürək, ağciyər və
qan institutunun məlumatına əsasən 2001–ci ildə AXOX-un ümumi xərcləri 34,4
mlrd ABġ dolları təĢkil etmiĢdir.
Q.A.Ġqnatova, və b., (5) angiotenzin çevirici fermentin inhibitoru olan
perindoprili (prestarium) AXOX-lu xəstələrdə AH-nın müalicəsi məqsədilə istifadə
edərək, müsbət nəticə almıĢ, onun metabolizmə- piylənmə və lipid mübadiləsinə,
qanda qlikemik dəyiĢikliklərə təsir etmədiyi göstərilmiĢdir.
Жядвял № 1.
Qan qazlarının normal tərkibi.
Parametrlər
Normal göstəricilər
Parametrlər
Normal göstəricilər
pH
7,35 - 7,45
Met Hb
,
%
< 2,0
PaCO
2
mm c.s
35-45
CO Hb,%
< 3,0
PaO
2
mm c.s
70-100
BE, mekv/l
2-2
SaO
2
, %
93-98
Ca O
2
, mlO
2
/dl
16-22
HCO
3
-
mekv,/l
22-26
BE - (base excess) - bufer əsasının çoxluğu və ya defisiti; COHb-karboksihemoqlobin, Met Hb –
methemoqlobin.
AXOX zamanı sistem Ģəkilli patoloji dəyiĢiklikləri olan xəstələrdə qan
qazlarında (QQZ) baĢ verən proseslər ədəbiyyatda çox az halda əksini
tapmıĢdır.Ümumiyyətlə qanın qaz tərkibini öyrənmək üçün dəridən keçən
punksiya ilə qan radial, kürək, bud arteriyalarından xüsusi heparinli Ģpris
vasitəsilə götürülür.Qanın PH-nın normal göstəriciləri 7,35-7, 45 olduqda qanın
adekvat bufer tutumu, ağciyər və böyrəklərin funksiyası təmin olunur.PH-ın 7,35-
dən az olması asidoz, 7,45- dən çox olması isə alkalozdur.Asidoz PaCO
2
-un
artması və ya HCO
3
-un kəskin azalması ilə, alkaloz isə ya PaCO
2
azalması və ya
HCO
3
-un artması ilə xarakterizə olunur (1).
Məsələn: kəskin tənəffüs çatıĢmazlığı dedikdə təngnəfəslik, taxipnoe ilə
yanaĢı arterial qanda PaO
2
< 60 mm c.süt.; PaCO
2
> 45; SaO
2
< 90% və ph < 7,35
olması baĢ verir. Ürəyin və ya tənəffüsün dayanması, koma zamanı paO
2
< 50 mm
c.süt., paCO
2
> 70, ph< 7,30 qeyd olunur.
Qeyd etmək lazımdır ki, respirator asidozun əsas səbəbləri aĢağı və yuxarı
tənəffüs sistemi yollarının obstruktiv xəstəlikləri (AXOX, BA, obliterasiyaedici
bronxiolit və s.) mərkəzi sinir sistemi depressiyası, piylənmə-1 hipoventilyasiya
sindromu, sinir-əzələ xəstəlikləridir.
Məlumdur ki, AXOX-lu xəstələrin patogenetik müalicələrinin əsas
inqridientlərindən biri oksigendir - oksigen terapiyasıdır.Lakin müəyyən
olunmuĢdur ki, oksigen terapiyası yalnız hipoksemiyanın kəskin dövründə
əhəmiyyətlidir (arteriyal qanda paO
2
< 55 mm c.süt. və azdırsa), əgər hipoksemiya
55-70 mm c.süt. təĢkil edirsə oksigen verilməsi əhəmiyyətsizdir.
O.V.Qolotina, V.A.Nevzorova və b. (4) 103 AXOX-lu xəstə müayinə
etmiĢlər.I qrupa 54 xəstə izolə olunmuĢ AXOX-la; II qrupa isə 49 xəstə AXOX və II
funksional siniflə stabil stenokardiyası olanlar daxil edilmiĢlər.Bütün xəstələrdə
QQZ-nin aĢağıdakı göstəriciləri tədqiq olunmuĢdur: ph, PaO
2,
PaCO
2
, SaO
2,
hər 2
qrupda olan AXOX-lu xəstələr təsnifata görə II, III və IV dərəcələrə bölünmüĢlər.
QQZ göstəricilərinin tədqiqi ilə 2 qrupda ventilyasion tipli xroniki tənəffüs
çatıĢmazlığının olması aĢkarlandı.Çünki, bütün xəstələrdə PaO
2-
nun azalması,
PaCO
2
nun artması və ph-ın dəyiĢməməsi müĢahidə olunurdu.Digər tərəfdə ANT
1
ilə (OFV
1
) PaO
2
düz korrelyasion əlaqə olduğu halda, PaCO
2
və ANT
1
arasında belə
bir əlaqə müəyyən edilməyib.Q.V.Neklyudova, S.N.Avdeyev, Q.E.Baymakanova
(10) AXOX-lu xəstələrdə xəstəliyin ağırlıq dərəcəsi və QQZ göstəriciləri ilə ağciyər
arteriyası hipertenziyası arasında korrelyativ əlaqə olduğu göstərilmiĢdir.
Beləliklə, ədəbiyyat xülasəsindən belə məlum olur ki, AXOX-lu xəstələrdə
QQZ göstəricilərinin arterial qanda təyini tənəffüs çatıĢmazlığının ağırlığını,
ventilyasion pozğunluğun dərəcəsini, ağciyər arteriyasında sistolik təzyiqin və
ağciyər-ürək çatıĢmazlığının ağırlıq dərəcəsini təyin etmək üçün mühüm əhəmiy-
yət kəsb edir.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1.Баймаканова Г.Е.Интерпретация показателей газов артериальной крови. ‖Атмосфера. Пульмонология и аллергология‖,
2013, № 2, стр.42-45
2.Баранова И.И., Лещенко И.В.Влияние базисной терапии на клинические симптомы, качество жизни и системное
воспаление у больных хронической обструктивной болезнью легких.Клиническая медицина, №12, 2013, стр.21-29
3.Великая О.В. Провоторов В.М., Мартышова О.С. Профилактика венозного тромбоэмболизма у больных хронической
обструктивной болезнью легких. Клиническая медицина, № 6, 2011, стр. 4-7
4. Голотина О.В., Невзорова В.А., Шекунова О.И.,Кочеткова Е.А.,Кесслер Р. Легочная гемодинамика и состояние газового
состава крови при хронической обструктивной болезнью легких и ее сочетании со стабильной стенокардией напряжения.
Тихоокеанский медицинский журнал, 2012, №4, стр.67-69
5.Игнатова Г.А., Белснер М.С, Блинова Е.В.Коррекция метаболического синдрома у пациентов с тяжелой хронической
обструктивной болезнью легких. Кардиология ,2, 2015, стр. 57-59
6. Казанбиев Н.К., Казанбиев Д.Н., Атаева З.Н.Диагностика и лечение сердечной недостаточности при хронической
обструктивной болезни легких.Клиническая медицина, №2, 2011, стр.4-8
7. Кароли Н. А., Ребров А. Р. Жесткость артерий у больных хронической обструктивной болезнью легких .Тер.архив, 2012
, №3, стр.12-16
8. Кароли Н.А., Долишняя Г.Р, Ребров А.Р. Артериальная регидность у больных хронической обструктивной болезнью
легких с наличием и в отсутствие ишемической болезни сердца. Кардиология,7, 2013, стр. 56- 61
9. Кочетова Е.В., Везикова Н.Н. Минеральная плотность костной ткани у больных хронической обструктивной болезнью
легких.Тер.архив3,2013стр.14-16
10. Неклюдова Г.В., Авдеев С.Н., Баймаканова Г.Е. Хроническая обструктивная болезнь легких и легочная гипертензия:
мозговой атрийуретический пептид как маркер легочной гипертензии. Пульмонология, №3, 2013, стр.31-35
11. Поликутина О.М., Слепынина Ю.С., Баздырев Е.Д., Каретникова В.Н., Барбараш О.Л. Впервые выявленная хроническая
обструктивная болезнь легких и ее клиническая значимость у больных с инфарктом миокарда с подъемом сегмента ST.
Тер.архив 3, 2014 стр.14-23
12. Cинопалников A.И.,ВоробьевA.В. Эпидемиология ХОБЛ :современное состояние актуальной проблемы. Пульмонология
6, 2007стр.78-85
13.Струтынский А.В., Бакаев Р.Г., Глазунов А.Б, Банзелюк Е.Н., Мошкова Н.К., Рейснер А.А., Шавурдина С.В.,
Виноградова Д.В. Особенности ремоделирования левых отделов сердца у больных хронической обструктивной болезнью
легких с хроническим легочным сердцем.Ter.arx. 2010 ,№ 9,cтр.45-49
14. Трофименко И.Н.Бронхиальная гиперреактивность и хроническая обструктивная болезнь легких.Клиническая медицина,
№5, 2013 ,стр.
15. Чучалин А.Г. Хроническая обструктивная болезнь легких и сопутствующие заболевания.Тер. архив 8,2013,стр.43-48
16.Aqusti A.G.N., Noquera A.,SauledaJ. et al (systemic effects of chronic obstructive pulmonary disease Eur.Respir. J.2003;
21:347-360
17.Barnes P.İ.Mechanisms in COPD.Differences from asthma. Chest.2000;1(7:10-4)
18.Bust S.A.The economic burden of COPD. Proceedinqs of the satellite symposium‖ The impact of COPD‖(S.A.Bust) .int 9 th ERS
annual congress 1999-p.8-11.)
19. Dimai H.P., Domej W., Leb G., Lau K.H. ( Bone loss in patients with interated chronic obstructive pulmonary disease inn
mediated by an increase in bone resorbtion associated with hypercapnia.J. Bone Miner.Res. 2001:16 (11): 2132- 2141)
20.Hiqqins M, Keller J, Waqenknesht L. et al.(Pulmonary funstion and cardiovaskular risk faktor relationslip in black and in white
younq men and women.The CARDİA Study.Chest.(qq1;qq(2):315-22)
Дахил олуб: 6.11.2015.
САЬЛАМЛЫГ – 2016. № 3.
208
ЙУБИЛЕЙ ЮБИЛЕЙ MUBILEE
Professor
Nəsibə Hüseynova
Ил
90
лет
years old
Bu günlərdə, Azərbaycanın görkəmli pediatrı,
tibb elmləri doktoru, professor Nəsibə Ağa Ġsmayıl
qızı Hüseynovanın 90-illik yubileyi keçirilmiĢdir.
Professor Nəsibə Hüseynova 1926-cı il yanvar
ayının 25-də Bakı Ģəhərində azərbaycan dili müəllimləri Ağa Ġsmayıl və Həvva
Hüseynovların ailəsində dünyaya gəlmiĢdir.
1948-ci ildə Moskva Ģəhərinin N. Ġ. Piroqov adına Tibb Ġnstitutunu
bitirmiĢdir. Həmin ildən Azərbaycan Dövlət Tibb Ġnstitutunun uĢaq xəstəliklərinin
propedevtikası kafedrasının kliniki ordinatoru vəzifəsində çalıĢmıĢdır. 1950-1951-
ci illərdə Laçın Ģəhərindəki qadın və uĢaq məsləhət-xanasının müdiri, 1951-1954-
cü illərdə SSRĠ-in Tibb Elmləri Akademiyasının Pediatriya Ġnstitutunda aspirant
olmuĢ, namizədlik dissertasiyasını müdafiə etmiĢdir.
1955-1959-cu illərdə Ana və UĢaqların Mühafizəsi Elmi-Tədqiqat Ġnstitu-
tunda baĢ elmi iĢçi, Ģöbə müdiri iĢləmiĢdir. 1959-cu ildən ATĠ-nun hospital
pediatriya kafedrasının dosentidir.
1959-1961-ci illərdə SSRĠ dövləti tərəfindən Ġraqa ezam olunmuĢ və orada
müharibə Ģəraitində səhiyyə müĢaviri iĢləmiĢdir. Bu Ģərəfli həkim iĢinə görə N.
Hüseynova Ġraq höküməti və Azərbaycan SSR-nın Səhiyyə Nazirliyi tərəfindən
dəfələrlə Fəxri fərmanla təltif olunmuĢdur.
N. Hüseynova 1969-cu ildən doktorluq dissertasiyasını müdafiə edərək
hospital pediatriya kafedrasının professor vəzifəsinə keçmiĢdir. 1970-1992-ci
illərdə ATĠ-nun müalicə-profilaktika fakültəsinin uĢaq xəstəlikləri kafedrasının
müdiri olmuĢdur, 1992-ci ildən hal-hazıradək həmin kafedranın professor
vəzifəsində çalıĢır.
1971-1976-cı illərdə Bakı Ģəhərində baĢ pediatr, 1970-1991-ci illərdə Səhiyyə
Nazirliyinin IV BaĢ Ġdarəsinin baĢ pediatru olmuĢdur. 1976-cı ildən hal-hazıra
qədər
Azərbaycan
Respublikası
Səhiyyə
Nazirliyinin
baĢ
uĢaq
qastroenteroloqudur.
1982-ci ildə prof. N. Hüseynova 17 saylı uĢaq Ģəhər poliklinikasının bazasın-
da respublika uĢaq qastroenteroloji mərkəzinin yaradıcısı olmuĢ və uzun illər bu
mərkəzdə elmi rəhbər kimi iĢləyərək, Azərbaycanın bütün regionlarından mədə-
bağırsaq problemli uĢaqlara yardım etmiĢdir.
Professor Nəsibə Hüseynova əsasən, uĢaqların qidalanması problemlərinə
dair tədqiqatlar aparmıĢdır, elmi rəhbər kimi 6 tibb elmləri namizədi hazırlamıĢdır,
300-dən artıq elmi məqalənin və metodiki tövsiyələrin müəllifidir, 2013-cü ildə
―UĢaq qastroenterologiya‖ dərsliyi, 2014-cü ildə isə ―Pediatriyada dietoterapiya‖
dərs vəsaitini buraxmıĢdır.
Professor Nəsibə Hüseynova 1984-cü ildə ―Səhiyyə əlaçısı‖ döĢ niĢanı ilə,
1986-cı ildə ―Əmək Veteranı‖ medalı, 1990-cı ildə isə Azərbaycanın Əməkdar
Həkimi fəxri adı ilə təltif olunmuĢdur.
20 sentyabr 2010-cu il tarixində Azərbaycanda tibb təhsilinin və elminin
inkiĢafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti Ġlham Əliyevin
Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmiĢdir.
Azərbaycan Tibb Universitetinin rəhbərliyi professor Nəsibə Hüseynovanı 90
illik yubiley ilə səmimi qəlbdən təbrik edir. Ona uzun ömür, can sağlığı və uzun
müddətli aktiv həyat arzulayır.
ATU-nun REKTORLUĞU VƏ HƏMKARLAR ĠTTĠFAQI KOMĠTƏSĠ.
ÇĠNGĠZ RƏHĠM
OĞLU
RƏHĠMOV
Ил
лет
years old
Çingiz Rəhim oğlu Rəhimov 1956-
cı il 6 yanvar tarixində Bakı Ģəhərin-də
ziyalı ailəsində anadan omuĢdur.
1978-ci ildə Azərbaycan Dövlət
Tibb
Ġnstitutunun
Stomatologiya
fakültəsini bitirərək 1981-ci ildə Moskva
Ģəhərində Ümumittifaq Onkologiya Mərkəzinin məqsədli aspiranturasına daxil
olmuĢdur. 3 il müddətində aspiranturanı bitirərək 1984-cü ildə ―BaĢ və boyun
nahiyyəsinin dərisinin melanoması‖ adlı namizədlik dissertasiyasını müvəfəqiyyətlə
müdafiyə etmiĢdir. 1985-1986-cı illərdə Azərbaycan Dövlət Həkimlərinin
TəkmilləĢdirmə Ġnstitutunda baĢ elmi iĢçi vəzifəsində çalıĢmıĢdır. 1986-cı ildə
yenidən Moskva Ģəhərinə qayıdaraq 1986-cı ildə Moskva Tibb Akademiyasının üz-
çənə cərrahiyyəsi kafedrasında doktoranturaya daxil olmuĢdur. 1992-ci ildə
doktoranturanı bitirərək Moskva Ģəhərində Mərkəzi Elmı-Tədqiqat Stomatologiya
Ġnstitutunda ―BaĢ və boyunun yumĢaq toxumalarının irinli iltihabı proseslərinin
müalicəsində antioksidantların yeri və rolu― adlı doktorluq dissertasiyasını
müdafiyə edib, tibb elmlər doktoru alimlik dərəcəsi almıĢdır.
1992-ci ildə vətənə qayıdaraq Azərbaycan Tibb Universitetinin cərrahi
stomatologiya kafedrasında professor vəzifəsində çalıĢmıĢdır.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Ġcra
Apparatının Humanitar siyasət Ģöbəsinin müdir müavini, 1993-1998-ci illərdə isə
Nazirlər Kabinetinin Səhiyyə və sosial problemlər Ģöbəsinin müdiri vəzifəsində
çalıĢıb. 1997-2000-ci illərdə BMT-nin Azərbaycan Respublikası üzrə Milli
Ə
laqələndiricisi olub. 1998-ci ildə Azərbaycan Tibb Universitetinin cərrahi
stomatologiya kafedrasının professoru vəzifəsinə seçilmiĢ və 2007-ci ildə Ağız və
60
САЬЛАМЛЫГ – 2016. № 3.
210
üz-çənə cərrahiyyəsi kafedrasının müdiri vəzifəsinə seçilmiĢ və hazırda bu vəzifədə
çalıĢır.
Ç.R. Rəhimov 100-ə yaxin elmi məqalənin müəllifidr, onlardan 24-ü
PubMed Beynəlxalq Elmi bazasına daxil edilib. O, üz-çənə cərrahlığına da bir sıra
töhvələr vermiĢdir.
Azərbaycanda ilk dəfə olaraq bir sıra əməliyyatlar o cümlədən əməliyyatönü
lazer stereolitoqrafiya və virtual planlaĢdırma ilə rekonstruktiv-bərpa əməliyyatı,
süni titan implantatlarla artroplastika əməliyyatları, incik sümüyündən götürülən
damar ayaqcıqda autotransplantatla çənə sümüyünün rekonstruksiyası, gicgah-
çənə oynağının artrosintezi və artroskopiyası və digərləri onun adı ilə bağlıdır.
Çingiz Rəhimov novator cərrahdır. 2 müəlliflik Ģəhadətnaməsi almıĢdır. Çingiz
müəllim pedaqoq kimi də Universitetdə nüfuz qazanmıĢdır. Onun yazmıĢ olduğu 5
dərs vəsaiti tələbələrin eyni zamanda müəlliflərin stolüstü kitabına çevrilmiĢdir.
Onun rəhbərliyi altında 8 tibb üzrə fəlsəfə doktoru hazırlanmıĢdır.
Professor Çingiz Rəhim oğlu Rəhimov ömrünün çiçəkləndiyi anları yaĢayır.
Ona uzun ömür can sağlığı arzulayırıq.
ÜZ-ÇƏNƏ CƏRRAHİYYƏSİ KAFEDRASININ ƏMƏKDAŞLARI.
Dostları ilə paylaş: |