Саьламлыг  здоровье


ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə2/29
tarix07.04.2017
ölçüsü5,03 Kb.
#13698
1   2   3   4   5   6   7   8   9   ...   29

ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1.Braunwald    Antman  E.M.,  Beasley  J.W.,  Hochman  J.S.  American  Heart  Association    Committeeon  the  Management  of  patients 
With Unstable Angina.ACC Aha 2002. 
2.Ağayev  M.M.  Daxili xəstəliklər 1 ci cild-2006 ;701-192  
3.Mалая Л.T. Инфаркт миокарда.Киев: Здоровая.1981- с.488 
4.Tardif J,Cote G,Lesperance J,et al;Probucol and multivitamins in the prevention of restenosis after coronary angioplasty.//N Eng J 
Med 1997;337:365-372 
5. Nissen SE  Tuzcu  EM  Schoenhagen P Broun BG Ganz P Vogel RA  et  al Effect of intensive  comparet  with moderate lipid-
lowering therapy on progression of coronary atherosklerozis a randomized controlled trial. //JAMA 2004; 291 ;1071-80 
6.  Danesh  J,Whincup  P,Walker  M,Lennon    L,  et  al;Low  grade  inflammation  and  coronary  heart    disease:Prospective  study  and 
updated meta-analyses. //BMJ 2000;321:199-204 
7.Schwarts  L,Seidelin  PH;Antitrombotik  and  thrombolytic  therapy  in  patients  undergoing  coronary  artery  interventios;a 
rewiew.Progress in Cardiovasculyar  Diseases.1995;38:67-86 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
18 
8.Mallika  V,  Goswami  B,  Rajappa  M.  Atherosclerosis  pathophysiology  and  the  role  of  novel  risk  factors:  a  clinicobiochemical 
perspective.Angiology 2007- 58;  513-22 
9.Coen  D.A    Stehouwer  CD  .Gall  M.A.et  al.İncreased  Urinary  Albumin  Excretion    Endothelial  Dysfunction    and  Chronck  Low  –
Grade  İnflamation in type 2 Diabetes  Proqressive and  İnteralled Associated With Risk of Death-Diabetes -2002-vol 51.p. 1157 -
1165 
10.Abdalla Abbas M,Guenther A,Galantucci S. et al.Microbial risk factors of cardiovasculyar and cerebrovasculyar diseases:potential 
therapeutical options. //Open Neurol J2008;2;20-4 
11.Berk B.C. Weintraub WS Alexsander RW  clevation of c-reactive protein in active coronary artery disease . //Am J  Cardiol 1990; 
65: 168 -72 
12. Baumann H,Gauldie J:The acute phaza response.Immunol  Today 1994 ;15:74-80 
13.Luizzo G ,Biasucci LM,Gallimore JR ET AL;the proqnostic value of C –reactive protein and serum amyloid A protein in severe 
unstable angina . //N Eng J Med 1994;331:417-24 
14.Liuzzo  G  ,Biasucci  LM,Gallimore  JR  et  al:The  proqnostic  value  of  C-reactive  protein  and  serum  amyloid  A  protein  in  severe 
unstable angina. //N Eng J Med 1994;331:417-24 
15.  Danesh  J.,  Whincup  P.,  Walker  M.,  et  al.  Low  grade  inflammation  andcoronary  heart  disease:  Prospective  study  and  updated 
meta-analyes. //BMJ 2000; 321 :199-204 
16.Libby  P.,  Bonow  R.O.,  Zipes  D.P.,  Mann  D.L.    editors.  Braunüalds  heart  disase  a  textbook  of  cardiovaskulyar  medicine  .8
th
 
ed.Edinburq Edinsevier 2008 
17.Alizedah  Dehnavi  R.,de  Roos  A.,Rabelink  T.J.,  et  al.  Elevated  CRP levels  are  associated  with  increased  carotid  atherosclerosis 
independent of visceral obesity.Atherosclerosis 2008;200:417-23 
18. Sima A.V.,Stancu C.S., Simionescu M. Vasculyar endothelium in atherosclerosis.Cell Tissue Res 2009;335:191-203 
19.  Strong  J.P.,Restrepo  C.,Guzman  M.  Coronary  and  aortic  atherosclerosis  in  new  Orleans;  2  .Comparison  of  lesions  by  age,sex 
,and race. //Lav invest 1978;39:364-9 
20. Ross R:The pathogenesis of atherosclerosis :a perspective for the 1990.s.Nature 1993;362:801-9 
21.  Montecucco  F,Mach  F.Common  inflammatory  mediators  orchestrate  pathophysiological  processus  in  rheumatoid  arthritis  and 
atherosclerosis. //Rheumatology(Oxford)2009;48:11-22 
22.  Hansson  GK,Libby  P,Schonbeck  u,Yan  ZQ.Innate  and  adaptive  immunity  in  the  pathogenesis  of  atherosclerosis.Circ  Res 
2002;91:281-91 
23.  Ritker P.M.,Cushman    M.,Stampfer    M.J.,  et  al.  Inflamation,aspirin  and  the  risk  of  cardiovascular  disease  in  apperantly  healty 
men N Engl J Med 1997;336:973-9. 
24.  Athyros  VG  ,Kakafika  AI,Karagiannis  A,Mikhailidis  DP.Do  we  need  to  consider  inflammatory  markers  when  we  treat 
atherosclerotic disease. //Atherosclerosis 2008;200:1-12 
25. Ridker PM,Silvertown JD.Inflammation,C-reaktive protein,and atherothrombosis. //J Peridontol 2008;79:1544-51 
26. Mazzone a De servi Ricevuti G  et al:İncreased expression of neutrophil and monocyte adhesion molecules in unstable coronary 
artery disease. //Circulation 1993:22; 358-63. 
27. Biasucci L.M.,Vitelli  A,Liuzzo G,et al:Elevated levels of interleikin -6 in unstable angina. //Circulation 1996;94:874-7 
28.Libby P,Ridker PM:Novel inflammatory markers of coronary risk. //Circulation 1999;100:1148-50 
41. Lagrand WK,Visser CA,Hermens WT,et al;C –reactive protein as a cardiovasculyar risk factor. //Circulation 1999;100:96-102. 
42.Kubica J.,Kozinski M.,Krzewinka –Kowoalska A.,et al.Combined  periprocedural evaluation of CRP and TNF-alpha enhances the 
prediction  of  clinical  restenosis  and  major  adverse  cardiac  events  in  patients  undergoing  percutaneous  coronary  interventions.Int J 
Mol Med 2005;16:173-80 
43.Morrow DA,Rifai N,Antman AN,et al:Creactive  protein is a potent predictorof  mortality independently or in combination with 
troponin T in acute coronary syndromes:a TIMI 11subsudy. //J Am Coll Cardiol 1998;31:1460-5. 
 
Дахил олуб:  28.04.2016. 
 
 
FREMĠNGEM TƏDQĠQATI VƏ RĠSK HESABLAYICI 
KALKULYATORLARI 
 
Qurbanov Y.Z., Zeynalova N.V., Novruzova M.S., Mirzəzadə V.A. 
 
Azərbaycan Tibb Universitetinin  Terapevtik və pediatrik 
propedevtika kafedrası, Bakı şəhəri, Azərbaycan Respublikası  
 
XX əsrin 40-cı illərinin sonunda ABġ-da koronar damarların aterosklerozu 
ölüm  hallarının  əsas  səbəbi  kimi  qəbul  edilmiĢdir.  Bununla  belə  ürək-damar 
xəstəliklərinin yaranmasına təsir edən amillər haqqında elmi məlumatlar mövcud 
deyildir,  aterosklerozun  səbəbi  isə  qocalığın  və  irsi  meylliliyin  qaçılmaz  nəticəsi 
kimi  qəbul  edilirdi.  Bununla  əlaqədar  olaraq,  1948-ci  ildə  ABġ-ın  Ġctimai 
Sağlamlıq 
Mərkəzinin 
təĢəbbüsü 
ilə 
ilkin 
məqsədi 
aterosklerozun 
epidemiologiyasının  öyrənilməsindən  ibarət  olan  Fremingem  Ürək  Tədqiqatının 

 
keçirilməsi  təĢəbbüsü  irəli  sürülmüĢdür  [1].  Fremingem  Ürək  Tədqiqatı  bir  neçə 
ə
sas  mərhələlərdə aparılmıĢdır. 
Fremingem  tədqiqatının  (FT)  baĢlanmasından  bir  ildən  də  az  müddət 
keçdikdən sonra adı çəkilən tədqiqata rəhbərlik hazırda Milli Ürək, Ağciyər və Qan 
Ġnstitutu  kimi  tanınan  Milli  Ürək  Ġnstitutuna  verildi.  Tədqiqat  obyekti  qismində 
Fremingem  Ģəhərciyi  seçilmiĢdir.  1953-cü  ilin  mart  ayına  qədər  10  min 
namizəddən  son  seçim  kimi  30-62  yaĢ  arasında  olan  5209  kiĢi  və  qadın 
seçilmiĢdir ki, onlar tədqiqatın orijinal koqortunu təĢkil edirdi [2]. Orijinal koqort 
2 ildə 1 dəfə müayinə olunmuĢdur.1971-ci ildə orijinal koqort üzvlərinin 5121 oğul 
və  qızları  (onların  ər  və  arvadları  da  daxil  olmaqla)  gələcək  nəsil  tədqiqatının 
(Offspring Study) aparılması üçün seçilərək 4 ildə bir dəfə müayinə olunmuĢlar [3]. 
Nəhayət,  2002-ci  ildə  üçüncü  nəslə  aid  koqort  formalaĢmıĢdır    ki,  onların  4095 
iĢtirakçısı  gələcək  nəslin  koqortlarının  övladlarından  seçilmiĢdir  [4].  Tədqiqatı 
aparan  komitet  (7  ekspertdən  təĢkil  olunmuĢdur)  6  kateqoriyadan  ibarət 
müayinəsi  mümkün  olan  dəyiĢən  göstəricilərin  siyahısını  təklif  etmiĢdir 
[5]:anamnestik  məlumatlar,fizikal  müayinənin  nəticələri,döĢ  qəfəsi  orqanlarının 
rentgenoloji  müayinələrinin  nəticələri,elektrokardioqrafiyanin  nəticələri,  qanda 
hemoqlobinin,  xolesterinin  (XS),  fosfolipidlərin  və  qlükozanin  təyininin  nəticələri, 
sidiyin ümumi müayinəsinin nəticələri. 
Bu  ənənəvi  müayinə  üsulları  hər  üç  koqortun  iĢtirakçıları  üçün  tətbiq 
edilmiĢdir.  Lakin  zaman  keçdikcə  təyin  olunan  göstəricilərin  sayı  artmıĢdır.  Belə 
ki, əgər birinci tədqiqat zamanı 30 əsas  göstəriciyə dair məlumat toplanmıĢdırsa, 
getdikcə ölçüləri  təyin edilən göstəricilərin sayı 1500-ə çatmıĢdır [6]. 
Ürək-damar sistemi xəstəliklərin etiologiyasının təbiətini heterogen mənĢəli 
olması FT-nin aparılmasına  qədər də məlum idi. Bəzi əsas etioloji amillər müstəqil 
və  ya  kumulyativ  olaraq  onların  inkiĢafına  təsir  edir.  Yalnız  FT-nin  aparılması 
prosesində  risk  amili  termini  təklif  edilmiĢ  və  təcrübəyə  daxil  edilmiĢdir  [7]. 
Hazırda  risk  amili  ya  ölçülməsi  mümkün  olan  göstərici  kimi,  ya  da  xəstəliyin 
rastgəlmə  tezliyini  müəyyən  edən,  onun  inkiĢaf  riskinin  müstəqil  və  əhəmiyyətli 
prediktoru kimi anlaĢılır. 
Ġlkin  risk  amilləri  özündə  yaĢ,  sistolik  arterial  təzyiqin  səviyyəsi,  bədən 
çəkisi indeksi, ümumu  XS/XS YSLP olan nisbəti, Ģəkərli diabetin mövcud olması, 
tütün  məmulatlarından  istifadəni  birləĢdirirdi  [7].  Sonralar  onlara  sol  mədəciyin 
hipertrofiyası əlamətləri, fibrinogenin səviyyəsi, az  hərəkətli həyat tərzi və digər risk 
amilləri  əlavə  edildi  [8].  Ürəyin  iĢemik  xəstəliyinin  (ÜĠX)  əsas  risk  amilləri 
modifikasiya oluna bilən (lipidlərin səviyyəsi, ümumi xolesterin, ASLP xolesterini, 
YSLP  xolesterin,  triasilqliserollar,  arterial  təzyiqin  səviyyəsi,  Ģəkərli  diabet, 
piylənmə, az hərəkətli həyat tərzi, alkoqoldan sui- istifadə, tütün məmulatlarından 
istifadə);  modifikasiya  olunması  ehtimal  edilən  (lipidlərin  səviyyəsi:  lipoproteinlər 
(a),  oksidləĢmiĢ  ASLP,  sol  mədəciyin  hipertrofiyası,  qlükozaya  qarĢı  tolerantlıq, 
homosisteinin  səviyyəsi,  fibrinogenin  səviyyəsi,  stress);  modifikasiya  olunmayan 
kimi (yaĢ, cins, ailə anamnezi) qruplara bölünür. 
FT-yə əsasən ÜİX -in klassik risk amilləri. 
Qanda  lipidlərin  səviyyəsi.  FT-nin  elə  ilk    nəticələrində  göstərilmiĢdir  ki, 
ümumi  tədqiqatda  iĢtirak  edən  qrupla  müqayisədə  xolesterinin  səviyyəsi  qanda 
260 mq/dl-dən (6,76 mmol/l) artıq olan 30-49 yaĢlı kiĢilərdə ÜĠX inkiĢaf riskinin 
iki  dəfədən  çox  artması,  xolesterinin  səviyyəsi  220  mq/dl  (5,72  mmol/l-dən)  az 
olan  kiĢilərdə  isə  ÜĠX  inkiĢaf  riskinin  iki  dəfə  az  olması  aĢkar  edilib  [9]. 
Qadınlarda  xolesterinin  səviyyəsi  ilə  ÜĠX-nin  korrelyasiyası  40-49  yaĢ  qrupu 
arasında  xolesterinin  səviyyəsinin  təsiri  daha  aĢkar  müĢahidə  olunduğu    halda, 
50 yaĢdan yuxarı yaĢ qrupunda isə belə əlaqə müĢahidə edilməmiĢdir. 1971-ci ildə 
14  illik  müĢahidə  müddəti  ərzində  2282    kiĢidə  və  2845    qadında  xolesterinin 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
20 
səviyyəsi ilə ÜĠX inkiĢafının tezliyi arasındakı nisbət haqqında məlumatlar təqdim 
edilmiĢdir. Bu zaman xolesterinin səviyyəsi ilə ÜĠX inkiĢaf tezliyi arasında pozitiv 
korrelyasiyanın olması aĢkar edilmiĢdir ki, bu da aterosklerozun inkiĢafında [10] 
xolesterinin rolunun klassik sübutuna çevrilmiĢdir. Sonralar qanda XS səviyyəsi 
ilə ÜĠX inkiĢaf riski arasında  pozitiv korrelyasiya digər epidemioloji tədqiqatlarda 
da əksini tapmıĢdır. Bu tədqiqatlar arasında ən əhəmiyyətlisi 361622 iĢtirakçı ilə 
aparılan  çoxsaylı  Risk  Amilləri  Tədqiqatı  olmuĢdur  [11].  Həmin  tədqiqatda  ÜĠX 
səbəbindən ölüm hallarının sayı qan zərdabında XS səviyyəsi 200 mq/dl-dən (5,2 
mmol/l-dən) baĢlayaraq proqressiv sürətdə  artmıĢdır və XS  səviyyəsi 300 mq/dl 
(7,8  mmol/l)  olduğu  hallarda  isə  ölüm  riski  4  dəfə  artmıĢdır.  Bundan  əlavə 
qidalanma  tərzinin  dəyiĢdirilməsi  hipoxolesterinemik  müalicə  nəticəsində  XS 
qandakı  səviyyəsi  ilə  ÜĠX  inkiĢafı  arasında  korrelyasiya  da  müəyyən  edilmiĢdir 
[12].  Bu  tədqiqatların  nəticələri  baxımından  bir  çox  klinisistlər  və  epidemioloqlar 
ə
min  olmuĢlar  ki,  qanda  XS  səviyyəsi  ÜĠX  inkiĢafını  proqnozlaĢdıran  etibarlı 
marker  hesab  edilə  bilər.  Bu  hal  aĢağı  sıxlıqlı  lipoproteinlərin  xolesterinin  (ASLP 
XS)  səviyyəsinin  ÜĠX  inkiĢafı  tezliyi  ilə  birbaĢa  korrelyasiyası  faktının  aĢkar 
edilməsi  ilə  özünün  əlavə  təsdiqini  tapmıĢdır  [13].  Aterosklerozun  müasir 
diaqnostikası və müalicəsi standartları, xüsusən də ABġ-da qan zərdabında ASLP 
XS  optimal  səviyyəyə  çatdırılmasını  hipolipidemik  müalicənin  əsas  məqsədi  kimi 
qəbul edilir [14]. 
Keçən  əsrin  50-60-cı  illərində  müəyyən  edilmiĢdir  ki,  qan  zərdabında 
yüksək  sıxlıqlı  lipoproteinlərin  səviyyəsi  yüksək  olan  insanlarda  yüksək  sıxlıqlı 
lipoproteinlərin  səviyyəsi  aĢağı  olan  Ģəxslərlə  müqayisədə  ÜĠX  inkiĢaf  ehtimalı  az 
olur.  Bununla  belə  yalnız  Lipoproteinlərin  Kooperativ  tədqiqatının  və  Fremingem 
ürək  tədqiqatının  nəticələri  çap  edildikdən  sonra  YSLP  XS  aterosklerozla  əlaqəsi 
olan vacib amil kimi qeyd edilmiĢdir [15, 16]. 
Aterosklerozun inkiĢafında triqliseridlərin (TQ) səviyyəsindən asılı olmayan 
müstəqil  risk  amili kimi rolu ziddiyyətlidir və mövcud olan sübutlara baxmaya-
raq  TQ  səviyyəsi  və  aterosklerozun  inkiĢafı  arasında  qarĢılıqlı  əlaqənin  asılılığın 
olmaması məsələsi hələ ki, mübahisəlidir [17]. 
Arterial  hipertenziya.  1948-ci  ildə  hesab  edilirdi  ki,  yüksək  arterial  təzyiq 
yaĢlı insanlarda ateroskleroz nəticəsində daralmıĢ  arteriyalardan qan cərəyanının 
güclənməsi üçün mütləqdir və bu yaĢlı adamlarda normal hal hesab edilir. Buna 
görə  də  ahıl  yaĢlı  insanlarda  labil  və  sistolik  arterial  hipertenziyaya  əhəmiyyət 
verilməyərək  müalicəsi  ilə  məĢğul  olmurdular.  Fremingem  tədqiqatı  bu  yanlıĢlığı 
aradan  qaldıraraq  göstərdi  ki,  arterial  hipertenziyanın  labil gediĢinə  baxmayaraq 
arterial  təzyiq  birbaĢa  ÜĠX  ilə  assosiasiya  olunur  [18].  Həmçinin  müəyyən 
edilmiĢdir  ki,  təcrid  edilmiĢ  sistolik  hipertenziya  ürək-damar  xəstəliklərinin 
inkiĢafında  əhəmiyyətli  proqnozlaĢdırıcı  amildir  [19].  Belə  ki,  40-70  yaĢ  arasında 
sistolik  arterial  təzyiqin  hər  20  mm  c.s.  yüksəlməsi,  yaxud  diastolik  arterial 
təzyiqin  normadan  10  mm  c.s.-a  qədər  yüksəlməsi  ürək-damar  patologiyasının 
inkiĢaf riskini iki dəfə artırır [20]. Bundan əlavə Fremingem ürək tədqiqatı arterial 
təzyiq  səviyyəsi  130-139/85-89  mm  c.s.  arasında  dəyiĢən  Ģəxslərdə  ürək-damar 
xəstəliklərinin  inkiĢafının  risk  dərəcəsini  müəyyən  etmiĢdi.  Son  illərin 
ə
dəbiyyatının  təhlili  də  həmçinin  göstərir  ki,  Fremingem  tədqiqatının  nəticələri 
arterial  hipertenziya  ilə  ürək-damar  xəstəlikləri  arasında  qarĢılıqlı  əlaqənin 
mövcud olmasına dair ən müasir baxıĢlarla kifayət qədər uzlaĢır [35]. 
Şəkərli diabet. Fremingem  tədqiqatının nəticələrinin göstərdiyi kimi Ģəkərli 
diabet miokard infarktının, ürək çatıĢmazlığının, insultun,  periferik arteriyaların 
zədələnməsinin  inkiĢaf  riskinin  2-4  dəfəyədək  artması  ilə  assosiasiya  olunur  [21]. 
Müəyyən  edilmiĢdir  ki,  Ģəkərli  diabet  qadınlar  üçün  kiĢilərlə  müqayisədə  daha 
ciddi risk amilidir. Yalnız Ģəkərli diabetin mövcud olması deyil, onun davametmə 

 
müddəti və ÜĠX nəticəsində ölüm hallarının risk amilidir [22]. Qlikemiya və ürək-
damar  patologiyası  arasındakı  qarĢılıqlı  əlaqənin  əhəmiyyəti  sübutedici  təbabət 
çərçivəsində  sonradan aparılmıĢ çoxsaylı tədqiqatlarda da öz təsdiqini tapmıĢdır. 
Hazırda II tip ġD-li xəstələrdə ölüm hallarının səbəbi kimi ürək-damar patologiyası 
praktiki  olaraq  dünyanın  bütün  ölkələrində  birinci  yer  tutur  [36].  Bundan  əlavə 
hipoqlikemiyanın əhəmiyyəti də müəyyən edilmiĢdir [37]. Qeyd etmək lazımdır ki, 
hipoqlikemiya  problemi  onun  həmiĢə  aĢkar  olunmaması  və  çox  zaman  gizli 
getməsi ilə səciyyələnir [38]. 
Son  illər  aparılan  tədqiqatlar  avtonom  diabetik  neyropatiyanın  da  ürək-
damar  xəstəlikləri  və  ölüm  hallarının  risk  amili  kimi  əhəmiyyətini  müəyyən  edib 
[39].  ġəkərli  diabet  metabolik  sindromun  tərkib  hissəsi  sayılır  [40].  Metabolik 
sindromun  tərkibinə  daxil  olmuĢ  komponentlərin  sayı  artdıqca  ürək-damar 
xəstəliklərinin nisbi inkiĢaf riski də artır.  
Yaş.  Fremingem  tədqiqatı  ÜĠX  mütləq  inkiĢaf  riskinin  kiĢi  və  qadınlarda 
yaĢa  dolduqca  yüksəlməsini  göstərdi  [23].  ASLP  yüksək  səviyyəsi  bütün  yaĢ 
qruplarında 82 yaĢa qədər ÜĠX inkiĢafının  yüksəlməsi riski ilə assosiasiya olunur, 
YSLP  səviyyəsi  isə  49-82  yaĢ    qrupunda  ÜĠX-nin  inkiĢafı  ilə  neqativ  korrelyasiya 
olunur  [23].  Aparılan  tədqiqatların  əksəriyyəti  göstərir  ki,  ÜĠX  birincili 
profilaktikasına  yönəlmiĢ  tədbirlər  65-75  yaĢ  dövründə  aparılması  özünü 
doğruldur.  75  yaĢdan  yuxarı  ÜĠX  profilaktikasının  cavanlarla  müqayisədə  daha  
ehtiyatla  aparmaq  lazımdır.  Belə  ki,  tütün  məmulatlarından  imtina  etmək 
istənilən  yaĢda  labüddir,  sistolik  arterial  hipertenziyanın  müalicəsi  hətta 
qocalarda ÜĠX və insultların inkiĢaf riskini azaldır [24].  
Tütün  məmulatlarının  istifadəsi.  Tütün  məmulatlarının  istifadəsi  ÜĠX 
inkiĢafının  mühüm  risk  amilidir.  Fremingem  patomorfoloji  tədqiqatlarının 
nəticələrinə  əsasən  tütün  məmulatlarının  istifadəsi  koronar  aterosklerozun 
inkiĢafını  sürətləndirir.  Ürək-damar  xəstəliklərinin  inkiĢafının  risk  amili  kimi 
tütün  məmulatlarından  istifadə  edilməsinin  əhəmiyyətinə  dair  əldə  edilmiĢ 
məlumatlar  öz    təsdiqini  sübutedici  təbabət  çərcivəsində  tapıb  və  hazırda  heç  bir 
Ģübhə  doğurmur  [41].  Hesab  edilirdi  ki,  tütün  məmulatlarından  imtina  tez  bir 
zamanda  miokard  infarktının  inkiĢaf  riskinin  azalmasına  səbəb  olur  [25].  Lakin 
ə
vvəllər güman edildiyi kimi son illərdə aparılan tədqiqatların nəticələri göstərdi ki, 
tütün  məmulatlarından  imtina  ürək-damar  sisteminin  fəaliyyətinə  təsiri  tez 
aradan qalxmır, siqaretdən imtinadan 15 il sonraya qədər saxlanılır [43]. 
Piylənmə. Piylənmə xroniki metabolik xəstəlik olub, ÜĠX, ġD tip 2, arterial 
hipertenziya,  bir  sıra  bədxassəli  ĢiĢlər  zamanı  ölümün  artması  ilə  assosiasiya 
olunur.  Fremingem  ürək  tədqiqatı  tərəfindən  hələ  45  il  bundan  əvvəl  müəyyən 
edilmiĢdir  ki,  piylənmə  bütün  növ  ölüm  səbəblərinin  müstəqil  amili  hesab  edilir 
[26].  Son  dövrlərdə  aparılan  tədqiqatlar,  həmçinin  göstərmiĢdir  ki,  artmıĢ  bədən 
kütlə indeksi ÜĠX inkiĢaf riskinin artması ilə assosiasiya olunur [27]. 
Həyat tərzi. 1953-cü ildə D.Morris tərəfindən aparılmıĢ birinci tədqiqatdan 
etibarən  bir  sıra  epidemioloji  tədqiqatlar  az  hərəkətli  həyat  tərzi  ilə  ÜĠX  arasında 
ə
laqənin  mövcudluğunu  təsdiq  etdi  [28].  Az  hərəkətli  həyat  tərzi  keçirən  insanlar 
üçün ÜĠX-dən  nisbi ölüm  riski aktiv  insanlarla  müqayisədə 1,9 təĢkil edir [1]. 
Ailə anamnezi. Fremingem ürək tədqiqatı ÜĠX ailəvi xəstəlik və valideynlərdə 
ürək-damar xəstəliklərinin mövcud olmasının onların övladları üçün müstəqil risk 
amili  olması  faktını  təsdiqlədi.  Belə  ki,  yaxın  qohumlar  arasında  anamnezdə 
miokard  infarktının  keçirilməsi  kiĢilərdə  onun  yaranma  riskini  iki  dəfə  artırır, 
qadınlarda  isə  70%-ə  qədər  yüksəldir.  Valideynlərlə    uĢaqlar  arasında  dürüst 
korrelyasiya əlaqəsi arterial hipertenziya üçün də mövcuddur. 
İrsi  amillər.  Çox  faktorlu  xəstəliyin  inkiĢafında  irsi  amillərin  rolunun 
qiymətləndirilməsi üçün məhsulları təqdim edilən xəstəliyə cəlb olunmuĢ namizəd 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
22 
genlərdə  polimorf  markerlərin  tədqiqatı  böyük  praktiki  əhəmiyyət  kəsb  edir. 
Yüksək  effektliyə  malik  genotipləĢdirmə  üsullarının  inkiĢafı  bir  tədqiqat 
çərçivəsində  yüzlərlə  və  minlərlə  polimorf  markerlərin  istifadəsinə  səbəb  olur. 
Genetik  epidemiologiyada  belə  tədqiqatlar  geniĢgenom  assosiasiyaların 
tədqiqatları  (GWA,  genome-wide  assosiation)  və  ya  tamgenom  assosiasiyaların 
tədqiqatları  (WGA,  whole  genome  association)  kimi  məlumdur.  Bu  tədqiqatlarda 
hər hansı bir genetik variantın fenotipik əlamətləri ilə qarĢılıqlı əlaqəsinin tapmaq 
üçün  müxtəlif  insanlarda  çox  saylı  ümumi  genetik  variantlar  öyrənilir.  Bu 
tədqiqatlar  adətən  bir  nukleotidin  polimorfluğu  və  fenotipik  əlamət  arasındakı 
oxĢarlığa görə birləĢirlər. 2006-cı ildən ürək, ağciyər və qan Milli institutu (ABġ-ın) 
tərəfindən  Fremingem  ürək  tədqiqatının  üç  nəsil  iĢtirakçılarına  genotipləĢməsi 
aparılır.  SHAR  layihə  (Songle  nucleotide  polimorphizm  Heath  Association 
Resource)  adı    altında  tanınan  həmin  tədqiqata  bir  nukleotidə  görə  550  min  gen 
polimorfizm  və  10000  yaxın  iĢtirakçını  əhatə  etmiĢdir.  Tədqiqatın  fenotipik 
komponentinə  16800-dən  artıq  dəyiĢən  göstəricilər  və  həmçinin  risk  amilləri, 
aterosklerozun  klinikaönü  və  kliniki    təzahürlərinin  parametrləri  daxildir.  Əldə 
edilmiĢ  genotipik  fenotipin  nəticələri  məlumatlar  bazası  formasında  toplanılır  və 
onların iĢlənilməsindən sonra bu məlumatlar bütün dünya tədqiqatçılarına NCBĠ 
dbGaP (database of genotype and phenotype) veb saytında məlum olacaq. 
Fremingem  Ürək  Tədqiqatının  direktor  müavini  Kristofer  C.,  O.Donnell 
qeyd etdiyi kimi ―Yeni tədqiqatın nəticələri bizım  diqqətimizi spesifik irsi əlamətlərə 
yönəldir  və  müxtəlif  ictimai  təbəqələrdən  olan  bir  çox  insanlarda  xolesterinin  və 
qanın  digər    lipidlərinin  səviyyəsinin  pozulmalarının  mövcudluğu  onlarda  ürək 
xəstəliklərinin  inkiĢaf  etməsinə  səbəb  olmasını  daha  dərindən  dərk  etmək  imkanı 
verir.  ĠĢimizdə  ən  maraqlısı  ondan  ibarətdir  ki,  biz  nadir  kəĢfdən,  irsi 
pozğunluqların  lipid  mübadiləsinin  pozulmalarına  və  ürək  xəstəliklərinin 
inkiĢafına necə səbəb olması kimi dərin anlayıĢa doğru irəliləyirik. 
Ümumiyyətlə,  2012-ci  ilə  qədər  aparılmıĢ  tamgenomlu  assosiativ 
tədqiqatlar, o cümlədən Fremingem Ürək Tədqiqatının nəticələri də daxil olmaqla, 
ürəyin  iĢemik  xəstəliyi  ilə  assosiyasiya  olunan  30-dan  çox  irsi  lokus,  arterial 
hipertenziya  ilə  assosiasiya  olunan  30-dan  çox  irsi  lokus,  qanın  lipidlərinin 
səviyyəsi ilə assosiasiya olunan 95 irsi lokus, II tip Ģəkərli diabetlə və bədən çəkisi 
indeksi ilə [29] assosiasiya olunmuĢ 30-dan çox irsi  lokus aĢkar edilmiĢdir. 
Risk amilləri və ÜİX inkişafının proqnozlaşdırılması. Ürək-damar xəstəlikləri 
irsi və ətraf mühit amillərinin kompleks Ģəkildə təsirlərinin nəticəsidir. Fremingem 
Ürək  Tədqiqatının  nailiyyətlərindən  biri  multifaktorlu  xəstəliklərin  inkiĢafının 
təhlilində yeni statistik üsulun tərtibi və onun təkmilləĢdirilməsindən ibarətdir. Bu 
müxtəlif  risk  amillərinin  təzahür  dərəcəsinə  müvafiq  olaraq  ÜĠX  inkiĢafında  fərdi 
riskin qiymətləndirilməsi üsulunun yenidən iĢlənilib öyrənilməsinə imkan verdi. 
Hazırda  ÜĠX  inkiĢaf  riskini  qiymətləndirmək  üçün  istifadə  olunan  sistem 
ilk  dəfə  1998-ci  ildə  çap  olunmuĢdur  və  yaxın  on  il  ərzində  ÜĠX  inkiĢafını 
proqnozlaĢdıran sadələĢdirilmiĢ  modeldir [30]. Bu modeldə yeddi risk amili nəzərə 
alınır-  yaĢ,  cins,  qan  zərdabında  XS  və  YSLP  XS-nin  səviyyələri,  sistolik  arterial 
təzyiq,  Ģəkərli  diabet  və  tütün  məmulatlarının  istifadəsi.  ÜĠX inkiĢaf  riskinin  belə 
hesablanması  alqoritmi  sonradan  Avropa  və  Britaniya  ürək-damar  xəstəlikləri 
cəmiyyəti tərəfindən ÜĠX qarĢısının alınması məqsədilə özlərinin proqramları üçün  
uyğunlaĢdırılmıĢdır.  Fremingem  qiymətləndirilmə  Ģkalasının  vasitəsi  ilə  ÜĠX 
inkiĢaf riskinin proqnozunda qəbul edilmiĢ məqbul dəqiqlik ABġ-ın, Avstraliyanın 
və Yeni Zelandiyanın müxtəlif populyasiyalarında nümayiĢ  etdirilmiĢdir. Çinin və 
Avropanın  bəzi  ölkələrində  riskin  dürüst  ĢiĢirdilməsinə  baxmayaraq  balların 
hesablanması 
sistemində 
bəzi 
düzəliĢlər 
aparıldıqdan 
sonra 
müxtəlif 
populyasiyalarda  istifadə  oluna  bilər  [31].  ÜĠX  inkiĢaf  riskini  qiymətləndirmək 

 
üçün istifadə olunan Fremingem sistemi digər risk amillərinin TQ, lipoprotein (a), 
homosistein kimi göstəricilərin səviyyəsinin təsirlərini  nəzərə  almır. Bununla belə, 
ÜĠX inkiĢafında bu yeni risk amillərinin kəmiyyət göstəricilərinin mahiyyəti kifayət 
qədər müəyyən edilməmiĢdir, onlardan bəzilərinin isə rutin klinik təcrübədə geniĢ 
istifadə edilməsi hələ ki, mümkün deyil. Bütün bunlara baxmayaraq görünür ki, 
hər  bir  yeni  müəyyən  edilmiĢ  risk  amili  ÜĠX  inkiĢafına    öz  müstəqil    töhvəsini  
verir  və  bu  gələcəkdə  riskin  qiymətləndirilməsi  bu  risk  amillərinin  təyin  edilmə 
cədvəllərinə daxil edilməsi nəticəsində  yaxĢılaĢ-dırıla bilər. 
Yaxınlarda  keçirilmiĢ  tamgenomlu  assosiativ  tədqiqatların    nəticələrindən 
istifadə  edərək Fremingem Ürək Tədqiqatının əməkdaĢları miokard infarktı və ÜĠX 
digər  təzahürləri  ilə  assosiasiya  olunmuĢ  13  irsi  polimorfizmlərdən  ibarət  irsi 
riskin  ballarının    hesablanması    sistemini    yaradıblar.  GöstərilmiĢdir  ki,  bu 
hesablanma  sistemi      dürüstlüklə  ÜĠX  inkiĢafı  ilə  assosiasiya  olunur,  lakin  onu 
standart  risk  amilləri  sırasına  əlavə  etdikdə  o,  ÜĠX  inkiĢafı  riskinin  proqnozlaĢ-
dırılmasına    yalnız  cüzi  məlumatın  əlavə  edilməsini  təmin  edir.  Digər  tərəfdən  bu 
sistem  koronar  arteriyalarında  kalsiumun  yüksək  səviyyəsi  ilə  dəqiq  assosiasiya 
olunur [32]. 
Son  illər  aparılan  bir  sıra  tədqiqatlar  sağlam  həyat  tərzinin  və  ÜĠX  risk 
amillərinin  cəm  ballarının  aĢağı  rəqəmi  onların  xəstəliyinin  son  nəticələrinə  və 
yaĢam  müddətinə  əlveriĢli  təsirini  təsdiq  edir.  Bu  tədqiqatlarda  təxmin    edilir  ki, 
lap erkən yaĢdan ÜĠX risk amillərinin  meydana çıxmasının  qarĢısının alınması 
uzun ömürlülüyə səbəb ola bilər. Belə ki, Fremingem Ürək Tədqiqatı göstərdi ki, 50 
yaĢlı  Ģəxslər  üçün  sağlamlığın  optimal  göstəriciləri  arterial  təzyiqin  səviyyəsinin 
120/80 mm c.s. aĢağı olması, qan zərdabında XS səviyyəsinin 4,7 mmol/l-dən az 
olması, Ģəkərli diabetin mövcud olmaması və tütün məmulatlarının  istifadəsindən 
imtinadır  [33].  Əsas  risk  amilləri  kimi  arterial  hipertenziyanın  II  mərhələsi, 
hiperxolesterinemiya  (XS  səviyyəsinin  6,2  mmol/l-dən  çox  olması)  tütün 
məmulatlarının istifadəsi və  Ģəkərli diabetin mövcud olması  qəbul edilib. Miokard 
infarktı, stenokardiya, beyin insultları və ürək çatıĢmazlığı daxil olan ürək-damar 
xəstəliklərinin    inkiĢaf  riski  50  yaĢ  dövründən  baĢlayaraq    qalan  həyat    müddəti 
üçün əsas risk amilləri mövcud olmadığı halda kiĢilər üçün 5,2%, qadınlar üçün 
isə 8,2% təĢkil edir. Lakin iki və daha çox əsas risk amilləri mövcud olan  kiĢilər və 
qadınlar  üçün  yuxarıda  qeyd  edilən  risk  68,9%    kiĢilərdə  və  50%    qadınlar  da 
təĢkil edir. Həmçinin əsas risk amilləri mövcud olmayan  kiĢilər və qadınlarda orta 
həyat müddət iki və  ya üç risk amili olanlarla müqayisədə ən azı  10 il çox olur. 
Fremingem  tədqiqatının  digər  layihəsində  40-50  yaĢ  arasında  olan  2531  kiĢi  və 
qadınların  seçimi zamanı 85 və daha çox yaĢa  qədər  yaĢama imkanı  öyrənilirdi. 
Ümumilikdə  müĢahidə  olunanların  35,7%  85  yaĢa  qədər    və  onlardan  22%-də 
ölüm hallarının əsas səbəbi olan  xəstəliklər  müəyyən edilməmiĢdir. 
Belə  uzun  yaĢama  müddəti  ilə  assosiasiya  edilən  amillər  aĢağıdakılar 
olmuĢdur:  1)  qadın  cinsi;  2)  sistolik  arterial  təzyiqin  aĢağı  olması;  3)  qan 
zərdabında XS səviyyəsinin aĢağı olması; 4) qlükozaya qarĢı normal tolerantlıq; 5) 
tütün  məmulatlarının  istifadəsindən  imtina;  6)  təhsil  səviyyəsinin  yüksək  olması. 
Qeyd etmək lazımdır ki, miokard infarktı, ürək çatıĢmazlığı, insult, demensiya və 
xərçəngin  inkiĢaf  etməməsi  Ģərti  ilə  85  yaĢa  qədər  yaĢama  imkanı  ilə  assosiasiya 
olunan  amillər  olduqca  oxĢardır.  Bununla  belə  əgər  ahıl  yaĢ  dövründə  yuxarıda 
qeyd edilən amillərin dördünün pozulması mövcud olarsa, bu zaman kiĢilərin 5%-
dən azı və qadınların yalnız 15% 85 yaĢa qədər  yaĢayır [34]. Fremingem tədqiqatı 
nəticəsində risk  hesablayıcı kalkulyatoru [42] iĢlənib tərtib olunmuĢdur ki, bu da 
ürəyin  koronar  xəstəliyi,  miokard  infarktı,  ürəyin  koronar  xəstəliyindən  ölüm, 
insult,  kardiovaskulyar  xəstəlik,  kardiovaskulyar  ölüm  kimi  riskləri  hesablanma 
imkanı verir. 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
24 
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin