YENĠYETMƏ QIZLARDA YUMURTALIQLARIN POLĠKĠSTOZU
SĠNDROMUNUN MÜASĠR DĠAQNOSTĠKA ÜSULLARI
Kamilova N.M., Məstiyeva E.A.
Azərbaycan Tibb Universiteti, I mamalıq-ginekologiya
kafedrası, Bakı.
Yumurtalıqların polikistozu sindromu (YPKS) ginekoloji endokrinologiya və
reproduktologiyanın ən aktual və öyrənilən problemlərindən biri olaraq
qalmaqdadır [1].
Avropa meyarlarına görə, YPKS-nın yayılması 15% təĢkil edir. Endokrin
sonsuzluğu olan xəstələr arasında YPKS 53-73% hallarda rast gəlir, sonsuz nikah
struktrunda isə bu patologiya 20-22% təĢkil edərək, 5-6-cı yerdə durur [2,3].
Polikistoz yumurtalıqlar sindromunun öyrənilməsi 80 ildən artıq müddət
davam etsə də, onun patogenizinin mexanizmləri aydın olmadığından, müxtəlif
elmi məktəblər və ölkələrin müxtəlif ixtisas nümayəndələri arasında YPKS-nın
klinik, diaqnostik və təsnifat izahları arasında əhəmiyyətli fərqlər meydana çıxmıĢ-
dır [4,5].
Tədqiqatçıların çoxu hesab edir ki, YPKS xronik anovulyasiya, hiper-
androgeniya, piylənmə, qonadotrop funksiyanın pozulması, yumurtaqların
ölçüsünün böyüməsi və onların morfoloji strukturunun xüsusiyyətləri ilə
xarakterizə olunan heterogen patologiyadır [1,3]. Bununla belə, piylənmə YPKS-ya
xəstələrin yalnız 35-60%-də rast gəlinir və piylənməsi olan qadınların heç də
hamısında hormonol pozulmalar olmur [5,6].
Bəzi tədqiqatçılar xəstəliyin üç formasını ayırd edirlər. Onlara: yumur-
talıqların polikistozu sindromunun, müəyyən dərəcədə həqiqi ġteyn-Levental
sindromunun ilkin Ģərhinə uyğun olan ovarial hiperandrogeniyalı tipik formasını,
xəstəliyin yumurtalıq və böyrəküstü vəzi hipoandrogeniyası fonunda inkiĢaf edən
qarıĢıq formasını, həmçinin hipotalamohipofizar sistemin nəzərə çarpan
dəyiĢiklikləri olan mərkəzi formasını aid edirlər [1].
Son illərdə YPKS-nın yeniyetmələr arasında tez-tez rast gəlinməsi diqqəti
cəlb edir, bununla bağlı xəstəliyin daha erkən diaqnostikası və vaxtında müalicəsi
məsələləri çox zəruridir.
Bütün sadalananlar bizi YPKS zamanı endokrin pozulmaların səmərəli
müalicə taktikasının seçilməsinə yönəlmiĢ tədqiqatı aparmağa sövq etdi.
Tədqiqatın məqsədi yumurtalıqların polikistozu sindromu olan cinsi
yetiĢkənlik dövründəki qızlarda endokrin-metabolik pozulmaların diaqnostikası və
onların korreksiyası metodlarının optimallaĢdırılmasından ibarətdir.
Tədqiqatın material və metodları. Tədqiqat 2010-2012-ci illər ərzində
Azərbaycan Tibb Universitetinin I mamalıq və ginekologiya kafedrasında müalicə
alan 14-18 yaĢ arasında 112 YPKS-lı yeniyetmə qız müayinə olunmuĢdur.
Tədqiqatın materialı kimi klinik müĢahidələr, siyası xəritələr, əsas və əlavə müayinə
metodlarının nəticələri istifadə olunmuĢdur.
Aparılan müalicənin metodikasından asılı olaraq xəstələr 2 qrupa
ayrılmıĢdır. I qrup (əsas) – PKY olan və kompleks müalicəsinə Utrojestan daxil
edilən 70 xəstə. II qrup (müqayisə qrupu) – analoji yaĢda olan, normal fiziki və
cinsi inkiĢaf göstəricilərinə malik və hiperandrogen simptomları olmayan və
ümumi qəbul olunmuĢ müalicə alan 40 praktik sağlam qız.
Birinci mərhələdə 112 qızın anasının hamiləliyinin və doğuĢunun gediĢi
haqqında anamnestik göstəricilər öyrənilmiĢdir. Ġkinci mərhələdə yumurtalıqların
polikistoz sindromu olan 112 qızda fiziki, cinsi xüsusiyyətlər, reproduktiv
sistemin funksional vəziyyəti öyrənilmiĢdir. Tədqiqata daxil edilmə meyarı YPKS
diaqnozunun meyarları haqqında Konsensusun göstəricilərinə əsaslanmıĢdır
(Rotterdam, Niderland, 2003, yenidən baxılmıĢdır).
Ə
sas və müqayisə qruplarında orta yaĢ həddi (М±m) 15-16 yaĢ olmuĢdur.
Onların yaĢ həddi pubertatın I və II fazalarının göstəricilərinə əsasən cinsi
inkiĢafın III, IV, V dərəcələrinə uyğun olmuĢdur. Müayinə olunanların 60,2%- i
pubertat yaĢda olmuĢdur.
Tədqiqat ərzində ümumi baxıĢ, fiziki və cinsi inkiĢafın qiymətləndirilməsi
(Ма, Р, Ах, Ме), dərialtı piyin paylaĢdırılması tipinin təyini, uĢaqlıq yolu bioseno-
zunun qiymətləndirilməsi aparılmıĢ, hormonal və exoqrafik göstəricilər öyrənil-
miĢdir.
Venoz qan plazmasında aĢağıdakı hormonal göstəricilər təyin
olunmuĢdur:
immunoferment
metodlarla
ümumi
testosteron
(nq/ml),
follikulstimullaĢdırıcı hormon (FSH), lüteinləĢdirici hormon (LH), progesteron,
estradiol, prolaktin, kortizol.
USM Medison sonoace R3
aparatında tezliyi 3,5 və 5 MHs olan transabdo-
minal ötürücüdən istifadə etməklə aparılmıĢdır.
Müalicə metodları. Əsas qrupda reproduktiv pozuntuların korreksiyası
metodu olan ―Utrojestan‖ (Besen Laboratories, Fransa) hormonal preparatı
kapsullarda (X100 td) gündə 2 dəfə 3-6 ay ərzində təyin edilmiĢdir. Hormonal və
exoqrafik göstəricilərdən asılı olaraq, aybaĢı tsiklinin 5-ci günündən 25-ci gününə
kimi və ya 16-cı günündən 25-ci gününə kimi qəbul edilirdi.
Tədqiqatın nəticələrinin statistik təhlili. Nəticələr orta riyazi hədd (M),
standart kənara çıxma, orta riyazi həddin xətaları (m) təyin olunmaqla, statistik
iĢlənmiĢdir. Disperslərin eynicinsliyi FiĢer meyarı ilə müəyyən olunmuĢdur. Ġki
orta həddin bərabərliyi fərziyyəsi Styudentin t-meyarı və qeyri-parametrik
paylaĢdırma üçün Mann-Uitni meyarı vasitəsilə hesablanmıĢdır. Nəticələr р<0,05
olduqda statistik əhəmiyyətli hesab olunmuĢdur. Statistik iĢləmələr Microsoft
САЬЛАМЛЫГ – 2016. № 3.
38
Ģirkətinin Exсel proqramı və Statistica 6,0 proqramından istifadə olunmaqla
həyata keçirilmiĢdir. Patologiyanın formalaĢmasına təsir amilləri Statistica 6,0
paketinin çoxfaktorlu dispers təhlilindən istifadə edilməklə, qiymətləndirilmiĢdir
[7].
Tədqiqatda 14-18 yaĢ arası 112 yeniyetmə qızın müayinəsi aparılmıĢdır.
Birinci mərhələdə 112 qızın anasında hamiləliyin və doğuĢun gediĢini haqqında
anamnestik göstəricilər toplanmıĢdır. Ġkinci mərhələdə 112 yeniyetmə qızın fiziki,
cinsi reproduktiv vəziyyətin funksional vəziyyətlərinin xüsusiyyətləri öyrənilmiĢdir.
Ə
sas qrupda diaqnostik meyarlara uyğun olaraq (72(100%)) aĢağıdakı
yarımqruplar ayrılmıĢdır:
Ə
sas qrupda xəstələrin əksəriyyətində (62%), müqayisə qrupunda isə 37
(92,5%) nəfərdə FP qeydə alınmıĢdır. Əsas qrupda puberxenin orta yaĢ həddi
10,5±0,8 yaĢ təĢkil etmiĢ və dürüst aĢağı olmuĢdur (р<0,07).
Ə
sas qrupda telarxe müqayisə qrupuna nisbətən tez baĢlamıĢdır. Belə ki,
müqayisə qrupunda telarxenin orta yaĢ həddi 10,2±1,7 təĢkil etmiĢ və əsas
qrupda telarxenin orta yaĢ həddinə – 9,8±1,8 nisbətən dürüst yüksək olmuĢdur
(р<0,05).
Tərəfizmidən müayinə olunan xəstələr arasında süd vəzilərinin daha erkən
inkiĢafı (vaxtından əvvəl telarxe) 3(1,3%) xəstədə 7 yaĢında qeydə alınmıĢdır.
Erkən telarxe 7-9 yaĢlarında 13(18%) xəstədə müĢahidə edilmiĢdir. Əsas qrupda
ə
ksər xəstələrdə - 47 (65,2%) nəfərdə - döĢlərin böyüməsi 10-11 yaĢlarda
baĢlamıĢdır, beləliklə, bu göstərici ədəbiyyat məlumatlarından fərqli olmamıĢdır.
Telarxenin gec baĢlanması 9(12,5%) xəstədə 12 yaĢa təsadüf etmiĢdir ki, bu da
yumurtalıqların funksiyasının aĢağı düĢdüyünü göstərir.
Ə
sas qrupda menarxenin orta yaĢ həddi 14,2±0,8 yaĢ təĢkil etmiĢ və
müqayisə qrupundakı menarxenin orta yaĢ həddinə nisbətən aĢağı olmuĢdur,
lakin tərəfəmizdən dürüst fərqlər aĢkar edilməmiĢdir.
Ə
sas qrup xəstələrdə aybaĢının erkən baĢladığı dövr - 10 yaĢ - 4 (5,5%), 16
yaĢ - 7(9,7%) nəfərdə qeydə alınmıĢdır. Hər iki müayinə qrupunun əksəriyyətində -
81(73,0%) nəfərdə - 11-14 yaĢlarda aybaĢı baĢlamıĢdır. Anamnestik göstəricilər
dəqiqliklə toplandıqda, biz bu göstəricilər və həyat Ģəraiti, sosial-iqtisadi vəziyyətin
pisləĢməsi, tez-tez stress vəziyyətlər, ağırlaĢmıĢ perinatal anamnez, cinsi
yetiĢkənlik zamanı tez-tez xəstələnmələr, müxtəlif dərman preparatlarının tətbiq
olunması və s. arasında qarĢılıqlı əlaqəni aĢkar etdik.
Hər iki qrupdan 36 xəstədə hirsutizmin sərhəd səviyyəsi qeyd olunub.
38(%) xəstədə hirsut rəqəmin normal göstəricisi, 12(%) nəfərdə isə sərhəd həddi
qeydə alınmıĢdır.
Düzgün olmayan pubertat, cinsi inkiĢaf mərhələləri üzrə ikincili cinsi
ə
lamətlərin formalaĢması (erkən telarxe, erkən pubarxe, gec menarxe, eləcə də
uĢaqlıq dövründə təcrid olunmuĢ tranzitor telarxe) YPKS üçün diaqnostik əlamət
hesab olunur. Əsas qrupda hirsut rəqəm 6,7±0,1 bala müvafiq olmuĢ və müqayisə
qrupundakı eyni göstəricilərlə (6,9±0,5 bal, р>0,01), demək olar ki, bərabər
olmuĢdur.
Anamnez göstəricilərindən müayinə olunan xəstələrdə keçirilmiĢ infek-
siyaların və ümumi terapevtik iltihabi xəstəliklərin yüksək tezliyi məlum
olmuĢdur, bu da yüksək infeksion indeksin olduğunu göstərir.
Xəstəliklər arasında müxtəlif orqan və sistem xəstəlikləri üstünlük təĢkil
edir. Müayinə olunan xəstələrin anamnezində uĢaq infeksiyaları (100%) üstünlük
təĢkil etmiĢdir, xəstələrin somatik sağlamlığı qiymətləndirildikdə, hər iki qrupda
xronik qastroduodenit (28,5%), ürək-damar xəstəlikləri (14,2%), xronik pielonefrit
(25,8%), I-II dərəcəli dəmirdefisitli anemiya (87,5%), 36(32,1%) xəstədə həzm
sistemi orqanlarında xəstəliklər aĢkar edilmiĢdir.
Beləliklə, cinsi yetkinləĢmə dövrü hər iki qrupda somatik statusun
pozulması ilə ağırlaĢmıĢdır ki, bu da, qızlarda qastroenteroloq, nefroloq və
kardioloqlarla birlikdə ümumi sağlamlaĢdırıcı tədbirlərin aparılmasını tələb edir.
Ailə, sosial anamnezin təsirini aĢkar etmək üçün ananın anamnestik
göstəriciləri ətraflı Ģəkildə toplanmıĢdır.
Müayinə qruplarının əksəriyyətində xəstələr tam ailələr olmuĢdur–104
(92,8%) nəfər. Əsas qrupda ailə 44% qızda tam, 27%-də – yaxĢı maddi vəziyyətdə
(müqayisə qrupunda müvafiq olaraq 87% və 82%) olmuĢdur.
Tərəfimizdən aĢkar olunmuĢdur ki, müayinə olunan qruplarda anaların
ə
ksəriyyəti orta təhsilli olmuĢdur.
Növbəti mərhələdə əsas və müqayisə qruplarında qızların analarının
anamnezi toplanmıĢdır. Müayinə olunanların əksəriyyətinin analarında ağırlaĢmıĢ
anamnestik status qeydə alınmıĢdır.
Vegetativ-damar pozuntuları əsas qrupda 11 (15,2%) qızda qeydə alın-
mıĢdır ki, bu da müqayisə qrupundakı göstəricilərdən dürüst fərqlənməmiĢdir
(17,5%). Əsas qrupda qızların analarında mədə-bağırsaq traktı xəstəliklərinin
yüksək tezliyi də diqqəti cəlb edir. Demək olar ki, hər qızın anasında ginekoloji
xəstəlik olmuĢdur.
Qeyd etmək lazımdır ki, 34 (47,2%) nəfərdə reproduktiv funksiyada
funksional pozuntular: 11 (15,2%) nəfərdə hipomenstruasiya sindromu tipi üzrə
aybaĢı tsikli pozuntuları, 7-də (9,7%) – gec menarxe, 2-də (2,7%) – mioma, 10
(13,8%) nəfərdə isə erkən klimaks qeydə alınmıĢdır. Bu da əsas qrup qızlarının
analarında patoloji funksional tənzimləmə sisteminin olduğunu göstərir (р<0,001).
Tərəfimizdən aĢkar edilmiĢdir ki, əsas qrupda 29 (40,2%) qadında
hormonal tənzimləmədə pozuntular olmuĢdur. Bundan baĢqa, bir sıra hallarda
xarakterik konstitusional pozuntuların olduğu aĢkar edilmiĢdir. Belə ki, android
morfotipi üzrə əlamətlər 7 (9,7%), infantil əlamətlər isə 9 (12,5%) nəfərdə qeydə
alınmıĢdır. 24 (33,3%) qadında hirsutizm, bal Ģkalası üzrə intensiv tüklənmə
(19,6±3,1 bal) qeydə alınmıĢdır.
Beləliklə, müayinə olunan qızların analarının ümumi və reproduktiv
sağlamlığının təhlili nəticəsində məlum olmuĢdur ki, onların əsas hissəsi somatik
cəhətdən zəifdir və onlarda müxtəlif ginekoloji xəstəliklər aĢkar olmuĢdur.
KeçirilmiĢ somatik və ginekoloji xəstəliklər üzrə toplanmıĢ ətraflı anamnez artıq
erkən mərhələlərdə aybaĢı tsiklinin, eləcə də yumurtalıqların follikulyar aparatının
pozulması üzrə risk amillərini təyin etməyə imkan vermiĢdir.
Daha sonra biz reproduktiv anamnezi müayinə etdik. Əsas qrupda ana-
ların hamiləlik zamanı orta yaĢ həddi 23±1,4, müqayisə qrupunda isə 26,3±1,3
yaĢ olmuĢdur. 38 (52,7%) qadında hamiləlik birinci, 34 (47,2%) nəfərdə isə təkrar
olmuĢdur. Analoji göstəricilər müqayisə qrupunda müvafiq olaraq 21 (52,5%) və
19 (47,5%) yaĢ olmuĢdur.
Ə
sas qrupda 18 (25%) anada hamiləliyin düĢük təhlükəsi olmuĢdur ki, bu
da müqayisə qrupundan 3,3 dəfə az (3 nəfər (7,5%)) olmuĢdur. 97 (86,6%) nəfərdə
doğuĢ sərbəst, 15(13,4%) nəfərdə isə cərrahi yolla olmuĢdur. Anaların sözlərinə
görə, Kesar kəsiyinin aparılmasına çox zaman döldə bətndaxili hipoksiya, klinik
dar çanaq, doğuĢ fəaliyyətinin diskoordinasiyası, anada müxtəlif somatik
patologiyaların olması səbəb olmuĢdur.
Anaların
anamnezinin
təhlili
ə
sasında
tərəfimizdən
doğuĢların
xüsusiyyətləri və erkən neonatal dövrün gediĢi təhlil olunmuĢdur. Əsas və
müqayisə qrupunda antropometrik göstəricilər, eləcə də döĢ qəfəsinin çevrəsi və
boy üzrə dürüst fərqlər aĢkar olunmamıĢdır. Beləliklə, yenidoğulmuĢların
antropometrik göstəriciləri normal göstəricilərə uyğun olmuĢdur [8,9].
Gec toksikoz, hamiləlik düĢükləri təhlükəsi, patoloji doğuĢlar, azçəkili və
САЬЛАМЛЫГ – 2016. № 3.
40
çoxçəkili döllər kimi tez-tez baĢ verən ağırlaĢmalar hipotalamus-hipofiz-
yumurtalıq sisteminə zədələyici amil ola bilər. Bu patologiyalara hər iki qrupda
eyni tezliklə rast gəlinmiĢdir. Eyni zamanda qeyd etmək lazımdır ki, süni
ə
mizdirməyə keçid də cinsi steroidlərin sintezində bir sıra metabolik problemlərin
yaranmasına gətirib çıxara bilər.
Laborator müayinələrin göstəricilərini təhlil edərkən, qanın və sidiyin
ümumi müayinələrində normadan kənara çıxmalar qeydə alınmıĢdır. Qanda
hemoqlobinin cüzi aĢağı olması və eritrositlərin çökmə sürətinin artması, sidikdə
leykositlərin artması artıq yanaĢı gedən patologiyalar üçün səciyyəvi olmuĢdur
[10].
Tərəfimizdən 112 xəstədə hormonal status müayinə olunmuĢdur ki, onlar
da iki qrupa ayrılmıĢdılar: əsas qrup – 72 yeniyetmə qız, müqayisə qrupu – 40
yeniyetmə qız. Nümunələrin götürülməsi aybaĢı tsiklinin follikulogenez (4-5-ci
günlər) və lütein (20-21- ci günlər) fazalarında baĢ vermiĢdir. Kompleks hormonal
müayinələrin nəticələrinin təhlili müxtəlif parametrlərdə fəqrlərin olduğunu
göstərmiĢdir. AĢkarlanmıĢ pozuntuların korreksiyası üçün ―Utrojestan‖ preparatı
tətbiq edilmiĢdir. Əsas və müqayisə qruplarında hormonların səviyyəsində
müalicədən əvvəl və sonra baĢ verən dəyiĢikliklər cədvəl 1-də verilmiĢdir.
Hormonal status öyrənildikdə, FSH üçün əsas qrupda göstəricilərin 3,4
BV/l-dən 64,3 BV/l-ə qədər çatması, müqayisə qrupunda 2,8BV/l-dən 7,2 BV/l-ə
qədər çatması səciyyəvi olmuĢdur. Bununla yanaĢı, I fazada ümumi göstərici
6,4±0,7, əsas qrupda isə 6,8±0,3 BV/l olmuĢdur. II fazada bu göstərici müvafiq
olaraq 6,7±0,8 və 7,2±0,6 olmuĢdur. Hər iki qrupda FSH səviyyəsi fazalara uyğun
olaraq çox fərqlənməmiĢdir. Bu hər Ģeydən əvvəl yumurtalıqların hormonal
çatıĢmazlığı ilə əlaqədar olmuĢdur. LH səviyyəsinin müayinəsindən məlum
olmuĢdur ki, orta hədlərin fərdi dəyiĢməsi də qruplarda fazalara uyğun olaraq
fərqli olmuĢdur (13,3±1,6 və 14,2±1,5 – I fazada, 12,8±1,4 və 13,1±1,1). Uyğun
olaraq yeniyetmə qızlarda qan serumunda LH-nın kifayət qədər yüksək göstəriciləri
aĢkar edilmiĢdir.
Həmçinin müayinə qruplarında LH/FSH nisbəti də təyin olunmuĢdur.
LH/FSH göstəricisi 2,3±0,4 təĢkil etmiĢdir.
Beləliklə, qonadotropin göstəricilərinin dəyiĢiklikləri aybaĢı funksiyasının
tənzimləyicisi olan hipotalamus-hipofiz-yumurtalıq sistemində funksional
pozuntuların ilkin göstəriciləridir [11].
Yeniyetmə qızlarda hormonal fonun daha dəqiq təyin olunması üçün
steroid hormonların – estradiol, progesteron, prolaktin və kortizolun – qan
serumunda göstəriciləri aybaĢı tsiklinin müxtəlif fazalarında təhlil olunmuĢdur.
Estradiolun qan serumunda konsentrasiyasının müayinəsi zamanı aĢkar
olunmuĢdur ki, hər iki qrupda estradiol tsikl boyunca nəzərəçarpacaq dərəcədə
dəyiĢmiĢdir. Follikulyar fazada hormonun tərkibinin orta göstəricisi 141±28,7 və
154±22,5, lütein fazada 126±18,7 və 137±14,6 olmuĢdur ki, bu da ədəbiyyat
məlumatlarına əsasən nəzərəçarpacaq dərəcədə yüksək olmuĢdur.
Bizim tədqiqatda progesteronun qatılığının dəyiĢmə dinamikası analoji
olmuĢdur. Hər iki qrup yeniyetmə qızlarda fərdi dəyiĢikliklər aybaĢı tsiklinin I
fazasında 4,5-74,2 arasında, orta göstərici 11,5±1,2 və 9,4±1,1 olmuĢdur, II
fazada – müvafiq olaraq 45±4,4 və 42±4,2 təĢkil etmiĢdir.
Hər iki qrupda testosteronun miqdarı müayinə olunduqda normativ
göstəricilərlə müqayisədə dürüst fərqlər aĢkar olunmamıĢdır, lakin testosteronun
miqdarının artma tendensiyası da qeydə alınmıĢdır ki, bu da müalicədən sonra az
dəyiĢmiĢdir.
Polikistoz yumurtalıq sindromu olan xəstələrdə testosteron göstəriciləri 1,8-
3,9 nmol/l arasında olmuĢ, müalicəyə qədər orta göstərici hər iki qrupda aybaĢı
tsiklinin I fazasında 3,1±1,2 və 3,2±0,6, II fazada 2,9±1,3 və 3,8±0,8 təĢkil
etmiĢdir.
Beləliklə, testosteron səviyyəsinin orta həddi ümumi qrupda pubertat
dövründə olan yeniyetmə qızlar üçün Tanner-4-5 üzrə normanın yuxarı həddinə
uyğun olmuĢdur.
Ümumi testosteron ilə YPKS sindromunun qabarıqlılığı arasında
korrelyasiya aĢkar olunmamıĢdır.
Alınan göstəricilər təsdiq edir ki, polikistoz yumurtalıq sindromu olan
yeniyetmə qızlarda hormonal dəyiĢikliklər baĢ verir.
Hormonal korreksiya aparıldıqdan 6 ay sonra aĢkar edilmiĢdir ki, müalicə
nəticəsində hormonal status göstəriciləri normallaĢmağa meyillidirlər. Bununla
yanaĢı, əsas qrupda tendensiya müqayisə qrupuna nisbətən daha kəskin
olmuĢdur.
Beləliklə, əsas qrupda LH və FSH səviyyələrinin orta həddi müalicədən
sonra aybaĢı tsiklinin I fazasında 9,5±0,8 (LH) və 5,3±1,3 (FSH) olmuĢ, II faza
üçün hər iki hormonun bu yaĢ həddinə uyğun olaraq normativ göstəricilərə doğru
azalması müĢahidə edilmiĢdir. Estradiol və progesteron müayinə olunduqda
həmçinin hər iki qrupda göstəricilərin normallaĢması qeydə alınmıĢdır.
Müayinə olunan qızlarda uĢaqlıq və yumurtalıqların vəziyyətini dinamikada
təyin etmək üçün transabdominal ultrasəs müayinəsi aparılmıĢdır. Müayinə
müalicə aparılana qədər, müalicə-profilaktika tədbirlərindən 1-3-6 ay sonra,
aybaĢı tsiklinin 5-10 və 17-21-ci günlərində aparılmıĢdır.
Metodun üstünlüyü azinvazivliyi, qeyri-travmatikliyi, ağrısız olmasıdır. Bu
sadalananlar USM-i skrininq metodu etməyə imkan verir.
Ultrasəs müayinələrin göstəriciləri klinik qruplarda uĢaqlığın və
yumurtalıqların ölçülərinin müqayisəli təhlilini aparmağa imkan vermiĢdir.
Göstəricilər əsasında hər iki qrupda uĢaqlığın bütün ölçüləri 30-45% artmıĢdır
(cədvəl 2).
Жядвял № 2.
Müalicədən əvvəl və sonra YPKS olan qızlarda yumurtalıqların ölçüləri
Klinik qruplar
Uzunluq (mm)
En (mm)
Qalınlıq (mm)
Əsas qrup
(n=72)
Müalicəyə qədər
49,2±0,6***
48,1±0,7***
51,3±0,5**
Mülicədən sonra
38,4±0,7***
37,5±0,4**
40,1±0,4**
Müqayisə
qrupu (n=40)
Müalicəyə qədər
43,8±0,2
43,4±0,6
52,0±0,5
Mülicədən sonra
44,3±0,3
41,3±0,5
43,0±0,6
Qeyd: müalicədən əvvəl və sonra müqayisə qrupuna nisbətdə göstəricilər arasında fərqlərin
dürüstlüyü: ** – <0,01; *** – <0,001.
Müayinə zamanı əksər hallarda (112 xəstədən 104 nəfərdə) uĢaqlığın
ölçülərinin həm arxa-ön tərəfdən, həm də sağ-sol tərəfdən böyüməsi aĢkar
edilmiĢdir. UĢaqlıq və yumurtalıqlar arasında məsafə kəskin qısalmıĢdır. 37,5%-də
(42 xəstə) uĢaqlıq orta mövqedə, 32,1%-də (36) – sola doğru, 30,0%-də (34) sağa
doğru əyilmiĢ vəziyyətdə olmuĢdur.
Polikistoz yumurtalıqlarda aybaĢı tsikli boyunca dinamik USM zamanı
dominant follikul, sari cisim vizualizasiya olunmur. Rəngli doppler müayinəsi
zamanı aybaĢı tsiklinin artıq 3-5-ci günlərində zəngin intraovarial qan axını aĢkar
olunur, ona baxmayaraq ki, normada 8-10-cu günlərdə stroma damarları
vizualizasiya olunmur.
Qan axınının əsas göstəriciləri maksimal arterial sürət (MAC), pulsasiya
indeksi (PĠ), rezistentlik indeksi (RĠ) olmuĢdur.
Ġmpuls dopplerometriya zamanı yüksək ĠR qeydə alınır (0,54-dən yüksək)
ki, o da bütün aybaĢı tsikli boyunca dəyiĢmir. Bununla yanaĢı, intraovarial
САЬЛАМЛЫГ – 2016. № 3.
42
hemodinamikanın damar rezistentliyinin daha yüksək göstəriciləri diffuz
yerləĢməyə nisbətən periferik yerləĢmədə daha çox qeydə alınmıĢdır. Xəstələrdə
follikulyar fazanın əvvəlində (16,89±2,36) qan axının maksimal sürəti normadan
yüksək (8,74±0,68) olmuĢdur ki, bu da YPKS-nın ultrasəs diaqnostikasında əlavə
meyar kimi istifadə oluna bilər.
AparılmıĢ tədqiqatlar YPKS zamanı yuxarıda təsvir olunan bütün hemo-
dinamik dəyiĢiklikləri, LH-nın tonik hipersekresiyasının səviyyəsini və LH/FSH
nisbətinin dəyiĢikliklərini əlaqəndirmiĢdir. Bu səbəbdən YPKS olan xəstələrdə
intraovarial damar rezistentliyi və uĢaqlıq qan axını göstəriciləri yüksək olduqda,
endokrin pozuntular və aybaĢı tsikli pozuntuları bir o qədər də qabarıq və ağır
olur.
YPKS-nın aĢağıdakı ultrasəs əlamətləri aĢkar edilmiĢdir: yumurtalıqların
həcminin ikitərəfli artması (norma 3-7 sm
3
olduqda, 29 qızda yumurtalıqların
həcmi 12-15 sm
3
, 4 qızda – 16-18 sm
3
olmuĢdur). Yumurtalıqların strukturu
çoxsaylı follikulların (4-10 mm) həm periferiyada, həm də parenxamanın mərkəzi
sahələrində olması ilə səciyyələnir. Rəngli doppler zamanı yumurtalıqda periferiya
üzrə və onun mərkəzi hissəsində çoxsaylı vaskulyarizasiya lokusları aĢkar
edilmiĢdir. Sistolik/diastolik nisbət 5,0±0,4 (norma 5,9±0,3) olmuĢdur. 3D-
dopplerometriya göstəriciləri formalaĢan YPKS zamanı vaskulyarizasiya
indeksinin (Vi) və qan axını indeksinin (Fi) kəmiyyətinin artdığını göstərir: Vi –
5,9±0,3 (norma 4,1±0,5), Fi – 34,6±6,2 (norma 14,5+2,3). FormalaĢan YPKS olan
xəstələrdə yumurtalıqların həcmi müqayisə qrupuna nisbətən 3 dəfə çox olmuĢdur,
qan axınının xarakterində qabarıq dəyiĢikliklər qeydə alınmıĢdır: S/D 15% aĢağı
düĢmüĢ, Vi – 43%, Fi – 2,4 dəfə artmıĢdır.
Polikistozlu
yumurtalıqların
damar
Ģəbəkəsində
qan
axınında
nəzərəçarpacaq dəyiĢikliklər müĢahidə olunur. Doppler müayinələr aparıldıqda yu-
murtalığın periferiyası üzrə və mərkəzi hissəsində vaskulyarizasiyanın çoxsaylı
lokusları aĢkar edilmiĢdir. Sistolodiastolik münasibət (SDM) 4,8±0,7 (normа
5,9±0,3) təĢkil etmiĢdir. Lakin vaskulyarizasiya indeksi və qan axını indeksi
hədləri yüksək olmuĢdur: Vi – 7,2±0,8 (normа 4,1±0,5), Fi – 38,4±5,7 (normа
14,5±23). Göründüyü kimi, yumurtalıqların həcminin artması və qan axının
səciyyəvi pozulmaları polikistoz yumurtalıq sindromu üçün ultrasəs meyar ola
bilər.
Müalicə kursundən sonra 3 ay ərzində kiçik çanaq orqanlarının ultrasəs
müayinəsi zamanı dinamikada aparılan müalicənin effektivliyi aĢkar edilmiĢdir.
Yumurtalıqların uzunluğu, eni, eləcə də ön-arxa parametrləri normativlərə uyğun
olmuĢdır. Yumurtalıqların struktur və həcmi yaĢ parametrlərinə müvafiq idi.
Tsiklin 5-7-ci günlərində müayinə olunanlarda endometriumun qalınlığ
0,3-0,4 mm olmuĢdur, lakin II fazada 19-21-ci günlərdə normativ parametrlərə
nisbətən endometriumun qalınlığı cüzi artmıĢdır – 0,8-0,92 mm (norma 10-1,1
mm), bu da həmin mərhələdə hormonal funksiyanın pozulduğunu göstərir.
Qeyd olunduğu kimi, əsas qrup yeniyetmə qızlarda medikamentoz müalicə
progesteron silsiləsindən olan hormonal preparat – ―Utrojestan‖ ilə aparılmıĢdır.
Xəstələrdə aĢkar olunan əlamətlərdən asılı olaraq (4 əlamətdən 3-ü), aybaĢı
tsiklinin 5-25-ci günlərində 100 mq olmaqla, gündə 2 dəfə təyin olunmuĢdur.
Polikistoz yumurtalıq sindromunun inkiĢafının iki və daha az əlamətləri qeydə
alınan yeniyetmələrə aybaĢı tsiklinin 16-25-ci günlərində preparat 100 mq
olmaqla, gündə 2 dəfə təyin olunmuĢdur. Hər iki müalicə sxemi 6 ay ərzində
aparılmıĢdır.
Preparat qəbul olunduqdan 8 həftə sonra əsas qrup xəstələrində polikistoz
yumurtalıq sindromu ilə əlaqədar olan əlamətlərin kifayət qədər (25%-ə yaxın)
azalması qeydə alınmıĢdır (müqayisə qrupunda xüsusi dəyiĢikliklər qeydə
alınmamıĢdır). Aparılan müalicədən 16-18 həftə sonra əsas qrupdan 36 xəstədə
ultrasəs müayinə altında yumurtalıqların və uĢaqlığın ümumi həcminin azaldığı
aĢkar olunmuĢdur. Hər iki qrupda uĢaqlığın ölçülərinin azalması yumurtalığın
ilkin həcmi normal həcmdən 2 dəfə böyük olan qızlar arasında daha qabarıq
olmuĢdur. Müqayisə qrupunda ümumilikdə qadın daxili cinsiyyət orqanlarının
exoqrafik strukturu dəyiĢməmiĢdir. ―Utrojestan‖ qəbul olunduqdan 6 ay sonra
ə
sas qrupda 69 xəstədə exoqrafik müayinə zamanı uĢaqlıq və yumurtalıqların
ölçülərinin normallaĢdığı, uĢaqlıq və yumurtalıqlarda qan axının yaxĢılaĢdığı
aĢkar edilmiĢdir. 1 xəstədə yanaĢı təsirlər baĢ verdiyi üçün, preparatın qəbulu
dayandırılmıĢdır. 1 xəstə preparatı fasilələrlə qəbul etmiĢdir.
Aparılan müalicə zamanı qanın biokimyəvi göstəricilərində normadan
kənara çıxmalar müĢahidə olunmuĢdur. ―Utrojestan‖ ilə müalicə fonunda
hormonal profildə FSH-nın və estradiolun dürüst aĢağı olması, LH və pro-
gestronun dürüst artması qeydə alınmıĢdır ki, bu da prolaktinin azalmasına təsir
göstərmiĢdir.
Müntəzəm aybaĢı funksiyasının bərpa olunması əsas qrupda 67 (93%)
xəstədə qeydə alınmıĢdır. Lakin 48 (66,6%) qızda aybaĢı orta hesabla 4-5 gün
olduğu halda, 17-də (23,6%) – 2-3gün, 2-də (2,7%) – 2 gündən az olmuĢdur.
Medikamentoz müalicədən effektin alınması üçün menarxenin baĢ ver-
məsi ilə pozulmaların baĢlaması və müalicənin baĢlanması arasında interval
böyük əhəmiyyət kəsb edir [12].
Müayinə qruplarında qızların ümumi somatik və ginekoloji vəziyyətinin
öyrənilməsindən alınan nəticələr təhlil olunduqda, müxtəlif vəziyyətlərin yüksək
faizi aĢkar edilmiĢdir ki, bunlar aybaĢı tsiklinin pozulması üçün risk amili ola
bilər.
I mərhələdə simptomatik müalicənin qeyri- effektiv olması nəticəsində
müalicə taktikası seçimi zamanı I qrupa müalicə-qoruyucu rejim fonunda
hormonal hemostaz, antianemik preparatlar, vitamin terapiyası, fizioterapiya
təyin olunmuĢdur. Tərəfimizdən endometrium və hormonal statusun ultrasəs
müayinəsinin nəticələrinə əsasən hormonal müalicəyə diferensiasiya edilmiĢ
yanaĢma tətbiq edilmiĢdir. AybaĢı funksiyanın tənzimlənməsi məqsədilə əsas
qrupun xəstələrinə 6 ay ərzində progesteron silsiləsindən olan ―Utrojestan‖
standart sxem üzrə (1 kapsul (100 mq) x gündə 2 dəfə 5-25-ci günlərdə və ya 16-
25-ci günlərdə) təyin edilmiĢdir. AybaĢı tsiklinin hormonal korreksiyası fonunda
etioloji amillər də aradan qaldırılmıĢdır.
Müalicənin II mərhələsində və reabilitasiya mərhələsində ümumi somatik və
ginekoloji xəstəliklər müalicə olunmuĢ, bunun üçün hemostatik, uterotonik
preparatlar, sedativ preparatlar və vitamin terapiyası təyin edilmiĢdir [13].
Beləliklə, tərəfimizdən təklif olunan müalicə aybaĢı funksiyasının ney-
roendokrin tənzimlənməsini təmin edir. Yumurtalıqlarda polikistoz dəyiĢikliklərin
reqresi, qızlarda hormonal fonun normallaĢması və aybaĢı tsiklinin bərpa
olunması həmin metodikanın müsbət təsirini və əldə olunan effektivliyin sabitliyini
göstərir.
Dostları ilə paylaş: |