Саьламлыг  здоровье


ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə29/29
tarix07.04.2017
ölçüsü5,03 Kb.
#13698
1   ...   21   22   23   24   25   26   27   28   29

ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1.
 
Hakan Seyit, Cevher Ahmet Akarsu, Hamit Ahmet Kabuli ve b. Endoskopik olarak migre gastric bant çıkarılması // Bariatrik ve 
Metabolik Cerrahi Kongresi, 2015, 41. 
2.
 
Hacı  Murat  Çaycı, Umut  Eren Erdoğlu, Mehmet  Akif Türkoğlu  ve b. Bariatrik cerrahi  öncesi kilo değişimi: Postoperatif klinik 
önemi var mı? // Bariatrik ve Metabolik Cerrahi Kongresi, 2015, 83-84. 
3.
 
M.Mahir Özmen, T.Tolga Şahin, Serkan Özen ve b. Laparoskopik sleeve gastrektomi // Bariatrik ve Metabolik Cerrahi Kongresi, 
2015, 34-35. 
4.
 
Mehmet Kadir Bartın, Muzaffer Önder Öner, Müge Kara Bartın ve b. Vertikal Sleeve Gastrektomi: Erken dönem sonuçlarımız // 
Bariatrik ve Metabolik Cerrahi Kongresi, 2015, 47. 
5.
 
Nasirova  S.,  Ersin  Öztürk,  Serhat  Parlak  ve  b.  Obezite  cerrahisi  sonrası  gelişen  komplikasyonlar  ve  yönetimi  //  Bariatrik  ve 
Metabolik Cerrahi Kongresi, 2015, 15. 
6.
 
Özgür Fırat, Batuhan Halit Demir, Taylan Özgür Sezer ve b. Sleeve Gastrektomilerde kaçak yönetimi // Bariatrik ve Metabolik 
Cerrahi Kongresi, 2015, 10. 
7.
 
T.Tolga Şahin, C.Emir Güldoğan, Serkan Özen ve b. Bariatrik cerrahi sonrası multivitamin ve mineral desteğinin yeri //Bariatrik 
ve Metabolik Cerrahi Kongresi, 2015, 5-6. 
8.
 
Flegal  K.M.,  Kit  B.K.,  Orpana  H.,  Graubard  B.I. Association  of  all-cause  mortality  with  overweight  and  obesity  using  standard 
body mass index categories: a systematic review and meta-analysis. JAMA 2013;309:71-82. 
9.
 
Flegal K.M., Carroll M.D., Kit B.K., Ogden C.L. Prevalence of obesity and trends in the distribution of body mass index among 
US adults. JAMA 2012;307:491-7. 
10.Frühbeck G. Obesity: Screening for the evident in obesity. Nat Rev Endocrinol 2012;8:570-572. 
11.Garb  J.,  Welch  G.,  Zagarins  S.,  et  al.  Bariatric  surgery  for  the  treatment  of  morbid  obesity:  a  meta-analysis  of  weight  loss 
outcomes for laparoscopic adjustable gastric banding and laparoscopic gastric bypass. Obes Surg 2009; 19: 1447-1455. 
12.
Ikramuddin  S.,  Korner  J.,  Lee W.J.  et  al.:  Roux-en-Y  Gastric  Bypass  vs  Intensive  Medical  Management  for  theControl of Type 
2Diabetes, Hypertension, and Hyperlipidemia. JAMA 2013; 309, 21:2240-2249.
 
13.
Kalarchian  M.,  Turk  M.,  Elliott  J.,  Gourash  W. 
Lifestyle  management  for  enhancing  outcomes  after  bariatric  surgery./Curr. 
Diab.Rep.2014,14(10),540 
14.Laferrere B. Effect of gastric bypass surgery on the incretins. Diabetes Metab. 2009;35:513-7. 
15.
Lee W.J., Chong K., Ser K.H., et al. Gastric bypass vs. sleeve gastrectomy for type 2 diabetes mellitus. Arch Surg 2011; 146: 143-
148.
 
16.
Lukasz K., Jarek K., Anna A.Ch. et al. Nutrition and Pregnancy after Bariatric Surgery /ISRN Obesity, 2013.
 
17.Melissas  J.  Nutrition  recommendations  and  interventions  for  Diabetes.  A  position  statement  of  the  American  Diabetes 
Assotiation. Diabetes care vol. 31, Supplement 1,January2008,p.561-578.  
18.Melissas J. IFSO guidelines for safety, quality and excellence in bariatric surgery. ObesitySurgery2008;18(5):497-500.  
19.Reoch J., Mottillo S., Shimony A., et al. Safety of laparoscopic and open bariatric surgery: a systematic review and meta-analysis. 
Arch. Surg 2011;146:1314-22. 
 
 
Дахил олуб:  3.03.2016. 
 
KOMORBĠD KARDĠO-VASKULYAR XƏSTƏLĠKLƏRĠ VƏ 
AĞCĠYƏRLƏRĠN XRONĠKĠ OBSTRUKTĠV XƏSTƏLĠYĠ OLAN 
ġƏXSLƏRDƏ QAZ MÜBADĠLƏSĠNĠN BƏZĠ XÜSUSĠYYƏTLƏRĠ 
 
Məmmədov C.T., Abbasəliyeva K.T., Ġsmayılzadə C.S.,  
Bağırzadə A.Ə., Babayeva F.R., Quliyev R.Ə., Yusifov V.Q. 
 
ATU-nun Terapevtik və pediatrik propedevtikası kafedrası 
Tədris Terapevtik Klinikası 
 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
204 
Ağciyərin  xroniki  obstruktiv  xəstəliyi  (AXOX)  dedikdə  bronx-ağciyər 
aparatında baĢ vermiĢ müxtəlif  xarakterli üzvi dəyiĢikliklərlə xarakterizə olunan 
və əsasən obstruktiv əlamətlərlə özünü biruzə verən xəstəlik baĢa düĢülür. 
Bronxial  astmadan  (BA)  fərqli  olaraq,  AXOX  zamanı  obstruktiv  sindrom 
geridönməzdir.  AXOX-la  xəstələnmə  halları  bütün  dünyada  ilbəil  artır.  Məsələn, 
əgər 1990- cı ildə AXOX-dan ölüm təsadüfləri bütün səbəblər içərisində 6-cı idisə, 
2000-ci ildə artıq 4-cü yerdədir və proqnozlara görə 2020-ci ildə o, artıq 3-cü yerə 
keçəcəkdir.Xəstəliyi törədən səbəblər içərisində tütünçəkmə I yeri tutur. 
Sübut  olunmuĢdur  ki,  əksərən  xəstələrin  ölümünə  səbəb  AXOX  zamanı 
ürək-damar  sistemində  və  digər  üzvlərdə  baĢ  verən  patoloji,  geridönməz 
proseslərdir. 
Ümumiyyətlə, AXOX arterial hipertoniya (AH), ürəyin iĢemik xəstəliyi (ÜĠX) 
və  Ģəkərli  diabet  (ġD)  kimi  geniĢ  yayılmıĢ  və  insan  həyatına  qəsd  edən,  aparıcı, 
qeyri – infeksion xəstəlklərdəndir.Bütün ölüm səbəblərinin 40%-dən çoxu sayılan 
xəstəliklərin payına düĢür (15). 
AXOX-un  ağır  gediĢi  və  proqnozu onun ağciyərdənkənar zədələnmələri ilə 
Ģərtlənir.Bu  zədələnmələrə  ilk  növbədə  ürək-damar  xəstəliklərini  (  ÜDX)  və 
osteoparozu (OP) aid edirlər. 
Klinikada  daha  çox  halda  AXOX-la  yanaĢı  gedən  kaxeksiya,  skelet 
əzələlərinin  hipo- və atrofiyası, AH, ÜĠX, ürək çatıĢmazlığı (ÜÇ), kiçik qan dövranı 
(KQD)  vaskulopatiyası,  tənəffüs  sisteminin  onkoloji  və  infeksion  xəstəlikləri  rast 
gəlinir.AXOX  zamanı  çox  müĢahidə  edilən  qəfləti  ölümlərin  səbəbi  kimi  ürəyin 
ritm pozğunluqları və tromboemboliyaları qeyd olunur (15). 
A.B.Strutınskiy  və  b.  (13)  tədqiqat  iĢlərinin  nəticələrinə  əsasən  AXOX-lu 
xəstələrdə  sonradan  inkiĢaf  etmiĢ  xroniki  ağciyər  ürəyi  (XAÜ)  fonunda  ürəkdə 
remodelləĢmə  baĢ  verir.Bu  isə  öz  növbəsində  ürəyin  sol  Ģöbələrində  dəyiĢikliklər 
törədir  və  nəticə  etibarilə  sol  mədəciyin  əsasən,  restriktiv  tipli,  diastolik 
disfunksiyasını  törədir,  həmçinin  miokardın  sistolik  gərginliyini,  sol  mədəcik 
miokard  kütləsi indeksini və sol qulaqcıq ölçülərini artırır.ĠĢin nəticələri göstərir 
ki,  sol  mədəciyin  diastolik  disfunksiyası  sağ  mədəciyin  dilatasiyası  və 
hipertrofiyası ilə korrelyasiya edir. 
Ġ.N.Trofimenkonun  fikrincə  (14)  bronxların  hiperreaktivliyi  AXOX-lu 
xəstələrin  55-87%  -  də  təsadüf  olunur.  AparılmıĢ  epidemioloji  tədqiqatların 
nəticələrinə  əsasən  bronx  hiperreaktivliyi  AXOX-un  əmələ  gəlməsində 
tütünçəkmədən sonra II sərbəst prediktor faktor hesab olunmalıdır. 
Digər  müəlliflərin  fikrincə  isə  (17)  BA-dan  fərqli  olaraq,  AXOX-da  fiziki 
gərginlik,  bradikinin  yeridilməsi  və  ağciyərlərin  eukapnik  hiperventilyasiyası 
bronxokonstriksiya  törətmir.O.M.Polikutina  və  baĢqaları  ST  seqmentinin 
qalxması ilə müĢayət olunan miokard infarktı keçirmiĢ xəstələrin 12,3%-də AXOX 
aĢkar etmiĢlər (11). 
M.  Hiqqins,  et  al.  (20)  hesab  edirlər  ki,    AXOX-da  yaĢ,  tütünçəkmə, 
xolesterinin  səviyyəsi  və  AH  kimi  dəyiĢikliklər  ÜĠX  əmələ  gəlməsində  sərbəst  və 
əhəmiyyətli  faktor  kimi  qiymətləndirilməlidir.  H.K.Kazanbiyev,  və  b.,  (6)  qeyd 
edirlər  ki,  AXOX-un  proqnozu  komorbid  xəstəliklərlə  ağırlaĢır.Bu  xəstəliklərə  isə 
AH, ÜĠX, o cümlədən miokard  infarktı, SD, ağciyər xərçəngi və OP aid edilir. 
Ümumdünya  səhiyyə  təĢkilatının  məlumatına  əsasən  hər  il  AXOX-dan  3 
milyon  nəfər  tələf  olur.Xəstəliyin  pessimistik  proqnozunun  səbəbi  kimi  onun 
diaqnozunun gec qoyulması da göstərilir (12). 
Digər tərəflər AXOX-un diaqnostikasında ən mühümü obyektiv müayimə, 
xüsusən  də,  spirometriyadır.Yalnız  spirometriya  bronx  ağacının  müxtəlif 
bölmələrinin  keçiriciliyi  haqqında  tam  informasiya  almağa  imkan  verən  sadə 
müayinə üsuludur. 

 
Ġ.Ġ.Baranova, Ġ.V.LeĢenko  (2) göstərirlər ki, spirometriya obyektiv müayinə 
üsulu  olsa  da  ani  nəfəsvermənin  I  saniyə  göstəricisi  (ANT
1
)  (rus  dilində  -ОФВ
1

əsas  klinik  əlamətlərlə  (  məs:  təngnəfəslik,  həyat  keyfiyyəti  göstəriciləri),  Ģüa 
diaqnostikası  nəticələri  (emfizemanın  ağırlıq  dərəcəsi,  kiçik  ölçülü  bronxlardakı 
dəyiĢikliklər ) və müalicənin xərci kimi məlumatlarla korrelyasiya etmir. 
Bəs  görəsən  AXOX-lu  xəstələrin  ürək-damar  sistemində  baĢ  verən 
dəyiĢikliklərin  kökündə  hansı  mexanizmlər  durur?  Q.V.Neklyudova  və  baĢqaları 
(10)  qeyd  edirlər  ki,  AXOX-lu  xəstələrdə  ağciyər  arteriyasında  ikincili 
hipertoniyanın səbəbi damar divarında baĢ verən struktur dəyiĢikliklərlə bağlıdır. 
Ġntimanın  proliferasiyası  və  ağciyər  arteriyasının  xırda  Ģaxələrində  əzələ 
qatının hipertrofiyası ilə xarakterizə olunur.Digər mühüm səbəb kiçik qan dövranı 
damarlarında  baĢ  verən  endotelial  disfunksiya  nəticəsində  NO-nun  endogen 
defisiti və I- prostasiklin azlığıdır. 
A.G.Aqusti,  et  al  (16)  qeyd  edirlər  ki,  AXOX-un  sistem  xüsusiyyətli 
dəyiĢikliklərində  ən  çox  rast  gəlinən  ürək-damar  effektli  dəyiĢikliklərə,  xüsusən, 
AH, ÜĠX ilə nəticələnən ateroskleroz aiddir.Ürək-damar xəstəlikləri, nəinki AXOX-
la  birgə  rast    gəlinir,  bu  xəstəliklər  ölümün  ikinci,  bəzənsə,    birinci  səbəbi  kimi 
ortaya çıxırlar. 
Məlumdur ki, arteriyaların və aortanın elastikliyini qiymətləndirmək üçün 
istifadə  olunan  əsas  göstərici  nəbz  dalğasının  yayılma  sürəti  və  auqmentasiya 
indeksi  hesab  olunur.  N.A.Karoli  və  A.R.Rebrov  (7)  tədqiqatlarının  nəticələrinə 
əsasən  AXOX-lu  xəstələrin  bütün  yaĢ  qruplarında  arteriya  divarının    elastikliyi 
pozulmuĢ  olsa  da  bu  daha  çox  özünü  ahıl  yaĢlılarda  biruzə  verir.Arteriyaların 
rigidliyinin artması,  nəbz dalğasının yayılma surəti və auqmentasiya indeksinin 
(nəbz  dalğasının  əks  olunması)  artması  mərkəzi  arterial  təzyiqin  yüksəlməsinə 
güclü təsir göstərir. 
N.A.Karoli,  et  al.,  (8)  digər  məqalədə  göstərirlər  ki,  ümumiyyətlə  AXOX-la 
kardiovaskulyar  patologiya  arasındakı  əlaqələr  ətraflı  öyrənilməyib.Qeyd  olunur 
ki,  mümkün  ola  bilən  patogenetik  mexanizmlərə  endotelial  disfunksiya,  aĢağı 
qradasiyalı  sistem  mənĢəli  iltihab,  oksidativ  stres,  siqaret  tüstüsü,  hipoksemiya 
nəticəsində  formalaĢan  damar  divarı  zədələnməsi  aid  edilə  bilər.Bu  faktorlar 
təsirindən həmçinin arteriya divarlarının sərtləĢməsi (rigidliyin artması) də damar 
disfunksiyası  və  damar  pozğunluqlarının  artmasına  səbəb  ola  bilər.Artan  damar 
sərtləĢməsi bir tərəfdən arteriyaların geridönməz qeometrik dəyiĢiklərini və onların 
funksional  pozğunluqlarını  əks  etdirir,  digər  tərəfdən  isə  hemodinamikaya  əsaslı 
təsir edir: miokardda arxa yükü (post-) artırır, koronar perfuziyanı pisləĢdirir.Son 
nəticədə  qalxan  aortada  təzyiqin  artması  sol  mədəciyin  yükünü  artıraraq,  onun 
hipertrofiyasına  səbəb  olur,  diastolik  boĢalmanı  pisləĢdirir  və  nəhayət,  ürəyin 
nasos funksiyasını xeyli zəiflədir. 
E.V.Koçetova,  N.N.Vezikova  (9)  AXOX-lu  xəstələrin  sümük  toxumalarının 
mineral  dolğunluğunu  öyrənərək,  belə  nəticəyə  gəliblər  ki,  bu  xəstələrdə 
onurğanın  bel  nahiyəsinin  OP  –u  37%  təsadüfdə  aĢkar  edilir,  bud  sümüyü 
boynunun  OP-u  isə  19,7%  xəstədə  tapılmıĢdır.AXOX  ağırlaĢdıqca  sümüklərin 
mineral dolğunluğu bütün bədəndə azalmağa baĢlayır. 
H.P.Dimai,  et  al.,  (19)    aĢkar  ediblər  ki,  AXOX-lu  xəstələrdə  sümüklərin 
mineral dolğunluğu və arterial qanın PH-ı arasında düz, CO
2
 parsial təzyiqi ilə isə 
tərs korrelyasiya əlaqəsi mövcuddur. 
O.V.Velikaya,  et  al.,  (3)  göstərirlər  ki,  AXOX-da  sistem  iltihabın  marker-
lərini  periferik  qandakı  neytrofillər,  S-  reaktiv  zülal,  fibrinogen,  proiltihabi 
sitokinlər  olan  interleykin-1  β,  interleykin  -6,  α-ĢiĢ  nekrozu  faktoru  və  hemokin 
interleykin-8  təĢkil  edirlər.Ġltihabi  sistem  markerlərinin  yüksək  miqdarı  isə 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
206 
iltihabı  artırmaqla  bərabər,  həm  də  vazokonstriksiya  və    trombəmələgəlməni  də 
aktivləĢdirirlər. 
S.A.  Bust  (18)  göstərir  ki,  müxtəlif  müəlliflərin  məlumatına  görə  AXOX 
yaĢlı  əhalinin  4-6  %  dən  10-25%-nə  qədərini  əhatə  edir,  inkiĢaf  etmiĢ  və  ya 
inkiĢafda  olan  ölkələrdə  artmaqdadır.Burada  göstərilir  ki,  Milli  ürək,  ağciyər  və 
qan institutunun məlumatına əsasən 2001–ci ildə AXOX-un ümumi xərcləri 34,4 
mlrd ABġ dolları təĢkil etmiĢdir. 
Q.A.Ġqnatova,  və  b.,  (5)  angiotenzin  çevirici  fermentin  inhibitoru  olan 
perindoprili (prestarium) AXOX-lu xəstələrdə AH-nın müalicəsi məqsədilə istifadə 
edərək, müsbət nəticə almıĢ, onun metabolizmə- piylənmə və lipid mübadiləsinə, 
qanda qlikemik dəyiĢikliklərə təsir etmədiyi göstərilmiĢdir. 
Жядвял  № 1. 
Qan qazlarının normal tərkibi. 
  Parametrlər 
    Normal    göstəricilər 
  Parametrlər 
  Normal göstəricilər 
      pH 
7,35 - 7,45 
Met Hb
,  

< 2,0 
      PaCO
2
 mm c.s 
35-45 
CO Hb,% 
< 3,0 
     PaO
2
   mm c.s 
70-100 
BE, mekv/l 
2-2 
     SaO
2
, % 
93-98 
Ca O
2
, mlO
2
/dl 
16-22 
     HCO
3
-
 mekv,/l 
22-26 
 
 
BE  -  (base  excess)  -  bufer  əsasının  çoxluğu  və  ya  defisiti;  COHb-karboksihemoqlobin,  Met  Hb  – 
methemoqlobin. 
AXOX  zamanı  sistem  Ģəkilli  patoloji  dəyiĢiklikləri  olan  xəstələrdə  qan 
qazlarında  (QQZ)  baĢ  verən  proseslər  ədəbiyyatda  çox  az  halda  əksini 
tapmıĢdır.Ümumiyyətlə  qanın    qaz  tərkibini  öyrənmək  üçün  dəridən  keçən 
punksiya  ilə  qan  radial,  kürək,  bud  arteriyalarından  xüsusi  heparinli  Ģpris 
vasitəsilə  götürülür.Qanın  PH-nın  normal  göstəriciləri  7,35-7,  45  olduqda  qanın 
adekvat bufer tutumu, ağciyər və böyrəklərin funksiyası təmin olunur.PH-ın 7,35-
dən  az  olması  asidoz,  7,45-  dən  çox  olması  isə  alkalozdur.Asidoz    PaCO
2
-un 
artması və ya HCO
3
-un kəskin azalması ilə, alkaloz  isə ya PaCO
2
 azalması və ya 
HCO
3
-un artması ilə xarakterizə olunur (1). 
Məsələn:  kəskin  tənəffüs  çatıĢmazlığı  dedikdə  təngnəfəslik,  taxipnoe  ilə 
yanaĢı arterial qanda PaO
2
< 60 mm c.süt.; PaCO

> 45; SaO
2
 < 90% və ph < 7,35 
olması baĢ verir. Ürəyin və ya tənəffüsün dayanması, koma zamanı paO
2
< 50 mm 
c.süt., paCO
2
> 70, ph< 7,30 qeyd olunur. 
Qeyd etmək lazımdır ki, respirator asidozun əsas səbəbləri aĢağı və yuxarı 
tənəffüs  sistemi  yollarının  obstruktiv  xəstəlikləri  (AXOX,  BA,  obliterasiyaedici 
bronxiolit  və  s.)  mərkəzi  sinir  sistemi  depressiyası,  piylənmə-1  hipoventilyasiya 
sindromu, sinir-əzələ xəstəlikləridir. 
Məlumdur  ki,  AXOX-lu  xəstələrin  patogenetik  müalicələrinin  əsas 
inqridientlərindən  biri  oksigendir  -  oksigen  terapiyasıdır.Lakin  müəyyən 
olunmuĢdur  ki,  oksigen  terapiyası  yalnız  hipoksemiyanın  kəskin  dövründə 
əhəmiyyətlidir (arteriyal qanda paO
2
 < 55 mm c.süt. və azdırsa), əgər hipoksemiya 
55-70 mm c.süt. təĢkil edirsə oksigen verilməsi əhəmiyyətsizdir. 
O.V.Qolotina,  V.A.Nevzorova  və  b.  (4)  103  AXOX-lu  xəstə  müayinə 
etmiĢlər.I qrupa 54 xəstə izolə olunmuĢ AXOX-la; II qrupa isə 49 xəstə AXOX və II 
funksional  siniflə  stabil  stenokardiyası  olanlar  daxil  edilmiĢlər.Bütün  xəstələrdə 
QQZ-nin aĢağıdakı göstəriciləri tədqiq olunmuĢdur: ph, PaO
2,
 PaCO
2
, SaO
2, 
hər 2 
qrupda  olan  AXOX-lu  xəstələr təsnifata görə  II, III və IV dərəcələrə  bölünmüĢlər. 
QQZ  göstəricilərinin  tədqiqi  ilə  2  qrupda  ventilyasion  tipli  xroniki  tənəffüs 
çatıĢmazlığının  olması  aĢkarlandı.Çünki,  bütün  xəstələrdə  PaO
2-
nun  azalması, 
PaCO
2
nun artması və ph-ın dəyiĢməməsi müĢahidə olunurdu.Digər tərəfdə  ANT
1
  
ilə (OFV
1
) PaO

düz korrelyasion əlaqə olduğu halda, PaCO
2
 və ANT
1
 arasında belə 

 
bir  əlaqə  müəyyən  edilməyib.Q.V.Neklyudova,  S.N.Avdeyev,  Q.E.Baymakanova 
(10)  AXOX-lu xəstələrdə xəstəliyin ağırlıq dərəcəsi və QQZ göstəriciləri ilə ağciyər 
arteriyası hipertenziyası arasında korrelyativ əlaqə olduğu göstərilmiĢdir.  
Beləliklə,  ədəbiyyat  xülasəsindən  belə  məlum  olur  ki,  AXOX-lu  xəstələrdə 
QQZ  göstəricilərinin  arterial  qanda  təyini  tənəffüs  çatıĢmazlığının  ağırlığını, 
ventilyasion  pozğunluğun  dərəcəsini,  ağciyər  arteriyasında  sistolik  təzyiqin  və 
ağciyər-ürək çatıĢmazlığının ağırlıq dərəcəsini təyin etmək üçün mühüm əhəmiy-
yət kəsb edir. 
 
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1.Баймаканова  Г.Е.Интерпретация  показателей  газов  артериальной    крови.  ‖Атмосфера.  Пульмонология  и  аллергология‖, 
2013, № 2, стр.42-45  
2.Баранова  И.И.,  Лещенко  И.В.Влияние  базисной  терапии  на  клинические  симптомы,  качество  жизни  и  системное 
воспаление у больных хронической обструктивной болезнью легких.Клиническая медицина, №12, 2013, стр.21-29 
3.Великая  О.В.  Провоторов  В.М.,  Мартышова  О.С.  Профилактика  венозного  тромбоэмболизма  у  больных  хронической 
обструктивной болезнью легких. Клиническая медицина, № 6, 2011, стр. 4-7 
4. Голотина О.В., Невзорова В.А., Шекунова О.И.,Кочеткова Е.А.,Кесслер Р. Легочная гемодинамика и состояние газового 
состава крови при  хронической обструктивной болезнью легких  и ее сочетании со  стабильной  стенокардией напряжения. 
Тихоокеанский медицинский  журнал, 2012, №4, стр.67-69 
5.Игнатова  Г.А.,  Белснер  М.С,  Блинова  Е.В.Коррекция  метаболического  синдрома  у  пациентов  с  тяжелой  хронической 
обструктивной болезнью легких. Кардиология ,2, 2015, стр. 57-59 
6.  Казанбиев  Н.К.,    Казанбиев  Д.Н.,  Атаева  З.Н.Диагностика  и  лечение  сердечной  недостаточности  при  хронической 
обструктивной болезни легких.Клиническая медицина, №2, 2011, стр.4-8 
7.   Кароли Н. А., Ребров А. Р.  Жесткость артерий у больных хронической обструктивной болезнью легких .Тер.архив, 2012 
, №3, стр.12-16 
8.  Кароли  Н.А.,  Долишняя  Г.Р,  Ребров  А.Р.  Артериальная  регидность  у  больных  хронической  обструктивной  болезнью 
легких с наличием  и в  отсутствие ишемической болезни сердца. Кардиология,7, 2013, стр. 56- 61 
9.   Кочетова Е.В., Везикова Н.Н. Минеральная плотность костной ткани у больных хронической обструктивной болезнью   
легких.Тер.архив3,2013стр.14-16  
10.    Неклюдова  Г.В.,  Авдеев  С.Н.,  Баймаканова  Г.Е.  Хроническая    обструктивная  болезнь  легких  и  легочная  гипертензия: 
мозговой  атрийуретический пептид как маркер легочной гипертензии.  Пульмонология, №3, 2013, стр.31-35 
11.  Поликутина О.М., Слепынина Ю.С., Баздырев Е.Д., Каретникова В.Н., Барбараш О.Л. Впервые выявленная хроническая 
обструктивная  болезнь  легких  и  ее  клиническая  значимость  у  больных  с  инфарктом    миокарда  с  подъемом  сегмента  ST. 
Тер.архив 3, 2014 стр.14-23     
12. Cинопалников A.И.,ВоробьевA.В. Эпидемиология ХОБЛ :современное состояние актуальной проблемы. Пульмонология 
6, 2007стр.78-85 
13.Струтынский  А.В.,  Бакаев  Р.Г.,  Глазунов  А.Б,  Банзелюк  Е.Н.,  Мошкова  Н.К.,  Рейснер  А.А.,  Шавурдина  С.В., 
Виноградова Д.В. Особенности ремоделирования левых отделов сердца у больных хронической   обструктивной болезнью 
легких с хроническим легочным сердцем.Ter.arx. 2010 ,№ 9,cтр.45-49 
14. Трофименко И.Н.Бронхиальная гиперреактивность и хроническая обструктивная болезнь легких.Клиническая медицина, 
№5, 2013 ,стр.  
15. Чучалин А.Г. Хроническая обструктивная  болезнь легких и  сопутствующие заболевания.Тер. архив 8,2013,стр.43-48  
16.Aqusti  A.G.N.,  Noquera    A.,SauledaJ.  et  al  (systemic  effects  of  chronic  obstructive    pulmonary    disease  Eur.Respir.  J.2003; 
21:347-360 
17.Barnes P.İ.Mechanisms in COPD.Differences from asthma. Chest.2000;1(7:10-4)    
18.Bust S.A.The economic burden of COPD. Proceedinqs of the satellite symposium‖ The impact of COPD‖(S.A.Bust) .int 9 th ERS 
annual congress 1999-p.8-11.)               
19.      Dimai  H.P.,  Domej  W.,  Leb  G.,  Lau  K.H.  (  Bone  loss  in  patients  with  interated  chronic  obstructive  pulmonary  disease  inn 
mediated by an increase  in bone  resorbtion associated with hypercapnia.J. Bone Miner.Res. 2001:16 (11):  2132- 2141)     
20.Hiqqins M, Keller J, Waqenknesht L. et al.(Pulmonary funstion and  cardiovaskular risk faktor relationslip in black and in white 
younq men and women.The CARDİA Study.Chest.(qq1;qq(2):315-22) 
 
Дахил олуб:  6.11.2015. 
 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
208 
 ЙУБИЛЕЙ  ЮБИЛЕЙ  MUBILEE  
 
Professor  
Nəsibə Hüseynova
 
 
Ил 
90 
лет 
years old 
 
Bu  günlərdə,  Azərbaycanın  görkəmli  pediatrı, 
tibb  elmləri  doktoru,  professor  Nəsibə  Ağa  Ġsmayıl 
qızı Hüseynovanın 90-illik yubileyi keçirilmiĢdir.  
Professor  Nəsibə  Hüseynova  1926-cı  il  yanvar 
ayının  25-də  Bakı  Ģəhərində  azərbaycan  dili  müəllimləri  Ağa  Ġsmayıl  və  Həvva 
Hüseynovların ailəsində dünyaya gəlmiĢdir.  
1948-ci  ildə  Moskva  Ģəhərinin  N.  Ġ.  Piroqov  adına  Tibb  Ġnstitutunu 
bitirmiĢdir. Həmin ildən Azərbaycan Dövlət Tibb Ġnstitutunun uĢaq xəstəliklərinin 
propedevtikası kafedrasının kliniki ordinatoru vəzifəsində çalıĢmıĢdır. 1950-1951-
ci illərdə Laçın Ģəhərindəki qadın və uĢaq məsləhət-xanasının müdiri, 1951-1954-
cü  illərdə  SSRĠ-in  Tibb  Elmləri  Akademiyasının  Pediatriya  Ġnstitutunda  aspirant 
olmuĢ, namizədlik dissertasiyasını müdafiə etmiĢdir. 
  1955-1959-cu  illərdə  Ana  və  UĢaqların  Mühafizəsi  Elmi-Tədqiqat  Ġnstitu-
tunda  baĢ  elmi  iĢçi,  Ģöbə  müdiri  iĢləmiĢdir.  1959-cu  ildən  ATĠ-nun  hospital 
pediatriya kafedrasının dosentidir. 
 1959-1961-ci  illərdə  SSRĠ  dövləti  tərəfindən  Ġraqa  ezam  olunmuĢ  və  orada 
müharibə  Ģəraitində  səhiyyə  müĢaviri  iĢləmiĢdir.  Bu  Ģərəfli  həkim  iĢinə  görə  N. 
Hüseynova  Ġraq  höküməti  və  Azərbaycan  SSR-nın  Səhiyyə  Nazirliyi  tərəfindən 
dəfələrlə Fəxri fərmanla təltif olunmuĢdur.  
N.  Hüseynova  1969-cu  ildən  doktorluq  dissertasiyasını  müdafiə  edərək 
hospital  pediatriya  kafedrasının  professor  vəzifəsinə  keçmiĢdir.  1970-1992-ci 
illərdə  ATĠ-nun  müalicə-profilaktika  fakültəsinin  uĢaq  xəstəlikləri  kafedrasının 
müdiri  olmuĢdur,  1992-ci  ildən  hal-hazıradək  həmin  kafedranın  professor 
vəzifəsində çalıĢır.  
1971-1976-cı illərdə Bakı Ģəhərində baĢ pediatr, 1970-1991-ci illərdə Səhiyyə 
Nazirliyinin  IV  BaĢ  Ġdarəsinin  baĢ  pediatru  olmuĢdur.  1976-cı  ildən  hal-hazıra 
qədər 
Azərbaycan 
Respublikası 
Səhiyyə 
Nazirliyinin 
baĢ 
uĢaq 
qastroenteroloqudur.  
1982-ci ildə prof. N. Hüseynova 17 saylı uĢaq Ģəhər poliklinikasının bazasın-
da respublika uĢaq qastroenteroloji mərkəzinin yaradıcısı olmuĢ və uzun illər bu 
mərkəzdə  elmi  rəhbər  kimi  iĢləyərək,  Azərbaycanın  bütün  regionlarından  mədə-
bağırsaq problemli uĢaqlara yardım etmiĢdir.  
Professor  Nəsibə  Hüseynova  əsasən,  uĢaqların  qidalanması  problemlərinə 
dair tədqiqatlar aparmıĢdır, elmi rəhbər kimi 6 tibb elmləri namizədi hazırlamıĢdır, 
300-dən  artıq  elmi  məqalənin  və  metodiki  tövsiyələrin  müəllifidir,  2013-cü  ildə 
―UĢaq  qastroenterologiya‖  dərsliyi,  2014-cü  ildə  isə  ―Pediatriyada  dietoterapiya‖ 
dərs vəsaitini buraxmıĢdır. 
Professor  Nəsibə  Hüseynova  1984-cü  ildə  ―Səhiyyə  əlaçısı‖  döĢ  niĢanı  ilə, 
1986-cı  ildə  ―Əmək  Veteranı‖  medalı,  1990-cı  ildə  isə  Azərbaycanın  Əməkdar 

 
Həkimi fəxri adı ilə təltif olunmuĢdur. 
20  sentyabr  2010-cu  il  tarixində  Azərbaycanda  tibb  təhsilinin  və  elminin 
inkiĢafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti Ġlham Əliyevin 
Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmiĢdir. 
Azərbaycan  Tibb  Universitetinin  rəhbərliyi  professor  Nəsibə  Hüseynovanı  90 
illik  yubiley  ilə  səmimi  qəlbdən  təbrik  edir.  Ona  uzun  ömür,  can  sağlığı  və  uzun 
müddətli aktiv həyat arzulayır. 
 
ATU-nun REKTORLUĞU VƏ HƏMKARLAR ĠTTĠFAQI KOMĠTƏSĠ.  
 
 
 
 
 
ÇĠNGĠZ RƏHĠM 
OĞLU 
RƏHĠMOV
 
 
Ил 
лет 
years old 
 
Çingiz  Rəhim  oğlu  Rəhimov  1956-
cı  il  6  yanvar  tarixində  Bakı  Ģəhərin-də 
ziyalı ailəsində anadan omuĢdur. 
1978-ci  ildə  Azərbaycan  Dövlət 
Tibb 
Ġnstitutunun 
Stomatologiya 
fakültəsini  bitirərək  1981-ci  ildə  Moskva 
Ģəhərində  Ümumittifaq  Onkologiya  Mərkəzinin  məqsədli  aspiranturasına  daxil 
olmuĢdur.  3  il  müddətində  aspiranturanı  bitirərək  1984-cü  ildə  ―BaĢ  və  boyun 
nahiyyəsinin dərisinin melanoması‖ adlı namizədlik dissertasiyasını müvəfəqiyyətlə 
müdafiyə  etmiĢdir.  1985-1986-cı  illərdə  Azərbaycan  Dövlət  Həkimlərinin 
TəkmilləĢdirmə  Ġnstitutunda  baĢ  elmi  iĢçi  vəzifəsində  çalıĢmıĢdır.  1986-cı  ildə 
yenidən Moskva Ģəhərinə qayıdaraq 1986-cı ildə Moskva Tibb Akademiyasının üz-
çənə  cərrahiyyəsi  kafedrasında  doktoranturaya  daxil  olmuĢdur.  1992-ci  ildə 
doktoranturanı  bitirərək  Moskva  Ģəhərində  Mərkəzi  Elmı-Tədqiqat  Stomatologiya 
Ġnstitutunda  ―BaĢ  və  boyunun  yumĢaq  toxumalarının  irinli  iltihabı  proseslərinin 
müalicəsində  antioksidantların  yeri  və  rolu―  adlı  doktorluq  dissertasiyasını 
müdafiyə edib, tibb elmlər doktoru alimlik dərəcəsi almıĢdır. 
1992-ci  ildə  vətənə  qayıdaraq  Azərbaycan  Tibb  Universitetinin  cərrahi 
stomatologiya kafedrasında professor vəzifəsində çalıĢmıĢdır. 
1992-1993-cü  illərdə  Azərbaycan  Respublikası  Prezidentinin  Ġcra 
Apparatının Humanitar siyasət Ģöbəsinin müdir müavini, 1993-1998-ci illərdə isə 
Nazirlər  Kabinetinin  Səhiyyə  və  sosial  problemlər  Ģöbəsinin  müdiri  vəzifəsində 
çalıĢıb.  1997-2000-ci  illərdə  BMT-nin  Azərbaycan  Respublikası  üzrə  Milli 
Ə
laqələndiricisi  olub.  1998-ci  ildə  Azərbaycan  Tibb  Universitetinin  cərrahi 
stomatologiya  kafedrasının  professoru  vəzifəsinə  seçilmiĢ  və  2007-ci  ildə  Ağız  və 
60 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
210 
üz-çənə cərrahiyyəsi kafedrasının müdiri vəzifəsinə seçilmiĢ və hazırda bu vəzifədə 
çalıĢır. 
Ç.R.  Rəhimov  100-ə  yaxin  elmi  məqalənin  müəllifidr,  onlardan  24-ü 
PubMed Beynəlxalq Elmi bazasına daxil edilib. O, üz-çənə cərrahlığına da bir sıra 
töhvələr vermiĢdir. 
Azərbaycanda ilk dəfə olaraq bir sıra əməliyyatlar o cümlədən əməliyyatönü 
lazer  stereolitoqrafiya  və  virtual  planlaĢdırma  ilə  rekonstruktiv-bərpa  əməliyyatı, 
süni titan implantatlarla artroplastika əməliyyatları, incik sümüyündən götürülən 
damar  ayaqcıqda  autotransplantatla  çənə  sümüyünün  rekonstruksiyası,  gicgah-
çənə  oynağının  artrosintezi  və  artroskopiyası  və  digərləri  onun  adı  ilə  bağlıdır. 
Çingiz  Rəhimov  novator  cərrahdır.  2  müəlliflik  Ģəhadətnaməsi  almıĢdır.  Çingiz 
müəllim pedaqoq kimi də Universitetdə nüfuz qazanmıĢdır. Onun yazmıĢ olduğu 5 
dərs  vəsaiti  tələbələrin  eyni  zamanda  müəlliflərin  stolüstü  kitabına  çevrilmiĢdir. 
Onun rəhbərliyi altında 8 tibb üzrə fəlsəfə doktoru hazırlanmıĢdır. 
Professor Çingiz Rəhim oğlu Rəhimov ömrünün çiçəkləndiyi anları yaĢayır. 
Ona uzun ömür can sağlığı arzulayırıq. 
 
ÜZ-ÇƏNƏ CƏRRAHİYYƏSİ KAFEDRASININ ƏMƏKDAŞLARI. 
 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin