SAĞlamliq və GÖZƏLLİk jurnali sayı: 14. 2012 həyat -lə



Yüklə 4,65 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix25.01.2017
ölçüsü4,65 Mb.
#6399
1   2   3   4

oyadınız Azərbay-

canın ilk qəzetçisi,

ilk jurnalisti Həsən

bəy Zərdabinin soyadı ilə

eynidir. Bu sizin üçün nə

deməkdir? 

Zərdabi soyadını daşımağım cox

qüruvericidir. Uşaqlıqdan müəl-

lim olmaq arzusunda idim. Allah

da arzuma catdırdı. Yazmaq da

ailədən gələn bir vergidir. Nənəm

Rəbiyyə xanım Mirzəxanova Zər-

dabi Azərbaycanın ilk qadın qəzet

baş redaktoru olub. Atamı çox er-

kən itirmişəm, 1 yaşım olanda.

Sonralar gözəl şerlərini oxumuş-

dum. Bu barədə danışanda cox

kövrəlirəm. Hamısı çox dəyərli in-

sanlar idi, həm mənim ücün, həm

Azərbaycan üçün.

-Ailəniz haqqında danışar-

dınız.

Övladlarım televiziya rejissorlu-

ğu ixtisasını seçdilər. Nərgiz ailə-

lidir. Türkiyənin tanınmış ailələ-

rindən olan Hatipoğlu ailəsinin

gəlinidir. TRT AVAZ da calışır.

Həm rejissor, həm də aparıcıdır.

Ankarada yaşayır. Nərgizin tele-

viziyada calışmasında və təkmil-

ləşməsində İctimai televiziyanın

çox böyük rolu var. Bunun üçün

hər zaman çox hörmət etdiyim İs-

mayıl Ömərova bir təşəkkür bor-

cum var. Oğlum Hüseyin Azad

Azərbaycan Televiziyasında dubl-

yaj şöbəsində səs rejissorudur. Hər

ikisindən də çox razıyam. Xeyirli

və çox tərbiyəli övladlardır. Ailə-

mizin və soyadımızın layiqli da-

vamçılarıdır.



-Özünüzü hansı vaxtlar

xoşbəxt hesab edirsiniz? 

Mən səmimi bir etiraf edim. Bir

adama faydam toxunanda xoş-

bəxtəm. Təzə bir kitabım olanda

xöşbəxtəm. Gözəl bir muğam kon-

sertində olanda xöşbəxtəm. Dost-

larım çoxdur, sənət adamlarıdır

çoxu. Respublikanın əməkdar ar-

tisti Gülüstan Əliyeva cox yaxın

rəfiqəmdir. Respublikanın Xalq

artisti Mələkxanım Əyyubova 30

illik dostumdur. Tarzən Professor

Möhlət Müslümovla ailəvi dos-

tuq. Onlarla vaxt keçirmək də mə-

ni xöşbəxt edir.

-Ailənizə vaxt ayırmaqda

çətinlik

çəkmirsiniz? 

Ailəmə çox vaxt ayırıram, evi bir

kitabxanaya cevirmişəm. Vaxtı-

mın çoxu evdə keçir. İki ildir Tür-

kiyədə çap olunan "FİKİR, SƏ-

NƏT VƏ ƏDƏBİYYATDA TÖRƏ"

dərgisinə Azərbaycan təmsilçisi

secilmişəm. Azərbaycan mədəniy-

yəti, yazarları və şairləri haqda ya-

zılar yazıram, dərgiyə yollayıram,

sevə-sevə oxunur. Mikayıl Müşviq

haqqındakı yazım İlin Yazısı se-



Bir adama faydam toxunanda 

S

xoşbəxtəm







Rəbiyət Zərdabi

20

“Avislə İşgüzar” rubrikasının qonağı mədəniyyətşünas,



Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univer-

sitetinin müəlliməsi Rəbiyyə Zərdabidir.



21

www.avismed.az

çildi. İncəsənət Universitetində

dərslərim və dərgi əsas işlərimdir.

Qalan vaxtımı ailəmə sərf edirəm.

Şükür Allaha narazıçılıq yoxdur. 



-Gənclərlə işləmək sizi yor-

mur ki? 

Yormur, yorğunluq hissi mənə

yaddır. Dincəlməyə də vaxtım

olur. Musiqi dinləməyə də kitab

oxumağa da, gənclərlə işlədiyim

üçün onların enerjisi mənə də ke-

çir.

-Sizcə, yalnız işləyən qa-

dınlar baxımlıdırmı? 

Qadın işləsə də işləməsə də müt-

ləq özünə baxmalıdır. Özünə bax-

mayan qadın tənbəldir.



-Gözəl qadın necə olmalı-

dır?

Gözəl qadın mənim ücün rəhmli

olandır, ailəsinin başını uca edən-

dir, savadlı olandır, cəmiyyətə xe-

yiri dəyəndir. Gözəllik nisbidir,

xeyiri olmayan gözəllik nəyimə

gərəkdir....

-Yeməklərinizi bəyənirlər-

mi? 

İnanın tərif kimi cıxmasın, çox gö-

zəl yeməklər bişirirəm. Ev işlərini

sevirəm, ancaq bütün günümü də

işlərimə sərf edirəm. Uşaqlıqdan

vaxt bölgüsü aparmağı bacarıram.

Ailənin tək övladı idim, ancaq

mütəvazi bir ailədə böyüdüm,

sadə və gözəl insanlardan tərbiyə

aldım. Nənəm bunun sübutudur. 



-İlk uğurunuz hansıdır? 

10 yaşında yazım Moskvada bi-

rinci yer tutdu və Kubada bir həf-

təlik tətil qazandım, Fidel Kas-

tronun qonağı olmuşam. 15 Sovet

Respublikasından Azərbaycandan

mən getmişdim.

-Şansa inanırsınızmı? 

Bir filosof var deyir ki şansa

inanıram, çünki sevmədiyim in-

sanların müvəffəqiyyətini necə

izah edərdim. Təbii ki, şans olur,

ancaq ağıl və isdedad birincidir.



- Xoşbəxtsinizmi? 

Xöşbəxtlik anidir, olur və bitir.

Ailəmdən cox adam itirmişəm.

Onların itkisi cox ağırdır. Bu ya-

xında çox yaxın bir dostumu itir-

dim yazar Ceyhun Nağı. Çox

üzüldüm. Yəni, xöşbəxt də olu-

ram, pis olduğum vaxtlar da olur.

Yarı-yarıya, tam xöşbəxtəm de-

səm, yalan olar.



-Həyatda məqsədinizə çat-

mısınızmı? 

Çox məqsədlərə nail olmuşam.

Universiteti bitirdim, müəllim

oldum, övlad yetişdirdim. Çalı-

şırlar, tələbələrim də məni cox se-

vir. Dünyanın 4 bir yanından zəng

vururlar. İnsan nə istəyə bilər ki,?

Sevdiyim işdəyəm, yazılarım ox-

unur. Təbii ki, məqsədimə çat-

mışam.


-Çox yorulmursunuz ki? 

Müəllim kimi yorulmuram, ancaq

yazı yazanda yeni-yeni fikirlər

gəlir ağlıma, axtarışlar və s. Müş-

viq haqqında Türk oxucusuna ya-

zı yazanda çox ağladım. Onun

KKB zindanındakı rəsmləri, istin-

taq ifadələri... Hüseyin Cavidi də

Türk oxucusuna tanıdanda əziyyəti

cox oldu, ancaq nəticəsi yaxşı oldu.



-Gözəl qalmaq üçün nə

edirsiniz?

Gözəl qalmaq üçün nə lazımdır

edirəm. Zarafat edirəm ancaq va-

sitələrdən istifadə edirəm. Yuxu

əsasdır, nə olur-olsun, gündüzləri

iki saat yatıram.



-Hobbiniz nədir? 

Yemək bişirmək mənim hob-

bimdir. Bu barədə təvazökar ol-

mayacağam bişirdiyim yeməklər

adla bilinir. Qarabağ yeməklərini

də cox gözəl bişirirəm. Nənəm

qarabağlı idi, Ağdamdan. Ağdam

xanımları da çox qabiliyyətlidirlər.



-Azərbaycan xanımı necə

olmalıdır? 

Azərbaycan xanımının diqqətə

çox ehtiyacı var. İstər dövlət tərəf-

dən, istər ailəsi tərəfindən. Əlil xa-

nımlara da xüsisi diqqət olmalıdır,

bu barədə bir az gileyliyəm.



-Xanımlara nə sözünüz var? 

Bütün xanımlara vicdanlı və

vətənpərvər olmağı arzu edirəm!


a  is

-

Şəfa

on illər ərzində xorultu

və yuxunun obstruktiv

apnoe sindromu (YOAS)

diggət mərkəzindədir.

Əhali arasında yetişkin şəxslərdə

(əsasən 30-35 yaşdan yuxarı) daha

çox  rast gəlinir. Nəticədə bu pa-

tologiya ayrı bir xəstəlik - Ronx-

opatiya  olaraq ayrılmışdır. Xorul-

damağa ağız-udlağın yumşaq to-

xumalarının vibrasiyası səbəb olur

və yuxu zamanı havanın yuxarı

tənəffüs yollarından çətinliklə

keçdiyini göstərir.  Xoruldama za-

manı özünə məxsus səs yaranır.

Xorultu əsasən  dərin yuxu zama-

nı insanın arxası üstə uzandığı

vəziyyətdə baş verir. Bu zaman

nəfəs almada asanlıqla vibrasiya

edən yumşaq damağın tam bo-

şalması üçün optimal şərait  ya-

ranır.

Əvvəlcə yuxarı tənəffüs yollarının



normal anatomik və fizioloji xü-

susiyyətlərinə nəzər yetirək. Yuxa-

rı tənəffüs yollarına nələr daxildir:

Burun və burun boşluğu, burun-

udlaq, qırtlaq. Tənəffüs  yolu  bu-

run boşluğu ilə başlanır. Hava

burun boşluğundan burun – ud-

lağa, oradan ağiz boşluğu ilə əla-

qəli olan qırtlağa keçir. Ona gorə

də insan yalnız burnu ilə deyil,

həmçinin ağzı ilə də tənəffüs edə

bilir.


Beləliklə, aşağıdakı xəstəliklər za-

manı xorultu və YOAS yaranır:

1) burun tənəffüsünün pozulma-

sına gətirib çıxaran, burun boş-

luğunda anatomik və fizioloji də-

yişiklər;

2) burun-udlaqda anatomik və fi-

ziolji dəyişikliklər;

3) yumşaq damaq və damaq dilçə-

yinin selikli qişasının hiperplazi-

yası;

4) ağız-udlağin limfoadenoid tö-



rəmələrinin hiperplaziyası;

5) insanın artıq bədən çəkisi ol-

duğu zaman udlağın selikaltı tə-

bəqəsində piy yığıntıları;

6) ağız-udlağın əzələ aparatının

neyrogen çatışmazlığı;

Xorultuya, həmçinin, genetik

amillər və ətraf mühitin təsiri də

meyl yaradır. İnsanın yaşı artdıqca

udlağın yumşaq toxumalarının

tonusu azalır və xorultunun yal-

nız tezliyi deyil, həm də ifadə

dərəcəsi artır.

Xorultunun və YOAS-in mexaniz-

mi: yuxuya gedərkən burun-ud-

laq və ağız-udlaq əzələləri boşalır.

Əvvəlcə tənəffüs yolları divar-

larının bir-birinə dəyməsi səbə-

bindən xorultu əmələ gəlir, daha

sonra isə ağız-udlağın  divarları

enir və ağ ciyər ventilyasiyası kə-

silir. Nəticədə 20-90 san. ərzində

insanda tənəffüs dayanır. Bu isə

hipoksiyaya gətirib çixardır. Hi-

poksiyadan bütun toxuma və or-

qanlar əziyyət cəkir. Neqativ in-

formasiya beyinə çatır və onu qı-

cıqlandırır. Bu anda insan xorul-

dayır, tənəffüs yollarını “açır”, 6-7

nəfəs alır. Tənəffüsun dayan-

masının bu cür epizodları bir gecə

ərzində 400 – 700 dəfəyə qədər ola

bilər. Bu da gecə yuxusunun po-

zulmasına və səhər yuxuculluğa

gətirib çıxarır. 

Xorultu, YOAS və fəsadlarının di-

aqnostikasının ən informativ

XORULTU

S

problemi və onun həlli

22

www.avismed.az



metodu – Polisomnoqrafiyadır;

polisomnoqrafiya – yuxu zamanı

orqanizmin müxtəlif funksiya-

larının kompleks monitorinqidir.

Amma bu metodun öz nöqsanları

var – onun YOAS-ın konservativ

və cərrahiyə müalicə nəticələri

üzrə dinamikada təkrar tədqiqat-

ların keçirilmə zərurəti ilə əla-

qədar olan yüksək qiyməti və çox

zəhmət tələb etməsidir.

Xorultu və YOAS-in müalicəsi –

ümumi (profilaktik) və xüsusi

(müalicəvi) tədbirlərə bölünür;

onlar da, öz növbəsində, konserv-

ativ və cərrahi müalicə metod-

larına ayrılırlar. Əsas məqam  ilk

növbədə rinoskopya zamanı aşkar

edilir. Burun tənəffüsün çətinləş-

məsinə imkan yaradan və nəfəs al-

mağa böyük müqavimət yaradan

səbəblər – burun çəpərinin

əyriliyi, burun konxalarınin hiper-

trofiyası, polipoz sinusit, damaq

badamcıqlarınin ( tonzilla) hiper-

plaziyası, burun-udlağın kistası,

piylənmə zamanı udlağın selikli

qişaaltı təbəqəsində piy toxuma-

sının yığıntıları, burun-udlağın

xoşxassəli və bədxassəli törəmə-

ləri. Bütün sadalanlar yumşaq to-

xumaların vibrasiyası və xorul-

tunun əmələ gəlməsi ilə müşayət

olunur.


Xəstəliyin müalicəsi səbəbinə görə

aparılır:

-bədən çəkisinin azalması;

-siqaretdən imtina etmək;

-alkoqol, trankvilizator və yuxu

gətirici preparatların qəbulunun

(xüsusuilə də,  gecə) dayandırıl-

ması;


-yuxu zamanı bədənin vəziyyə-

tinin dəyişməsi;

-CPAP – terapiya( ing.dil. “contin-

uous aitway pressure”) – ən effek-

tiv konservativ müalicə meto-

dudur. Buruna hava keçirməyən

maska bərkidirlər, onun içərisində

mini – ventilyator vasitəsilə artıq

təzyiq yaradırlar. Pacientlər müa-

licənin  artiq birinci gecəsi yaxşı-

laşma hiss edirlər. Amma bu me-

todikanın nöqsanı odur ki, o, yal-

nız kompensator xarakter daşıyır,

yəni YOAS-nun sağalmasına

gətirib çıxarmır.

Cərrahi metodlar – lazerdən, krio-

cərrahiyədən, radiocərrahiyədən

istifadə etməklə aparılır. Uvulo-

palatoplastika – yumşaq damaqda

xüsusi tikişlərin qoyulması əmə-

liyyatıdır.

Yüngül dərəcəli xəstəlikdə 98%,

ağır xəstələrdə 60% effekt verir.

Son illər yumşaq damaq və bu-

run-udlaqda yeni minimal invaziv

cərrahiyə metodları işlənib-hazır-

lanmışdır. Onların üstünlükləri:

ətraf toxumaların zədələnməsini

azaldan qoruyucu kəsik, yaxşı ko-

aqulyasiya effekti, yara divarla-

rının nekrozunun olmaması, onun

tez sağalması, əməliyyat texnika-

sının sadəliyi.

Beləliklə, xorultu, xüsusilə də, yu-

xunun obstruktiv apnoe sindromu

ilə müşayət olunan forması – ki-

fayət qədər yayılmış xəstəlikdir ki,

bu zaman hipoksiyadan organiz-

min bütün orqan və sistemləri

əziyyət çəkir.  Bu patologiya yal-

nız tibbi deyil, həm də sosial prob-

lemdir  və vaxtında aşkar edilib

aradan qaldırılması vacibdir.

z

z



z

z

z



z

z

Lalə Seyfullayeva



HB Güven klinikası

Həkim, 

otorinolarinqoloq- LOR

Z

-Murad, idman sənin üçün nə

deməkdir?

Uşaqlıqdan idmanla məşğul oldu-

ğuma görə bu suala cavab vermək

mənim üçün çətin deyil. İdman

mənə görə yaşamaq, nəfəs almaq,

dünyanı görən göz deməkdir.

Mən həyatı idmansız təsəvvür edə

bilmirəm. İdmansız  yaşamaq

canlı ikən ölmək deməkdir mənim

üçün. Ən başlıcası isə idman mə-

nim üçün vətənə olan sevgimdir,

bayrağımdır, himnimdir .



-Neçə yaşından idmanla məşğul

olursan?

Mən uşaqlıqdan idmanla məşğul

olmuşam. İdmanın bu növünə

olan marağım lap uşaq yaşlarım-

dandır. Valideyinlərimin və müəl-

limlərimin köməkliyi ilə mən id-

manın bu növünə yazıldım. 14 ya-

şımdan etibarən yüngül atletika

ilə məşğulam. 

-Niyə peşəkar idmançı olmaq

qərarına gəldin?

Uşaq vaxtlarımda peşəkar idman-

çılarımızı görür, onların necə al-

qışlarla qarşılandıqlarının şahidi

olurdum. Belə vaxtlarda özüm

özümü tanıya bilmirdim. Özümü

onların yerində təsəvvür edirdim.

Mən də himnimizi səsləndirmək,

bayrağımızı yüksəklərə qaldır-

maq istəyirdim. Məhz elə buna

görə də bu qərara gəldim.

-Fəxri kürsüyə qalxanda hansı

hissləri keçirirdin? 

Bu elə bir hissdir ki, dillə ifadə et-

mək çox çətindir. Bunu ancaq ya-

şayan bilər.

Həmin vaxt heç nə hiss etmirsən,

sadəcə olaraq yüksəklərdə dalğa-

lanan bayrağı, səslənən himnimizi

və ucalan alqış sədalarını eşidə bi-

lirsən. Bu hiss insanı qanadlan-

dırır, qürurlandırır. Görəndəki ta-

nıdığın, tanımadığın insanlar ayaq

üstündə vətənimin himnini din-

ləyir, bayrağın yüksəklərdə dalğa-

lanır, insan sevincdən göz yaş-

larına hakim ola bilmir. Məşqlər

ərəfəsində çəkdiyin əziyyətləri

unudursan. Mən bütün bunlara

görə müəllimlərimə minnətda-

ram.

-Uduzmaq necə bir hissdir?

Bilirsiniz yarışda uduzmaq o de-

məkdir ki, sən bir ilini itirdin. Sənə

olan inamı itirirsən. Adam evə be-

lə getmək istəmir. Ancaq fikirlə-

M

urad 

İ

badullayev:

İdman mənə görə 

yaşamaq, nəfəs almaq deməkdir



“Avislə idman” rubrikamızın bu dəfəki qon-

ağı yüngül atletika üzrə “İlin idmançısı"

seçilən Murad İbadullayevdir. 

a  is

-

İdman

24

www.avismed.az



şirsən ki, qələbə olan yerdə məğ-

lubiyyət də olar.Əsas odur ki, ruh-

dan düşməyəsən, məşqlərini da-

vam etdirəsən, gələcək yarışlara

daha da inamla çalışasan. Ancaq

belə olanda sən məğlubiyyəti

unudar, qələbə əzmi ilə çalışarsan.

-Adi vaxtlarını necə keçirirsən?

Adi vaxtlarda kitab oxuyur, kom-

püterlə məşğul oluram.

-Hansı üslubda geyinməyi xoşla-

yırsan?

Mən ancaq idman üslubunda ge-

yinməyi xoşlayıram. Hə a bir

ziyafətə gedəndə də yenə də hə-

min üslubda geyinirəm.

-Formada qalmaq üçün nə edir-

sən?

Formada qalmaq üçün yarışdan

qabaq stabil məşqlər keçiririk.

Məşqlərimizin sayını artırırıq. Elə

məşqlər keçiririk ki, bundan sonra

mümkün deyil ki, formaya düş-

məyəsən. 

-Psixoloji cəhətdən yarışlara necə

hazırlaşırsan?

Özümdə qələbəyə inam hissi ya-

radıram, bu da mənə kömək edir.

-Ailədə idmanla məşğul olan var-

mı?

Demək olar ki, hər kəs- atam,

anam və qardaşım idmanla məş-

ğul olurlar. 



- Qida qəbulunda nələrə üstün-

lük verirsən?

Qida qəbulunda təbii ki, diqqətli

oluruq ki, formamızı qoruyaq.

Əsasən yağlı qidaları az yeyirik.

Çünki onda əzələ yox, piy inkişaf

edir. Daha çox süd məhsulların-

dan istifadə edirik. Ancaq ətdən

də hər gün istifadə edirik. Çünki

ətdə kalori çoxdur. Meyvədən də

çox istifadə edirik.  



-Bir az da uğurlarından danı-

şardın.

2008 –ci ildə Asiya çempionatında

yeniyetmələr arasında birinci yer

tutdum. Dünya çempionatında

2009-cu ildə cıxış etdim. Elə həmin

il də Avropa çempionatında çıxış

etdim.

2011-ci ildə Volqoqradda keçiri-



lən “Qubernator” kubokunda işti-

rak edərək  birinci yeri tutdum.

Yeniyetmələrin Azərbaycan rekor-

dunu qazanıb 2011-ci ildə Avropa

çempionatında 20 yaşlılar arasın-

da  ikinci yeri tutdum. 2010 cu ildə

isə  Kanadada Dünya çempi-

onatında iştirak etdim. 2011- ci

ildə də yüngül atletika üzrə “İlin

idmançısı” seçildim.



-Nə vaxtsa  məşqçi kimi fəaliyyət

göstərəcəyini düşünürsənmi?

Məşqçi kimi fəaliyyət göstərə bil-

mərəm. Çünki müəllimlik çox çə-

tin bir sənətdir. Ona görə də nə

vaxtsa məşqçi kimi fəaliyyət gös-

tərəcəyimi heç düşünməmişəm.



-Jurnalımızın oxucularına, yaşıd-

larına hansı tövsiyyələrin var?

Tənbəl olmasınlar. İndiki cavan-

ların bir çoxu özlərini yalnız bu

günki məşq üçün hazırlamasın-

lar. Özlərini sabah üçün hazır-

lasınlar. Belə olanda onlar irəliləyə

bilərlər. Fiziki cəhətdən güclü

olmaq lazımdır. Gənclərimizə ilk

olaraq əzmkar olmağı arzula-

yıram. İş insanın cövhəridir. Əziy-

yət çəkirlərsə gec-tez onun bəh-

rəsini görəcəklər. İstərdim ki,

Azərbaycanımızı layiqincə təmsil

etsinlər. 2012–ci ildə nailiyyət-

lərimiz daha da çox olsun. Çünki

nə qədər çox qələbəmiz olsa o

qədər də çox tanınarıq. İdman ən

gözəl siyasətdir. Azərbaycana la-

yiq gənclər olsunlar. Hər kəsə zə-

dədən uzaq olmağı və uğurlar qa-

zanmağı arzulayıram.

25

www.avismed.az



a  is

-

Ulduz

26

www.avismed.az



- Elnarə, özünüzü bir neçə cümlə

ilə necə ifadə edə bilərsiniz?

Sadə, təbii, səmimi, təvazökar... 



-Necə oldu ki, bu sənəti seçdiniz?

Təsadüf nəticəsində. Atamın ya-

xın dostunun həyat yoldaşı qar-

daşımın ad günündə bizdə ikən

mənim pianoda çalıb-oxumağımı

gördü və çox bəyəndi. Anama da

dedi ki, gəl onu Vaqif Gərayza-

dənin yanına aparaq.



-Sizin üçün sevgi nə deməkdir?

Sevgi mənimçün sevmək və

sevilmək deməkdir, ancaq burada

söhbət tək kişi-qadın münasi-

bətlərindən getmir təbii ki. Öv-

ladlarımın, yaxınlarımın, doğma-

larımın, kolleqalarımın sevgisi də

buna misal ola bilər. 



-Sizin üçün Show-business nə-

dir?

Adından göründüyü kimi show

və biznes.

-Sizin geyimlərinizi kim məs-

ləhət görür?

Hal-hazırda bütün məsləhətləri

həyat yoldaşım Rövşən Cahan-

girov və Günel Sərdarqızı ilə edi-

rəm.

-Plastik əməliyyatlara münasibə-

tiniz necədir?

Çox normal.



-Hansı müğənnilərə qulaq asır-

sınız?

Ümumiyyətlə, bir çoxlarını bəyə-

nirəm, ancaq hazırda Göksel və

Nil Karaibrahimgili dinləyirəm.



-Sizin üçün qadın gözəlliyi nə-

dir?

Qadın gözəlliyi təbiilikdir.



-Həyatda nədən qorxursunuz?

Yaxınlarımı itirməkdən. 



-Sizdə paxıllıq hissi varmı?

Var əlbə ə ki. Normal yuxu yatan-

lara, havayı yeyənlərə, ömrü-gü-

nü məzuniyyətlərdə keçənlərə

dəhşət paxıllıq edirəm. 

-Xəyanətə münasibətiniz necə-

dir?

Yaxşı deyil.



-Hansı günləri həyatdan silmək

istərdiniz?

Şükür Allahın məsləhətinə. Alla-

hın izni olmadan bir yarpaq belə

yerə duşə bilməz. Heç bir günü-

mü. Demək ki, belə məsləhət imiş

və hər nə olursa, mütləq yaxşılığa

doğrudur.

-Ən qiymətli əşyanız nədir?

Açarlarım. 



-Ən çox özünüzdə nəyi qiymət-

ləndirirsiniz?

İnsanlara qiymət verə bilmə qa-

biliyyətimi.

-Sizcə müğənniyə təhsil vacib-

dirmi?

İndiki zamanda təhsil hamıya

vacibdir, peyğəmbərimiz əbəs ye-

rə deməyib, 1 saat elmlə məşğul

olmaq – 60 il nafilə ibadətə

bərabərdir. Bu əlbə ə ki, təhsilin

dəbdə olmayan bir vaxtı üçün

daha çox aktual idi, ancaq indi

təhsil almayan elə bilirəm ki, yox-

dur.


-İdealınız kimdir?

Sizi bəlkə də pərişan edəcəm, an-

caq ideal insan olmur. 

Qüsursuz bircə Yaradandır.



-Mümkünsə bir az yaradıcılığı-

nızdan danışın.

Yaradıcılıq fövqəl bəşəri bir pro-

sesdir. Onun üçün kanalların açıq

olması və antenalarımızın sağlam

və uzun olması lazımdır ki, yuxarı

ilə rabitə yaradıla bilsin və pozul-

masın. Daha sonra isə bir az Allah

vergisi və hər şey hazırdır.



Yüklə 4,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin