-Ana olmaq asandır, yoxsa sənət-
kar?
Yəqin ki, ana olmaq, çünki bu sə-
nətə kar olandan sonra, gərək
özünü bütünlüklə ona həsr edə-
sən, bu isə ana olan uçün çox
çətindir.
-Ürəyinizdə çox sirr var?
Yox. Həkim mənə deyib ki,
ürəyində heç nə saxlama (gülür).
"Qadın gözəlliyi təbiilikdir"
Elnarə Xəlilova
Müğənni Elnarəni hamınız tanıyırsınız. Hər zaman gözəl mahnıları ilə bizi şövqləndirən bu
gözəl sənətçimizin müsahibələrini çox oxumusunuz. Ancaq bu dəfəki müsahibə daha fərq-
lidir və Elnarənin sağlamlığa və gözəlliyə olan münasibətini ortaya qoyur. Eyni zaman-da
onun hər zaman gözəl və təravətli qalmağa necə nail olduğunu öz dilindən eşidirik.
27
www.avismed.az
Elnarə uşaqlıqdan oxumağı çox sevir.
2000-cı ildə Vaqif Gərayzadənin trio-
suna dəvət alıb. Qrupda çalışdığı
vaxtlar Zülfiyyə Xanbabayevanın,
Aygün Kazımovanın və bir çox uldu-
zların bek vokalisti olub. Qrupdan
ayrıldıqdan sonra "Şərq Ulduzları" uşaq
teatrında çalışıb. Sonradan "Elnarə və
onun dostları" qrupunu yaradıb. İlk mah-
nısı "Sənsizəm" olub. Həmin il "Qəm
otağı" adlı ilk klibi işıq üzü görüb. Bundan
əlavə Özbəkistanda "Nəzakət", Azərbaycanda
istehsal olunan "Məşədi İbad-97" filmlərində baş
rol alıb. İndiyə kimi 6 klibi işıq üzü görüb - "Qəm
Otağı", "Məhəbbət Payım", "Uzaqlara", "Yuxulu
şəhər", "Çünki gəncsən", "Cibdə varsa pul". 2006-cı
ildə ailə həyatı qurub. Həmən o ildə “Məhəbbət
Payım" adlı solo albomunu buraxıb. Evlidir. 3 uşağı
var.
-Siz mənə maraqlı bir insan kimi təsir
bağışlayırsınız. Özünüzü necə xarak-
terizə edərdiniz?
Xarakteri maraqlı bir insan kimi.
-15 il əvvələ qayıtsaydınız həyata nə-
dən başlayardınız?
Bənövşə Uşaq Xorundan.
-Sağlamlıq üçün qidaların əhəmiyyəti
nə dərəcədədir?
Birinci dərəcədədir təbii ki, ancaq pa-
xıllıq, kin, hirs, acıq kimi neqativ hiss-
lərə də arabir hakim olmaq lazımdır,
çünki artıq sübut olunub ki, onlar da
sağlamlığa ziyan edir və muxtəlif xəs-
təliklərə səbəb olmasına zəmin yaradır.
Kilolarınızı kontrol etmək üçün nələrə
diqqət edirsiniz?
Yediyim karbohidratlara.
-Xanımlar üçün gözəllik tövsiyyəniz
varmı?
Var. Gözəllik ondur, doqquzu isə don-
dur.
-Oxucularımıza arzularınız nədir?
Arzum budur, boy atsınlar, yüksəlməyə
can atsınlar, uca zirvəyə çatsınlar, bircə
Haqqa qovuşsunlar, halala haram qat-
masınlar, dostu darda atmasınlar, yaxşı-
yaman anlasınlar, mömin qəlbi qır-
masınlar, dedi-qodu etməsinlər, bəndə
haqqı yeməsinlər, insana qiymət ver-
sinlər, böyüyə hörmət etsinlər, övlad-
larını sevsinlər, ana-ata, bacı-qardaş, öv-
lad qədrini bilsinlər, bir-birini did-
məsinlər, nifaq salıb gülməsinlər, bilmə-
yəni öyrətsinlər, gəlməyəni gətirsinlər,
günəş olub saralsınlar, bulud olub gö-
yərsinlər, torpaq olub qaralsınlar, üst
məqama yetişsinlər! Amin !!!
a is
-lə
Ulduz
28
www.avismed.az
Saç əkimindən
Saç əkimindən 10 xəbər…..
1
Saç əkimi nədir?
Və hansı üsulla
həyata keçirilir?
Tökülmüş saçların yeganə bərpa yolu
olub,tüklərin daha sıx olan hissəsindən-ənsə
nahiyyəsi və iki qulaqarası hissəsindən sey-
rəlmiş hissəyə transferi olaraq bilinir. Eyni
seansda 10.000-15.000 saç telini son texno-
logiya ilə əkmək mümkündür.
FUE metodu ilə saç əkimi ən çox istifadə olu-
nan saç əkimi metodudur. Bu lokal anas-
teziya altında saçlı toxuma alınmadan, kəsik,
tikiş izi olmadan saç köklərinin tək-tək alın-
ması və əkimi prossesidir. Bu metodla əkilən
saçlar çox qısa müddətdə çıxmaya başlar və
heç tökülməzlər.
Kimlər saç
əkdirə bilər?
2
Müxtəlif tipli, xüsusilə kişi tipli saç
tökülməsi olan istənilən insana saç
əkimi əməliyyatı aparıla bilər. Bu
əməliyyatda yaş məhdudiyyəti
qoyulmur. Ən sıx rastlanan yaş
qrupu 25-50 yaş olsa da,ən aşağı
yaş həddi 20 yaş olmaqla 70-77 ya-
şa qədər olan insanlarda saç əkimi
aparıla bilər. Həm kişilərdə, həm
də qadınlarda bu əməliyyat yaşın-
dan asılı olmayaraq uğurlu nəti-
cələr verir.
Saç əkimi harada
və kimlər
tərəfindən aparılır?
4
Saç əkimi hansı
üsulla aparılır?
Saç əkimi cərrahi əməliyyatdır və bu
əməliyatın plastik-estetik cərrahlar
tərəfindən aparılması vacibdir. Əmə-
liyyat plastik cərrahın nəzarəti altın-
da bu sahədə təcrübəsi olan insan-
larla qrup şəklində həyata keçirilir.
Saç əkimi əməliyyatı əməliyyatxana-
da tam sterilliyə riayət etməklə apa-
rılır .
Saç əkimində 2 üsul var :FUE ve
FUT metodları.
FUT metod demək olar ki,artıq
istifadə olunmur. FUE texnikası
daha çox istifadə olunur, bu me-
todla daha təbii saçlar əldə et-
mək olur .
a is
-lə
Estetika
30
www.avismed.az
3
Saç əkimində genetik baxımından
tökülməyə daha dayanıqlı olan
hissədən-ənsə nahiyyəsi və iki
qulaqarası sahədəki tük köklərin-
dən istifadə olunur. Buna görə də
dolayısıyla əkilən saçlar tökülmə-
yə daha dayanıqlı olur və tökül-
mürlər.
Saç əkimi əməliyyatı 4-8 saat da-
vam edən əməliyyatdır. Bu əkim
aparılacaq açıq sahədən və əki-
ləcək tük sayından da asılıdır. 2
gün ərzində öz sosial həyatınıza
dönə bilərsiz. Əgər əməliyyat qəra-
rı vermiş insan bu əməliyatı çevrə-
sindəkilərdən gizli saxlamaq istə-
yirsə, bu onun toplam 10-15 günü-
nü alacaq.
Əməliyyat sonrasında əkim aparı-
lan bölgədə qırmızı qabıqlanmalar
olur. Əkimdən sonra gündə 1dəfə
olmaqla 7-10 gün ərzində saçların
yuyulması proseduru aparılır. Bu-
nunla da qabıqlar tökülür və yara
sahəsində yaxşılaşma mərhələsi
başlayır. Qabıqlarla bərabər əkilən
saçlar da tökülür. Bununla da 15
günlə 1 ay arasında saçları gö-rün-
tüsü əvvəlki vəziyyətinə qayıt-mış
olur. Yeni saçlar 3 ay sonra yavaş
yavaş çıxmağa başlayır. Xəs-tədə
nəzərəçarpan dəyişiklik 5-6 cı ay-
lardan başlar. 9-cu aydan əkilən
saçların 90% -ə qədər çıxmış ola-
caq. Qalan 10% -i ilk birinci ilin so-
nuna qədər çıxmağa davam edər.
Əkimin nəticəsini 1-ci ilin sonunda
görə bilərik.
Saç əkimi sonrası sağlamlığa mənfi
təsir edə biləcək hər hansı ağırlaş-
ma qeydə alınmamşdı. Əməliyyat
yerli anesteziya ilə aparıldığından,
son dərəcə risksiz bir əməliyyatı-
dır. Onkoloji xəstəlikdən əziyyət
çəkən insanlar istisna olmaqla bü-
tün saç tökülməsi problemi olan
insanlarda bu əməliyyat aparıla
bilər.
Saç əkimini bir seansda tamamla-
maq mümkündür. Bu əkim
aparılacaq sahənin böyüklüyün-
dən və saç tökülməsinin davam
edib-etməməsindən asılıdır. Buna
görə də saç əkimi bir neçə seansla
da aparıla bilər. Bu halda
seanslararası müddət 4-5 aydır.
Lakin bəzən sadəcə sıxlaşdırmaq
üçün təkrar seansa ehtiyac ola
bilər. Bunun üçün 1 ilin keçməsi
vacibdir. Bu müddət ərzində əkil-
miş saçların çıxması tamamlanır
və seyrək sahələr daha da aydın
görünür.
Saç əkimində daha təbii görüntü
almaq üçün bəzi faktorlar çox
vacibdir. Bunun üçün əkim aparı-
lacaq insanın simasına uyğun ön
çizginin müəyyənləşməsi, əkiləcək
bölgədə saç sıxlığının təyin olun-
ması və təbii saç görüntüsü əldə et-
mək üçün gərəkli olan saç miqda-
rının hesablanmasıdır.
n
şok
xəbər
…..
Saç əkimindən
sonra əkilən
saçlarda tökülmə
olurmu?
Saç əkimi
əməliyyatı neçə
saat davam edir?
Neçə müddətdən
sonra yeni saçlar
çıxmağa başlayır?
Saç əkiminin hər
hansı əks göstərişi
və ya yan təsiri
varmı?
Saç əkimini neçə
seans aparmaq
olar?
Saç əkimində
təbii görün-
tünü necə
əldə etmək
olar?
Taha Mehmetoğlu
Estetik Cərrah-HB Güven klinik
Tel: 050 322 75 73
31
www.avismed.az
7 9
10
8
6
5
a is
-lə
Yemək
32
www.avismed.az
Ləzzət yolçuluğu
Jurnalımızın bu
sayında göyər-
tilərdən, meyvə və
tərəvəzlərdən hazır-
lanmış rəngbərəng
və ləzzətli yemək tək-
ifləri təqdim edirik.
Bir-birindən ləzzətli
yeməklərlə nəşəli
bahar süfrəsinə
buyurun.
}
Gicitkən şorbası:
Lazım olanlar:
2 qaşıq qarğıdalı unu, 1 qaşıq buğda unu, 1 soğan, 1 qaşıq kərə
yağı, 1 kasa gicitkən, 1 dəstə kereviz yarpağı, 2-3 zoğ təzə sarım-
saq, kərəyağı və duru yağ, su, duz.
Hazırlanması:
Kərə yağını və duru yağı qazana qoyun. İncə-incə doğranmış
soğanı bu yağda qızardın. Sonra buna qarğıdalı ununu və buğda
ununu əlavə edib qovurmağa davam edin. Üzərinə soyuq su
əlavə edin, yavaş-yavaş qarışdıraraq qaynadın. Şorba qatılaşmağa
başlayandan sonra, incə-incə doğranmış gicitkənin yarpaqlarını,
sarımsaq zoğlarını və kərəviz yarpaqlarını əlavə edin. Bir az qay-
nadın və şorbamız servis üçün hazırdır.
}
İzmir plovu:
Lazım olanlar:
2 stəkan düyü, 1 soğan, 1 qaşıq kərə yağı, 1 stəkan qoz, 2 qaşıq fıstıq, 2 qaşıq
quşüzümü, 1 qaşıq iri fıstıq, 1 çay qaşığı darçın, 6 ədəd quru qaysı, cəfəri,
şüyüd, duru yağ, 1 su stəkan ət suyu, su, duz, bəzəmək üçün təzə göyərti.
Hazırlanması:
İncə doğranmış təzə soğanı bir-iki dəqiqə kərə yağında qovurun. Düyü və
duzu da əlavə edin və 4-5 dəqiqə yenə qovurun. Isti ət suyunu əlavə edin və
vam odda plovu bişirin. Plov dəmlənirkən başqa bir qabda duru yağda iri
fıstığı, sonra qozu, quş üzümünü, kub şəklində doğranmış qaysını, fıstıqları
əlavə edib iki-üç dəqiqə qovurun. Dəmlənən plovun üzərinə bunları əlavə
edin. Darçını, incə doğranmış cəfəri və şüyüdü də plova əlavə edin və
hamısını qarışdırın.
Plovumuz artıq hazırdır. Servis qabında üzərini göyərti ilə bəzəyin.
33
www.avismed.az
Assos’da
iktor Hüqonun ölməz
əsərinə səhnəlik etmiş,
Parisin göz bəbəyi olan
məşhur Notre Dame kilsəsinin üç
giriş qapısının birindən bizə ba-
xan müqəddəs heykəlləri göstərib
sual verdi: "Tapın görək bu mü-
qəddəslərdən hansı bu gün Türki-
yənin yerləşdiyi coğrafiyada xris-
tianlığı yaymağa çalı-
şıb?" Rəhbərimizin bu
sualını aramızda əv-
vəllər Antakyanı gö-
rən bir nəfər cavab-
ladı: "St.Paul". Rəhbə-
rimiz davam etdi:
"Əhsən! Bəs getdiyi
digər bir ünvanın da
Çanaqqalanın mahalı
Assos olduğunu bilir-
diniz?”-“Xeyr, bilmir-
dim”.
Limonad ətirli, gü-
nəşli bir yaz gününün
sonunda əvvəlcə göy,
sonra boz və daha
sonra qapqara buludlarla, şiddətli
bir leysanla qarşıladı bizi Assos.
Əhalisinin sayı mini keçməyən bu
kiçik kənd, ətəyində nələr yığıb
saxlamışdı, danışacaq nə çox şey
var idi...
Aristotelin Assosu
Assosda ilk məskən e.ə 2000-ci il-
lərdə olub. Yunan şəhərinin salın-
ması isə e.ə 5-ci yüzillikdə Lesbos
adasından gələn koloniyalarla
başlayıb. Farsların və lidiyalıların
işğalı altında olan və e.ə 5-ci yüzil-
likdə Afina Birliyinə daxil edilən
bölgədə Yunan fəlsəfəsinin ata-
larından olan Aristotelin yaşadığı,
Sokratla Əflatunun isə burada
dərs dediyi söylənilir. Əvvəlcə
Berqama kral-lığının, sonra isə Ro-
manın hakimiyyəti altına düşən
Assos, 1330-cu ildə Karasi əmi-
rinin, daha sonra isə yenicə yaran-
maqda olan Osmanlı imperator-
luğunun qurucularından olan
Orxan bəyin gözündən qaçmayıb.
Ədrəmit körfəzinə quş baxışı ba-
xan, dənizə hakim olan, 235 metr-
lik vulkanik təpənin üzərində sa-
lınmış bu kiçik kəndin cazibə-
sindən qaçmaq mümkündürmü?
Bu gün sanki açıq
hava muzeyinin par-
çalarını təşkil edən
daş evlərin, Atena
məbədinin, teatrın, 14
yüz il tarixi olan bir
körpünün, Murad
Hü-davəndigar məs-
cidinin, daha nələrin
çəkiciliyi, baş döndü-
rən möhtəşəmliyi giz-
lənib Assosda.
Arxeoloji qazıntılar
Assosda ilk arxeoloji
qazıntılar 1881-ci ildə,
amerikalı bir heyətlə
başlayıb. Məbədi, qədim teatrı,
nekropoldakı bəzi məzarları da
məhz elə onlar aşkar ediblər. Çox
təəssüf ki, həmin qazıntılar za-
manı tapılan əsərləri bugün Paris-
dəki Luvr muzeyi ilə ABŞ-dakı
ARİSTOTELİN
MƏKTƏBİ
Zeytun ağacları arasında gizlənən vəmin illik tarixə malik olan Assos
kəndi, bir çox sivilizasiyaya da ev sahibliyi edib. Bəhramqala adı ilə də
tanınan bu kənddə ən çox yunan mədəniyyətinin izləri qalıb. Fəlsəfənin
yaradıcılarından olan Aristotelin də Sokrat və Əflatunla birgə bu kənddə
yaşadığı və dərs verdiyi söylənilir.
V
Boston Muzeyində görmək
mümkündür. Atena məbədinin
qabartmalı layları da bu
muzeylərdə sərgilənir. Daşların
çox hissəsinin gəmilərə yüklənib
İstanbula qədər gətirildiyi və Top-
xananın sahilinin inşasında isti-
fadə olunduğu da gəzən rəva-
yətlərdəndir. 1359-cu il tarixli Mu-
rad Xüdavəndigar məscidində də
bu daşların bəzilərindən istifadə
olunduğu söylənilir.
I Muradın dövründə, Assos da-
ğıntılarında yüksək bir yerdə ti-
kilmiş məsciddə, xüsusilə divar
bəzəkləri diqqət cəlb edir. Gil
mehrabı bəzəyən yarpaqların içə-
risi qabartma rumilərlə bəzədilib.
Minarəsiz tikili hələ də ehtiyac ol-
duqda məscid kimi istifadə edilir.
Onu da qeyd edək ki, Assosda
qazıntılar zamanı tapılıb xaricə
aparılmayan tapıntılar İstanbul
Arxeoloji muzeyində saxlanılır.
Assosda Türkiyənin başqa yer-
lərində rast gəlmədiyimiz əsas bir
xüsusiyyət də şəhərləşmədə olan
qeyri-adilikdir. Belə ki, kəndin
içində quruculuğa qadağa
qoyulsa da, kəndin şimalında
kənd təsərrüfatına əlverişli
olmayan yerlərdə mənzil ti-
kintisinə icazə verilib. Beləliklə də
köhnə və yeni binalar yan-yana,
ancaq iç-içə olmayan formada tik-
ilib.
Assos, yoxsa Bəhramqala
Çanaqqalaya 92 km, Ayvacıq ma-
halına isə 15 km uzaqlıqda olan
Assos “Bəhramqala” adı ilə də ta-
nınır. Bu adın isə Bizans dövründə
bölgəyə qubernator təyin edilmiş
Makhramdan gəldiyi söylənilir.
Kəndin girişində səyyahları kənd-
lilərin əl işi, göz nuru olan tülləri,
stol süfrələri, xalça və kilimləri
qarşılayır. Kəndlilərin əsas gəlir
mənbəyi turizm, kənd təsərrüfatı
və maldarlıqdır. Zeytun ağacla-
rının çoxluğu kəndin əsas zeytun
istehsalçısı olmasına imkan verir.
Belə ki, burada süfrə zeytunu və
zeytun yağı istehsalı geniş yayılıb.
Assos bu gün körpüsünə, Kadırqa
çimərliyinə və yaxın ətrafına görə
2500 insan tutumlu turizm ərazi-
sidir. Yenidən başlayan qazıntı iş-
ləri kəndin və yaxın ətrafın hərə-
kətlənməsinə səbəb olub. Liman-
da tikilən tikililər minarənin oriji-
nallığının pozulmamasını əsas gö-
türülərək inşa edilmiş və otel kimi
qonaq qarşılama müəssisələrinə
çevrilmişdir. Həmçinin, kəndin
özündə və ətraf kəndlərdə ev pan-
sionçuluğu başlamış və ev yemək-
lərinin hazırlandığı kiçik resto-
ranlar yaradılmışdır.
Aristotelin sevgisini tapdığı
kənd
Tarixi neçə min illərə söykənən
Assos kimi yunan şəhəri təbii ki,
maraqlı hekayələrsiz olmaz. On-
lardan biri ilə sizi də tanış edək:
Assos kralı Herminazın bacısı Pyt-
hiasın gözəlliyi dillərdə dastan
olub. Pythiası görənlər onu bir da-
ha ağıllarından çıxara bilməyib-
lər. Məşhur mütəfəkkir Aristotel
Herminasın məktəb yoldaşıdır.
Herminas Aristoteli Assosa dəvət
edir. Bu dəvəti qəbul edən Aristo-
tel yemək vaxtı Pythiası görür və
ona aşiq olur. Aristotel yeməkdən-
içməkdən kəsilir. Bundan sonra
Herminas Aristotelə Assosda bir
məktəb açarsa bacısını ona verə-
cəyin vəd edir. Hekayə Aristotellə
Pythiasın evlənməsi və Assosda
bir fəlsəfə məktəbinin qurulması
ilə sona yetir. E.ə 348-345-ci illər
arasında Aristotel burada “Ərdə-
mə tərif” adlı əsərini yazır.
34
www.avismed.az
öhtəşəm yarışma haqqında
danışmazdan əvvəl bir
qədər Azərbaycandan söh-
bət açaq. “Odlar Yurdu”,
ecazkar diyar, təkrarsız təbiəti, çox-
əsrlik tarixi olan Azərbaycan. Bu-
rada hər daşın altında bir tarix giz-
lənir. Hər bir abidə özündə tarixin
ayrı-ayrı səhifələrini saxlayır. Hara
nəzər salsan, haranı gəzsən hər də-
fəsində yeni bir şey kəşf edirsən bu
qədim diyarda.
Qədim mədəniyyət ölkəsi olan
Azərbaycan Cənubi Qafqazın şər-
qində, Xəzər dənizinin qərb sahi-
lində yerləşir. Gün-gündən daha da
gözəlləşməsinə, müasirləşməsinə
baxmayaraq Azərbaycan öz qədim-
liyindən heç bir iz itirməmişdir.
“Qız qalası”, “Şirvanşahlar sarayı”,
“İçərişəhər”, qədim daş kitabələr,
əlyazmalar, təbiətin bütün rənglə-
rini sanki özündə cəmləşdirən qə-
dim xalçalar tarixin bütün nişa-
nələrini özündə təcəssüm etdirir.
Bütün bu gözəlliklər, təbiətinin rən-
garəngliyi, dolğunluğu və zəngin-
liyi onun sənət əsərlərinə, musi-
qisinə də hopub. Belə ki, burada
həm də musiqi ənənələrinin qədim
kökləri var. Xalqımızın musiqi sə-
nətinə olan məhəbbəti, burada mu-
siqinin həqiqətən də inkişafı dünya
ölkələrinin qatıldığı “Eurovision-
2011” mahnı müsabiqəsində Azər-
baycanın qələbə çalması ilə bir daha
sübut edildi. Bu yarışma ilə əla-
qədar olaraq Bakının hər yerində,
şəhərin sakinlərində bayram əhval-
ruhiyyəsi hiss olunurdu. Müsabiqə
ilə əlaqədar olaraq şəhərin hər ye-
rində müxtəlif konsert proqramları
təşkil edilmişdi.
“Eurovision” mahnı müsabiqəsi
Avropa ölkələri arasında keçirilən
və ən uzunömürlü bir yarışmadır.
Bu müsabiqə 1956-cı ildən etibarən
keçirilir və Avropada ən məşhur
musiqi yarışması hesab edilir. 57-ci
dəfə keçirilən yarışmaya bu il Azər-
baycan ev sahibliyi etdi. “Eurovi-
sion” mahnı müsabiqəsi bütün
avropalıları Azərbaycanda birləş-
dirdi. Yarışmada ümumilikdə 42
ölkə mübarizə aparırdı. Mayın 22-
də və 24-də keçirilən yarımfinal-
larda 26 ölkə iştirak etmək hüququ
qazanmışdı. Bunlar İsveç, İsveçrə,
Rusiya, Serbiya, Azərbaycan, Al-
baniya, Estoniya, Türkiyə, Almani-
ya, İtaliya, İspaniya, Moldova,
Rumıniya, Makedoniya, Litva, Uk-
rayna, Kipr, Yunanıstan , Bosniya
və Herseqovina, İrlandiya, İslan-
diya, Malta, Fransa, Danimarka,
Macarıstan, Böyük Britaniya, Nor-
veç oldu. Azərbaycanın ev sahibliyi
etdiyi yarışma Xəzərin sahilində 25
min nəfərlik “Bakı Kristal Zalı”nda
möhtəşəm şəkildə keçirildi. Burada
təşkil olunan şounun möhtəşəmliyi
gələn hər kəsi heyrətləndirdi. Ma-
yın 26-da gerçəkləşən möhtəşəm fi-
nal şousunu dünya şöhrətli muğam
ifaçısı Alim Qasımov muğamla açıb
və bütün avropalıları mükəmməl
ifası ilə salamlayıb. Zalda 42 ölkə
təmsilçisinin çıxışına, mahnısının
məzmununa uyğun maraqlı gö-
rüntülər yayınmlandı. “Bakı Kristal
Zalı” xaricdən hər ifaçının təmsil et-
diyi ölkənin bayraq rəngləri ilə işıq-
landırılırdı. Hər bir iştirakçı
yarışmada ayrı-ayrılıqda möhtəşəm
ifa və performans nümayş etdirdi.
Sonda qələbəni 372 səslə İsveç təm-
silçisi Loreen ifa etdiyi “Euphoria”
mahnısı ilə qazandı. Qeyd edək ki,
İsveç bu yarışmada 53 illik iştirakı
ərzində 5 dəfə qalib gəlib. Yarış-
mada ikinciliyi hər kəsin maraqla
izlədiyi Rusiyanın “Buranovski-ye
babuşki” qrupu özlərinin “Party for
Yarım əsrlik mahnı yarışması: Eurovision
M
36
www.avismed.az
everbody” mahnısı ilə əldə etdi.
Üçüncü yerdə “Nije ljubav
stvar” mahnısı ilə Serbiyanı təm-
sil edən Zeljko Joksmoviç qərar-
laşdı. Ölkəmiz yarışmanı
dördüncülüklə yekunlaşdırdı.
Azərbaycan səhnədə 13-cü çıxış
etdi. Təmsilçimiz Səbinə Baba-
yeva səhnəyə Azərbaycanın Xalq
Artisti Alim Qasımovla birgə
çıxdı. “When the music dies”
mahnısı və əvəzolunmaz mu-
ğam ifası izləyənləri ayağa
qaldırıb. Azərbaycana Türkiyə,
Litva, Malta və Ukraynadan 12
səs gəldi. Beşinci yerin sahibi
“Suus” mahnısı ilə Albaniya
təmsilçisi Rona Nishliu oldu. Al-
tıncı yeri Estoniya təmsilçisi O
Lepland “Kuula” mahnısı ilə
qazandı. Qonşu ölkə Türkiyə isə
yarışmanı yeddinciliklə tamam-
ladı. Türkiyəli təmsilçi Can Bo-
nomo da “Love me back” mah-
nısı ilə uğurlu performans nüma-
yiş etdirdi. Səkkizinci yeri Al-
maniya “Standinq Still” mahnısı
ilə, doqquzuncu yeri İtaliya
“L’amore è Femmina” mahnısı
ilə, onuncu yeri İspaniya “"Qué-
date Conmigo” mahnısı ilə, on
birinci yeri Moldova “Lautar”
mahnısı ilə, on ikinci yeri Rumı-
niya “Zaleilah” mahnısı ilə, on
üçüncü yeri yeri Makedoniya
“Corno e Belo”, on dördüncü ye-
ri Litva “Love is Blind”, on beşin-
ci yeri Ukrayna “Be My Guest”,
on altıncı yeri Kipr “La La Love”,
on yeddinci yeri Yunanıstan
“Aphdorisiac”, on səkkizinci yeri
Bosniya və Herseqovina “Korake
ti Znam”, on doqquzuncu yeri İr-
landiya “Waterline”, iyirminci
yeri İslandiya “Mundu E ir
Mér”, iyirmi birinci yeri Malta
“This İs The Night”, iyirmi ikinci
yeri Fransa “Echo”, iyirmi üçün-
cü yeri Danimarka “Should've
Known Be er”, iyirmi dördüncü
yeri Macarıstan “Sound Of Our
Hearts”, iyirmi beşinci yeri
Böyük Britaniya “Love Will Set
You Free” və nəhayət
iyirmi altıncı yeri isə
Norveç “Stay” mahnısı
ilə qazandı.
Müsabiqə zamanı ən
maraqlı məqamlardan
biri də yarışmanı
izləyənlər arasında 102
yaşlı fanatın olması idi.
O, Almaniyanın rəsmi Fan
Klubunun üzvü Ella Kastner
idi.
“Eurovision” mahnı müsabi-
qəsi bütün dünyanın diqqətini
Azərbaycana cəlb etdi. Bu
yarışma Azərbaycanı avropa-
lıların yaddaşına ömürlük
həkk etdi. Azərbaycanın gözəl-
liyini görmək üçün ölkəmizə
hər il çox sayda turistlər gəlir.
Bu il müsabiqə ilə əlaqədar gə-
lən turistlərin sayı daha da art-
dı. Bakı gecələri, yurdumuzun
gözəlliyi gələn qonaqların hər
birini bir daha heyran etdi. On-
lar şəhərin gözəlliklərindən,
Azərbaycan mətbəxinin zəngin-
liyindən, yeməklərimizin ləzzə-
tindən, insanların qonaqpər-
vərliyindən və yarışmanın
möhtəşəmliyindən zövq
almışlar.
49
www.avismed.az
37
www.avismed.az
39
www.avismed.az
baxsan
Çaş
acaqsan
4
7
3
8
1
5
1
6
2
3
8
3
2
5
1 5
7
9
9 1
6
4
6
7
9
8
5
4
3
2
5
1
SUDOKU
Oyunun qaydası
Sudoku təqdim edilərkən xanalardan bir
neçəsində rəqəmlər yazılır və sizdən boş
xanalara uyğun rəqəmləri yazmağınız
istənir.
Bu oyunda yalnız 1-dən 9-a qədər olan
rəqəmlərdən istifadə olunur. Bu rəqəmləri
isə yazarkən aşağıdakı qaydaya riayət etmək
lazımdır.
1. Hər bir rəqəm o sətirdə 1 dəfə yazıla bilər.
2. Hər bir rəqəm o sütunda 1 dəfə yazıla
bilər.
3. Hər bir rəqəm o bölgədə 1 dəfə yazıla
bilər.
Oyunun
qaydası
Şəklə diqqətlə baxın.
Şəklin dərinliyində sizi
gözləmədiyiniz bir
mənzərə qarşılayacaq.
Bu mənzərəni görmək
üçün diqqətinizi bir
nöqtəyə cəmləyin və
nəzərinizi ayırmadan
baxmağa çalışın
Sağlamlığınız üçün
hər şey
AVİS
Tibbi Marketlərdə
Haqverdiyev küç. 11 (Olimp mağazasının yaxınlığında)
Rəsul Rza küç. 23/7 (Keçmiş Tarpovı küçəsi)
A. Nemətulla küç. 45 (Nərimanov metrosu)
H. Zərdabi pr. 89 (20 Yanvar metrosu)
M. Hadi küç. 41V (Əhmədli metrosu)
H. Cavid 1/3 (İstanbul aptek)
Web: www.avismed.az
564 22 58 / 59
info@avismed.az
Dostları ilə paylaş: |