tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz İstinad: «Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları» BAKI – 2005
235. Elektrik qurğuları ilə işləyən adamları elektrik cərəyanından zədələnmədən, elektrik qövsü və
elektromaqnit sahəsinin təsirindən qoruyan vasitələr necə adlanır?
A) Elektrik mühafizə vasitələri
B) Kollektiv mühafizə vasitələri
C) Fərdi mühafizə vasitələri
D) Xüsusi mühafizə vasitələri
E) Texniki mühafizə vasitələri
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İstinad: N.Q.Quliyeva, İ.S İsgəndərov.Müasir tələblərə cavab verən əmək şəraitli iş
yerlərinin yaradılmasına mane olan amillərin və onların aradan qaldırılması yollarının
müəyyənləşdirilməsi. Bakı, 2015. Səh. 27
236. Əllərin mühafizəsi üçün əsas vasitələrə hansılar aiddir?
A) Əlcəklər, deaktivasiya vasitələri, neytrallaşdırıcılar
B) Əlcəklər, deaktivasiya vasitələri, rezin xalçalar
C) Əlcəklər, xüsusi mazlar, deaktivasiya vasitələri
D) Əlcəklər, xüsusi mazlar, pastalar
E) Əlcəklər, rezin xalçalar, pastalar
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011.
Səh.345
237. Aşağıdakılardan hansılar fərdi mühafizə vasitələrinə aiddirlər?
A) Qoruyucu kəmərlər, respiratorlar, qoruyucu torlar, çəpərlər
B) Səsboğanlar, çəpərləyici qurğular, təhlükəsizlik nişanları, qoruyucu torlar
C) Skafandrlar, respiratorlar, qoruyucu dəbilqələr, qoruyucu eynəklər
D) Respiratorlar, qoruyucu dəbilqələr, çəpərləyici qurğular, təhlükəsizlik nişanları
E) Qolçaqlar, qoruyucu dəbilqələr, qoruyucu eynəklər, qoruyucu torlar
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi, I cild.Bakı, 2010,
s.330
238. Dəm qazı ilə zəhərlənmə zamanı hansı ilkin yardım tədbirləri görmək lazımdır?
A) Zərərçəkəni dərhal sakitləşdirmək, paltarın yaxasını, kəməri açmaq, yarıoturaq vəziyyətə
gətirmək, soyuq su içirtmək
B) Zərərçəkəni dərhal açıq havaya çıxarmaq, paltarın yaxasını, kəməri açmaq, yarıoturaq vəziyyətə
gətirmək, alnına, sinəsinə soyuq kompres qoymaq
C) Zərərçəkənə dərhal çoxlu maye içirtmək, paltarın yaxasını, kəməri açmaq, qarnı üstə uzanmış
vəziyyətə gətirmək, alnına, sinəsinə soyuq kompres qoymaq
D) Zərərçəkənə dərhal süni hava vermək, paltarın yaxasını, kəməri açmaq, arxası üstə uzanmış
vəziyyətə gətirmək, alnına spirtli kompres qoymaq
E) Zərərçəkəni dərhal açıq havaya çıxarmaq, paltarın yaxasını, kəməri açmaq, uzanıq vəziyyətə
gətirmək, alnına, sinəsinə soyuq kompres qoymaq