Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə test tapşırıqları



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə9/73
tarix19.02.2023
ölçüsü1,22 Mb.
#84909
1   ...   5   6   7   8   9   10   11   12   ...   73
9113emek muh

tt@socar.az 
elektron ünvanına müraciət edə bilərsiniz 
35. Növbə ərzində hər işçiyə neçə litr içməli su nəzərdə tutulmalıdır? 
A) 7-9 litr 
B) 4-5 litr 
C) 2-4 litr 
D) 5-7 litr 
E) 1-2 litr 
Testin çətinlik dərəcəsi: Asan 
İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 326 
36. İşçilərə ilkin təlimat kim tərəfindən keçirilir? 
A) Əməyin mühafizə şöbəsinin mühəndisi tərəfindən 
B) Texniki istehsalat şöbəsinin mühəndisi tərəfindən 
C) Sahə və ya işin rəhbəri tərəfindən 
D) Həmkarlar ittifaqı komitəsinin sədri tərəfindən 
E) Əməyin mühafizəsi şöbəsinin rəisi tərəfindən 
Testin çətinlik dərəcəsi: Asan 
İstinad: İ.Behbudov və başqaları. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın 
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-
1000 cavab. Bakı, 2017 
37. İşçilərə əmək mühafizəsi üzrə hansı təlimatlar keçirilir? 
A) Giriş, iş yerində, təkrar, növbədənkənar, cari təlimatlar 
B) Giriş, iş yerində, təkrar, ezamiyyət, cari təlimatlar 
C) Giriş, iş yerində, işdənçıxma, növbədənkənar, cari təlimatlar 
D) Giriş, iş yerində, təcrübi, növbədənkənar, cari təlimatlar 
E) Giriş, iş yerində, təkrar, növbəli, cari təlimatlar 
Testin çətinlik dərəcəsi: Orta 
İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı, 2008 
38. Yanğın təhlükəsizliyi əsasən müəssisələrdə yaradılan komissiya: 
A) Yanğın istintaq komissiyası 
B) Yanğın əməliyyat komissiyası 
C) Yanğın- texniki komissiya
D) Yanğın söndürmə komissiyası 
E) Yanğın müşahidə komissiyası 
Testin çətinlik dərəcəsi: Asan 
İstinad: https://www.fhn.gov.az/newspaper/?az/news/view/8727 
39. Aşağıdakılardan hansılar kollektiv mühafizə vasitələrinə aiddirlər? 
A) Səsboğanlar, çəpərləyici qurğular, təhlükəsizlik nişanları, qoruyucu torlar 
B) Skafandrlar, respiratorlar, qoruyucu dəbilqələr, qoruyucu eynəklər 
C) Qoruyucu kəmərlər, respiratorlar, qoruyucu torlar, çəpərlər 
D) Respiratorlar, qoruyucu dəbilqələr, çəpərləyici qurğular, təhlükəsizlik nişanları 
E) Qolçaqlar, qoruyucu dəbilqələr, qoruyucu eynəklər, qoruyucu torlar 
Testin çətinlik dərəcəsi: Asan 


Rəy və təklifləriniz üçün 

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin