tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz B) Vaxtaşırı təlimat - istehsalat prosesi dəyişdikdə, avadanlıqlar, qurğular və alətlər yeniləri ilə əvəz
olunduqda və ya onların təkmilləşdirilməsi nəticəsində əmək şəraiti dəyişdikdə keçirilir
C) Vaxtaşırı təlimat -bütün fəhlələr, onların vəzifəsinə aid olmayan birdəfəlik işləri yerinə yetirmək
və ya yüksək dərəcədə təhlükəli şəraitdə işləmək üçün tapşırıq alarkən keçirilir
D) Vaxtaşırı təlimat - fəhlələrlə iş yerində onlar sərbəst işə buraxılmazdan əvvəl, bir işdən başqa işə
və ya digər xassəli iş sahəsinə (istehsalat şəraiti dəyişəndə) keçirilir
E) Vaxtaşırı təlimat - bütün fəhlələrlə və bəzi kateqoriyalı qulluqçularla onların təhsilindən, ixtisas
dərəcəsinən, bu və ya digər peşə üzrə iş stajından və tutduqları vəzifədən asılı olmayaraq hər 3
aydan bir işlərin təhlükəsiz aparılması üzrə keçirilir
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov və başqaları. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-
1000 cavab. Bakı, 2017
32. Hündürlükdən yıxılmadan qorunmaq üçün istifadə olunan kollektiv mühafizə vasitələrini təyin
edin?
A) Çəpərlər, qoruyucu torlar, troslar
B) Qoruyucu kəmərlər, qoruyucu torlar, təhlükəsizlik nişanları
C) Çəpərlər, qoruyucu torlar, təhlükəsizlik nişanları
D) Əl tutucuları, qoruyucu torlar, dizliklər
E) Çiyinliklər, manipulyatorlar, qoruyucu torlar
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010.
Səh. 273
33. Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi
aktlara əməl edilməsinə kim nəzarət edir?
A) Texniki şöbə
B) Müəssisənin direktoru
C) Əməyin mühafizəsi xidməti
D) Həmkarlar ittifaqı komitəsi
E) Baş mühəndis
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010.
Səh. 102
34. Köpük tərkibli odsöndürənlər hansı yanğınlarda istifadə edilməsi qadağandır?
A) Bərk maddə və materialların yanğınlarında
B) Elektrik qurğularının yanğınlarında
C) Neft məhsuları yanğınlarında
D) ağac, kağız, parça, plastik və s. Yanğınlarında
E) Maye yanğınlarında
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Tural Əmirxan İlkin yanğınsöndürmə vasitələri Bakı 2014, səh.6