1
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD)
Sağlamlıq imkanları məhdud insanlar üçün sosial
müavinətlər, tibbi xidmət və maddi yardım
Tədqiqat “Vətəndaş Cəmiyyəti – Media – Dövlət və Özəl sektorun Əməkdaşlığı ilə
Azərbaycanda Hərəkət İmkanları Məhdud İnsanların Hüquqlarının Müdafiəsi və
Yaşam Şərtlərinin Yaxşılaşdırılması” layihəsi çərçivəsində hazırlanmışdır.
Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Tədqiqatın məzmununa görə
CESD məsuliyyət daşıyır və heç bir halda Avropa Birliyinin mövqeyi hesab
oluna bilməz.
Bakı
May 2016
2
Məqalənin quruluşu
Bu məqalə 4 bölmədən ibarətdir. İlk bölmədə sağlamlıq imkanları məhdud şəxslərin
üzləşdiyi problemlər və əlilliyin səbəblərinə qısaca toxunulacaq. İkinci bölmədə
Azərbaycanda bu qəbildən olan şəxslərə verilən sosial müavinətlər və yardımlar, eləcə
də tibbi xidmət nəzərdən keçiriləcək. Axırıncı iki bölmədə isə beynəlxalq təcrübə
haqqında danışıldıqdan sonra mövcud problemlərin həllinə dair təkliflər irəli sürüləcək.
Giriş
Fərdi və sosial problemlərdən biri kimi, əlillik sosial siyasətin başlıca məsələlərindən
biridir. Dünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada təxminən 1 milyard insan
əlillikdən bu və ya digər formada əziyyət çəkir.
1
Əlilliyin səbəbləri müxtəlifdir -
anadangəlmə problem, iş fəaliyyəti zamanı baş verən qəzanın nəticəsi və s. Əlilliyin
növlərini ümumi formada təsnifatlandırsaq, onu - əqli və fiziki əlillik kimi iki qrupa
ayıra bilərik. Sağlamlıq imkanları məhdud şəxslərin üzləşdiyi başlıca problemlər isə
işsizlik, diskriminasiya, təhsil ala bilməmək və yoxsulluqdur.
2
İcbari tibbi sığortanın
olmadığı dövlətlərdə isə bu insanlar tibbi qayğısızlıqdan da əziyyət çəkirlər ki, bu da
onların ömrünün qısalmasına gətirib çıxaran amil hesab edilə bilər. Təbii olaraq,
fundamental ehtiyaclarının ödənməsi üçün bu insanlar kənar şəxslərdən asılıdırlar.
Məhz buna görə də, ildən-ilə daha çox ölkədə sağlamlıq imkanları məhdud şəxslərə
qayğı göstərənlər də sosial siyasətin diqqət mərkəzinə düşməkdədir.
Müxtəlif təriflərinin olmasına baxmayaraq, əlillik əsasən fiziki yaxud əqli gerilik
ucbatından fəaliyyətin məhdudlaşması kimi başa düşülür.
3
Burada nəzərə alınmalı
məqam bundan ibarətdir ki, fərdin yaşadığı, yaxud fəaliyyət göstərdiyi mühit də fərdin
fəaliyyət imkanlarının məhdudlaşmasında rol oynaya bilər. Məhz buna görə də,
sosioloqlar və səhiyyə mütəxəssisləri əlilliyin iki modelini işləyib hazırlayıblar - fərdi
və sosial model. Əgər birinci modelə görə fərdin fəaliyyət imkanlarının
1
Dünya Səhiyyə Təşkilatı bu halda həm sağlamlıq imkanları məhdud şəxsləri,
həm də onlara qayğı göstərən şəxsləri sayır
2
Barnes, Colin və Messner, Geof (2005)
3
Baldock, John., Mitton, Lavinia., Manning, Nick and Vickerstaff, Sarah (2012)
3
məhdudlaşmasındakı başlıca amil onun səhhətidir, və bütün diqqət bu problemin
həllinə yönəldilməlidir, ikinci modelin tərəfdarları isə sosial mühitin və infrastrukturun
müyəssərliyi və münasibliyini qabardırlar. Bu modellərin təsirini bütün ölkələrin, o
cümlədən Azərbaycanın timsalında müşahidə etmək mümkündür.
Bu məqalədə haqqında danışılacaq sosial müavinət və yardımların başlca məqsədləri
əlil insanların ehtiyaclarını təmin etmək, onların ev şəraitinin yaxşılaşdırılması və
yoxsulluğun bu qrup arasında azaldılmasıdır.
Azərbaycan: mövcud vəziyyətin təhlili
Müstəqilliyin əldə edilməsindən sonrakı dövrdə sağlamlıq imkanları məhdud insanlar
üçün dövlət tərəfindən verilən müavinət və yardımların növü və miqdarı artmışdır ki,
bunun da nəticəsində bu qrupun sosial rifahı yaxşılaşmışdır. Baxmayaraq ki, ölkədə
Qərb dünyasındakı kimi Rifah Dövləti sistemi mövcud deyildir. Ümumiyyətlə,
sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin təminatı üçün onlara pul
ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər), lazımi dərman və texniki
vasitələr verilməklə yanaşı, tibbi, sosial, əmək və peşə bərpası sahəsində xidmətlər
verilir.4
2008-ci ildə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının (BMT) 2006-cı
ildə “Əlillərin hüquqları haqqında” qəbul etdiyi Konvensiyayaya qoşularaq bu sosial
qrupa aid olanların sosial rifahını yaxşılaşdırmaq üçün öhdəliklər götürmüşdür.
Ölkənin qanunvericiliyi təkmilləşdirilmiş, diskriminasiyaya qarşı qanunlar qəbul
edilmiş, əlillər üçün yeni-yeni müavinət və yardımlar təyin edilmişdir.
2016-cı ildə Azərbaycanda əlil insanların sayı 568,149 nəfər təşkil etmişdir ki, bu da
ümumi əhalinin 5-6%-i deməkdir.
5
Bir çox ölkələrdə olduğu kimi, əhalinin yaşlaşması
prosesi ucbatından Azərbaycanda da sağlamlığı məhdud insanların sayında tədricən
artım müşahidə olunmuşdur. Ümumi əlil əhalisinin 65,482 nəfəri 18 yaşdan aşağı
4
Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının
alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və
sosial müdafiəsi haqqında (2012)
5
Dövlət Statistika Komitəsi (2016)
4
uşaqlar və yeniyetmələrdir. Bunu da qeyd edək ki, sağlamlıq imkanları məhdud
əhalinin yalnız 365,750-in müəyyən dərəcədə iş təcrübəsi vardır. Əlilliyin dərəcələri 3
qrupa bölünür ki, bunlar da tibbi-sosial ekspertiza tərəfindən müəyyən edilir.
2016-ci ildə Azərbaycan hökümətinin ümumi sosial xərclərə ayırdığı pulun miqdarın
ümumi büdcədəki çəkisi 36,1% təşkil edir ki, bunun da 12,5%-i sosial müavinət və tibbi
sarğı materiallarının alınmasına xərclənir.
6
Təəssüf ki, sırf olaraq sağlamlığı məhdud
əhaliyə ayrılan büdcə pulunun miqdarına dair rəqəmlər mövcud deyildir.
Sağlamlığı məhdud şəxslərin aldığı müavinət mənsub olduqları dərəcə qrupuna görə
dəyişir (43-67 manat). “Azərbaycan Respublikasının ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20
Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verən əlilliklə əlaqədar isə müavinətlər
60-83 manat arası dəyişir. Əlilliyə görə aylıq pensiyanın məbləği isə ortalama 149,9
manatdır.
7
İş fəaliyyəti olan əlillər üçün tətbiq edilən vergi güzəştləri də təqdirə layiq
haldır. Hal-hazırda aylıq gəliri 400 manatdan aşağı olanlardan vergi tutulmur.
Sağlamlıq imkanları məhdud şəxslərin digər faydalandığı müavinətlər isə dövlət
tərəfindən onlara vaxtaşırı verilən ev və avtomobillərdir.
Sağlamlıq imkanı məhdud şəxslər kimi əlil insanlar üçün digər ən vacib məsələ səhiyyə
xidmətidir. Hər bir Azərbaycan vətəndaşı pulsuz səhiyyə xidməti almaq haqqına
malikdir. Səhiyyə Nazirliyinin 01.12.2005-ci il tarixli əmrinə görə, sağlamlıq imkanları
məhdud vətəndaşlar 100-dən çox dərmanı pulsuz əldə edə bilərlər. Həmçinin, onların
müəyyən qisminə dövlət tərəfindən pulsuz əlil arabaları və dəstəkləyici texnoloji
avadanlıqlar da verilir. Məsələn, 2015-ci ildə dövlət tərəfindən müvafiq şəxslərə1273
əlil arabası, 539 elektroakustik, yaxud eşitmə qabiliyyəti məhdud şəxslər üçün eşitmə
cihazı verilmiş, və 5727 ortopedik xidmət göstərilmişdir. 200-ə yaxın şəxs müalicə
almaq üçün xaricə göndərilmişdir. 12349 nəfər isə nazirliyin sosial müdafiə mərkəzləri
tərəfindən göstərilən səyyar xidmətdən faydalanmışlar.
8
6
Maliyyə Nazirliyi (2016)
7
Dövlət Sosial Müdafiə Fondu (2015)
8
Dövlət Sosial Müdafiə Fondunun İllik Hesabatı (2015)
5
Problemlər
Sağlamlıq imkanları məhdud şəxslərə dövlət qayğısının son dövrlər artmasına
baxmayaraq, bu sahədə ciddi çatışmazlıqlar qalmaqdadır. Başlıca problem bu qrup
əhalinin böyük bir qisminin üzləşdiyi yoxsulluqdur. Dövlət tərəfindən onlara verilən
aylıq müavinətlərin həcmi hətta minimum yaşayış həddini də aşmır. Sosial müdafiə
xərcləri ümumi büdcə xərclərinin 36,1%-i təşkil etsə də, məbləğin artırılmasına ehtiyac
vardır. Hazırki vəziyyətdə büdcə gəlirlərinin azaldığı bir şəraitdə belə bir artım etmək
elə də asan olmaya bilər. Lakin əhalinin sosial rifahının dövlət siyasətinin
prioritetlərindən biri olduğunu nəzərə alsaq, belə artıma ciddi ehtiyac var. İnkişaf etmiş
ölkələrdə və qonşu Türkiyədə sağlamlıq imkanları məhdud şəxslərin rifahının
yaxşılaşdırılmasında təkcə dövlət yox, özəl sektor da ciddi rol oynayır ki, bu da dövlətin
yükünü azaldır.
Düzdür, inkişaf etmiş dövlət olan Britaniyada da verilən müavinətlər adətən minimum
yaşayış haqqından aşağı olur. Lakin bu ölkədə sağlamlıq imkanları məhdud şəxslər
saysız-hesabsız güzəştlərdən, pulsuz səhiyyə və nəqliyyat xidmətindən faydalanır. Bu
cür güzəştlərin olmadığı Azərbaycanda hal-hazırda verilən aylıq pensiya (149,09 AZN)
və əlillik müavinəti bu qəbildən olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılmasına
kifayət deyildir.
Uzun illərdir müzakirə olunmasına rəğmən, ölkəmizdə icbari tibbi sığortanın tətbiq
edilməməsi bu sosial qrupun da vəziyyətinə birbaşa mənfi təsir göstərir. Qanunda tibbi
xidmətin pulsuz göstərilməli olduğu qeyd edilsə də, reallıqda müşahidə olunan mənzərə
budur ki, digər insanlar kimi sağlamlıq imkanları məhdud şəxslər də səhiyyə
xidmətindən lazımınca faydalana bilmirlər. Sağlamlıq imkanları məhdud şəxslərin
səhiyyə sisteminə xərclədiyi pullar barədə dəqiq statistika olmasa da, bu xərcləməlrin
onların ümumi xərclərindəki xüsusi çəkisinin az olmadığını güman etmək olar. Belə bir
mühitdə bu insanlar təkcə maddi cəhətdən yox, sağlamlıq cəhətdən də əziyyət çəkirlər.
Çünki bəzi sağlamlıq imkanları məhdud şəxslər (sinir sistemi pozulanlar) var ki, onlara
keyfiyyətli, mütəmadi tibbi xidmət gərəkdir.
Azərbaycandakı sağlamlıq imkanları məhdud şəxslərin rifahının yaxşılaşdırılması
siyasətinin digər zəif cəhəti isə onun baxıcı və qayğı çəkənləri diqqətə almamasıdır.
6
Qanunvericilik sağlamlıq imkanları məhdud şəxslərin özünə çoxsaylı hüquq və
müavinətlər versə də, onların qayğısına qalmaq üçün hər gün saatlarla vaxt ayıran
şəxslərə heç bir müavinət düşmür. Bu insanların vaxt və gücünü yalnız qayğıya
ayırması onları da əmək bazarından kənar qoyur.
Beynəlxalq təcrübə
Böyük Britaniya
Dünyanın inkişaf etmiş dövlətlərindən biri olan Böyük Britaniya əhalisinin yüksək
sosial rifahı ilə digər ölkələrdən fərqlənir, baxmayaraq ki müəyyən problemlər
qalmaqdadır. Mövcud rifah səviyyəsinin əldə edilməsində sosial siyasətin rolu
əhəmiyyətli dərəcədə böyük olmuşdur. Böyük Britaniyada ÜDM-ın 20%-i sosial
müdafiə xidmətlərinə xərclənir. 2016-cı ildə dövlətin təkcə sosial müdafiə xərcləri
153,3 milyard, səhiyyə isə 134,7 milyard təşkil edir.
9
Britaniyada 12 milyon sağlamlıq imkanları məhdud insan yaşayır ki, bunun da 43%-i
yaşlı əhali qrupuna, 16%-i əmək qabiliyyətini cavan yaşlarında itirmiş əhalinin payına
düşür. Bu əhali qrupunun təxminən yarısı (45-50%) əmək bazarından kənardadır.
Ölkədə əhalinin bu qrupunun rifahının təmin edilməsində başlıca rolu Pensiya və Əmək
Departamenti oynasa da, həm yerli hakimiyyət orqanları, həm də nəqliyyat sahəsindəki
qurumlar bu istiqamətdə müxtəlif addımlar atmışlar.
İnkişaf etmiş bir ölkə kimi Britaniya höküməti sağlamlıq imkanları məhdud
vətəndaşlarına çoxsaylı müavinətlər və maddi yardımlar, eləcə də yüksək keyfiyyətli
pulsuz səhiyyə xidməti təklif edir. Müstəqil Şəxsi Ödəniş müavinəti sağlamlıq
imkanları məhdud şəxslərə sırf olaraq əlilliyinə görə verilən müavinətdir ki, onun da
həcmi həftəlik £21,80-139,75 (44-305 manat) arası dəyişir (fərdin əlilliyinin dərəcəsinə
görə). Bu qrupdan olan şəxslər evlərinin öz xüsusi ehtiyaclarına uyğun hala gətirilməsi
üçün lazım olan məbləği də yerli icra hakimiyyətindən əldə edə bilərlər.
9
UK Public Spending (2016). Public Spending Details.
7
Britaniya sosial siyasətinin səciyyəvi cəhətlərindən biri də yerli idarəetmə orqanlarının,
xüsusilə də icra hakimiyyətlərinin sağlamlıq imkanları məhdud şəxslərin rifahının
yaxşılaşdırılmasında sıx oynadığı roldur. İcra hakimiyyətlərinə məkrəzi hökümət
tərəfindən verilən müstəqillik onlara sosial siyasəti yerli kontekstə uyğunlaşdırmaq
imkanı vermişdir. Onlar da qanunvericiliyin tələblərinə əsasən, sağlamlıq imkanları
məhdud şəxslərə müxtəlif növ xidmətlər göstərməlidirlər. Bunlara yeməklərin
hazırlanması, yuyunub-geyinmə, gəzintiyə çıxmaq kimi xidmətlər daxildir ki, bunları
ya icra hakimiyyəti özü etməli, yaxud da ki bu xidməti təşkil edən təşkilatın
xidmətindən istifadə etməlidir. Sağlamlıq imkanları məhdud şəxslərin evsizlik
problemi ilə üzləşməməsi üçün qanunvericiliyin tələbi budur ki, icra hakimiyyəti sosial
evləri paylayan zaman, bu qəbildən olan şəxslərə üstünlük versin.
İcra hakimiyyəti orqanlarının bir digər mühüm funksiyası isə sağlamlıq imkanları
məhdud şəxslərin rifahının yaxşılaşdırılması məqsədilə sorğular aparmasıdır. Lakin bu
cür tədqiqatlar tək onlar tərəfindən deyil, digər dövlət qurumları, habelə beyin
mərkəzləri tərəfindən də mütəmadi olaraq aparılır ki, bu da müvafiq orqanların
sağlamlıq imkanları məhdud şəxslərin rifahının yaxşılaşdırılması yolları və mövcud
durum barədə məlumatlanmasına kömək olur.
1948-ci ildə formalaşdırılan Milli Səhiyyə Xidməti bütün vətəndaşlara pulsuz səhiyyə
xidməti
təklif
edir.
Sağlamlıq
imkanları
məhdud
şəxslərin
rifahının
yaxşılaşdırılmasında bu xidmətin rolu danılmazdır. Çünki onsuzda xəstəliyinə görə
maddi durumu adətən aşağı olan bu qrupun tibbi xərclərdən azad olması onun iqtisadi
durumunu yaxşı saxlamaqla yanaşı, lazım olan xidmətləri lazım olan vaxt pulsuz əldə
etməyə kömək olur. Bu sistemin müəyyən çatışmazlıqları (məsələn, uzun növbədə
gözləmək) olsa da, bütün ölkə əhalisinin ömrünün uzanması və həyat keyfiyyətinin
artmasındakı rolu danılmazdır.
Son olaraq isə qeyd edilməlidir ki, Britaniya höküməti təkcə sağlamlıq imkanları
məhdud şəxslərə yox, onlara qayğı göstərənlərə də diqqət göstərir. Belə ki, baxıcı
müavinəti adlanan bu ödənc 2015-ci ildə həftəlik £62,10 (135 manat) (həftənin 35
saatını qayğıya sərf etmək əsas şərtdir) olmuşdur. Yerli icra hakimiyyətləri baxıcıların
da həyat şəraiti və ehtiyaclarının qiymətləndirilməsinə məcburdurlar.
8
Ümumiyyətlə isə, bir vacib məqam qeyd edilməlidir ki, yoxsul sağlamlıq imkanları
məhdud şəxslər sırf əlilliyə görə verilən müavinətlərdən, yoxsulluğa görə verilən bir
çox digər müavinətlərdən də faydalanır ki, bu da onun rifahının yaxşılaşmasında
birbaşa rol oynayır.
Estoniya
Ölkə əhalisinin 10,9%-i (144,136 n'f'r) sağlamlıq imkanları məhdud şəxslərdən ibarət
olan Estoniyada bu qrupun 9214 nəfəri 0-15 yaş arası uşaq və yeniyetmələrdən
ibarətdir.
10
Ölkənin sağlamlıq imkanları məhdud şəxslərlə bağlı dövlət siyasəti 2006-cı
ildə qəbul edilən Birləşmiş Milətlər Təşkilatının (BMT) “Əlillərin hüquqları haqqında”
qəbul etdiyi Konvensiyayaya böyük ölçüdə uyğunlaşdırılmışdır.
Sağlamlıq imkanları məhdud şəxslərə xüsusi olaraq Əlillik Kartı verilir.
11
Ölkədə Tibbi
Sığorta Fondunun olması və bunun əhalinin demək olar ki, hər bir üzvünü əhatə etməsi
sağlamlıq imkanları məhdud şəxslərin vəziyyətinə müsbət təsir göstərir. Tibbi preparat
və xidmətlərin bir çoxu pulsuz göstərilir.
12
Sağlamlıq imkanları məhdud şəxslərlə yanaşı, onları müşayiət edən baxıcılar da ictimai
nəqliyyatdan pulsuz istifadə etmək haqqında malikdirlər.
13
Bəzi nəqliyyat şirkətləri də
müxtəlif növ endirimlər təklif edirlər. Məsələn, Luxpress şirkəti ölkədaxili səyahətlərdə
(avtobusla) sağlamlıq imkanları məhdud şəxslərə 100%-lik endirim edir.
14
Sağlamlıq imkanları məhdud şəxslərə 8 fərqli müavinət verilir ki, bunlar da sosial
rifahın yaxşılaşdırılması, təhsil, reabilitasiya və əmək fəaliyyəti ilə bağlıdır.
15
Bundan
əlavə, Estoniyada sağlamlıq imkanları məhdud uşaq və yaşlılara qulluq edən baxıcılara
da ayrıca müavinət verilir.
10
Human Rights Centre (2014)
11
Estoniya Sosial Sığorta Şurası (2016)
12
Estoniya Tibbi Sığorta Aktı (2002)
13
Tallinn (2016). Travel Discounts
14
Luxpress (2016)
15
Estoniya Əlillikdən əziyyət çəkən insanlara verilən Sosial Müavinətlər Aktı
(1999)
9
Türkiyə
Qonşu ölkə Türkiyə ÜDM-ın 10%-i sosial xərclərə yönəldir. Ölkədə sağlamlıq
imkanları məhdud şəxslər üçün yaradılan imkanlar Qərb dövlətlərindəki səviyyədə
olmasa da, dövlətin bu istiqamətdə atdığı addımlar ölkədə bu sahədə ciddi irəliləyişə
səbəb olmuşdur. 2015-ci ildə sırf sağlamlıq imkanları məhdud şəxslərə ayrılan xərclər
35,000,000 lirə təşkil etmişdir. Ölkədə bu qəbildən olan insanların sayı 8,500,000 təşkil
edir.
16
Ümumi mənzərəni qısa şəkildə təsvir etsək deyə bilərik ki, dövlət orqanları ilə
yanaşı, özəl sektor da bu qəbildən olan əhalinin rifahının yaxşılaşdırılmasında ciddi rol
oynayır.
Sağlamlıq imkanları məhdud şəxslərin rifahının yaxşılaşdırılmasında başlıca rolu Ailə
və Sosial Siyasət Nazirliyi oynayır. Müavinətlərə keçməzdən öncə dərs götürülə
biləcək bir məqamı qeyd etmək yerinə düşərdi. Ailə və Sosial Siyasət Nazirliyinin
oynayır sağlamlıq imkanları məhdud şəxslərin rifahının yaxşılaşdırılması istiqamətində
atdığı mühüm addımlardan biri də vaxtaşırı tədqiqatlar aparmasıdır. Belə tədqiqatlar
həm kəmiyyət, həm də keyfiyyət göstəricilərini təhlil edərək mövcud durumu öyrənir.
Türkiyədə icbari tibbi sığorta sistemi (Genel Sağlık Sigortası) mövcuddur. Sosial
Müdafiə Qurumunda qeydiyyata düşənlər tibbi xidmətdən pulsuz faydalana bilərlər.
Sağlamlıq imkanları məhdud şəxslərin maddi rifahı və sağlamlıq durumunun
yaxşılaşdırılmasında bu xidmətin rolu önəmlidir.
Türkiyə bələdiyyələri müəyyən dərəcədə müstəqildir, və mərkəzi hakimiyyətin
müəyyən etdiyi sosial siyasəti yerli kontekstə uyğunlaşdırmaq imkanına malikdir.
Bələdiyyələr sağlamlıq imkanları məhdud şəxslərə müxtəlif xidmətlər təklif edirlər -
psixoloji dəstək, təmizlik, maliyyə və fövqəladə hallarda yardım. Onlar eyni zamanda
hər bir sağlamlıq imkanları məhdud şəxsin pulsuz ictimai nəqliyyata çıxışının olduğunu
təmin etməlidirlər
Türkiyədə özəl sektor sağlamlıq imkanları məhdud şəxslərin rifahının inkişafında
maraqlıdır. Belə ki, müxtəlif formalı və dərəcəli endirimlər və güzəştlər təklif edən
şirkətlər fərqli sektorları təmsil edirlər. Məsələn, 3 telekommunikasiya şirkəti internet
16
Türkiye Istatistik Kurumu (2015)
10
istifadəsi və telefon zənglərində sağlamlıq imkanları məhdud şəxslərə endirimlər təklif
edir. Şəhərlərarası avtobus xidmətlərində isə ortalama 30%-lik endirim tətbiq edilir.
Sağlamlıq imkanları məhdud şəxslərin yaşadığı evlərə verilən su da 30%-lik (bəzi
yerlərdə bu 50%-ə kimi qalxır) endirimlə təklif edilir, baxmayaraq ki belə endirim qaz
və işıq sahəsinə şamil edilmir.
17
Son olaraq isə, azsaylı ölkələrdə mövcud olan bir xidməti qeyd etmək məqsədə uyğun
olardı. Sağlamlıq imkanları məhdud şəxslər Fondu tərəfindən yaradılan Xoşbəxt Əlillik
çağrı mərkəzi ölkənin hər bir nöqtəsindən sağlamlıq imkanları məhdud şəxslərin
zənglərini qəbul etməyə hazırdır. Mərkəz bu insanlara verilən xidmətlər və sosial
yardımlar haqqında məlumat verir. Mərkəz İstanbul Bələdiyyəsi və bir çox yerli və
xarici şirkət tərəfindən sponsor dəstəyi alır.
Birləşmiş Ərəb Əmirlikləri
Neft-qaz ehtiyatlarının satışından və turizm sahəsindən əldə edilən gəlirlərinin ciddi bir
hissəsini sosial müdafiəyə yönləndirən BƏƏ höküməti Qərb dünyasındakı kimi olmasa
da, effektiv və kifayət qədər maddi ehtiyatlara sahib sosial müdafiə sistemi yarada
bilmişdir. 2015-ci il büdcəsi
Ölkə əhalisinin 21,956 nəfəri sağlamlıq imkanları məhdud vətəndaşlardan ibarətdir.
18
2016-cı il büdcəsi 19,7 milyard manat səviyyəsində müəyyən edilən federal büdcənin
50%-i təhsil, sosial müdafiə, səhiyyə və ictimai xidmətlər sahəsinə ayrılmışdır.
19
Sağlamlıq imkanları məhdud vətəndaşlar onlara təhsillə bağlı, yaşayış minimumunu
təmin etmək üçün verilən müavinətlərdən başqa, pulsuz tibbi xidmətdən də
faydalanırlar. Belə ki, ölkədə icbari tibbi sığortanın mövcud olması onsuzda xəstəliyinə
görə maddi durumu adətən aşağı olan bu qrupun tibbi xərclərdən azad olması onun
iqtisadi durumunu yaxşı saxlamaqla yanaşı, lazım olan xidmətləri lazım olan vaxt
17
Engelli Blog (2015) Engelli Su İndirimi
18
The National UAE (2015)
19
Emirates News Agency (2015)
UAE Cabinet endorses AED 48 Billion for 2016
Federal Government Budge
11
pulsuz əldə etməyə kömək olur. Bu sistemin müəyyən çatışmazlıqları (məsələn, uzun
növbədə gözləmək) olsa da, bütün ölkə əhalisinin ömrünün uzanması və həyat
keyfiyyətinin artmasındakı rolu danılmazdır.
Ölkənin ikinci ən böyük şəhəri Dubayda Aşağı təminatlı və sağlamlıq imkanları
məhdud uşağa sahib ailələrə təhsillə (yalnız məktəb şagirdlərinə şamil edilir) bağlı
xərcləri qarşılamaq üçün hər il birdəfəlik verilən müavinətin illik maksimal məbləği
50,000 dirhəmdir (20,638 manat).
20
İki sağlamlıq imkanları məhdud uşağı olan ailələr
üçün isə bu məbləğ 40,000 (16,511 manat) dirhəmdir.
Dubayda tətbiq edilən digər sosial müdafiə proqramı isə Sənəd adlanan xüsusi kartların
verilməsidir. Sağlamlıq imkanları məhdud şəxslərə verilən bu kart şəxsə həm ictimai,
həm də özəl sektorda bir çox güzəştlər verir.
21
Məsələn, xarici ölkədən əlilliklə bağlı
dəstəkləyici avadanlıq, hətta nəqliyyat vasitəsi gətirən zaman o avadanlıq gömrük
rüsumundan azad edilir. Ümumiyyətlə, ölkəyə sağlamlıq imkanları məhdud şəxslərin
istifadə etməsi üçün gətirilən heç bir məhsuldan gömrük rüsumu tutulmur. Bu kartla
idman zallarına və Dubay İdman Şurasının tədbirlərinə giriş də pulsuzdur. Özəl
sektorda isə yerli yükdaşıma şirkətlərindən olan Aramex bu kart sahiblərinə daxili
daşımalarda 50% endirim tətbiq edir. Optik eynəklər və digər sağlamlıq məhsulları
satan şirkətlər də müxtəlif dərəcəli endirimlər təklif edirlər.
Yekun və təkliflər
Vətəndaşların sosial müdafiəsi və onların rifahının yüksəldilməsi hər bir dövlətin
başlıca məqsədlərindən biridir. Sağlamlıq imkanları məhdud şəxslərə dair sosial
müdafiə proqramları daha inkluziv, demokratik cəmiyyətin yaranmasında müstəsna
dərəcədə vacibdir. Dünya təcrübəsi göstərir ki, sağlamlıq imkanları məhdud şəxslərin
20
Community Development Authority (2016) Tuition for the Disabled One-time
Benefit
21
Sənəd Kart haqqında buklet (2015)
12
sosial durumunun daha da yaxşılaşdırılması yüksək maliyyə resurslarının mövcudluğu
şəraitində mövcuddur.
Təəssüf ki, dünya bazarlarında neftin qiymətinin düşməsindən sonra ölkəmizdə
yaşanan iqtisadi çətinliklər digər həssas, böhranlı əhali qrupları kimi bu qrupa da
müəyyən təsirlər etməkdədir. Buna baxmayaraq, ölkə rəhbərliyi sosial xərcləri
azaltmamağı bu il üçün başlıca prioritetlərdən biri hesab edir. Hər il 1 milyard manatdan
çox sosial müdafiəyə pul ayrılan ölkəmizdə büdcə gəlirinin əsas mənbəyi neft-qaz
gəlirləridir. Lakin artıq post-neft dövründə bu sahədə ciddi islahatlar apararaq sosial
müdafiə məsələlərində dövlətin birbaşa iştirakını azaldaraq, belə proqramların büdcə
gəlirlərindən asılılığını azaltmaq gərəkdir.
QHT-lərin və sosial sahibkarlığın iştirakı üçün daha münbit zəmin yaradılsın
İnkişaf etmiş ölkələrin sosial müdafiə sahəsindəki səciyyəvi xüsusiyyətlərindən biri də
QHT-lərin və sosial sahibkarlıqla məşğul olan qurumların (social enterprise) sağlamlıq
imkanları məhdud şəxslərə müxtəlif xidmətlər təşkil etmələridir. Yuxarıda adı qeyd
edilən sosial sahibkarlıq dünya praktikasında sosial müdafiə məsələlərində olduqca
geniş yayılmışdır. Belə təşkilatların təklif etdiyi xidmətlər adətən ya tamamilə
ödənişsiz, ya da olduqca kiçik miqyasda ödənişlə təklif edilir. Əsasən sağlamlıq
imkanları məhdud şəxslərin əmək qabiliyyətinin artması və təhsili sahəsində geniş
yayılan QHT-lərin və sosial sahibkarlığa Britaniyada da rast gəlmək olar. Məsələn,
Scope adlı sosial təşkilat fərdi və korporativ ianələr hesabına öz büdcəsini
formalaşdırır.
22
Təşkilat çoxsaylı xidmətlər göstərir - məlumatlandırma, məşğulluqun
artırılması ilə bağlı treyninqlər, iclaslar, habelə peşəkarlar üçün materialların
hazırlanması. Təşkilat ictimaiyyətlə əlaqələrini gücləndirmək və təbliğat
kampaniyasını daha da effektiv etmək üçün sosial şəbəkə və digər mətbuat
kanallarından geniş istifadə edir. Yalnız bir sosial sahibkarlığın timsalında bizlər belə
təşkilatların və QHT-lərin nə dərəcədə əhəmiyyətli olduğunu görə bilərik ki, bu da
ölkəmizdə bu sektorun inkişafının nə dərəcədə faydalı ola biləcəyini göstərir.
22
Scope: About disability (2016)
13
Ölkəmizdə QHT-lərlə bağlı qanunvericilik mövcud olsa da, sosial sahibkarlıqla bağlı
hələ ki, işlər görülməyib. Bu sahənin ölkəmizdə təşəkkül tapmaması, geniş
yayılmaması, dövlətin bu sahəyə diqqət ayırmaması və inkişafını təşviq etməməsi
ucbatından ölkəmizdə aşağı təminatlı, sağlamlıq imkanları məhdud əhalinin sosial
müdafiəsində bu sektorun iştirakı aşağıdır. Sosial sahibkarlığın inkişafı qaçılmaz olaraq
dövlətin yükünü azaltmaqla yanaşı, dövlət diqqətindən kənarda qalanların həyatına da
müsbət təsir göstərmək iqtidarındadır.
Dövlətin QHT-lərin və sosial sahibkarlıqla məşğul olan qurumlara dəstəyi müxtəlif ola
bilər. Bura maliyyə yardımları, vergi və gömrük rüsumlarının alınmaması və nəticəyə
görə ödəniş sxemi aid edilə bilər. Sonuncu maliyyə mənbəyi Böyük Britaniyada son
dövrlər xeyli populyarlaşıb. Əsasən icra hakimiyyətləri və nazirliklərin yerli şöbələrinə
mərkəzi hökümət tərəfindən verilən bu ödənci müəyyən maddi mükafat kimi də başa
düşmək olar. Məsələn, cari il ərzində öz ərazisində 100 sağlamlıq imkanları məhdud
şəxsin işlə təmin edilməsində rol oynayan icra hakimiyyəti, yaxud digər dövlət qurumu
bununla əlaqədar mərkəzdən maddi mükafat alır. Bu sistemin mənfi tərəfləri olsa da,
əsas müsbət tərəfi təşviqedici xüsusiyyəti, və sağlamlıq imkanları məhdud şəxslər üçün
çəkilən xərcin müəyyən qismini qarşılamasıdır.
Bələdiyyələrin inkişafı mütləqdir
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
ölkəmizdə bələdiyyələrin üzərinə sosial müdafiə məsələlərində böyük məsuliyyət
düşür. Lakin onların bu sahədə passivliyi uzun müddətdir ki məlum məsələdir. Hal-
hazırda yerli bələdiyyələrin 80%-ə yaxını kənd yerlərində yerləşir ki, bu da onların
maliyyə mənbələrinin yüksək olmasına müəyyən maneələr yaradır.
23
Baxmayaraq ki,
kənd təsərrüfatının inkişafı hesabına maliyyə vəsaitlərini böyütmək mümkündür. 2015-
ci il statistikasına əsasən, ölkə üzrə bələdiyyələrin ümumi gəlirləri 30,803,900 manat
olmuşdur ki, bunun da cəmi 4,0%-i sosial məsələlərə xərclənmişdir (ümumi xərclər
23
Mikayılova, Nurəngiz (2015)
14
30.882.500 manat təşkil etmişdir).
24
Bu məqamda iki həll yolu ortaya çıxır; mərkəzi
büdcədən bələdiyyələrə ayırmaları artırmaq və bələdiyyələrin müstəqil şəkildə öz
büdcələrini maliyyələşdirməsi. Hər iki variantın reallaşması üçün güclü iqtisadiyyat və
infrastruktur gərəkdir. Mövcud böhran şəraitində bunları reallaşdırmaq o qədər də asan
olmasa da, böhrandan sonrakı dövrdə bələdiyyələrin maliyyə mənbələrinin
yaxşılaşması üçün işlərin görülməsi mütləqdir.
Müavinət və pensiyaların həcmi artırılmalıdır
Azərbaycandakı sağlamlıq imkanları məhdud şəxslərin bir çoxunun üzləşdiyi başlıca
problem yoxsulluqdur. Dövlət tərəfindən onlara verilən aylıq müavinətlərin həcmi
nəyin ki onların ehtiyaclarını tam ödəmir, müavinətlər hətta minimum yaşayış həddini
də aşmır. Sosial müdafiə xərcləri ümumi büdcə xərclərinin 36,1%-i təşkil etsə də,
məbləğin artırılmasına ehtiyac vardır. Hazırki vəziyyətdə büdcə gəlirlərinin azaldığı bir
şəraitdə belə bir artım etmək elə də asan olmaya bilər. Lakin əhalinin sosial rifahının
dövlət siyasətinin prioritetlərindən biri olduğunu nəzərə alsaq, belə artıma ciddi ehtiyac
var. İnkişaf etmiş ölkələrdə və qonşu Türkiyədə sağlamlıq imkanları məhdud şəxslərin
rifahının yaxşılaşdırılmasında təkcə dövlət yox, özəl sektor da ciddi rol oynayır ki, bu
da dövlətin yükünü azaldır.
Qeyd edildiyi kimi, dövlət tərəfindən onlara verilən aylıq müavinətlərin həcmi nəyin ki
onların ehtiyaclarını tam ödəmir, müavinətlər hətta minimum yaşayış həddini də aşmır.
Düzdür, inkişaf etmiş dövlət olan Britaniyada da verilən müavinətlər adətən minimum
yaşayış haqqından aşağı olur. Lakin bu ölkədə sağlamlıq imkanları məhdud şəxslər
saysız-hesabsız güzəştlərdən, pulsuz səhiyyə və nəqliyyat xidmətindən faydalanır. Bu
cür güzəştlərin olmadığı Azərbaycanda hal-hazırda verilən aylıq pensiya (149,09 AZN)
və əlillik müavinəti bu qəbildən olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılmasına
kifayət deyildir. Ümumiyyətlə isə, sağlamlıq imkanları məhdud şəxslər minimum
yaşayış həddi müəyyən edilən zaman diqqətdən kənarda qalırlar.
24
Dövlət Statistika Komitəsi (2015)
15
Baxıcı və qayğı çəkənlərin diqqətdən kənarda qalması
Azərbaycandakı sağlamlıq imkanları məhdud şəxslərin rifahının yaxşılaşdırılması
siyasətinin digər zəif cəhəti isə onun baxıcı və qayğı çəkənləri diqqətə almamasıdır.
Qanunvericilik sağlamlıq imkanları məhdud şəxslərin özünə çoxsaylı hüquq və
müavinətlər versə də, onların qayğısına qalmaq üçün hər gün saatlarla vaxt ayıran
şəxslərə heç bir müavinət düşmür.
İcbari tibbi sığorta
Uzun illərdir müzakirə olunmasına rəğmən, ölkəmizdə icbari tibbi sığortanın tətbiq
edilməməsi bu sosial qrupun da vəziyyətinə birbaşa mənfi təsir göstərir. Qanunda tibbi
xidmətin pulsuz göstərilməli olduğu qeyd edilsə də, reallıqda müşahidə olunan mənzərə
budur ki, digər insanlar kimi sağlamlıq imkanları məhdud şəxslər də səhiyyə
xidmətindən lazımınca faydalana bilmirlər. Sağlamlıq imkanları məhdud şəxslərin
səhiyyə sisteminə xərclədiyi pullar barədə dəqiq statistika olmasa da, bu xərcləməlrin
onların ümumi xərclərindəki xüsusi çəkisinin az olmadığını güman etmək olar.
Özəl sektor daha fəal olmalıdır
CESD və Konrad Adenauer Stiftung təşkilatının apardığı tədqiqat göstərmişdir ki,
Azərbaycanda korporativ sosial məsuliyyət istənilən səviyyədə deyildir. Bunun
nəticələrindən biri də özəl sektorun sağlamlıq imkanları məhdud şəxslərə xüsusi qayğı
göstərməməsidir. Ölkəmizdə ictimai nəqliyyat, telekommunikasiya, tibbi xidmətlər və
s. sektorunda fəaliyyət göstərən şirkətlərin demək olar ki, heç biri sağlamlıq imkanları
məhdud şəxslərə güzəşt və endirimlər təklif etmir. Bundan başqa, özəl sektorda
infrastruktur müyəssərliyi də istənilən səviyyədə deyildir.
Tibbi-sosial ekspertizada şəffaflığın təmin edilməsi
Əlillik dərəcəsi kriteriyalarının verilməsində şəffaflıq tam olaraq təmin edilməmişdir.
Digər hallarda isə ekspertiza nümayəndələri özləri müxtəlif vasitələrə əl ataraq
sağlamlıq imkanları məhdud şəxslərdən qeyri-qanuni ödəniş tələb etməsi halları
mətbuatda geniş işıqlandırılmışdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, son illər
16
bu hallar ilə mübarizə xeyili gücləndirilmişdir. Əlillik dərəcəsinin təyin olunmasında
avtomatlaşma və texnologiyadan istifadənin belə halları azaldacağını hesab etmək olar.
Ədəbiyyat siyahısı
Barnes, Colin və Messner, Geof (2005). Disability, work, and welfare
challenging the social exclusion of disabled people. 19 (3) pp.527-545
Scope (2016). İnternet vebsaytı - http://www.scope.org.uk/
Community Development Authority (2016). İnternet vebsaytı -
https://www.cda.gov.ae/en/socialcare/SocialBenefits/Pages/TuitionFees.aspx
Mikayılova Nurəngiz (2015) Azərbaycanın İqtisadi İnkişafında və İdarəetmədə
Bələdiyyələrin Rolu. Əmək və Sosial Problemlər jurnalı, No.2 (16), 2015
Emirates News Agency (2015). UAE Cabinet endorses AED 48 Billion for 2016
Federal Government Budget. Internet vebsaytı -
https://www.wam.ae/en/news/emirates/1395287125114.html
The National UAE (2015) ‘100 per cent inclusion for disabled people is UAE’s goal’.
İnternet vebsaytı - http://www.thenational.ae/uae/100-per-cent-inclusion-for-disabled-
people-is-uaes-goal
Engelli Blog (2015) Engelli Su İndirimi. İnternet vebsaytı -
http://www.engelliblog.com/2015/10/engelli-su-indirimi/
Estoniya Sosial Sığorta Şurası (2016) İnternet vebsaytı-
http://www.sotsiaalkindlustusamet.ee/social-benefits-for-disabled-persons/
Luxpress (2016). İnternet vebsaytı -http://www.luxexpress.eu/en/learn-about-
available-discounts
Baldock, John., Mitton, Lavinia., Manning, Nick and Vickerstaff, Sarah (2012).
Social Policy. Oxford, Oxford University PressHuman Rights Centre (2015). Human
Rights in Estonia 2014-2015 İnternet vebsaytı - http://humanrights.ee/en/annual-
human-rights-report/human-rights-estonia-2014-2015/
Dostları ilə paylaş: |