Kiçik v
ə orta müəssisələrin sahibkarlıq fəaliyyəti
Bazar iqtisadiyyatında kiçik müəssisələrin yeri və rolu. Bazar münasibətləri şəraitində
iqtisadiyyatın struktur quruluşunun formalaşdırılmasında ən aparıcı problem dövlətsizləşdirmə
v
ə dövlət inhisarında olan əmlakın özəlləşdirilməsidir. Bu problem dünya praktikasında əsas
etibaril
ə xırda, kiçik, orta müəssisələrin yaradılması yolu ilə həll edilir. Bu müəssisələrdən hər
biri istehsal vasit
ələrinin şəxsi sahibi olduğundan, təbiidir.
Müasir şəraitdə dünya ölkələrinin iqtisadiyyatında şəxsi və ailə üzvlərinin fərdi əməyinə
əsaslanaraq fəaliyyət həyata keçirən orta və kiçik müəssisələr bərabər təsərrüfatçılıq şəraitində
f
əaliyyət göstərirlər. Müəssisələrin həcmi bu və ya digər sahənin spesifikasından, onun
texnoloji xüsusiyy
ətindən, fəaliyyət sahəsinin səmərililiyindən asılıdır. Elə sahələr vardır ki,
onlar yüks
ək kapital tutumuna, əmək tutumuna və istehsal həcminə malik olur. Ona görə də
böyük h
əcmli müəssisələrin olması tələb edilmir.
Dig
ər tərəfdən isə son zamanlar xırda və orta sahibkarlığın görünməmiş dərəcədə inkişafı
hiss edilm
əkdədir. Bu proses xüsusilə o sferalarda mövcud olur ki, burada çoxsaylı maliyyə
v
əsaitlərinə, avadanlıqların və əmək ehtiyatlarının böyük həcminə o qədər də ehtiyac
olmur.Kiçik v
ə orta müəssisələr xüsusilə istehlak məhsullarının istehsalı ilə bağlı olan sahələrdə
yaranır və fəaliyyət göstərir.
Keçmiş İttifaq respublikalarında və o cümlədən ölkəmizdə 1990- cı illərin əvvəllərində kiçik
mü
əssisələr ən çox dövlət müəssisələrinin bazasında yaradılırdı. 1991-ci ildən isə kiçik
mü
əssisələrin yaradılmasında məhdud məsuliyyətli yoldaşlıq formalarından istifadə edildi.
1991 -
ci ilin ikinci yarısından etibarən kiçik müəssisələr xüsusi mülkiyyətin bazası əsasında
yenid
ən təşkil edildi. Ailə tipli kiçik müəssisələrə də dünya praktikasında daha çox rast gəlinir.
Bir çox hallarda ail
ə tipli kiçik müəssisələrin yaradılması qeyri-yaşayış tipli binaların icarəyə
götürülm
əsinin mürəkkəbliyi və bahalığı ilə izah olunur. Bir sıra hallarda kiçik müəssisələrin
yaradılmasında yerli hakimiyyət oqranları da iştirak edirlər. Təsisçinin əmlakı isə qeyri-yaşayış
binalarının icarə şərti ilə verilməsi hesab edilir.
Kiçik mü
əssisələrin inkişafı xalq təsərrüfatının inhisarsızlaşdırılmasının ən mühüm elementi
hesab edilir. Bu zaman is
ə istiqamət aşağıdakılar hesab edilir:
- müst
əqil istehsalat təsərrüfat fəaliyyətinə malik blokların ayrılması;
- iri mü
əssisələrin tərkibində kiçik və orta həcmli müəssisələrin kollektivlərinin ayrılması;
- iri mü
əssisələrin təşəbbüsü ilə kiçik və orta müəssisələrinin yaradılması
Kiçik mü
əssisələr dövlət, ictimai, kooperativ müəssisələrlə, xüsusi şəxslərlə həmçinin
mülkiyy
ətin digər formalanna əsaslanan təşkilatlarla birlikdə təsis edilə bilər.
Dostları ilə paylaş: |