SAHİBKARLIQ FƏALİYYƏTİNİN NÖVLƏRİ.
Sahibkarlıq fəaliyyətinin müxtəlif cür növləri mövcuddur.Hər hansı biznes fəaliyyəti məhsul və
xidmətlər istehsal,mübadiləsi,məhsulun bölgüsü və istehlakı ilə sıx bağlıdır.Sahibkarlıq
fəaliyyətinin aşağdakı növləri var: istehsal sahibkarlığı, kommersiya sahibkarlığı, maliyyə
sahibkarlığı və konsultativ sahibkarlıq.Bu növlər bir neçə yarımnövlərə bölünür.Bunlar
aşağdakı sxemdə göstərilib.
İstehsal sahibkarlığ fəaliyyəti ən aparıcı növü hesab edilir.Burada məhsul,əmtəə istehsalı
həyata keçirilir,xidmətlər göstərilir,müyyən mənada dəyər yaradılır.lakin bazar
iqtisadiyyatına keçid şəraitində bu sferanın fəaliyyəti müəyyən uğursuzluğa məruz
qalmışdır.Belə ki,təsərrüfat əlaqələri pozulmuş,maddi-texniki təchizat sistemi zəifləmiş,məhsul
satışı kəskin surətdə aşağı duşmüş,müəssisənin maliyyə vəziyyəti pisləşmişdir.
Bazar iqtisadiyyatına keçidin ilkin dövrlərində kommersiya sahibkarlığı daha geniş
inkişaf etmişdir.Kommersiya sahibkarlığı alqı-satqı əməliyyatını xarakterizə
edir.Sahibkarlığın bu növündə fəaliyyətin nəticəsi daha tez əldə edilir.Kommersiya
sahibkarlığı son zamanlar fərdi və xüsusi sahibkarlığın inkişafı ilə əlaqədar genişlənmişdir.
Sahibkarlığın fəaliyyətinin xüsusi növlərindən biri də maliyyə sahibkarlığıdır.Bu fəaliyyət
sferasına tədavül və mübadilə daxildir.Maliyyə sahibkarlığı istehsal və kommersiya sahələrində
formalaşır.
Konsultativ (məsləhət) sahibkarlıq son illər geniş inkişaf etmişdir.O,çoxsaylı
istiqamətlərə malikdir.Respublikamızda və digər keçmiş ittifaq respublikalarını inkişaf etmiş
SAHİBKARLIĞIN NÖVLƏRİ
İSTEHSAL
İNNOVASİYA
ELMİ-TEXNİKİ
MƏHSUL İSTEHSAL
XİDMƏTLƏR GÖSTƏRİLMƏSİ
İSTEHLAK MƏHSULLARI İSTEHSALI
İSTEHLAK XİDMƏTLƏRİ İSTEHSALI
İNFORMASİYA
KOMMERSİYA
TİCARƏT
ALQI-SATQI
TİCARƏT-VASİTƏÇİLİK
ƏMTƏƏ BİRJASI
MALİYYƏ
BANK
SIĞORTA
AUDİTOR
LİZİNQ
FOND BİRJASI
KONSULTATİV
ÜMUMİ İDARƏETMƏ
İNZİBATİ
MALİYYƏ İDARƏETMƏ
İDARƏETMƏİDARİDARİDAR
KADR İDARƏETMƏSİ
MARKETİNQ
İSTEHSAL
İNFORMASİYA TEXNİKASI
XÜSUSİ XİDMƏTLƏR
ölkələrlə müqayisə etsək,konsultativ sahibkarlığın yaxın gələcəkdə sürətlə inkişaf edəcəyi
gözlənilir.
Dostları ilə paylaş: |