SahibkarliğİN Əsaslari



Yüklə 409,98 Kb.
Pdf görüntüsü
səhifə1/19
tarix22.04.2022
ölçüsü409,98 Kb.
#56085
  1   2   3   4   5   6   7   8   9   ...   19
SAHİBKARLIĞİN-ƏSASLARI-fənnindən-movzular



SAHİBKARLIĞİN   ƏSASLARI. 

Sahibkarlığın  iqtisadi  fəaliyyət  növü    kimi  yaranma  tarixi  orta  əsrlərdən  başlanır.Artıq  bu 

dövrlərdə tacirlər,satıcılar,sənətkarlar sahibkarlıqla məşğul olmağa başlamışdılar.Sahibkarlığın 

inkişafı hazırda  yüksək bir mərhələyə gəlib çıxmışdır.İndi sahibkar özünəməxsus  olan fabrik 

və zavodda digər işçilərlə bərabər çalışır.  

  

XVI əsrin ortalarından səhm kapitalı əsasında səhmdar cəmiyyətləri təşkil edilməyə başladı.İlk 



səhmdar  şirkət  beynəlxalq    ticarət    sferasında    yaradılmışdır.1554-cü  ildə  Rusiyada  ticarət 

etmək üçün İngiltərə ticarət  şirkətinin əsası qoyuldu. 

   

XVII  əsrin    sonlarından  etibarən  iqtisadiyyatda  ilk  dəfə  səhmdar  bankları  yaradılmağa 



başladı.1694-cü  ildə  İngiltərədə  və  1965-ci  ildə  isə  Şotlandiyada  ilk  səhmdar  bankının  əsası 

qoyuldu.XVII 

əsrin sonu və XVIII əsrin əvvəllərində əksər ölkələrdə bank fəaliyyətinin təşkili 

ilə  bağlı  səhmdar  cəmiyyətlər  geniş  spektrdə  inkişaf  etməyə  başladı.Belə  bir  dövrdə  əvvələr 

mövcud  olmuş  ailə  firmaları,iri  mülkiyyətçilər  yüzlərlə  xırda  əmanətçilərə  səhm  sahiblərinə 

parçalanır.Bu  proseslərin  inkişafı  xırda  və  iri  biznes  arasında  zidiyyətlərin  dərinləşməsinə 

gətirib  çıxarır.Bu  şəraitdə  xırda  firmaların  fəaliyyəti  çətinləşir.Orta  və  iri  firmaların  inkişafı 

geniş vüsət alır.Maksimum mənfəət əldə etmək imkanları reallaşır.Bu zaman peşə və ixtisaslara 

menecer rəhbərlərə və istehsalın təşkilatçılarına ehtiyac yaranır.Əvvələr sahibkarlıq funksiyası 

bir  nəfərin  əlində  mərkəzləşmış,sonralar  isə  xüsusi  istiqamətlərə  ayrılmışdır.İstehsal  iqtisadi 

prosesləri  həyata  keçirmək  üçün  maliyyəçi,iqtisadçı,mühasib,hüquqşünas,texnoloqlardan 

istifadə olunur.   

    

Sahibkarlıq  fəaliyyətində  1921-ci  -1926-cı  illərdə  həyata  keçirilən  yeni  iqtisadi  siyasət 



dövründə  müəyyən qədər canlanma əmələ gəldi.Lakin 20-ci illərin sonlarından etibarən həyata 

keçirilən 

məcburi 

kollektivləşdirmə 

sahibkarlığı 

məhdudlaşdırdı.Keçmiş 

ittifaq 

respublikalarında  90-cı  ildən  etibarən  sosializm  sisteminin  dağılması  sahibkarlıq  fəaliyyətinə 

şərait  yaratdı.Müstəqillik    əldə  etmiş  respublikalarda  mülkiyyət  və  sahibkarlıq  fəaliyyəti 

haqqında  qəbul  edilən  qərarlar  bu  fəaliyyət  növünün  hüquqi  əsasını  yaratmışdır.Bu  dövrdən 

etibarən  xüsusi  mülkiyyət  və  sahibkarlıq  fəaliyyəti  səhmdar  cəmiyyətlərinin  və  digər 

təsərüfatçılıq formalarının inkişafı ilə yenidən bərpa olundu. 

   XIX-

XX əsrlərdə dünya iqtisadiyyatında sahibkarlıq fəaliyyətinin rolu və əhəmiyyəti getdikcə 

daha  dərindən  dərk  edilməyə  başlandı.Fransız  iqtisadçısı  Andre  Marşal  ilk  dəfə  olaraq 

istehsalın  üç  klassik  faktoruna  (torpaq,kapital,əmək)dördüncü  faktoru  da  təşkilatçılıq 

qabiliyyətini də əlavə etdi. 

   


Amerikan  iqtisadçısı  C.Klark  ,J.Seyin  üçvalentli  formulunda  müəyyən  dəyişikliklər  

etdi.Onun fikrincə istehsal prosesində 4 faktor iştirak edir.Bunlar aşağdakılardır:    

1.Kapital, 2.istehsal vasitələri və torpaq, 3.Sahibkarlıq fəaliyyəti, 4.İşçi qüvvəsi.Bu faktorların 

hər biri isthsaldan əldə edilən gəliridə özünəməxsus  xüsusi çəki təşkil edir.Belə ki,kapital 

kapitalistə faiz,istehsal vasitələri və torpaq – renta,sahibkarlıq fəaliyyəti – mənfəət gətirir,işçi 

qüvvəsi isə əmək haqqı ilə təmin edilir. 

      

İqtisadçılar “sahibkarlıq fəaliyyəti” və “sahibkarlıq”terminlərini müxtəlif aspektlərdən şərh 



edirlər. 

      -Riçard Kantilyon ---Sahibkar – 

risk şəraitində fəaliyyət göstərən insandır. 

      - Bodo---- Sahibkar – 

müəssisədə istehsalı təşkil edən,onu planlaşdıran,nəzarət edən və 

bunun üçün məsuliyyət daşıyan şəxsdir. 

       -Frensis Uoker --- 

Sahibkar dedikdə - öz təşkilatçılıq qabiliyyəti ilə mənfəət və faiz əldə 

edən şəxs nəzərdə tutulur. 

         -Devid Maklelland --- Sahibkar – 

hər bir risk şəraitində fəaliyyət göstərən enerjili 

insandır. 




         -Piter Druker ---

Sahibkar maksimum mənfəət əldə etmək üçün bütün imkanlardan istifadə 

edən insandır. 

Sahibkarlığın subyekti ayrı -ayrılıqda xüsusi şəxslər,müəssisələr və kollektivlər ola bilər. 

          

Beləliklə,Sahibkar  -   firmanın  və  idarə edilməsi riskini və məsuliyyətini öz üzərinə 

götürən  şəxsdir.(bir qrup insandır).  

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                           

 

 

 





Yüklə 409,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin