SahibkarliğİN Əsaslari


İSTEHSAL SAHİBKARLIĞININ MAHİYYƏTİ



Yüklə 409,98 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix22.04.2022
ölçüsü409,98 Kb.
#56085
1   2   3   4   5   6   7   8   9   ...   19
SAHİBKARLIĞİN-ƏSASLARI-fənnindən-movzular

İSTEHSAL SAHİBKARLIĞININ MAHİYYƏTİ. 

Sahibkarlıq fəaliyyətinin növləri bir-biri ilə qarşılıqlı əlaqədə olub,bir-birni tamamlayır.Sxemdə 

gordüyümüz kimi,istehsal sahibkarlığına innovasiya ,elmi-texniki fəaliyyət,əmtəə və xidmətlər 

istehsalı,istehlak məhsullarının istehsal və həmçinin informasiya  fəaliyyəti 

aiddir.İqtisadiyyatda  istehsal  amillərinə  istehsal fondları,işçi qüvvəsi  və informasiya  xidmət 

daxildir.İstehsal fondları da öz növbəsində  əsas və dövriyyə  fondalarına bölünür. 

Əsas  istehsal    fondlarına  binalar,qurğular,ötürücü  avandanlıqlar,güc  maşınları,iş  maşınları  və 

avadanlıqlar,hesablama  texnikası,nəqliyyat  vasitəlri  və  sair  daxildir.Əsas  istehsal  fondlarına 

həmçinin    istehsal  sexlərinin    binaları  ,zavod  və  fabriklərin  idarə    binası,laboratoriya    və  s. 

aiddir. 


 

ehtiyat  hissələri  daxildir.Dövriyyə  fondlarına  qablaşdırma    materialları  ,yarımfabrikatlar  və 

gələcək dövrün xərcləri  də  aiddir.          

    


Kommersiya  sahibkarlığının ən geniş yayılmış formaları kimi əmtəə birjaları və ticarət 

təşkilatları  fərqləndirilir.Birjanın  nə vaxt yarandığını  demək çətindir.1653-cü ildə  Marsel 

tacirləri  “Gorüş üçün əlverişli  olan bir bina “ tələb etdilər.Küçə yığıncaqlarında kommersiya 

işlərinin  həllində qarşiya çıxan  çətinlikləri aradan qaldırsınlar. 

       

Beləliklə,birja  ticarətinin    aparılması    qaydaları  tədricən    yaranmağa    başladı.Onların 

iştirakçıları    belə    qərara    gəldilər  ki,malları    özləri  ilə  daşımaq  heç  də  lazim    deyil.Təkcə  

onların  qiymətləri    ilə  razılaşmaq  kifayətdir.Qalan  bütün  şərtlər    bağlanmış  müqavilədə 

göstərilməlidir.Birjanın  alver  meydanında  alqı  satqı  ilə  yanaşı,həm  də  sığorta 

edilməsi,veksellərin alınıb satılması və s.bu kimi  məsələlər  həll olunurdu. 

        Birja üçün ilk bina 1531-

ci ildə Brüğğe şəhərinin rəqibi  Antvepenedə  tikilmişdir.XVII 

əsrin  əvvələrində ticarət  və maliyyə  fəaliyyətinin  mərkəzi Amsterdama keçirildi.1608-ci ildə 

burada dünyanın ən məhşur birjası yaradılır.Bu firmanın  nailyyətlərində Niderland dünyanın  

güclü  maliyyə  dövləti    hesab    olunurdu.Amsterdamda    işgüzar  əməliyyatlar  həyata  

keçirilirdi.Minlərlə makler birjaya gələnlərə  xidmət göstərirdi.XVIII əsrin  əvvələrində dünya 

ticarət mərkəzi  London olur.Hələ 1625-ci ildə Britaniya  taxt-tacının  qiymətli daşları,3 milyon  

funt  kredit  almaq  məqsədilə Amsterdamda girov qoyulmuşdu. 

   

ABŞ-da ilk ticarət birjası 1948-ci ildə Çikaqoda açılmışdır.Hazırda ABŞ-da müxtəlif ticarət 



malları ilə ixtisaslaşmış 11 iri ticarət birjası  mövcuddur.Onlardan ən başlıcası  kənd təsərrüfatı 

məhsulları,sənaye xammalı və yarımfabrikatlardır.Nyu-York  şəhərində  qəhvə ,şəkər və kakao 

birjası,pambıq,sitrus  və neft  birjası fəaliyyət göstərir. 

      


Birjanın vəzifəsi ticarət  sazişləri bağlamaq istəyənləri yerlə təmin etməkdir.Ticarət birjanın 

ticarət  zalında    aparılır.Bu  zal  bir  neçə  seksiyadan  ibarətdir.Bu  zaman  qiymət  qoyulmada 

müəyyən qaydaya  əməl olunur.Məsələn,mal alarkən təklif  edilmiş qiymətdən aşağı ,satanda 

isə  ondan    yuxarı  qiymət    demək  olmaz.Mühüm  aparıcı    şəxs  brokerdir.O,xaricdən  mal 

gətirmək və xaricə mal aparmaq üçün federal  dövlətin  icazəsini (lisenziyasını)almalı,həmçinin  

həm öz şəxsi marağı,həm də sifarişçinin marağı üçün ticarət etməlidir. 

Əmtəə 

birjaları 



aşağıdakı 

əsas 


funksiyaları 

yerinə 


yetirir:                                                                                             

-------


ticarət  sazişlərinin bağlanmasına görə vasitəçilik   xidmətlərinin   gostərilməsi.          


-------

tiçarət mübahisələrinin  həll edilməsi  və  ticarət  əməliyyatlarinin  tənzimlənməsi. 

------

istehsalın  vəziyyəti ,qiymət  və  digər  faktorlar  haqqında  məlumat 



       

Maliyyə      sahibkarlığının    fəaliyyətinin    əsas  sahələrini    kommersiya  bankları  və    fond 

birjalar

ı təşkil edir.Adı çəkilən bu iqtisadi  strukturlar həm də bazar münasibətlərinin ən mühüm 

atributlarındandır.Kommersiya  bankları  səhmdar  tipli  maliyyə  kredit    idarəsidir.Kommersiya  

təşkilatlarını  haqqı  ödənilməklə  kreditləşdirir.Pul  əmanətlərinin(depozit) qəbulunu  həyata  

keçirir.Müştərilərin tapşırığı ilə digər əməliyyatlar aparır. 

   


Kommersiya    banklarının  əməliyyatları    3  qrupa    ayrılır:  1.passiv.  2.aktiv.  3.komissyon  

vasitəçilik. 

   

Kommersiya  banklarının   fəaliyyətlərinin əsas xüsusiyyətləri müəssisələrin vəsaitlərinin cəlb  



edilməsindən    ibarətdir.Bu  banklar  kommersiya    xarakteri  daşıyaraq    kreditorlara    pulları 

müəyyən müddətə  və  müəyyən faiz dərəcələri ilə verirlər. 

Maliyyə  bazarının  yaradılması  zamanı  dövlətin  sosial iqtisadi  inkişafın  sabitliyini  təmin 

etməsi    prinsipial    xarakter  daşıyır.Dövlətin    maliyyə    bazarının    tənzimlənməsi    əsasən  

republikanın  qanunvericilik  aktları  ilə həyata keçirilir.        

Maliyyə bazarının əsas elementləri  kommersiya bankıdır.Kommersiya  banklarının  passiv və 

aktiv  kommersiya əməliyyatları həyata keçirmək imkanları vardır. 

            

Konsultant    sözünün    latın  dilində    hərfi  mənası    məsləhətçi    deməkdir.İqtisadi    və  

siyasi  leksionda  mahiyyət  etibarı ilə  bu kateqoriya   mütəxəssislərin  müəyyən sahədə  öz 

ixtisasına  uyğun  məsələlər üzrə  məsləhətlər verməsidir. 

         

Konsultativ  xidmətlər  birdəfəlik  şifahi məsləhətlər formasında  həyata keçirilir.Lakin 

onlar konsulitativ layihələr  formasında da verilə bilər.Konsultativ layihələr  aşağdakı  mərhələr 

əsasında həyata keçirilir. 

---------- 

problemin araşdırılması və ya diaqnostika. 

---------- 

qərar layihəsinin  hazırlanması. 

---------- 

qərar layihəsinin  həyata keçirilməsi. 

Konsultativ  xidmətin 3 növü tətbiq edilir: ekspert,proses və təlimatlar. 

        

Ekspert    kons.  xidmətlər  konsaltinqin  ən  passiv    formasıdır.Bu  zaman  konsultant  

diaqnostika qərar layihəsinin hazırlanması  və  onun  tətbiqinə dair  məsləhətlərin  verilməsini  

müstəqil şəkildə həyata  keçirir. 

       Prosessual kons

.xidmətlər    zamanı  konsaltinq  firmasının  mütəxəssisi  layihələrinin  

hazırlanmasının  bütün  mərhələlərində  müştərilərlə fəal  qarşılıqlı  əlaqədə olur.Öz ideya  və  

təkliflərinə  qarşı  tərəflərin  münasibətini  öyrənir.   

        

Təlim  xarakterli  kons.  xidmətlər  zamanı    mütəxəssislərin    başlıca  vəzifəsi  qərarların  

hazırlanması    və    ideyaların  yaradılması  üçün  münbit    şərait  yetişdirməkdən  ibarətdir.Bu 

məqsədlə mütəxəssislər  müştərilərə  mühazirələr oxuyur,seminarlar aparır. 

       

Konsltativ    xidmətlər  sahəsində    sifarişçilərin    təmin  edilməsində  konsultant    firmanın  

imici    də  mühüm  rol  oynayır.Vizit    kartoçkalarının    sayı,ofisin    şəraiti,yerləşdiyi    ərazinin  

əlverişliyi ,xarici görkəmi ,firmanın işçilərinin münasibəti   bütün   bunlar konsultant  firma  ilə 

əməkdaşlıq  edəcək  sifarişçinin müsbət qərar  qəbul  etməsinə  təsir  edən  faktorlardandır.                   

 

 



 



Yüklə 409,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin