Sahibkarlıq rəqabəti və növləri.
Bazar iqtisadiyyatının ən mühüm prinsiplərindən biri əmtəə istehsalçıları arasındakı azad
r
əqabətin mövcud olmasıdır. Rəqabət - öz sahibkarlıq fəaliyyətinin nəticələrini daha da
yaxınlaşdırmaq məqsədi ilə ən əlverişli istehsal və satış şərtləri əldə etmək uğrunda
istehsalçılar, mal göndərənlər, bir sözlə, firma və müəssisələr arasındakı mübarizədir. Bazar
münasib
ətləri sistemində rəqabətin əsas məzmunu alıcı uğrunda mübarizə və onların
ehtiyatlarının tam təmin edilməsidir. Bazarda daha çox pay və mövqe uğrunda mübarizə və bu
sah
ədə əldə edilən müvəffəqiyyət ilk növbədə əmtəə istehsalçılarının istehsal etdikləri
m
əhsulun keyfiyyəti və onun qiymətinin aşağı olmasından asılıdır. Əslində bazar münasibətləri
şəraitində rəqabət sahibkarlıq fəaliyyətinin ən mühüm ölçü vahidi hesab edilir. Bazar
münasib
ətlərinin və iqtisadiyyatın inkişaf tarixi göstərir ki, rəqabət əslində əmtəə istehsalı ilə
eyni vaxtda yaradılmışdır. Lakin kapitalizmin inkişaf etdiyi şəraitdə o həm bazar
münasib
ətlərinin ən mühüm amilinə və həm də ictimai istehsalın çevik tənzimlənməsinə
çevrilmişdir. XIX əsrin ortasından etibarən dövlət tərəfindən tənzimlənməyən və azad rəqabətin
geniş inkişaf etdiyi bazar iqtisadiyyatı formalaşmağa başlamışdır. Bu cür bazar əmtəə
istehsalına müstəsna hallarda yalnız tələb və təklif mexanizmi və ona uyğun olaraq qiymətin
d
əyişməsi yolu ilə təsir edirdi. Təbiidir ki, bazar münasibətlərinin bu cür formalaşması və
inkişafı əmtəə istehsalını istehlakçıların tələblərini öyrənməyə, istehsal etdikləri məhsulun
keyfiyy
ətini yaxşılaşdırmağa, əmək məhsuldarlığını yüksəltməyə, istehsalı yüksəldməyə və
istehsal x
ərclərini aşağı salmağa məcbur edirdiv Bu dövrdə rəqabətin iki əsas forması -
sah
ədaxili və sahələrarası rəqabət yaranıb inkişaf etməyə başladı. Sahədaxili
rəqabət - bir
sah
ədə əmtəə istehsalçıları arasındakı rəqabəti xarakterizə edir. Əgər müəssişə yüksək əmək
m
əhsuldarlığına nail olursa, orta səviyyəli əmək mqhsuldarlığı ilə işləyən müəssisələrə nisbətən
daha çox
əlavə mənfəət əldə edir. Əksinə, texniki və texnoloji cəhətdən zəif inkişaf edən
mü
əssisə istehsal etdiyi məhsulun fərdi dəyərini belə qazana bilmir. Sahədaxili rəqabət
mü
əssisələri elmi-texniki tərəqqinin inkişafına stimullaşdırır. Sahələrarası rəqabət - müxtəlif
sah
ələrə daxil olan müəssisələr arasındakı rəqabəti xarakterizə edir. Sahələrarası rəqabət inkişaf
etdiyi mühitd
ə kapitalın aşağı mənffət normalarına malik olan sahələrin daha yüksək mənffətə
malik sah
ələrə axını yaranır. Daha gəlirli sahələrə yeni kapital axını müşahidə edilir.
R
əqabət növlərinin təsnifləşdirilməsi əmtəə istehsalının sayından , onların bazarda tutduğu
xüsusi ç
əkisindən də asılı olur. Məhz bu baxımdan təkmil (azad) və qeyri-təkmil rəqabət
növl
əri fərqləndirilir. Azad (təkmil) rəqabətin əsas əlamətləri. Bu rəqabət mühitində
iştirakçıların sayı məhdudlaşdırılmır, əmtəə istehsalçıları bazara daxil olmaq və çıxmaq
baxımından mütləq mənada sərbəstliyə malikdirlər. Azad rəqabətə misal olaraq hər bir
v
ətəndaşın sahibkarlıq fəaliyyəti ılə məşğul olması və öz fəaliyyətini dayandırmaq hüququnu
göst
ərmək olar. Bu hüququn özü belə müxtəlif aspektləri əhatə edir. Belə ki, fəaliyyət sahəsi
mü
əyyənləşdirilir, ona uyğun bu və ya digər strukturlar formalaşdırılır, muzdlu işçilər cəlb
edilir, s
əhmlər alınır, dövlət istiqrazları cəlb edilir, investisiya qoyuluşu təmin olunur və s. Azad
r
əqabət şəraitində vətəndaşların hər hansı fəaliyyət növünü seçməsi mümkündür. Azad rəqabət
sistemind
ə istehlakçıların diskriminalının bütün formaları istisna olunur. Azad rəqabət
şəraitində bütün növ material, əmək, maliyyə və s. resurslar mütləq mənada xarakter daşıyır,
y
əni daim hərəkətdə olur. Azad rəqabət mühitinin iştirakçılan öz maliyyə resurslannı sadəcə
yerl
əşdirmir, əksinə, gəlirlərin artmasına yönəldirlər.
Azad r
əqabət şəraitində tələb və təklifin tərəddüdləri dövri olaraq bir sahədə istehsalın
h
əcminini artmasına, digər sahədə isə azalmasına gətirib çıxarır. Bir firmada gəlirlərin artımı,
dig
ərində onun aşağı düşməsi ilə müşahidə olunur. Xırda müəssisələr rəqabətə davam
g
ətirmədiyindən iri müəssisələr tərəfindən özlərinə birləşdirilir. Bu da istehsalın
t
əmərküzləşməsinə və mərkəzləşməsinə gətirib çıxarır. Bunlar isə öz növbəsində inhisarçılığın
yaranmasına və bazarda hakimiyyətin zəbt olunmasına səbəb olur. Qeyrl-təkmil rəqabət bazarı.
Bazarın bu forması özündə xalis inliisarçılığı, inhisarçı rəqabəti, oliqopoliyanı birləşdirir. Xalis
(mütl
əq) inhisar o halda mövcud olur ki, bir firma məhsulun yeganə istehsalçısı kimi çıxış edir
v
ə bazarda həmin məhsul heç bir yaxın əvəzliyiciyə malik olmur. Xalis inhisar modeli
özlüyünd
ə aşağıdakı dörd xarakterik cəhəti birləşdirir: - bazarda məhsul vahid satıcı tərəfindən
t
əklif edilir; - realizə olunan məhsul unikal xarakter daşıyır. Mahiyyət etibarı ilə həmin
m
əhsuldan keyfiyyətli məhsul və ona yaxın əvəzləyicisi yoxdur; - inhisarçı bazar hakimiyyətinə
malik olur v
ə qiymətlərin səviyyəsinə mütəmadi olaraq nəzarət edir; - bazara daxil olmaq üçün
inhisarçı tərəfindən müəyyən süni baryerlər yaradılır. 1 Təbiidir ki, birinci halda söhbət təbii
inhisarçılıqdan gedir. Bu müəssisələr əsas etibarı ilə ictimai istifadəçilərə xidmət edir. Təbii
inhisara - elektrik v
ə qaz şirkətləri, su təchizatı, rabitə xətti və nəqliyyat müəssisələri aid edilir.
H
əqiqətən metropolitenlə rəqabət aparan hər hansı müəssisənin mövcud olduğunu demək
olduqca ç
ətindir. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına keçmiş ölkələrdə təbii inhisar
mü
əssisələri əsas etibarı ilə dövlət mülkiyyətində saxlanılır və ya dövlətin ciddi nəzarəti altında
f
əaliyyət göstərir. Bu sahəyə süni maneələr, patentlər və lisenziyalar aid edilir.
Oiiqopoliya. Oliqopoliyanı xarakterizə edən ən başlıca xüsusiyyət azsaylı rəqabət
iştirakçılarının olmasıdır. Nisbətən azsaylı (10-a qədər) firmalann
müəyyən əmtəə və xidmətlər
bazarında mütləq hegemonluğu ilə xarakterizə olunan rəqabət oiiqopoliya adlanınl^Tətbiqi
iqtisadiyyatın tədqiqatçıları göstərir ki, müxtəlif bazarlar arasında dəqiq müəyyənləşdirilmiş
s
ərhədlər yoxdur. Ona görə də oiiqopoliya modeli xalis rəqabətdən tutulmuş inhisarçı rəqabətə
q
ədər böyük bir sahəni əhatə edir) Bazar təsərrüfatında klassik oiiqopoliya beşə qədər istehsalçı
əsasında təşkil edilir. Məsələn, ABŞ-m avtomobil sənayesində “Böyük üçlük” - “General
Motors”, “Ford”, “Kraysler” hegemonluq edir. Oliqopoliyada m
əhsul istehsalı həm eyni tipli və
h
əm də differensiallaşmış məhsullar üzrə də həyata keçirilə bilir. Eyni tipli məhsullar əsas
etibarı ilə xammal və yarımfabrikatlar bazarını (neft, daş kömür, sement, texniki spirt və s.),
differensiallaşdınlmış məhsullar isə xüsusi ilə istehlak məhsulları bazarını əhatə edir.
Bazarda r
əqabət münasibətlərinin ən mühüm vasitələrindən biri əmtəənin markalandır. Əmtəə
v
ə onu istehsal edən və ya satan ticarət firmasının markası və onun nüfuzu məhsulun
reallaşdırılması zamanı an mühüm şərtlərdən biri hesab edilir. Rəqabət mühitinin ən
əhəmiyyətli cəhəti istehsal xərclərinin aşağı salınması, məhsulun assortimentinin dəyişən
t
ələbata uyğun surətdə yeniləşdirilməsi,onun keyfiyyətinin yaxşılaşdırılması, məhsulun və onu
istehsal ed
ən firmanın rəqabət qabiliyyətinin yüksəldilməsi, qanunvericilik yolu ilə dövlət
t
ərəfindən hüquqi müdafiənin təmin edilməsi və inhisarçı fəaliyyətin məhdudlaşdırılmasıdır.
Dostları ilə paylaş: