194
Çirkab su boru (1) ilə qəbul rezervuarına (2) oradan nasos
(5) və sorma borusu (3) ilə saturatora (6) daxil olur. Boru (4)
ilə çirkab suya həcmi sərfi 3%-dən az olmayaraq sıxılmış hava
vurulur. Saturatorda hava su ilə qarışır. Bu proses 30-50 Pa
təzyiq altında aparılır. Mayenin saturatorda qalma müddəti 2-3
dəqiqədir. Saturatorda hava-su qarışığı boru vasitəsilə saplodan
(8) keçərək flotasiya kamerasına (7) daxil olur. Burada “yağ
qarışığlı-hava hissəcikləri” kamerada suyun üzünə çıxır. Yağ
qarışıqlarını kameradan kənar etmək üçün köpük yığan (9)
qoyulur. Təmiz su isə (10) borusu ilə kənar edilir. Belə
qurğularda çirkab suların təmizlənmə effektliyi 0,85 – 0,95-ə
çatır.
Pnevmatik flotasiya qurğularında
ejektor vasitəsilə
verilən havanın suilə doyması baş verir.
Köpüklü flotasiya
prosesində yağ qarışıqlarını
sudan təmizləmək üçün köpük
əmələ gətirən flotasiya reagentlərindən istifadə edilir. Bu
reagentlər yağ qarışığı köpüklə örtülərək suyun üzərinə çıxır.
Kimyəvi flotasiya prosesində hava qabarcıqları
çirkab suyun
xüsusi reagentlərlə qarışıqlı kimyəvi reaksiyası əmələ gəlir.
Bioloji flotasiya bioloji akktiv
kütlənin çirkab su ilə
qarçılıqlı təsirin nəticəsində hava qabarçıqları əməmlə gəlir.
Mürəkkəb olduqlarına görə
belə növ flotasiya prosesi
praktikada
az
istifadə
edilir.
Sənayedə
son
vaxtlar
elektoflotasiya metodu tətbiq edilir.
Bu metodun üstünlüyü
ondadır ki, elektrokimyəvi oksidləşmə prosesi çirkab suların
əlavə zərərsizləşməsini təmin edir.
Bundan əlavə,
dəmir və
aliminium elektrodlardan ionlar məhlula keçir.
Bu da kiçik
çirkab hissəciklərin koaqulyasıyasına imkan verir (yaradır).
8.4.Çirkab suların metallardan və
Dostları ilə paylaş: