195
elektrokimyəvi metodlardan, biokimyəvi təmizləmədən və s.
istifadə edilir. Ən çox reagentlə təmizlənmə geniş yayılıb. Bu
təmizlənmədə əsas kimyəvi proseslər, zəhərli məhsulların
əmələ gəlməsilə suda həll olan qarışıqların oksidləşməsi və ya
reduksiyası, bərk və maye fazaların ayrılması
ilə həll olan
qarışığın həll olmayana keçməsi və çirkab sulardakı sərbəst
turşu və qələvi əsasların neytrallaşması prosesləridir.
Çirkab suların reagentlə təmizlənməsinin əsas metodu
onun NaCl, KCl, kalium permanqanatla,
hidrogen piroksidlə,
dəmirin duzları ilə və həm də xlorlaşdırma və ozonlaşdırma ilə
təmizlənməsidir.
Bu və ya digər reagentlə təmizlənmə çirkab sudakı
çirklərin tərkibindən və qatılığından, çirkab suyun sərfindən,
pH-ın qiymətindən və s. asılıdır.
Hal hazırda şirkab suların ağır metallardan və onların
duzlarından,
məsələn,
sianidlərdən
təmizləmək
üçün
ozonlaşdırma prosesi aparılır. Sianizlərin ozonla oksidləşməsi
metodu çox effektlidir. Bu zaman çirkab sulara heç bir əlavə
çirklər daxil olmur və ozon, hidrogen kimi bərpa olur. Bundan
əlavə heç bir zəhərli məhsullar əmələ gəlmir. Təmizlənmənin
texnoloji sxemi çox sadədir.
Iondeyişmə metodu sənayenin
çox sahələrində tətbiq
edilir. Çirkab suların təmizlənməsində əsasən altıvalentli
xromdan istifadə edilir. Bu metodlar həm yüksək effektli
təmizlənməni, həm də çirkab sulardan çıxarılan metalların və
duzların təmizlənməyini təmin edir.
Çirkab suların iondeyişmə ilə təmizlənməsində sintetik
iondeyişmə qətranlarından istifadə edilir. Xrom qarışıqlarından
çirkab suları təmizləmək üçün xromlaşma vannalarından
istifadə edilir (şəkil 8.6).
196
Şək.8.6. Xrom vannalarında çirkab suların iondəyişməsi
ilə təmizlənməsi sxemi
Çirkab suları rezervuar (1) daxil olur. Oradan nasos (2)
mexaniki qarışıqlardan təmizləmək üçün filtrə (3) verilir.
Mexaniki qarışıqdan təmizlənmiş çirkab su ardıcıl yerləşmiş
AB-17 və OH formalı iondəyişmə ---- doldurulmuş (4),
anion
filtrlərinə (5) daxil olur. Təmizlənmiş çirkab su təkrar xromlu
vannaya (12) daxil olur. Köməkçi kation filtri (6) çirkab suları
işə salma dövründə əlavə emal edir. Çən (7) kənar edilmiş
xrom birləşmələri daxil olur. Çən (8) işlənmiş məhlul yığılır.
Filtrlərin yuyulması üçün nəzərdə tutulmuş əsaslı (13) və
turşulu (14) tutumlar. Dozator (9) ilə tutum (10)-dan
neytrallaşma üçün lazımi olan miqdarda əhəng verilir və
yuyulmuş məhlul çən (11)-də neytrallaşır.
Elektoliz metodu çirkab suların altıvalentli xromdan
təmizlənməsində istifadə edilir. Bu halda çirkab suların
tərkibindəki mexaniki qarışıqların çökmə sürəti 0,0003 m/san
və qatılığı 0,005 kq/m
3
çox olmamalıdır.
Çirkab
suların
altıvalentli
xrom
birləşmələrindən
təmizlənməsi bixromat və xrom ionlarının Fe
2+
və OH
-
ionların
(pH≥%.3 olduqda) qarışıqlı təsiri zamanı yaranan Fe(OH)
2
dəmir hidrooksidin və anodun elektrolit həlli zamanı
əmələ
gəlir. Sənayedə çirkab suların xrom birləşmələrindən bioloji
təmizlənməsi xüsusi qurğularda aparılır. Belə qurğularda orta
qatılı BPK – 0,1 kq/m
3
olan şəhər kanalizasiyanın çirkab
sularından istifadə edilir. Şəkil 12
metal örtükləri sexin xrom
197
birləşmələri əsaslı çirkab suların biokimyəvi təmizlənmə sxemi
göstərilib.
Şək. 8.7. Çirkab sularının biokimyəvi təmizləmə sxemi
0,0236 m
3
/s sərfli çirkab su çökdürücüdən (1) nasosla
qarışdırıcıya (2) daxil olur. Eyni vaxtda 0,013 m
3
/s sərfli:
tərkibində xromun qatılığı 0,085 kq/m
3
olan xrom tərkibli
çirkab su və həmdə bakteriya tərkibli aktiv lil daxil olur.
Burada xromların biokimyəvi bərpa prosesi zamanı xrom
hidrooksidə çevrilir. Bərpa prosesi qatışığın sabit qarışması və
lilin asılı vəziyyətini saxlamaqla gedir. Biobərpaedicidən
çirkab su çökdürücüyə (4)
daxil olur, xromdan təmizlənərək
rezervuara (5) yığılır. Bu rezervuara xrom hidrogendli artıq
aktivli lil və çökdürücüdən çirkab su çöküntüsü tökülür.
Biobərpadicidə qatılığı 7 kq/m
3
saxlamaq üçün çökdürücüdən
(4) çökmüş aktiv lil qarışdıcıya (2) daxil olur.
Rezervuar (5)-dən çirkab su kanalizasiyaya verilir və
oradan bioloji təmizləmə qurğularına verilir.
Əvvəl birinci
çökdürücülərdə xrom hidrooksidi çökür.