213
qədər soyudulub, filtrə (6) oradan boru (7) ilə ventilyator (8) ilə
sorulub atmosferə keçir. Bərk hissəciklər
filtirdə tutulub qəbul
edici (9) daxil olur və oradan periodik çıxarılır. Bu cür qurğular
ətraf mühiti körlamır və əsasən istismar olunur. Bunlar nəmliyi
60% mexaniki qarışığı 10% qədər olan üzvü tullantıları
zərərsizləşdirməyə imkan verir.
Sənaye tullantılarını emal
və ləğv etmək üçün poliqon
qurğularından istifadə etmək məqsədə uyğundur.
9.6. Bərk tullantıların istifadə edilməsi
Bərk tullantıların istifadə edilməsi çox vaxt onların ayrı-
ayrı komponentlərə ayrılması ilə nəticələnir. Buna görə də bərk
tullantılardan yenidən istifadə etmək üçün aşağıdakı
müxtəlif
üsullardan istifadə olunur.
Emal
edilən
materialların
ölçülərini
kiçildilməsi
(doğranılması, xırdalanması) onların kimyəvi,
diffuziya və
biokimyəvi fəallığını artırır. Bununla
əlaqədar olaraq digər
emal proseslərini yerinə yetirməklə yanaşı bərk tullantıların
yenidən emalında doğrama prosesində istifadə edilir.
Doğrama üsulu iri ölçülü materialların 5
mm ölçüyə
xırdalanması üçün tətbiq edilir. Bu məqsədlə şpekli, konusvari,
rotorlu, vallı doğrayıcılardan istifadə edilir.
Xıradalama üsulundaniri tullantıları dənəvari və xırda-
dispersli fraksiya şəkilində ölçüləri 5 mm-dən kiçik etmək üçün
istifadə edilir. Xırdalama prosesindən bərk tullantıların yenidən
emal olunması zamanı, faydalı qazıntıları, tikinti materiallarını,
qara və əlvan metallarını, plastmas tullantılarını və s.
xırdalamaq üçün istifadə edilir.
İriləşmə. Yuxarıda istifadə olunan xırdalama üsulları ilə
yanaşı İME (ikinci materiallar ehtiyyatları) tullantılarının xırda
zərrəciklərinin irilənmə zərurətini
həll etmək üçün iriləşmə
prosesindən istifadə edirlər. Bu üsuldan tikinti materiallarının
yenidən emala, faydalı qazıntıların çox xırda,
hissəciklərinin
emalı və s. hallarda istifadə edilir.