ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə18/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   14   15   16   17   18   19   20   21   ...   107
Mühəndis-ekologiyası

 Termiki sex
. Sexin ventilyasiya sistemi havanın 
tərkibində yağ buxarları, ammiak, sianidli hidrogen və s. olur. 
Əsas çirklənmə mənbələri: qızdırıcı peçlər (maye və ya qazla 
işləyən). Yanma məhsulları təmizlənmədən, peçdən boru 
vasitəsilə atmosferə atılır. Metal termiki emaldan sonra 
axınlara ayrıca kameralarda təmizləndikdən sonra havada tozun 
miqdarı 2-7 q/m
3
olur.
Yayma və dəmirçi-presləmə sexində çox toz, turşu və 
sürtkü yağ dumanları ayrılır. Hər 1 ton prokatdan 200q toz 
ayrılır. Əgər odla təmizləmə tətbiq edilirsə ayrılan tozun 
miqdarı 500-2000 q/t-a çatır. Bu prosesdə prokatın səthinin 
yandırılması zamanı 3-12 q/m
3
narın toz ayrılır ki, bu tozun 
tərkibində 75-90% dəmir oksidləri olur. 
Bu sexdə həmçinin prokat səthinin təmizlənməsi üçün 
kükürdlü və öloridli turşulardan da istifadə edilir. Əgər havanın 
turşulardan təmizlənməsi üçün köpük aparatı tətbiq olunur sa, 
təmizləmənin effekti 0,95-0,99-a çatır. Bu halda 0,05 q/m
3
turşu qalır. 
Qaynaq sexində qaynaq işləri zamanı atmosferə zəhərli 
qaz və toz ayrılır. Elektrik qövsü ilə elektrodla qaynaq 
apardıqda narın toz ayrılır. Tozun tərkibi ən çox elektrodun 
tərkibindən və daha az qaynaq edilən metalların kimyəvi 
tərkibindən asılıdır. 
Qaz və plazma qaynağı üsullsrında tozla birlikdə zərərli 
qazlar (CO, NO
x
) ayrılır. 
Qalvanizasiya sexində hər hansı metal hissəsinin üzərində 
örtük çəkmədən əvvəl onun səthi turşularla təmizlənir (kükürd, 
azot, xlorid, flyuorit, turşular). Bu proses aparılan vanna 
üzərində ventilyasiya ilə vurulan havada 30-500 mq/m
3
qatılıqda turşu dumanı əmələ gəlir. 
Fosfatlaşdırma və s. əməllyatlardas müxtəlif zərərli 
maddələr ayrılır. Xüsusilə sianit duzları, xrom və azot turşuları 


48 
zərərli xassələrə malikdir. Odur ki, atmosferə vurulan hava 
mütləq onlardan təmizlənməlidir. 
Mexaniki emal sexlərində dəzgəhlarda emal zamanı toz, 
yonqarlar sütkü yağları və emulsiyaların buxarları ventilyasiya 
ilə otağdan xarici atmosferə atılır. 
Cilallama vaxtı ayrılan tozun 30-40%-ı cilalayıcı emal 
zamanı, cilallayıcı diskdən, 60-70% isə emal edilən metal 
materialından ayrılır. Taxta emal edildikdə taxta tozları 
yonqarlar və taxta kəpəyi ayrılır. 
Lak-rəngləmə sexində əşyalara həm rəng və lak çekmə 
prosesində, həm də quruma prosesində zərərli maddələr ayrılır. 
Mexaniki üsulla rəng çəkildikdə otağa 8-18% həlledici 
mayelərin və lak rəng buxarları təmizlənmədən hündür boca 
borularından xaricə atılır. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin