ŞAHİN ƏHMƏdov


FƏSİL 3.  HİDROSFERƏ ANTROPOGEN TƏSİR



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə20/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   16   17   18   19   20   21   22   23   ...   107
Mühəndis-ekologiyası

FƏSİL 3. 
HİDROSFERƏ ANTROPOGEN TƏSİR. 
3.1. Su ehtiyatları və onların keyfiyyəti barədə ümumi 
məlumat 
Hələ antik dövrdə ətraf mühit haqqında təbii – 
elmi anlayışlar irəli sürərkən Milet məktəbinin əsasını qoyan 
qədim yunan mütəfəkkiri Fales (eramızdan əvvəl 642 – 548 
illər) təbiətin bütün hadisələrini suyun hərəkəti və çevrilməsi 
ilə aydınlaşdıraraq suyu hər şeyin ilk əsası sayırdı, Falesin bu 
görüşləri şübhəsiz digər qədim mütəfəkkir - Platonun 
(eramızdan əvvəl 427 – 347 illər) fəlsəfəsinə də təsir göstərdi . 
Suyun dövranı ideyası Platona aiddir. Lakin o, səhv təsəvvürə 
əsaslanıb qeyd edirdi ki, Yerin bütün səth sularının bilavasitə 
başlanğıcı dəniz suyudur. Lakin Platonun suyun dövranı 
haqqındakı əsas fikri o qədim dövr üçün dahiyanə sayılırdı. 
Platonun şagirdi - Aristotel ( eramızdan əvvəl 384 – 352 
– ci illər) suyun dövranı haqqında öz müəllimlərinin fikrinə 
böyük dəyişiklik etdi. Günəş istiliyinin təsirilə suyun dəniz və 
okeanların səthindən buxarlanaraq Yerin yüksəkliklərində 
kondensasiya 
olunub 
yağış 
şəklində 
düşərək 
çayları 
qidalandırması prosesini ilk dəfə Aristotel dərk etmişdir. 
IX – əsrdə ərəb alimi Maqsudi Aristotelin suyun 
atmosfer dövranını təsdiq edən olduqca sadə və inandırıcı 
təcrübə apardı: dəniz suyunu buxarlandıraraq onun buxarından 
şirin ( duzsuz) kondensat aldı. 
Aristoteldən sonra uzun əsrlər ərzində ümumiyyətlə 
suyun, torpağın, odun ( atəşin ) və havanın qarşılıqlı çevrilməsi 
ehtimal edilirdi ki, 2 min il əvvəl yaşamış Hollandiya 
kimyagəri və fizioloq İ.Van – Helmont və Avisenna ,ingilis 
kimyaçısı R.Boyl da bu mövqedə durmuşlar. Onlar suyun bir 
maddə olması haqqında real elmi fikrə gələ bilməmişlər 


52 
.Yalnız XVIII əsrin sonunda Avropa fizikləri əsərlərində 
(P.Laplas, A.Lavueze və b) suyun yalnız iki elementin - 
hidrogen və oksigenin birləşməsi olduğunu təsdiq edərək onun 
digər maddələrə çevrilməsi haqqında çoxəsrlik nəzəriyyəyə son 
qoydu . Bu, suyun tərkibi və xassələri haqqında müasir elmin 
başlanğıcı oldu . 
Su olduqca qiymətli sərvətdir. O , üzvi həyatı təşkil 
edən maddələr mübadiləsi proseslərində çox mühüm rol 
oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalında böyük 
əhəmiyyəti vardır. Torpağın tərkibində də su vardır. Bütün 
canlı orqanizmlərin, bitkilərin, heyvanların tərkibinə su daxil 
olur. İnsan orqanizminin ümumi kütləsinin 2/3 -si, qanın 80 % 
- i sudan təşkil olunmuşdur.Bir çox tərəvəz və meyvələrin 
kütləsinin 90 – 95 % - i sudan ibarətdir. Su olmadıqda həyat da 
dayanır, çatışmadıqda bitkinin məhsuldarlığı aşağı düşür. Bir 
çox canlılar su mühitində yaşayır. 
Su 
təbiətdə 
dövran 
edərək 
Yer 
səthinin 
formalaşmasında iştirak edir. Su müxtəlif qeyri – üzvi 
maddələri dağıdaraq , əridərək və daşıyaraq çökmə süxurların 
yaranmasına və torpağın əmələ gəlməsinə səbəb olur. 
Su ucuz elektrik enerjisinin mənbəyidir.Dənizlər və 
çaylarda nəqliyyat vasitəsi kimi istifadə olunur. 
Sudan sənayedə də istifadə olunur. Məsələn, 1 ton polad 
istehsal etmək üçün 120 m
3
, 1 ton kimyəvi lif istehsalında isə 
2000m
3
su sərf edilir. 
Kənd təsərrüfatında sudan daha çox istifadə olunur, süni 
suvarılan 1 hektar topağa saniyədə orta hesabla bir l su gedir. 
Bir ton buğda əldə etmək üçün 1500m
3
, 1 ton pambıq 
becərmək üçün 10 000m
3
su tələb olunur .Vegetasiya dövründə 
1 hektar qarğıdalı sahəsinə 3000 m
3
, 1 ha kələm sahəsinə 8000 
m
3
, 1 ha çəltik sahəsinə isə 12000-20000 m
3
su sərf olunur. 
Əhalinin məişətinə də çoxlu su sərf olunur. İnsan gün 
ərzində orta hesabla 2 l su qəbul edir. Müxtəlif su mənbələri və 
su hövzələrindən müalicə rekreasiya məqsədilə istifadə olunur. 


53 
Alman alimi Hansın fikrincə Planetimizdə içməli su 
həyatın əsasını təşkil edir. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin