ŞAHİN ƏHMƏdov


 Bərk tullantıların emalı



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə93/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   89   90   91   92   93   94   95   96   ...   107
Mühəndis-ekologiyası

9.2. Bərk tullantıların emalı
Tullantıların emal olunması onların əmələ gəldiyi 
yerlərdə daha məqsədə uyğundur. Bu halda yükləmə-
boşaltma və nəqliyyat vasitələrinə xərclər aradan götürülür. 
Qırıntı və metal tullantılarından istifadə olunmasının 
səmərəliyi onların keyfiyyətindən asılıdır. 
Çirklənmiş və zibillənmiş metal tullantılarınr emal 
etdikdə çoxlu itgilər alınır. Ona göra də onların yımılması, 
saxlanılması və təhvil verilməsi xüisusi standartla müəyyən 
edilir. 
Metal tullantılar üzərində birinci əsas əməliyyatlar 
çesidlə-mə, ayırma və mexaniki emaldan ibarətdir. 
Çeşidləmədə qırıntı və tullantılar metalın növünə görə 
ayrı-lır. Ayırma prosesi qırıntıda olan qeyri metal hissələrin 
kənar edilməsindən ibaratdir. 
Mexaniki emal kəsmə, sındırma, preslərdə sıxıb 
paketləmə və müəyyən şəklə salmaqdan ibaratdir (məs. kərpic 
formasına) 
Tullantıların paketləməsi ayda 50T və çox kəsik, 
yonqar əmələ gələn muəssisələrdə təşkil edir. 
Kimyəvi tərkibini pasportla təsdiq edən təmiz həmcins 
tul lantılar ilkin emaldan кеçmirlər. 


203 
Agac tullantıları mədəni-məişət və təsərrüffat təyinatlı 
əsya-ların hazırlanmasında geniş istifadə edilir. Bundan əlavə 
bu tul lantılar ağac yonqar lövhələrin, müxtəlif cihazların 
korpuslarını va s. hazırlanmasında istifadə olunur. 
Bir çox sanaye muəssisələrində ağac və plasmas tullantılar 
sənaye tullantılarının tərkibinə daxil olur və onları çeşidləmək 
iqtisadi cəhətdən əlverili deyil. Hazırda bu cür tullantıların 
emalı, zərərlaşdirilməsi və ləğv olunması üçün xüsusi texnolo-
giya movcuddur. 
Sənaye tullantılarının emalı xüsusi poliqonlarda yerinə 
yetirilir. Poliqonda aşağidakı tullantılar qəbul edilir: mişyak 
tərkibli bərk qeyri-üzvu maddələr və şlamlar; qurğuşun, sink, 
qalay, kadmiy, nikel, sürmə, bismut, kobalt va onların 
birləşmələri: tərkibində civə olan tullantılar; sianit tarkibli 
cirkab sulan və şlamlara; qalvanik istehsal tullantıları, istifadı 
olunmuş üzvi həll edicilər; üzvi yanacaqlar (sürtgü materialları, 
vetos, bərk smola, plasmas, orqstekla qrıntiları, lak-boyaq 
materiallarının qalıqları, çirklənmiş ağac yonqarları, yağh 
kağizlar və qablaşdi-ncilar, bərpa olunmayan maye neft 
məhsulları, çirkli benzin, mazut va s). 
Poliqonda qabul edilmir: metal va digər maddələrin 
effektli ayrılmasının keyfiyyətli texnologiyası olan tullantilar, 
regenera-siyaya bərpa olunan neft mahsullan, radiaktiv 
tullantilar. 
Poliqonda tullantıların emalı fiziki kimyəvi üsulların 
tətbiqini, termiki zərərsizləşdirməni, kip konteynerlərdə onlann 
basdı-rılmasını nəzərdə tutur. 
Poliqonlar 
sanitar-müdafiə 
zonalarına 
malik 
olmalıdırlar. İldə 100 min ton və çox toksik maddələr 
zərərsizləşdirən zavodlar - 1000m, 100 min tondan az gücə 
malik zavodlar - 500 m, toksik maddələri konteynerlərdə 
basdıran sahələr - 300 m sanitar-miidafiə məsafələrinə malik 
olmalıdırlar. 


204 
Torpağın kimyəvi çirklənməsi buraxılabilən qatılıq 
həddinə (BQH
t
) gorə normalaşdirılır. Torpaq üçün bu hədd su 
və havaya gore xeyli fərqlidir. Hesab edilir ki, qorxulu 
maddalərin insan orqanizminə torpaq vasitəsilə daxil olmasi 
xüsusi hallarda və çox cüzi miqdarda mümkündür (əsasan 
torpaqla əlaqədə olan hava, su, bitkilər vasitasilə). 
Bu bilavasitə, yaxud dolayı yolla insanın sağlamlığına 
zərər gətirməyən 1 kq torpağa düşən kimyəvi maddənin 
qatilığdır. 
Topaqdan nümunələr sahəsi 25 m
2
, dioqanal üzrə 3-5 nöq-tədə 
0,25 m dərinlikdən, qrunt (torpaq) sularında çirklənmə olduqda 
isə 0,75-2 m dərinlikdən 0,2-1kq miqdarında götürülür. 
BQHt - məlum olmayan yeni kimyəvi birləşmələr üçün 
mü-vəqqəti buraxıla bilən qatılıq (MBQH
t
) hesablanır. 
MBQH, = 1,23 + 0,48 tqBQH

Burada BQH
m
- məhsul üçün zərərli qarışığın buraxila 
bilən qatılığı, (tərəvəz və meyvələr üçün), mq/kq. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin