ŞAHİN ƏHMƏdov


metal duzlarından təmizlənməsi



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə90/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   86   87   88   89   90   91   92   93   ...   107
Mühəndis-ekologiyası

metal duzlarından təmizlənməsi 
Maşınqayırma sənayesində çirkab suları metal və onların 
duzlarından təmizləmək üçün reagentlə iondeyişmə, sorbsiya, 


195 
elektrokimyəvi metodlardan, biokimyəvi təmizləmədən və s. 
istifadə edilir. Ən çox reagentlə təmizlənmə geniş yayılıb. Bu 
təmizlənmədə əsas kimyəvi proseslər, zəhərli məhsulların 
əmələ gəlməsilə suda həll olan qarışıqların oksidləşməsi və ya 
reduksiyası, bərk və maye fazaların ayrılması ilə həll olan
qarışığın həll olmayana keçməsi və çirkab sulardakı sərbəst 
turşu və qələvi əsasların neytrallaşması prosesləridir. 
Çirkab suların reagentlə təmizlənməsinin əsas metodu 
onun NaCl, KCl, kalium permanqanatla, hidrogen piroksidlə
dəmirin duzları ilə və həm də xlorlaşdırma və ozonlaşdırma ilə 
təmizlənməsidir. 
Bu və ya digər reagentlə təmizlənmə çirkab sudakı 
çirklərin tərkibindən və qatılığından, çirkab suyun sərfindən, 
pH-ın qiymətindən və s. asılıdır. 
Hal hazırda şirkab suların ağır metallardan və onların 
duzlarından, 
məsələn, 
sianidlərdən 
təmizləmək 
üçün 
ozonlaşdırma prosesi aparılır. Sianizlərin ozonla oksidləşməsi 
metodu çox effektlidir. Bu zaman çirkab sulara heç bir əlavə 
çirklər daxil olmur və ozon, hidrogen kimi bərpa olur. Bundan 
əlavə heç bir zəhərli məhsullar əmələ gəlmir. Təmizlənmənin 
texnoloji sxemi çox sadədir. 
Iondeyişmə metodu sənayenin çox sahələrində tətbiq 
edilir. Çirkab suların təmizlənməsində əsasən altıvalentli 
xromdan istifadə edilir. Bu metodlar həm yüksək effektli 
təmizlənməni, həm də çirkab sulardan çıxarılan metalların və 
duzların təmizlənməyini təmin edir. 
Çirkab suların iondeyişmə ilə təmizlənməsində sintetik 
iondeyişmə qətranlarından istifadə edilir. Xrom qarışıqlarından 
çirkab suları təmizləmək üçün xromlaşma vannalarından 
istifadə edilir (şəkil 8.6). 


196 
Şək.8.6. Xrom vannalarında çirkab suların iondəyişməsi 
ilə təmizlənməsi sxemi 
Çirkab suları rezervuar (1) daxil olur. Oradan nasos (2) 
mexaniki qarışıqlardan təmizləmək üçün filtrə (3) verilir. 
Mexaniki qarışıqdan təmizlənmiş çirkab su ardıcıl yerləşmiş 
AB-17 və OH formalı iondəyişmə ---- doldurulmuş (4), anion 
filtrlərinə (5) daxil olur. Təmizlənmiş çirkab su təkrar xromlu 
vannaya (12) daxil olur. Köməkçi kation filtri (6) çirkab suları 
işə salma dövründə əlavə emal edir. Çən (7) kənar edilmiş 
xrom birləşmələri daxil olur. Çən (8) işlənmiş məhlul yığılır. 
Filtrlərin yuyulması üçün nəzərdə tutulmuş əsaslı (13) və 
turşulu (14) tutumlar. Dozator (9) ilə tutum (10)-dan 
neytrallaşma üçün lazımi olan miqdarda əhəng verilir və 
yuyulmuş məhlul çən (11)-də neytrallaşır. 
Elektoliz metodu çirkab suların altıvalentli xromdan 
təmizlənməsində istifadə edilir. Bu halda çirkab suların 
tərkibindəki mexaniki qarışıqların çökmə sürəti 0,0003 m/san 
və qatılığı 0,005 kq/m
3
çox olmamalıdır. 
Çirkab 
suların 
altıvalentli 
xrom 
birləşmələrindən 
təmizlənməsi bixromat və xrom ionlarının Fe
2+
və OH
-
ionların 
(pH≥%.3 olduqda) qarışıqlı təsiri zamanı yaranan Fe(OH)
2
dəmir hidrooksidin və anodun elektrolit həlli zamanı əmələ 
gəlir. Sənayedə çirkab suların xrom birləşmələrindən bioloji 
təmizlənməsi xüsusi qurğularda aparılır. Belə qurğularda orta 
qatılı BPK – 0,1 kq/m
3
olan şəhər kanalizasiyanın çirkab 
sularından istifadə edilir. Şəkil 12 metal örtükləri sexin xrom


197 
birləşmələri əsaslı çirkab suların biokimyəvi təmizlənmə sxemi 
göstərilib. 
Şək. 8.7. Çirkab sularının biokimyəvi təmizləmə sxemi 
0,0236 m
3
/s sərfli çirkab su çökdürücüdən (1) nasosla 
qarışdırıcıya (2) daxil olur. Eyni vaxtda 0,013 m
3
/s sərfli: 
tərkibində xromun qatılığı 0,085 kq/m
3
olan xrom tərkibli 
çirkab su və həmdə bakteriya tərkibli aktiv lil daxil olur. 
Burada xromların biokimyəvi bərpa prosesi zamanı xrom 
hidrooksidə çevrilir. Bərpa prosesi qatışığın sabit qarışması və 
lilin asılı vəziyyətini saxlamaqla gedir. Biobərpaedicidən 
çirkab su çökdürücüyə (4) daxil olur, xromdan təmizlənərək 
rezervuara (5) yığılır. Bu rezervuara xrom hidrogendli artıq 
aktivli lil və çökdürücüdən çirkab su çöküntüsü tökülür. 
Biobərpadicidə qatılığı 7 kq/m
3
saxlamaq üçün çökdürücüdən 
(4) çökmüş aktiv lil qarışdıcıya (2) daxil olur. 
Rezervuar (5)-dən çirkab su kanalizasiyaya verilir və 
oradan bioloji təmizləmə qurğularına verilir. Əvvəl birinci 
çökdürücülərdə xrom hidrooksidi çökür. 


198 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin