ŞAHİN ƏHMƏdov


Mexaniki qarışıqlardan suların təmizlənməsi



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə87/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   83   84   85   86   87   88   89   90   ...   107
Mühəndis-ekologiyası

8.2.Mexaniki qarışıqlardan suların təmizlənməsi 
Maşınqayırma 
müəssisələrində 
suyun 
mexaniki 
qarışıqlardan təmizlənməsi xüsusiyyətindən, qatılılığından və 
tərkibindən 
asılı 
olaraq 
süzülmə, 
durulma, 
mexaniki 
hissəciklərdən ayrılması (mərkəzdənqaçma qüvvəsinin təsiri 
altında) və filtrdən keçirmə ilə aparılır. 
Süzülmə - çirkab suların emalının birinci mərhələsidir ki, 
həm çirkab sularında 25 mm qədər olan iri ölçülü qarışıqlardan, 
həmdə prosesin sonrakı emalında təmizləyici avadanlığın 
normal işinə mane olan liftdən təmizləyir. Çirkab suları
çərçivə konstruksiyalarından və liftitutucularından keçirməklə 
süzürlər. 
Çərçivə konstruksiyaları 5÷25 mm bərabər məsafədə olan 
metal millərdən hazırlanır və çirkab suların kollektorlarında 
vertikal və ya üfüqi (60÷70 dərəcə bucaq altında) çərçivədə 
axının minimal təziq itkisi təmin etmək şərtindən seçilir. 
Çirkab suların metal lövhələr arasındakı axma sürəti 
maksimum su sərfi zamanı 0,8÷1,0 m/s qiymətindən artıq 
olmamalıdır. Çərçivənin hesabatı çərçivədə olan deşiklərin 
sayının, onun eni və çirkab suların sərfinin itkisinə görə 
aparılır. 
Görünən deşiklərin miqdarı aşağıdakı düsturla hesablanır: 
N= 1,05[Q
v
/(bHW)] 
Burada: Q
v
– çirkab suların həcmi sərfi, 
b – deşiklərin eni, 
H – kollektorun dərinliyi, 


189 
W – deşiklərdə çirkab suların hərəkət sürəti. 
Çərçivənin eni b= b
n
+δ(n-1) belə hesablanır. δ – 
çərçivənin millərinin qalınlığı. 
Çərçivədə çirkab suların axması zamanı təzyiq itkisi 
∆p=ξ
k
2
2

ω- çərçivədən əvvəl kanaldakı sürət 
ω = 0,7-0,8 m/san 
k-çirkab suların deşiklərdə çpkməsi prosesində çərçivənin 
sürtünməsinin artmasını nəzərə alan əmsal 2÷3 bərabər 
götürülür. 
ξ –çərçivənin yerli sürtünmə əmsalı sürtünmə əmsalı. 
ξ = β(a/b)
3
4
Sinα 
β – çərçivə millərinin en kəsiyinin formasını xarakterizə 
edən əmsal 
dairəvi millər üçün – 1,79 
düzbucağlı üçün – 2,42 
ellips millər üçün – 1,83 
α – çərçivənin üfüqə görə əyrilik bucağı 
Çərçivə 
istifadə 
edildikdə 
fasiləsiz 
olaraq 
təmizlənməlidir. Təmizlənmə mexaniki yolla aparılır. əgər 
çpkən qarışığın miqdarı 0,042 m
3
/s olarsa, onda çərçivə əl ilə 
təmizlənir. 
Sənayedə PMMB – 1000 markalı çərçivələr hazırlanır.
Onlar eni və dərinliyi 1000 mm-ə bərabər olan kollektorlarda 
istifadə edilir. MQ
1200
800
98, MQ
2000
1600
98 markalı çərçivələr, eni 
800(1600) mm və dərinliyi 1200(2000) mm rayallarda istifadə 
edilir. 
Çərçivədən 
çıxarılmış 
qarışıqlar 
xırdalanır 
və 
əhəmiyyətindən asılı olaraq ya çirkab suların axınına tökülür, 
ya da təkrar emala göndərilir. Qarışıqları xüsusi aparatlarda 
xırdalayırlar. 
Bütün 
bunlar 
texnoloji 
sxeminin 
mürəkkəbləşməsinə və həmin sahənin havasının çirklənməsinə 
səbəb olur. 


190 
Bu nöqsanları aradan qaldırmaq üçün xırdalayıcı çərçivə 
qurğusu kimi silindrik baraban formalı çərçivədən istifadə 
edilir. Onlar tutulan qarışıqları sudan ayırmadan xırdalayırlar. 
Sənayedə 200 və 600 mm diametrində barabanlı RD-200 və 
RD-600 xırdalayıcı cərçivə qurğusu istehsal edilir. Bunlarla 
xırdalanan qarışığın orta ölçüsü 10 mm-dən yuxarı olmur. 
Çirkab sularını kiçik qatılığlı nazik dispersli mexaniki 
qarışıqlardan təmizləmək üçün filtrlərdən istifadə edilir. 
Filtirləmə 
fiziki, 
kimyəvi 
və 
bioloji 
metodlarla 
təmizləmədən sonra tətbiq edilir. Çünkü bu metodların 
əksəriyyətində təmizlənən mayenin mexaniki qarışıqlarla 
çirklənməsi müşahidə edilir. 
Maşınqayırma sənayesində çirkab suların təmizlənməsi 
üçün istifadə olunan filtrlər 2 sinifə bölünürlər: dənələri - bir 
biri ilə bağlanmayan məsaməli materiallardan hazırlanan və 
mikrofiltrlər – bir birinə bağlanan məsaməli materialdan 
hazırlanmış. 
Filtrlərin quruluşuna aşağıdakı tələblər irəli sürülür: 
a)
filtrləmə 
filtr 
materialınının 
hissəciyinin 
ölçüsünün azalması istiqamətində getməlidir; 
b)
təmizlənən 
mayenin 
sərfi 
15%-dan 
çox 
dəyişməməlidir (filtirdə dəyişməz təzyiqdə); 
c)
filtrlərin 
layihəndirilməsi 
zamanı 
çirkli 
maddələrdən təmizləmək üçün müəyyən 
qurğulardan istifadə etmək lazımdır; 
d)
filtr 
materialları 
yüksək 
fiziki-mexaniki 
xassələrə 
(elastikliyə, 
sadəliyə, 
kimyəvi 
möhkəmliyə) 
və 
ucuz 
qiymətə 
malik 
olmalıdır. 
Dənəvari filtrlərdə filtr materialı kimi kvars qumlarından, 
xırdalanmış şlaklardan (filizdən metal əridildikdən, habelə daş 
kömür yandıqdan sonra qalan qalıq), çınqıldan , antrasitdən 
(daş kömürün əla növü) və s. istifadə edilir. Dənəvari filtirləri 
bir qatlı və çox qatlı hazırlayırlar (şəkil 6). 


191 
1
2
4
5
6
7
8
3
Şək.8.1. Karkaslı-səpmə süzgəcinin sxemi. 
Karkaslı tökmə filtrdə filtr materialı kimi qum və çınqıl 
istifadə edilir. 
Onların təmizlənməsi suyun əks axını və ya sıxılmış hava 
axını ilə aparılır. 
Belə filtirdə siklondan və çökdürücülərdən gələn mayenin 
filtirlənmə sürəti 0,0014 – 0,002 m/san-dir. Bioloji 
təmizlənmədən sonra filtrdən keçən çirkab suyun sürəti 0,0028 
m/san-dir. Çirkab suları, ölçüsü 0,01 mm-ə bərabər mexaniki 
qarışıqlardan ayırmaq üçün mikrofiltrlərdən istifadə edilir. 
Maşınqayırma sənayesində çirkab suları təmizləmək üçün 
baraban və ya lövhəşəkilli mikrofiltrlərdən istifadə edilir. 
Mikrofiltrlərin hidravlik hesabı, filtirdə təzyiqin verilmiş 
müəyyən qiymətində filtirin sahəsini tapmağa imkan verir. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin